Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

33 

 

Seydağa Axunzadənin 

'Mart hadisəsi 1918-ci il...” kitabından səhifələr, “Turan” mətbəəsi 1919-cu il 

 

qatar  düyü,  qənd  və  başqa  hibubət  ilə  birabir  bir  vaqonda  silahını  alıb”  hökumətə 



təslim verildiyi də əsərdə əksini tapan maraqlı faktlardır... 

Xalqımıza  qarşı  törədilən  31  mart  soyqırımının  araşdırılması  və 

Azərbaycanın ərazi bütövlüyü uğrunda Qafqaz İslam Ordusu hərəkatının tədqiqi üçün 

S.Axundzadənin  bu  əsərlərinin  böyük  əhəmiyyəti  var.  Çox  təəssüf  ki,  kitabın  bütün 

cildləri  hələlik  əldə  olunmayıb.  İnanırıq  ki,  bütün  cildlərin  axtarılıb  tapılması  üçün 

araşdırmaçılarla  yanaşı,  tarixi  həqiqətlərin  ortaya  çıxarılmasında  maraqla  olan 

ictimaiyyət  nümayəndələri  də  fəallıq  göstərəcəklər.  Kitabın  ərəb  əlifbasından  latın 

qrafikasına  çevirməkdə  köməkliyini  əsirgəməyən,  çətin  sözlərin  oxunuşunda  öz 

yardımını göstərən  M.F.Axundov  adına  Milli  Kitabxananın  əməkdaşı  Sevda  xanıma 

və Əli Nicata təşəkkürümü bildirirəm. 

 

 

 



34 

 

Seydağa Axunzadə 



 

'Mart hadisəsi 1918-ci il...” 

 

Müqəddimə 

 

İş  bu  kitabçanı  nəşr  etməkdən  məqsəd  18  mart  1918-ci  il  səneyi  miladidə 

Avropa  müharibəsi  nəticələrindən  olaraq  Bakı  şəhərinin  uğradığı  fəlakət  və 

müqəddəratının nə kibi bir “vətəndaş müharibəsi” olduğun təsvir edib gələcəkdə tarix 

səhifələrində  Bakı  şəhərinin  də  Avropa  müharibəsində  nə  nəhv  ilə  iştirak  etməsini 

göstərməkdir. 

Başqa  məmləkət  və  şəhərlərdə  Avropa  müharibəsi növbənöv  rənglər aldısa 

da,  lakin  heç  bir  yerdə  milli  rəng  almamışdır.  Qafqaz  islamlarının  sadəqəlbliyi 

nəticələrindən olaraq hər bir neçə sənə zərfində bir fəlakət və bir bədbəxtliyə giriftar 

olduğu  kibi  bu  sənə  də  Bakı  şəhərində  xain  qoşunların  uydurmalarına  aldanıb  tarixi 

bir fəlakətə düçar olduiar. 

Bakı müsəlmanları yüzünə xain daşnak firqəsi tərəfindən açılan həmin pərdə 

nəhayət vəhşiyanə bir surətdə icra edildiyi həmin tarixdə həqiqət üzrə göstərilib və ya 

da  bir mədində  Bakı  islamlarına görülən həqarət  və  zülmlərə  xainə  çıxan  qəhrəman 

Nuru Paşa ordusunun Bakı şəhərini işğal etməsi bir vəsilə 

...  qəbilindən  olub  bilimiun  Qafqaz  və  bilalxüsus  Bakı  islamlarına  xain 

Daşnak firqələrinə məruz olmadan təxlis etməsinin həmin tarixdə göstərilmişdir. 

 

 



35 

 

I hissə 

 

Mart  ayının  18-ci  günü  Bakı  şəhərində  mütəfərrib  (müxtəlif)  firqələr 



tərəfindən şəhər idarə olunduğu bir halda müsəlmanlar tərəfindən tərtib verilmiş milli 

ordunun (dikaya diviziya) Lənkərana sövq edildiyi zaman rus milli  firqəsi tərəfindən 

tərkisilah  edilməsi  eşidildi.  Həmin  şayiə  əhali  miyanında  kəsbü-xamət  etməkdə  idi. 

Böylə  ki,  həmin  məsələnin  siyasi  dairələrdə  belə  ciddi  surətdə  danışıldığı  yerli 

qəzetlərdə oxunur idi. Nəhayət, yekşənbə günü 18 mart yetişdi, bu gün Bakı əhalisi 

miyanında bir əlahiddə halət və həyəcan müşahidə olunur idi. Saət 9 radələri idi. 

Ümummüsəlmanları dükan-bazarı qapayıb Nikolayevski (indiki İstiqlaliyyət 

küçəsi  )  caddədə  vaqei  Cəmiyyəti  Xeyriyyə  (indiki  Əlyazmalar  İnstitutunun  binası) 

toplaşıyordu. Küçələr dolusu axışan əhali miyanında “Bu gün gərək bizim əsgərlərin 

silahı qaytarıla” sədaları eşidilməkdə idi. Nəhayət, saat on birdə Cəmiyyəti Xeyriyyə 

salonu  Bakı  şəhərinin  qaraguruh  sinifləri  ilə  dolub  gurultulu  sədalar  eşidilirdi. 

Məsələn: “Bu saət gər rus milli firqəsi bizim qoşunların silahını təhvil verib özləri də 

buradan getsin”. 

Bu  cür  nagüvəra  (çətin)  və  gələcəkdə  pis  nəticələrə  bais  olan  daşnakların 

qabağı  “Müsavat”  və  başqa  firqələr nümayəndələri tərəfindən  alınır  desə  də,  salonu 

əhatə edən gurultuların müqabilində heç bir fayda vermiyordu. 

Nəhayət,  Bakı  əhalisindən  kürsü  xitabətə  çıxıb  qaraguruhu  qızışdıran  bəzi 

mücahidanə ahəng ilə niqtlər söylədigindən sonra böylə bir qətnamə oxudu: 

- Bu saat özüm ilə bərabər kəndi  firqəmiz tərəfindən neçə nəfər nümayəndə 

götürüb bolşevik adı ilə təsis olunan hökumət idarəsinə bir tələbnamə təqdim edəriz 

və həmin tələbnaməni bu gün saət 6-yə qədər həll olduğun tələb edəriz. Əks surətdə 

biz öz tərəfimizdən hərb elan edəriz. İştə tələbnamənin məzmunu: 

1)  Biz  Bakı  şəhərində  yaşayan  ümumislam  əhalisi  bu  gün  saət  6-yə  qədər 

bizim  milli  qoşunların  alınan  silahlarını  göndərdiyimiz  nümayəndələrə  təhvil 

verməyinizi tələb ediriz. 

2)  Bu  gündən  sonra  biz  islam  əhalisini  öz  başımıza  buraxıb  bizim  siyasi 

işlərimizə heç bir vəchlə qarışmamanıza imza edəsiniz. 

Həmin  yersiz  tələbnamənin  bu  günlük  təxirə  salınmasına  Bakı  ziyalıları 

tərəfindən  və  başqa  firqələr  nümayəndələri  tərəfindən  göstərilən  sübutlu  maneələrə 

qulaq  verməyib  on  nəfərdən  ibarət  bir  heyət  intixab  edib  təcili  surətdə  məzkur 

tələbnamənin  lazım  birinə  yerinə  yetirilməsi  müntəxib  heyətə  təklif  edildi.  İntixab 

edilən  ziyalılardan  hankisi  məzkur  təklifi  rədd  edərsə,  xal  divanına  verilməsi  ilə 

təhdid edildi. 

Nəhayət,  saat  3  radələrində  qaraguruh  tərəfindən  məcburi  surətdə  intixab 

edilən heyəti öhdələrinə ağır vəzifəyi ifa etməyinə azim oldular. 

Fövqəlzəkər  tələbnaməyi  təqdinı  etdikdə  mərkəzi  hökumət  nümayəndələri 

tərəfindən cavab vermək sizin mövqe müzakirəyə qoyulmasın təht qərara alırlar. 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə