2
Elmi redaktor: Cahangir Məmməddli
BDU-nun jurnalistika fakültəsinin jurnalistika nəzəriyyəsi və
təcrübəsi kafedrasının müdiri, filalogiya elmi üzrə fəlsəfə doktoru,
professor
Rəyçilər: Asif Rüstəmli
AMEA-nın Nizami adına Ədəbiyyat institutunun elmi işçisi,
filalogiya elmləri üzrə fəlsəfə doktoru
Alxan Bayramoğlu
BDU-nun jurnalistika fakültəsinin müəllimi, filalogiya elmi üzrə
fəlsəfə doktoru, professor
Vəliyev Akif Abduləzim oğlu (Aşırlı),
31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında.
Bakı, “Elm və təhsil”, 2011. -
100 səh.
“31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabı ermənilərin
Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edir. Kitabda
soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr əksini tapır.
“Azərbaycan”, “İstiqlal”, “Hümmət” kimi mətbu orqanlarla yanaşı ilk dəfə olaraq
adı mətbuat tariximizə yazılan 1918-ci ildə Tiflisdə nəşr olunan “Qardaş qayğısı”
qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək
oxuculara çatdırılır.
Əslən Maştağadan olan Seyidağa Axundzadənin I919-cu ildə “Turan”
mətbəəsində çap olunmuş “Mart hadisəsi 1918...” kitabı da ilk dəfə müasir
əlifbada işıq üzü görür.
A 4702000000
N- 098 -2011
© “Elm və təhsil”, 2011
3
Kitabı ermənilərin törətdikləri soyqırımın qurbanı, 1992-ci ilin noyabrın 26-
da qəlpə yaralarından dünyasını dəyişən atamın əziz ruhuna ithaf edirəm.
XIX əsrin sonlarından başlayaraq ermənilərin Azərbaycar xalqına qarşı
davamlı şəkildə apardığı terror və soyqırım siyasəti bu gün də Dağlıq Qarabağda,
Ermənistanla həmsərhəd bölgələrdə həyata keçirilməkdədir. Cənubi Qafqaz
bölgəsində sülhün, siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə
çevrilən və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan Respublikası
tarixən bu coğrafiyada törətdikləri qanlı olayları yenidən dirçəldir, günahsız
insanlara, qocalara, uşaqlara qarşı soyqırım siyasətindən əl çəkmək istəmir. 1905-
ci ildə ermənilərin Qafqazda oynadıqları terror siyasətini, mülki insanların qətlə
yetirilməsini Tiflisdə Daşnaksütyun Partiyası və erməni ziyahlarının üzünə
söyləyən Əhməd bəy Ağaoğlu uzaqgörənliklə bu günün vəziyyətini də təsvir
edərək deyirdi: “Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aşkar deyirik
ki, hərgah işlər belə gedərsə, nə qədər Qafqazda bir elə terror dəstələri hökm
edərsə, Qafqazda asayiş bərpa olunmayacaqdır. Qafqazda olan mənsəb sahibləri və
hakimlərin çoxu erməni terorundan qorxub ədalət və insaf ilə iş görmürlər”.
Tarix eynən bu gün də böyük mütəfəkkir Ə. Ağaoğlunun söylədiyi kimi
davam edir. Erməni hərbi birləşmələrinin öz siyasi-hərbi havardarlarının köməyi
ilə Azərbaycanın tarixi Qarabağ torpaqlarını işğal edərək, bölgədə etnik-təmizləmə
siyasətini həyata keçirib, Dağlıq Qarabağ və ətraf bölgələr nəzarətsiz zonaya
çevrilib. Dünyada qəbul olan beynəlxalq hüquq normaları, insan hüquqları ilə
bağlı qanun və deklorasiyalar erməni terroru qarşısında öz gücünü itirməkdədir.
Ermənilərin Qafqazda terror və qeyri-sabitlik mənbəyi olması bu millətə
məxsus ziyalıların öz xalqını qan hamamına çəkib-aparmaları XX əsrin
əvvəllərindən gürcü və Azərbaycan aydınları tərəfidən ciddi tənqid olunurdu.
Həsən bəy Zərdabi, İlya Çavçavadze, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy
Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov bölgədə
təhlükəsizliyin təmin olunması üçün ermənilərin qədimlik xəstəliyindən, torpaq
iddialarından, başqa xalqların mədəniyyətini özünküləşdirmək cəhdlərindən əl
çəkməli olduqlarını dönə-dönə mətbu yazılarında xatırlasalar da, bir nəticə hasil
olmadı. Ötən əsrin başlanğıcından başlayaraq hər 20-30 ildən bir ermənilər Qafqaz
coğrafıyasının köklü və qədim xalqı olan azərbaycanlılara qarşı ağır-iqtisadi-siyasi
təcavüzü davam etdirirlər.
Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlar müxtəlif tarixi
mənbəələrdə, salnamalərdə, yerli və xarici ölkə alimlərinin əsərlərində öz əksini
tapır. 1918-1920-ci illəri əhatə edən Cümhuriyyət dövrü mətbuatında 31 Mart
hadisəsi, törədilən soyqırımın miqyası da kifayət qədər işıqlandırılıb. Kitabxana və
arxivlərimizdə qorunub saxlanılan milli mətbuat nümunələrimizdən qarşıma çıxan
məqalələri ərəb qrafikasından müasir əlifbaya çevirib, mart soyqırımı