23
Azəri türkləri
Bu gün mart faciəsindən sonra namus və heysiyatı təhqir
olunmuş, hüquq və
milliyyəti ayaqlar altına salınmış Azərbaycan türklərinin haqqında qonşu millətlərin
çox mətbuatı nə lisan ilə danışdığı heç kəsə gizli olması gərəkdir.
Azərbaycan türklərinə vəhşi, yartıcı, quldur, ərticaiyyun və qara qüvvə
adlarına insaniyyətpərvər “Borba”larda, “Bayraqlar”da görünürdü.
Azəri türklərinin öz ana yurdları uğrunda tökdükləri qan, atdıqları güllə
insaniyyətpərvər tiflislilərə sanki zəhərli bir ox kimi
batır idi. Martda verilən müsəlman qurbanlarına uca
səslə əksinqilabçı adı, ölən cəlladları- şaumyanlara
həqiqi inqilabçı adları verilirdi... Bakı hadisəsi
bitmiş və aylar geridə qalmış olduğuna baxmayaraq
qonşular onu unutmamış, bütün dünya millətlərinə
bunu bildirmək və bununla azəri türklərin vəhşi və
yaşamağa layiq olmadıqlarını sübuta çalışyorlar.
Məncə iki millət arasında olan mübahisə və
toqquşma bir millətin yaşamağa layiq olmadığını
göstərməz. Bakı və Şamaxı hadisələri üçün bir
ədalətli məhkəmə qurulursa, yenə bir şey
çıxmayacağına təminat verirəm. Çünki ermənilərin
sentyabrda verdigi qurbanları martın müsəlman
qurbanlarını təqib edir. Onlar Qars, Ərdəhan,
Ərzurum, Anadolu, Urmiyə, Səlmas Acara
vəhşiyyətlərini göz önünə götürəcək. Onlara da əl
atılanda 1905 faciəsi daha o yana, Nikolay arxivləri
meydana gələcək və bu avtoryetlər içində bir yandan
Avropa diplomatiyasını, o biri yandan erməni
Daşnak firqəsi öz qırx sənəlik tarixi ilə başlarını
qanlar arasından qaldırıb ən müqtədir diplomatı belə
şaşıracaqdır.
Odur ki, axırda buraya gəlinəcək ki, Zaqafqaziyada həmişəlik bir həyati-
mədinə təmini üçün bu qanlı məsələləri unutmaq və ümumi səadətdən ötəri yeni şərait
təşkili üstə çalışmaya başlamaq lazımdır. Əgər böylə olarsa, əgər erməni başçıları bir
feyz-vəhşiyanə üçün bu bədbəxt millətlərin həyat və səadətləri ilə oynamasalar yenə
təminat verirəm ki, Zaqafqaziya millətlərinə azəri türkləri ən mehriban və ən mədəni
bir qonşu olacaqdır. Bunu illərcə söyləməkdə əlimizdə dəlillər vardır. On iki illik bir
vəqt içində azəri türklərdən görünən qeyrət, səy, tərəqqi və intibah dediklərimi
təsdiq edər. Birinci inqilabda bir millət olduqlarını anlamaqdan başqa bir millət
olmaya belə layiq olmayan azərilər, ikinci inqilabda türklük, istiqlaliyyət bayraqlarını
24
qaldırmış idi. Birinci Rusiya inqilabında cəhalət və səfalətdə boğulan ədəbiyyat,
mətbuat, teatro və məktəbdən məhrum azərilər ikinci inqilaba kimi 12 ilin içində yüzə
kimi qəzetə, jurnal çıxarmağa müvəffəq olur. Ədəbiyyatı dirilir, milli bir teatro,
milli bir musiqi yaradır. Məktəb kitabları sərf-nəhv və müəllim düzəldir. Birinci
inqilabdan sonra erkək cocuğunu məktəbə qoymaq istəməyən azərilər ikinci
inqilabda saysız qadın, qız məktəbinə sahib olmaqdan başqa, qadın hürriyyəti, qadın
hüquqi uğrunda belə bayraq qaldırır. Şərq, islam millətlərindən birinci olaraq azəri
türklər mədəniyyətə və tərəqqiyə mane olan çəpərləri görür və dağılmasına səy
edirlər.
Məzhəb məsələsini aradan götürən, ruhanilər ilə mübarizə edən, qadınları
həyati-ictimaiyyətə soxan birinci azərilər olmuşdur. Hələ o yana getmişlərdir.
Mədəniyyəti tez və asan alıb öyrənmək üçün hər millətə sadə və dövlətli dil, möhkəm
ədəbiyyat, asan hürufat və yazı lazımdır. Azəri türkləri bu barədə çalışmış və hənuz
birinci dramaturq Mirzə Fətəli Axundov bu fikrilə böyük səfərlər etmişdir.
İkinci inqilabda Rusiyada ilk qurultay çağıran və mədəniyyətin əxz etdiyi son
tərz idarələrdən xalq cümhuriyyətini yenə azəri türkləri qəbul etdilər. Bu nə ilə 12
sənə içində azəri türklər mədəni, milli, siyasi və ictimai bir dəyərlik göstərmiş oldular.
Hətta istiqlaliyyət və millətlərini mühafizə üçün çarpışmaya qalxıb saysız qurbanlar
ilə hürriyyətlərini təmin etdilər.
İndi azəri türklər müstəqil bir millətdirlər. Azəri türklər Millətlər İttifaqına
girməyə layiq olduqlarını göstərmişdirlər. Əgər “imkan'“' verilsə təmin edərməgə
azəri türklər Şərqin ikinci bir japonu (yaponu) olacaq və aləmi-insaniyyətə böyük
xidmətlər edəcəklər.
Məhəmmədzadə Mirzə Bala
25
Mədəni bir zərbə
Bakı və Şamaxı hadisəsində Azəri türklərin aldıqları zərbələr ən ağırı və
ən
müdhiş
mədəni
zərbələr olsa gərəkdir.
Xüsusən Bakı faciəsinin səbəb axıntısını təhqiq etsək sosialist maskası al
tında işləyən daşnakların bir müəyyən plan üzərilə Azəri türklərin yeni mədəni əsərlər və yeni gənc ziyalıarını məhv etmək istəklərini görərsiz.
Bakının 18 mart faciəsində Azəri türklərinin müqəddəs saydıqları “İs
mailiyyə” binasının qurban etmələrini,
asəri memarından Təzəpir came-şərifi və bir çox ali imarətləri itirdiklərini tarixi milliyəmiz qanlı sətirləriylə xatırlayacaqdır.
18 martda daşnakların evbəev gəzib Azəri
türklərin gənc ziyahlarını, gələcək Turanın işıqlarını
axtarmalarını, xaianə bir surətdə gülləbaran etmələrini
heç bir vicdan sahibi soyuqqanlıqla ötürəməz “Kaspi”,
“Açıq
söz”
mətbəələrimiz
yandırılmaqla
milli
mətbuatımıza nə qədər ağır unudulmaz yara vurulmağını
həmişə xatırlayacağız. Azərilərin sənələrcə qazandıqları
sərvət və mədəniyyəti, gəmi və paraxodlarını zəbt
etməklə Azərbaycan dövlət və mədəniyyətinə daha
düzəlməyəcək bir zərbə endirmək istədiklərini yenə
biliriz.
Bu mədəni zərbələrə rəsmi bir rəng vermək
üçün Bakı iqilabçıları” müsəlman (intiligensiyasını) əks-
inqilabçılıqda, irticai pərəstilikdə müttəhim edir və bu
ittihamı öz komitələrindən keçirib Azərbaycan istiqlalı
uğrunda canından keçən müsəlman ziyalılarını tutub
məzkur komitələrə təslim edib, nə böyük mükafatlar təyin
edirlər.
Bu nou ilə (özlərini mədəniyyətli, digərlərindən
artıq istedadlı hesab edən) qonşularımız var qüvvələriylə
Azərbaycanı böyük zəhmətləri və böyük məşəqqətləri
sayəsində yaranmışı gənc mədəniyyətə zərbə vurmaqla
Azəri türkləri ruhən ölmür. Onların sümükləri üstündə öz
səadət və həyatlarını qurmaq istiyordular.
Fəqət ona müvəffəq olamadılar. Bununla da
ruhən ölmədiklərini və o ruh yüksəkliyi sayəsındə yeni,
fəqət yeni azadə bir mədəniyyəti-milliyyə yarada
biləcəklərini isbat etdilər.
Azəri türklər verdikləri qurbanlar üstünə yeni
qurbanlar əlavə etdilər. Ən fəal və gənc ziyalılarını
itirdilərsə də istiqlaliyyət və hürriyyəti milliyyələrini
saxlamaya müvəffəq oldular.
Ə.Seyfullazadə