Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

29 

 

xarabazara döndərmək istiyorlardı... Qoşun dərhal şəhər bağı cənubundan hücum edib 



mitralyozdan səri atəşlər açırlar. Bu halı görən Daşnak firqəsi dərhal məzkur küçədən 

geri çəkilməyi qəti qərara alıb Cəmiyyəti Xeyriyyə  binasına və  “Açıq söz”, “Kaspi” 

mətbəə  və  idarələrinə  od  vururlar”.  Ermənilərin  Xəzər  dənizindəki  matroslara  guya 

müsəlmanların  xaçpərəstləri  qətlə  yetirdikləri  barəsində  yalan  məlumat  verməsini, 

əslində vəziyyətin tamam başqa olduğunu faktlarla qələmə alan S.Axundzadə 1918-ci 

ilin  mart  soyqırımına  bəzi  sovet  tarixçiləri  kimi  “vətəndaş  və  sinfi  müharibə”  kimi 

yanaşmır,  bolşeviklərin  Daşnaksütun  firqəsi  ilə  birgə  Azərbaycan  xalqına  qarşı 

soyqırım törətdiyini, hadisənin milli qırğın miqyası aldığını açıqlayır. 

Bakıda müsəlmanlara  qarşı törədilən  soyqırım  aktının  üç  gün  davam  etdiyi 

də  əsərdə  xronoloji  şəkildə  əksini  tapıb.  Köhnə  təqvimlə  martın  18-də  (yəni martın 

31-də)  Nikolayevski  (indiki  “İstiqlaliyyət”)  küçəsində  başlanan  erməni-bolşevik 

hücumu  Şamaxı  küçəsinə,  sonra  isə  müsəlman  məhəlləərinə  keçirilir,  minlərlə  dinc 

silahsız  insan  qətlə  yetirilir.  Bu  qırğınları  təşkil  edənləri  “igid  daşnaklar”  deyə 

əsərində ironiya ilə təqdim edən S.Axundzadə yazır: “Deməli, dilir (yəni igid) daşnak 

firqəsi”  əllərinə  düşən  müsəlman  övrət  və  uşaqlarından  heç  bir  zülmü  əsirgəməyib, 

insanlara yarasınayan böylə qəbahətlərin icrasına qədər varmışlar”, Hamilə qadınların 

bətinlərini yarma kimi qeyri-insani, vəhşi üsullara ol atan erməni-bolşevik yaraqlıları 

törətdikləri  bu  faciəni  əsl  soyqırım  kimi  xarakterizə  edən  müəllif  yazır:  “Hamilə 

övrətlərin  bətnində  olan  məsum  səbilləri  (uşaqları)  belə  çıxarıb  tüfəng  cüdalarına 

taxmışlar və xırda balaları belə divarlara mıxlamışlar”. 

Kitabda  əksini  tapan,  tarixşünaslığımıza  yeni  məlum  olan  faktlardan  biri  3 

gün  davam  edən  qırğınların  Bakıda  yaşayan  rus  və  yəhudilərin  erməni-bolşevik 

qoşunları  komandanına,  dənizdən  İçəri  şəhəri  aramsız  bombalayan  matroslara 

verdikləri  ultimatumdan  sonra  dayandırılmasıdır.  Müəllif  qeyd  edir  ki,  müsəlman 

qırğınının üçüncü günü, yəni sübh tezdən dənizdə olan hərbi vaporlardan və erməni 

məhlələrindən  İçərişəhərə  toplar  atıldı,  evlər,  məscid  minarələri  dağıdıldı. 

Müsəlmanlarla  yanaşı, rus  və  yəhudilərin  də zərər  çəkməsi  onların  ciddi  etirazlarına 

səbəb  oldu:  “Bu  halı  görən  İçərişəhərdə  yaşayan  xaçpərəst  milləti  dərhal  bir  yerə 

toplaşıb, kəndi tərəflərindən bir nümayəndə liman uçastokuna (yəni hərbi dəniz ordu 

komandanlığına  -  A.A.)  göndərdilər  ki,  biz  İçərişəhərdə  sakin  olan  xaçpərəstlər 

təmam  istirahətlik  ilə  yaşadığımız  bir  halda  bizi  bombardman  etməniz  nə  cəhətə 

olmalıdır”. 

İçərişəhərin  bombalanmasını  dayandırmaq  üçün  danışıqlara  gedən  rus  və 

yəhudi  nümayəndələrinə  Dəniz  Hərbi  Komandanlığı  Daşnaksütun  firqəsinin  onlara 

göndərdiyi  məktubu  göstərdi.  Məktubda  daşnaklar  müsəlmanların  qeyri-millətləri 

İçərişəhərdə qətlə yetirib, mallarını qarət etməsi barədə uydurmalar yazılmışdı. Dəniz-

hərbi  qüvvələri  müsəlmanların  kütləvi  qırğınına  cəlb  etmək  üçün  ermənilərin 

böhtanlarını  duyan  yəhudi-rus  nümayəndələri  belə  bir  halın  baş  vermədiyini  deyir. 

Əksinə, müsəlmanların onlara kömək olduğunu söyləyərək dinc sakinlərin qırğınının 

dayandırılmasını sərt şəkildə tələb edirlər:  “Biz axırıncı tələbimizi liman uçastokuna 




30 

 

təqdim  ediriz:  “Əgər  bu  bombardman  davam  edərsə,  biz  də  hazırlaşıb  yerli 



müsəlmanlarla birabir qiyam edəcəyiz”. 

Bu qəti tələbnamədən sonra təhqiqat komissiyası yaradılır. Daşnak firqəsinin 

fıtnəkarlığı  aşkarlanır,  yalanları  ortaya  çıxır.  Ancaq  artıq  gec  idi.  Vertolyotlardan, 

Xəzərdəki hərbi gəmilərdən açılan top atəşləri, güllələr üç gündə 18 min müsəlmanın 

kütləvi  qətlinə  gətirib  çıxardı.  Erməni  silahlıları  milli  təsisatları,  qəzet  və  jurnal 

redaksiyalarını  dağıdıb  yandırmaqla  törətdikləri  əməllərin  sübutu  olmamasına,  bu 

qanlı  faciənin  tarixdə  iz  qalmamasına  çalışdılar.  Ancaq  bu  soyqırım  Bakıda  deyil, 

Şamaxıda, Qubada, Salyanda təkrarlandı və miqyası böyüdü. 

 

** * 

 

Kitabın  üçüncü  hissəsi  Qafqaz  İslam  Ordusunun  Bakı  ətrafında  apardığı 

döyüşlər,  menşevik  və  daşnakların  bolşeviklərə  qarşı  siyasi  mübarizəsindən,  ingilis 

qoşunlarının  Ənzəlidən  Bakıya  dəvət  olunması  və  “Mərkəzi  Xəzər”  Diktaturası 

hakimiyyəti  dövründən  bəhs  edir.  Kitabın  ikinci hissəsinin Qafqaz  İslam  Ordusunun 

formalaşması  və  Gəncədə  başladığı  mübarizənin  Göyçayda,  Kürdəmirdə,  Ağsuda, 

Şamaxıda  apardığı  savaşdan  bəhs  olunduğu  bəri  başdan  bəlli  olur.  Çox  təəssüf  ki, 

kitabın  bu  bölümünün  əldə  olunmaması  sadəcə  fərziyyələr  yürütməyə  imkan  verır. 

1918-ci  ilin  iyul  ayının  26-da  Şaumyanın rəhbərlik  etdiyi  Bakı  komunası  cəbhədəki 

uğursuzluğa  görə  menşevik  və  daşnakların  təzyiqi  ilə  hakimiyyətdən  məcburi  əl 

çəkməli  oldu.  Hakimiyyətə  1918-cı  ilin  avqustun  1-də  menşevik-daşnaklar  və 

matroslardan təşkil olunan müvəqqəti “Mərkəzi Xəzər” diktaturası gəldi. Daşnakların 

təzyiqi  ilə  ingilis  qoşunları  Ənzəlidən  Bakıya  çağrıldı.  Bu  artıq  elə  bir  dövr  idi  ki, 

artıq  Qafqaz  İslam  Ordusu  Bakı  ətrafında  döyüş  mövqelərində  yerləşib,  Bakının 

azadlığı  uğrunda  mübarizə  aparırdı.  Bakının  qan  tökülmədən  azad  olunması  üçün 

Qafqaz  İslam  Ordusu  komandanı  Nuru  Paşa  “Gəncədə  yaşayan  ermənilərə  təklif 

olunduğu kibi” Bakı ermənilərinə də rus dilində müraciət göndərdi. S.Axundzadənin 

qeyd  etdiyi  bu  fakt  digər  mənbələrdə  də  öz  təsdiqini  tapır.  Bu  müraciətdə  Qafqaz 

müsəlmanlarının hüquqlarını müdafiə  etmək  üçün mübarizə  apardığını müraciətində 

bildirən Nuru Paşa yazırdı:  “Bakıda yaşayan erməni əhalisinə kəndi tərəfimdən elan 

edirəm ki, nahaq axıdılan qanlara bais olmayıb, Bakı şəhərini təslim edib sülhcəyanə 

bir  surətdə  bizimlə  müsamilədə  bulunurlarsa,  ümumerməni  milləti  böyük  səadət 

qazanarlar”. 

İngilislərin böyük hərbi texnika və canlı qüvvə ilə Bakıya gəlib Qafqaz İslam 

Ordusunu  və  Bakı  uğrunda  könüllü  birliklər  yaradıb  mübarizə  aparan  Azərbaycan 

türklərini ağır məğlubiyyətə  düçar  edəcəklərini  düşünən  daşnaklar  “qan tökülmədən 

məsələnin həlli” təklifini öz mətbu orqanlarında məsxərəyə qoyurdular. Daşnakların 

Azərbaycan milli hakimiyyətinin və Qafqaz İslam Ordusunun sülh təklifini “acizlik” 

kimi qələmə verməsi də müəllifin diqqətindən yayınınayıb. S.Axundzadə 1918-ci ilin 

avqustun əvvəlindən başlayan proseslərin axarını bu cür təsvir edir:  “... menşeviklər 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə