7
İcraiyyə komitəsində silahların qaytarılmasını gözləyirdilər. Bu halda xəbər yetişir
ki, Şamaxı caddəsində müsəlmanlara hücum edib onları öldürürlər”. Qırğınları icra
edən isə Stopka Lalayevin erməni dəstəsi idi. Həmin gün axşam saat 7-də bir neçə
azərbaycanlı qətlə yetirildi və sonra qətliamlar şəhərin müsəlmanlar yaşayan
hissəsinə keçirildi, əhali Mars teatrının damında yerləşdirilən pulemyotlardan atəşə
tutuldu. Artıq saat 10-da məlum oldu ki, mərkəzi küçələr işğal edilib, şəhərin aşağı
hissəsi ilə əlaqə kəsilib.
3 gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən
qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları
diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca,
uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları
talan edilirdi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə
kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının
miqyasını təyin etmək olardı: “Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və
uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yarasınayan böylə qəbahətlərin
icrasına qədər varmışlar”. Hamilə övrətlərin bətnində olan məsum səbilləri
(uşaqları) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı komanda tərəfidən vaqe
bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə
yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”.
İnsanların kütləvi qırğına məruz qalmasını, erməni vəhşətlərini gözü ilə
görən Məhəmməd adlı bir şəxs “Azərbaycan” qəzetində “Saralmaz yaralarımız”
sərlövhəli məqalədə yazırdı: “Küçələr meyitlərlə dolmuşdu. Quba meydanından
(indiki Füzuli meydanı nəzərdə tutulur - A.A) Nikolayevski hazırkı “İstiqlaliyyət”
küçəsi) caddəsinə qədər bazar tamam yandırıldı.
Uşaq, böyük, arvad, kişi - heç kəsə fərq qoyulmadan hamısını qətl
edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman
həyətinə daxil olub burada 30-dan 40-a qədər uşaq, arvad, kişi cənazələrini
gördüm. Müsəlmanlarm tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”.
Bu qanlı olayları öz səhifələrinə köçürən milli mətbuat orqanlarımız
soyqırımın təfərrüatına vararaq yazır: “Bütün vəhşət və zalımlıqları sayıb-
qurtarmaq olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına görə, 8 min islam
qırılmışdı. Bu yalandır. Çünki onlar ətrafda, kəndlərdə qırılanları hesaba daxil
etmirlər”. Nəinki Bakının mərkəzində, keçidlərdə yaşayan əhali də kütləvi qırğınla
üzləşdi. Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi
barəsində də mətbuatda məlumat dərc edilib.
İnsanları qətlə yetirdikdən sonra neft və su quyularına atılması da erməni
vəhşiliyinin bariz nümunəsi idi. Xəstəxanada yatan bir yaralı jurnalistə öz başına
gələnləri nəql edərək söyləyir ki, 9 nəfər araba ilə gedən zaman yolda erməni
silahlılarına rast gəlirlər: “Yolda bir neft quyusunun yanında bizi saxladılar. 5
şəhərlini diri-diri quyuya tullayıb bizi də gülləbaran etdilər. Mənim 3 yoldaşım
8
öldü. Mən isə yaralandım. Ermənilər gedəndən sonra mən sürünə-sürünə dəhşətli
yerdən uzaqlaşdım. Yolda bir həmişəri mənı saxlayıb xəstəxanaya apardı”.
Hadisələr səngiyəndən sonra yalnız martın 25-də “Vulkan cəmiyyətinin
köhnə yanalma körpüsünə 6748 meyit gətirilmişdi.
“Azərbaycan” qəzeti 1919-cu ilin martın 31-də 147-ci sayında “Mart
hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində Şaumyan, Saakyan
və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan öncə Şamaxıda qırğınlar
törətdiklərini və bu xəbərin Bakıda təşviş yaratdığını yazır: “Martın 16-da xəbər
gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda
qabaqlarına gələn müsəlman kəndlərini o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu
kəndlərini qarət edib müsəlmanları qırırlar”. Martın 17-də Bakıya xəbər çatır ki
Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib.
“Hümmət”in “Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunur ki, 17
yaşından 50 yaşınadək olan Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun
tərkibinə qatılmışdırlar. Vəziyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir:
“Şamaxı şəhəri bütünlüklə yanıb”.
Milli mətbuatımızda Bakıda törədilən qırğınlarla yanaşı, Şamaxıda 7
mindən çox müsəlmanın qətlə yetirilməsinə diqqət yönəldilib, kəndlərində
ermənilərin törətdikləri vəhşiliklər qələmə alınıb.
“Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni
silahlı birləşmələrinin sayını da göstərir: “Şamaxı mahalına bir qitə göndərilib,
əhalı məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”.
Bakı və ətraf bölgələrdə törədilən soyqırımın sinfi deyil, milli qırğın
olduğunu, minlərlə insanın qətlə yetirildiyini görən N.Nərimanov Şaumyana və
Çaparidzeyə sərt ittiham dolu məktub göndərdi: “Siyasi mübarizə axırda milli
mübarizə yolu alıbdır. Bu halət Şura hökumətinə ləkə salıb onu qara örtük ilə
bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cınb, bu ləkəni
təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə
bilməyəcəkdir”. Top-tüfənglə qurulan hakimiyyətin ömrünün çox qısa olacağını
yazan N.Nərimanovun uzaqgörənliklə söylədiyi fikir çox keçmədi ki, özünün
təsdiqini tapdı. Tiflisdə noyabrın 12-də yalnız bir sayı işıq üzü görən “Qardaş
qayğısı” qəzeti bütövlükdə Şamaxı və Bakıda ermənilərin törətdikləri qırğınlara
həsr olunub. Böyük formatda, iki səhifəsi ərəb qrafikalı Azərbaycan əlifbasında,
iki səhifəsi rusca nəşr olunan qəzet "Turan" Gənclər Təşkilatı tərəfindən xeyriyyə
məqsədi üçün nəşr edilib. Qəzet erməni bandalarının Bakıda, İrəvanda, Şamaxıda
törətdikləri qeyri-insani hərəkətləri, vəhşilikləri emosiyasız təsvir edə bilmir;
"Xunxan erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub 12 yaşında qız
uşaqlarını dizlərinin üstünə mindirib, namusuna təcavüz etdikdə təsəlliyat olurlar
idi. Şamaxıda 400-dən ziyadə qoca islam ailələrini məscid həyətinə yığıb siyirmə
xəncər bunların üstünə düşüb vay həsrəta ilə doğramışlar".