66
söyləyərək "İsrail-Fələstin Xəttində vuruşaq, Suriya-İsrail xəttində sülh danışıqları
edək “ şərhini etmişdi. Bunun üzərinə Yaxın Şərq turuna çıxan Ərdoğan İsrailə baş
çəkməmişdi.
2004-cü ildə olduğu kimi, ancaq çox daha qəti bir şəkildə, Türkiyənin Qəzza
əməliyyatına qarşı göstərdiyi reaksiya ərəb dünyasında təqdirlə qarşılandı.
Əməliyyatın ardından ərəb dövlətlərinin bu davranış mövzusunda HƏMAS-ın məsul
şəxsləri qarşısında Türkiyənin birbaşa olaraq İsraili hədəf alması xüsusilə ərəb
küçəsində Türkiyənin məşhurluğunu artırdı.
71
Bilindiyi kimi, Türkiyə yalnız dəyişik
ölkələrdə və platformalarda İsraili tənqid etmiş, eləcə də İsrailin Birləşmiş
Millətlərdən üzvlükdən atılmasını da təklif etmiş və bir dəfə daha İsraili Fələstinlilərə
qarşı dövlət terroru işləməklə günahlandırmışdı. Gözlənəcəyi kimi İsrail daxilində
Türkiyənin bu davranışı reaksiyayla qarşılandı.
72
5 yanvar 2009-cu il tarixli
Yerusəlim Post-un baş səhifəsində yalnız Türkiyə tənqid edilmiş və vasitəçilik rolunu
sorğulamaqla kifayətlənməmiş, eyni zamanda İsrailin Qəzzada etdiyi əməliyyatla
Türkiyənin PKK ilə mübarizəsi arasında paralellər qurmağa qədər getmişdir.
Türkiyənin İran ilə görüşdüyü və bu ölkə ilə yaxın iqtisadi və siyasi əlaqələrə sahib
bir ölkə olduğu vurğulanan yazıda Türkiyənin Qərb düşərgəsindən "sürətlə
uzaqlaşdığı" xüsusi qeyd olunmuşdu.
Bu çərçivədə gərginliklər davam edərkən, Davos İqtisadi Forumunda "Qəzza:
Yaxın Şərqdə Sülh Modeli" başlıqlı paneldə yaşananlar Türkiyə-İsrail əlaqələrindəki
gərginliyi yeni bir nöqtəyə daşıdı. Baş nazir Ərdoğan, paneldə yanında oturan İsrail
prezidenti Perezin İsrailin Qəzzada ölçüsüz güc istifadə vurğulayaraq tənqid etdi.
Perez isə "Siz raketlər altında qalsanız reaksiyanız nə olar? Burada bir təyin etmə
problemi vardır. HƏMAS çirkin bir diktatorluqdur. Hal-hazırda HƏMAS-ın səbəb
olduğu problemlərlə məşğul oluruq. Qəzzaya yardıma biz deyil, HƏMAS maneə
törədir "demiş, iclas idarəçisi İgnatius-dan söz istəyən baş nazir Ərdoğan panel
idarəçisinin söz haqqı vermək istəməməsinə cavab Perezə dönərək,"Səsin çox yüksək
71
Çağrı
Erhan ve Ömer Kürkçüoğlu, “Orta Doğu ile İlişkiler: İsrail’le İlişkiler,” s. 572
72
Gencer Özcan,
Türkiye- İsrail İlişkilerinde Dönüşüm: Güvenliğin Ötesi (İstanbul:TESEV Yayınları, 2005), s. 60