“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

67 
 
çıxır.  Məndən  yaşlısan  bilirəm  ki,  səsinin  məndən  çox  yüksək  çıxması  bir 
günahkarlıq  psixologiyasının  gərəyidir.  Mənim  səsim  bu  qədər  çox  yüksək 
çıxmayacaq. Bunu belə biləsən. Öldürməyə gəlincə siz öldürməyi çox yaxşı bilirsiniz. 
Plyajlardakı  uşaqları  necə  öldürdüyünüz,  necə  etdiyinizi  çox  yaxşı  bilirəm  ." 
demişdir.  Bu  hadisənin  ardından  indiyə  qədər  davam  edən  kriz-yumşalma-
normallaşma-böhran dövrü qırılmanın eşiyinə gəlmişdir. Baş nazir Ərdoğanın Davos 
çıxışı  bütün  dünyada  geniş  əks-səda  tapdı.
73
  Daha  əvvəlki  böhran  olduğu  kimi  bu 
böhran  üçün  də  İsraildə  ümumi  mövzusu  əslində  Ərdoğanın  bu  sərt  çıxışının  daxili 
siyasətə istiqamətli olduğu və Türkiyədə martda reallaşacaq yerli seçkilərindən əvvəl 
Baş nazirin "bazasına oynadığı" istiqamətində oldu. İsrail Quru qüvvələri komandiri 
Avi  Mizrahinin  Davosdakı  hadisəyə  bağlı  olaraq  "Ərdoğan  aynaya  baxsın" 
istiqamətindəki sözlərinə Ankaranın notayla qarşılıq verməsi də əlaqələrdəki böhranı 
yaxşıca qabartdı. Bundan sonra  əlaqələr daha da dəhşətli bir ölçü almışdır. 2010-cu 
ilin yanvar ayında Türkiyə ilə İsrail arasında alçaq kreslo böhranı yaşanmışdır. İsrail 
Xarici işlər nazirinin müavini Danni Ayalon Türkiyədə efirə verilən "Kurtlar Vadisi" 
adlı bir televiziya serialında Mossad agentlərinin uşaq qaçaqçısı olaraq göstərilməsinə 
reaksiya  olaraq,  Türkiyənin  o  zamankı  Tel  Avivdəki  səfiri  Oğuz  Çelikkol-u  görüş 
əsnasında  daha  alçaq  bir  kresloya  oturtmuş  və  İsrailli  mətbuat  mənsublarına  bu 
vəziyyəti  yəhudi  dilində    ifadə  etmişdir.  Nəticə  olaraq    iki  ölkə  arasında  böhrana 
səbəb olmuş və İsrail nəticədə üzr istəmişdir. Ancaq sürətlə yüksək səviyyədə itirən 
ikitərəfli  əlaqələr  son  yaşanan  "Mavi  Mərmərə  gəmisində  dücum"  hadisəsiylə 
tamamilə  donmuşdur. İsrail  silahlı  qüvvələri   İsrail  tərəfindən HƏMAS idarəsindəki 
Qəzza  zolağında  tətbiq  etdiyi  mühasirəni  deşmək  və  dünyanın  diqqətini  bu  bölgəyə 
çəkmək  üçün  yaradılan  Azadlıq  Filosundaki  6  gəmidən  biri  olan  Mavi  Mərmərəyə, 
31 may 2010-cu il tarixində hücum etmiş və doqquz türkü öldürmüşdür. Filoda olan 
Komor  bayraqlı  bu  gəmidə  577  sərnişin,  Türkiyə  bayraqlı  Dəfnə  və  Qəzza  1 
gəmilərində  isə  müvafiq  olaraq,20  və  18  adam,  Eleftheri  Mesogios  adlı  yunan 
                                                           
73
 
Philip Robin,“Prof.Dr. Ofra Bengio ile Enine Boyuna Türkiye-İsrail İlişkileri,”Şalom qəzeti, 17 Haziran 
2009,
 http://www.salom.com.tr/news/detABl/12144-Prof-Ofra-Bengio-ile-Enine-boyuna-IsrABl-Turkiye-
iliskileri.aspx.
  


68 
 
gəmisində  30,  Sfendoni  adlı  Togo  gəmisində  43  və  Challenger  1  adlı  ABŞ bayraqlı 
bir başqa gəmidə isə 20 sərnişin vardı. Müxtəlif ölkələrdən fəallar mövcud olsa da, bu 
hərəkətin  əsasən  Humanitar  Haqq  və  Azadlıqları  (İHH)  adlı  İslamçı  qeyri-hökumət 
təşkilatları  tərəfindən  təşkil  edildiyi  bir  gerçəkdir.
74
  İsrailli  orduları  gəmiyə  çıxıb 
doqquz  adamı  öldürməsindən  sonra  Türkiyə  Xarici  İşlər  Nazirliyi,  bu  qırğının 
kompensasiyası  mümkün  olmayan  nəticələri  ola  biləcəyini  dünyaya  elan  etmişdir.    
Türkiyə hücum sonrasında İsraillə gündəmdə olan üç hərbi manevrin ləğv edildiyini, 
danışıqlarda  iştirak  etmək  üçün  İsrail  səfirliyinin  mərkəzə  çağırıldığını  açıqladı.
75
 
Eyni zamanda, Türkiyə İsraildən tələblərini də mərhumların və yaralıların, saxlanılan 
bütün  sərnişinlərin  və  gəmilərin  dərhal  qaytarılması,  kömək  vəsABtinin  Qəzzaya 
çatdırılması, İsrailin üzr istəəməsi və təzminat ödəməsi lazım olduğunu açıqladı. 
 BMT  İnsan  Hüquqları  Şurasının  27  sentyABr  2010-cu  ildə  elan  etdiyi 
hesabatında  da  20  ölkədən  gələn  112  sərnişin  ilə  görüşülmüş,  gəmilərdə  silah 
olmadığı və İsrailin gərəksiz şiddət tətbiq etdiyi nəticəsinə gəlinmişdir. Hər nə olursa 
olsun  bu  böhran  nəticəsində  İsrail-Türkiyə  əlaqələri  bəlkə  də  illərlə  təmir  edilə 
bilməyəcək şəkildə yara almışdır. Hər iki ölkə də böhranı doğru idarə edə bilməmiş, 
həddindən  artıq  güc  istifadə  etməkdən  çəkinmədiyi  bilinən  İsrailin  bu  mövqeyini 
sınamağa qalxan İHH, Türkiyənin milli maraqlarını maraqlandırmayan bir mövzuda, 
iki  ölkənin  əlaqələrini  sabote  etmişdir.  İsrail  isə  Newsweek  jurnalına  görə  bu 
qarşıdurmadan  əsl  zərərli  çıxan  tərəf  olmuş,  çünki  son  dərəcə  əhəmiyyətli  bir 
müttəfiqini itirmişdi. 
2  avqust  2010-cu  ildə  BMT-nin  Baş  katibi  Pan  Gi  Mun  tərəfindən  BMT 
nəzdində  fəaliyyət  göstərəcək  olan  və  Mavi  Mərmərə  hücumunu  beynəlxalq  hüquq 
baxımından  araşdırıb  BMT-ni  məlumatlandırmağı  məqsəd  qoyan  bir  komissiya 
quruldu.  Komissiyaya  rəhbərliyi  Yeni  Zelandiyanın  köhnə  baş  naziri  Sir  Geoffrey 
Palmer,  başçı  köməkçiliyi  isə  Kolumbiya  köhnə  başçısı  Alvaro  Uribe  edəcəkdi. 
                                                           
74
 
Avi ShlABm, The Iron Wall: Israel and the Arab World  (London: Penguin Books,2001), s. 600-610. 
75
 
Aras,Bülent.“Turkish Foreign Policy and Jerusalem: Toward A SocietalConstruction of Foreign 
Policy.” Arab Studies Quarterly Vol 22 No 4(2000): s.  31-58. 
 


69 
 
Komissiyada  İsraili  İsrail  Müdafiə  Nazirliyi  hüquq  köhnə  məsləhətçisi  Cozef 
Ciechanover, Türkiyəni isə təqaüdçü səfir Özdem Sanberk təmsil etdi. 
3  dekabr  2010-cu  ildə  Habfa  yaxınlarında  çıxan  və  İsrailin  tək  başına 
söndürməkdə çox qeyri-kafi qaldığı yanğının söndürülməsi işlərinə Türkiyə baş nazir 
Ərdoğanın  təlimatıyla  yanğın  söndürmə  təyyarələri  göndərərək  dəstək  oldu.  Bu 
inkişaf sonrası İsrail baş naziri Netanyahu baş nazir Ərdoğana zəng edərək təşəkkür 
etdi.  Eyni  zamanda,  alçaq  kreslo  böhranının  memarı  olan  Xarici  işlər  nazirinin 
müavini  da  Türkiyəyə  xüsusilə  təşəkkür  etdiklərini  açıqladı.  Türkiyə  yaşanan  bu 
inkişaflardan  sonra  iki  ölkə  arasındakı  böhranın  aşılmasını  üç  şərtə  bağlamışdır. 
Bunlardan birincisi, İsrailin rəsmi üzr istəməsi, ikincisi ölənlərin yaxınlarına təzminat 
ödəməsi və sonuncusu isə Qəzza üzərindəki embargonun sona çatdırılmasıdır. Ancaq 
İsrailin yalnız ölümlərdən ötrü kədər duyduğu şərhi və ölənlərin yaxınlarına ölümlərə 
səbəb  verən  İsrailli  əsgərlərin  hüququ  vəziyyətinə  zərər  verməyəcək  şəkildə 
təzminatödəyə biləcəyini bildirməsi, Türkiyəni təmin etmədi.
76
 
İsraildə  bu  mövzu  üzərinə  müzakirələr  davam  edərkən  İsrail  hökumətinin  bir 
aylıq  dərin  bir  böhran  yaşaması,    2011-ci  ilin  yanvr  ayından  etibarən  Tunisdə 
başlayıb təsirini genişlədən "Ərəb Baharı" nın marağı başqa bir nöqtəyə sürüşdürməsi 
səbəbiylə  Türkiyə-İsrail  əlaqələrinin  normallaşması  baxımından  atılacaq  addımlar 
ikinci planda qalmağa başladı. Bu sırada BMT tərəfindən hazırlanan Palmer hesabatı 
da əlaqələrin alacağı seyrin ortaya çıxması baxımından mühüm  əhəmiyyət daşıyırdı. 
2011-ci  il  sentyABr  ayından  etibarən  Palmer  hesabatının  hələ  açıqlanmadan  "The 
New  York  Times"  tərəfindən  detallarının  nəşr  Türkiyə  tərəfində  son  dərəcə  mənfi 
qarşılandı.  Hesabatın  açıqlanmadan  mediaya  sızdırılmasının  ortaya  çıxardığı 
skandalla  birlidkə  İsrailin  Mavi  Mərmərəyə  təşkil  etdiyi  hücumun  və  Qəzzaya  olan 
yanaşmasının  qanuni  olduğunu  ifadə  etməsi  Türkiyəni  təxminən  bir  il  sonra  İsrailə 
qarşı mövqeyini sərtləşdirməyə itələdi.
77
 
                                                           
76
 Arı, Tayyar.“Gazze Sonrası İsrail’de İç Dinamikler ve Barış Süreci.” Ortadoğu Etütleri (2009): s. 83 98 
77
 
Bacık ,Gökhan.“The Limits of An Alliance: Turkish-Israeli RelationsRevisited.” Arab Studies QuarterlyVol 23 No 3 
(2001): s. 49 – 63. 
 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə