“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

76 
 
Qafqaz, Kipr, AB enerji məsələlərini üzərində iş birliyi ediləcək ortaq maraq dABrəsi 
olaraq  müəyyənləşdirmişlər  və  ikili  əlaqələrin  əsasını  genişləndirmək  məqsədilə 
“Gənc  Türkiyə  -  Gənc  Amerika:  yeni  bir  dövrdə  yeni  bir  münasibət”  başlıqlı  dövr 
başlatdıqlarını  elan  etmişlər.  Bu  dövrün  yetişməkdə  olan  Türk  və  Amerika  gənc 
liderlərinin  insanların  səviyyəsinin  artırılması  istiqamətində  fəaliyyətlərini  mümkün 
edəcəyi qeyd olunur və iki ölkədə gələcəyin liderləri arasındakı əlaqələr baxımından 
bir  yatırım  kimi  qiymətləndirilir.  Bəzilərinə  görə  bu  səfər  Türkiyədəki  iqtidarı 
gücləndirməkdən  başqa  bir  işə  yaramayacaq,  bəzilərinə  görə  isə  Türkiyənin 
müsəlman  dünyasının  lideri  olmasını  təyin  edəcəkdir.  Bu  görüşlərlə  bərabər  Barak 
Obamanın prezidentliyinin 100 günlüyü çərçivəsində Türkiyə səfər edəcək olmasının, 
ABŞ-ın yeni xarici siyasəti, Orta Şərq İslam dünyası ilə əlaqələri və Türkiyə-Amerika 
münasibətləri baxımından olmaqla 3 ayrı istiqamətdə önəm daşıdığını düşünənlər də 
mövcuddur.  Birinci  çərçivədə  Vaşinqtonun  son  8  ildir  həyata  keçirdiyi 
“otistik”(dünyaya  bağlı)  qatı  güc  siyasətinin  sona  çatdığı  və  yeni  yumşaq  güc 
siyasətinin  həm  geostrateji  həm  milli  mənada  açar  rol  oynayan  Türkiyədən  start 
götürəcəyi;  hər  nə  qədər  müsəlman  dünyasına  xitabən  danışmasının  Türkiyədən 
edilməyəcəyi  vurğulansa  da  da  ABŞ-ın  İslam  dünyası  ilə  barışma  mərhələsinin 
Türkiyə  sərhədləri  içərisində  başlanacağı;  3-cü  çərçivəsində  isə  İraq  böhranından 
sonra ABŞ əleyhdarlığının beşiyi halına gələn Türkiyəni yenidən qazanma səylərinin 
ilk  addımlarının  atılacağı  irəli  sürülməkdəydi.  Necə  ki,  Ömər  Taşpınar  səfəri  n 
məqsədini “ çünki Amerika Türkiyəni itirməkdən qorxur” deyərək açıqlamış buna 2-
ci səbəb olaraq Obamanın keçmişdə 1915-ci illə əlaqəli soyqırım tezisinin lehindəki 
mövqeyi davam edərsə Türkiyənin “İncirlik” Bazasını bağlaya biləcəyini, səfərin 24 
apreldən  əvvəl  həyata  keçirilməsinin  bunu  əngəlləmək  məqsədi  daşıdığını  ifadə 
etmişdir.  
Prezident  Obamanın  6-7  aprel  2006-ci  ildə  Türkiyəyə  səfəri  də  bu  marağın 
göstəricisidir.  Toplam  40  saat  davam  edən  dövlət  məmurlarının  milli  azlıqların  və 
media nümayəndələri ilə görüşlərin aparıldığı bu səfəri ağırlıq mərkəzi şübhəsiz ki, 6 
aprel  günü  TBMM-ə  xitabən  etdiyi  çıxış  olmuşdur.  Bu  çıxışda  verilən  mesajları 


77 
 
“ABŞ-ın  Türkiyəyə  və  yeni  dünyaya  vermək  istədiyi”  və  “  Türkiyənin  eşitmək 
istədiyi” mesajlar olaraq 2-yə bölə bilərik.  
Bu baxımdan Prezident Türkiyəyə vermək istədiyi ilk mesajını yuxarıda qeyd 
olunan və  yeni  Amerikan  idarəçiliyini  əks  etdirən  giriş  cümləsində  ifadə  etmişdir.  “ 
Mən  ölkələrimiz  arasındakı  ittifaqı  və  xalqlarımız  arasındakı  dostluğu  yeniləməkdə 
qərarlıyam”.
83
  Bunu  vurğulamaq  məqsədilə  2  ölkə  arasındakı  qədim  dostluğun 
mərhələlərinin  xatırladan  Obamanın  bu  çıxışda  beynəlxalq  ictimaiyyətə  verdiyi  ən 
önəmli  mesaj  isə  “islamla  savaşmırıq”  deyərək  müsəlman  dünyasına  Türkiyə 
üzərindən  uzatdığı  zeytun  budağı  olmuşdur.  Buş  dövrünün  müharibə  meylli 
siyasətinə son vermək məqsədində olduğunu beynəlxalq və regional əlaqələr çağırışı 
ilə  qeyd  edərkən  ABŞ-ın  Türkiyənin  AB  üzvlüyünə  və  demokratikləşmə  cəhdlərinə 
dəstəyini  ifadə  etməkdən  və  bu  yöndə  azlıqların  haqları  və  Ermənistanla  olan 
münasibətlərin  normallaşması  kimi  məsələlərdə  irəliləmə  gözləntisini  də  ifadə 
etmişdir. 
Prezident  Obamanın  verdiyi  mesajlar  bunlar  olmuşdur:  Amerikan  inqilabı  və 
İstiqlaliyət  müharibələri  nümunələrindən  yola  çıxaraq  mübarizə  nəticəsində  əldə 
edilmiş  milli  suverenlik  anlayışının  hər  2  tərəf  üçün  daşıdığı  önəm  İraqın  ərazi 
bütövlüyü  və  PKK  terrorı  ilə  mübarizə  məsələsində  təhlükəsizlik.  Bu  çıxışın  yeni 
idarəçiliyin  əsas  siyasi  məqsədlərini  əks  etdirməsi  ilə  yanaşı  Türkiyə  -  Amerika 
münasibətlərində son illərdə yaşanan bütün anlaşılmazlıqlar nəzərə alınaraq və bütün 
bunları aradan qaldırmaq hədəfi ilə son dərəcə ciddi şəkildə hazırlandığı görünür. 
84
 
Bir  az  da  “Model  Ortaqlıq”(Müttəfiqlik)  haqqında.  İdeoloji  qütbləşməni 
səciyyələndirən  soyuq  müharibə  dönəmində  “strateji  ittifaq”  hesAB  edilən  Türkiyə 
ABŞ münasibətləri soyuq müharibə sonrasında Klinton höküməti tərəfindən regional 
konyunkturanı  səciyyələndirən  “gücləndirilmiş  müttəfiqlik”  bilavasitə  “stratejik 
müttəfiqlik” olaraq dəyərləndirilmişdir. Prezident Obamanın 6 aprel 2009-cu il tarixli 
mətbuat konfransinda ictimaiyyətə açıqladığı “Model ortaqlıq” başqa deyimlə “örnək 
                                                           
83
 Türk dış politikası yıllığı 2011. İstanbul 2012 
84
 Füsun Türkmen. Türkiye-ABD ilişkileri. İstanbul 2012 


78 
 
ortaqlıq”  -  11  sentyabr  sonrası  dövrün  məhsulu  və  ikili  əlaqələrin  dayandıralacağı 
üçüncü nəsil anlayiş olacaqdır.  
“Daha güclü ABŞ-Türkiyə əlaqərinin qurulması, bu münasibətlərin bir model 
ortaqlıq  yaratmasıyla  mümkün  ola  bilər” deyə  Obama  anlayışın  mahiyyətini  bu  cür 
ifadə  etmişdir:  ”Sözü  gedən  modeldə  xristianların  üstün  olduğu  xalqla,  əksəriyyəti 
müsəlmanlardan ibarət olan qərbli digər xalqlar biraraya gələcək və Avropayla Asiya 
arasinda yerləşən Türkiyə ABŞ ilə müasir beynəlxalq bir cəmiyyət yarada biləcək.Bu 
inamlı,  qarşılıqlı  hörmətə  dayanan  ciddi  mədəni  fərqləri  olmayan  bir  ortaqlıq 
olacaq.Biz özümüzü xristian ya da yəhudi bir xalq olaraq görmürük, vətandaşların və 
ideyaların  birbirinə  bağladığı,  dəyərlərin  formalaşdığı  birləşdirildiyi  bir  xalq  olaraq 
görürük.  Müasir  Türkiyə  də  bənzər  prinsiplərlə  qurulub.Bizim  hər  iki  olkədə 
gördüyümüz  bu  vədin  layiq  bir  ölkə  hüquq  üstumlüyü  vədinin  hələ  də  davamlı 
olmasıdır və bu önəmlidir.Bunu dəstəkləməyə davam edəcəyik.Dünyaya bu mesajı bu 
şəkildə verə bilsək, son dərəcə qeyri adi bir nəticəsi olacaq...Sadəcə ikili münasibətlər 
deyil,  birlikdə  çalışaraq  daha  çox  strategiyanı  formlaşdıra  biləcəyimizi  gördüm.Bu, 
müsəlman  və  qərb  dünyası  arasında  birləşməyə  kömək  edəcək,  bizi  rifah  və 
təhlükəsizliyə aparan bir yol olacaqdır.ABŞ bu müttəfiqliyi gələcək illərdə də davam 
etdirməyi hədəfləyir”. 
85
 
Bu  müttəfiqliyi  analiz  edəcək  olsaq,  Türkiyə  ABŞ  münasibətlərinin  əsasını 
təşkil  edən  istər  bloklararası,  istərsə  də  regional  geostratejik  faktorun  ilk  dəfə  daha 
irəlisinə  gedildiyi  və  münABbətlərin  əsasında  kimlik,  dəyərlər  və  rifah  kimi 
anlayışlar  da  daxil  edilərək  genişləndirilməyə  çalışıldığı  nəzərə  çarpır.Buna  təkan 
verən  isə  şübhəsiz  ki  11  sentyabr  hadisələri  və  ardından  2003-cü  ildə  Türkiyə  ilə 
yaşanan  böhrandır.Prezident  Obamanın  bir  yandan  Türkiyədəki  mövcud  rejimin 
önəmini  vurğulayaraq  Amerikanın  Türkiyəyə  münasibətində  təminat  verirkən,  digər 
yandan  Türkiyənin  müsəlman  kimliyinə  simvolik  bir  önəm  verməsi  son  dərəcə  incə 
bir xətt üzərində qurmağa çalışdığı tarazliğa işarə etməkdədir, bu mənada Amerikan 
hökumətinin  müsəlman  kimlik  və  “islamçı”  siyasət  aryıseçkiliyinin  sağlam  formada 
                                                           
85
 .Baskın Oran. Türk dış politikası. II cild. İstanbul 2012 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə