Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   14   15   16   17   18   19   20   21   ...   123

62
bir  mənada  bundan  ibarət  idi,  sadəcə  həyatda  qalmaq,  günü 
yola vermək, qida və seks. Bəs indiki insan? Küçələrdə yaşa-
maq? Hər şey bir kənara, onlar xoşbəxt deyildilər. Üzləri çox 
vaxt gərgin və kədərli, yanaqları sallaq və halsız olurdular. Heç 
birinin üzündə xoşbəxtlik ya dinclik yox idi. Yəni evsiz olmaq 
da məsələyə çarə deyildi. Onlar sadəcə bezmişdilər və görünən 
o idi ki, ölmək də istəmirdilər ya da ölə bilmirdilər. Sürünür-
dülər. Onlara acıyırdı. Kaş edə biləcəyi bir şeylər olsaydı deyə 
düşünürdü. Ən kiçik şeylərə belə sevinirdilər bəzən. Bir paket 
siqaret. Yemək. Az miqdarda pul. Vodka. Zibillikdən tapılan 
eynək, bəzən işləyən qulaqlıq. Üzlərində uşaq təbəssümü ya-
ranırdı. Qırx yaşlı kişi uşaq kimi tullanıb düşürdü bəzən. Yaş 
aralıqları geniş idi, qocası cavanı, qadını kişisi. Bəziləri keçici 
evsiz idilər bəziləri illərdir. Bəzisi üç dörd aylıq, müdürdən, 
işdən,  həyatdan  hər  şeydən  bezib  evdən  ayrılaraq  küçələrdə 
yaşamağa qərar verir sonra peşman olub yenə geri qayıdırdılar 
köhnə həyatlarına. Bəziləri də küçələrdə qalmağa davam edir, 
xəstələnir, məhv olurdular. Xəstəxanalar çox vaxt onlara sa-
hib çıxmayıb başlarından edirdi. Dövlətin yataqxana kimi bəzi 
sığınacaqları mövcud idi bu tip evsizlər üçün, ancaq çox vaxt 
dolu olurdu bu sığınacaqlar, yerlərin sayı az idi, evsiz çox. Ya 
da bəzilərinin xüsusi qaydaları var idi. Bəziləri incil oxudurdu, 
bəzilərinin qapıları hər axşam doqquzda bağlanırdı, bəzilərin-
də hər axşam içəri girərkən alkoqol promili ölçülürdü və əgər 
fərd içki içibsə buraxılmırdı.
Küçədə yatdığı və yarı evsiz olduğu vaxtlar olmuşdu əv-
vəllər.  İndi  də  küçədə  yaşamağı  da  düşünmüşdü  ölümə  get-
məkdənsə. Ancaq məsələ o idi ki küçədə yaşamaq problemi 
həll etmirdi, iztirabı uzadırdı. Bildiyi tək şey var idi, işləmək 
istəmirdi. Çox pula ehtiyacı da yox idi xoşbəxt olmaq üçün. 
Pul bəlkə də xoşbəxt olmasını bilməyənlər üçün alətdir deyə 
düşündü.  İqtisadi  materializm  amerikalıların  düşdükləri  bir 
çuxurdur əslindəysə çox pulun olmadan da xoşbəxt ola bilər-
sən, ancaq işləməməlisən və həyatda qalacaq minimum vəsa-
itin olmalıdır.


63
İşsiz  qaldıqdan  sonra  daha  çox  düşünməyə  və  dolayısilə 
əzab çəkməyə başlamışdı. Çünki işləmək problemi həll etmir-
di. Ortada keçinə bilməmək kimi bir problem var idi. Üç ay 
sonra ya ölməli ya yenidən işləməliydi. Ancaq yenə də vaxtını 
istədiyi şeyə vicdan əzabı duymadan xərcləyirdi işsiz qaldığı 
dövrdə.  Kapitalizmsə  insanı  təşvişə  soxurdu,  işdən  sonra  az 
qalan vaxtını nəyə xərcləməli olduğuna qərar verə bilmirsən, 
vaxtı özünəmi ayırasan, yoxsa daha yaxşı iş imkanı tapmağa-
mı. Boş durarkən belə insan özünü rahat hiss etmirdi sanki.
Həyat istəmədən oynadılmağa başladığın bir oyundur. Son-
ra bir gün oyunun ortasında sənə deyirlər ki vaxtının yarısını 
işləməli geri qalanını oynamalısan. Kimisi bununla razılaşırdı, 
kimisi də oyundan ayrılmağı qərara alırdı ölümə gedərək. Sa-
dəydi əslində. 
Nazilərin ən böyük ölüm düşərgəsi olan Auschwitz kam-
pını ziyarətini və kampın girişindəki sloqanı xatırladı. “Arbeit 
macht frei”. Mənasını başa düşməmiş gəzinti rəhbərindən so-
ruşmuşdu o da izah etmişdi; “İşləmək insanı azad edər”. Ka-
pitalizmlə sloqan arasındakı bənzərliyi düşündü. Digər kamp-
larda da bənzər bir sloqan var idi. “Jedem das Seine” – hərə 
özü üçün, ya da hər kəs haqq etdiyini, layiq olduğunu tapar
Kapitalizmlə üst-üstə düşürdü mahiyyətləri. Hərə özü üçün idi 
və azad olmaq üçün işləməliydin.
Amerikada yaşadıqdan sonra daha da yaxşı başa düşürdü 
kapitalizmi. Əvvəllər sosializmə meyli olmuşdu və protestlərə 
qatılmışdı ancaq indi başa düşürdü ki sosializm bəlkə də doğru-
dan da utopiya idi. Amerikada, ən zəngin insanların ölkəsində 
küçədə evsizlər və yoxsullar gəzirdi. Çünki insanın təbiəti bu 
idi.  Bu  bir  həyatda  qalma  savaşı  idi. Təkamül  idi.  “Survival 
of the fittest” deyirdi Darwinin təkamül nəzəriyyəsi, yəni ən 
uyğunun həyatda qalması. Sosial darvinizm də eyni şeyi de-
yirdi. Fərdi orqanizmlər arasındakı rəqabətdən ətraf mühitə ən 
uyğunlarının həyatda qalıb artması kimi, sosial olaraq da situa-
siyaya ən uyğun olanlar zəncirin yuxarı başına qalxırdı. Təbiə-
ti və genetikası işləməyə ən uyğun olanlar kapitalist sistemdə 


64
yüksəlirdi ya da sağ qalırdı. Olmayanlar isə ya evsiz və pulsuz 
qalır, küçələrdə yaşayır ya da ölürdü. O başa düşürdü ki möv-
cud rejimə uyğun deyil, işləmə istəyinin olmaması onu zəncirin 
aşağılarına itələyirdi. İşləmədiyi ya da işləyə bilmədiyi üçün 
sıradan çıxanlar, belə çıxır ki, təkamülün qurbanlarıdır və təka-
mülün indiki mexanizması işləməkdi. Sosializm zəiflərin təsəl-
lisidir. Təbii olmadığı üçün də totalitarianizmə məhkumdur.
İşləmək insanların beyninə o qədər yeridilib ki, onlar iş-
siz dayanmağı düşünə bilmirlər. Daha çox işləsələr hər şeyin 
daha  yaxşı  olacağını  düşünürlər,  ya  da  bəlkə  də  işləməkdən 
bir diqqət dağıtma mexanizmi kimi istifadə edərək öz faciələ-
rindən uzaqlaşmağa çalışırlar. Səbəb hər nə idisə də, işləmək, 
insanları yadlaşdırırdı və onlar yavaş-yavaş özlərindən çıxıb 
işlərinə  çevrilirdilər.  İşləmiş  olduğu  işləri  düşündü,  mağaza 
kassiri, satıcı, barmen, ofisiant, poçtalyon, taksi şoferi və digər 
bütün keçici işlər. Keçici işlərdə işləmişdi çünki onlara girmək 
və çıxmaq daha asan idi. Ciddi işlərin iş görüşmələrini sevmir, 
hətta onlara nifrət edirdi. Onun üçün uğurlu bir iş görüşməsi 
özünü daha yaxşı sata bilmə və yalan danışma qabiliyyətiydi. 
Məsuliyyəti daha artıq olan işlərdən də qaçırdı, ümumiyyətlə 
məsuliyyətdən qaçırdı.
Həmişə  keçici  işlərlə  yaşaya  biləcəyini  düşünmüşdü  an-
caq bir gün hamısından bezəcəyini düşünməmişdi. Həyatına 
digər  bütün  insanlar  kimi  həmişə  deus  ex  machina  gözüylə 
baxmışdı, göydən tanrının əli enəcək və onu xilas edəcək. Ya 
da Godot gələcəkdi. Təkamüli açıqlaması optimizm idi, insa-
nı pis günlərdə motivasiyalı saxlayan hisslər bütünü: bir gün 
birdən-birə hə şey yaxşı olacaq. Olmadı. Heç kim gəlmədi və 
onun artıq gözləmək kimi bir fikri yox idi. 
Acgöz olmasaydı əgər bəlkə küçələrdə yaşamaqla razılaşa 
bilərdi həyatının qalanını. Ancaq azgöz idi və çox şey istəyir-
di, istədiklərini edəcək gücü özündə tapa bilmədiyi və bununla 
razılaşa bilmədiyi üçün də ölümə qaçırdı.
Nə qədər qəribə bir hal içində olmalıdı ki insan, həm dün-
yadakı hər şeyi acgözcəsinə istəyir həm də onları əldə etmək 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə