Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   17   18   19   20   21   22   23   24   ...   123

71
içində olduğu mühiti düşündü, varlı bir mühitdə olmalı idi. Si-
tuasiyanın, mühitin, insanın yeriyişinə belə necə təsir etdiyini 
düşündü.
Parfümünün  və  gözəlliyinin  təsiri  ilə  o  qızı  arzuladı. Və 
bir anlıq qərara gəldi, xoşbəxtlik qadın kimidir, arxasınca dü-
şürsən ancaq əldə etdiyin an başqasını ya yenisini istəyirsən. 
Başqa  qadını,  başqa  xoşbəxtliyi.  Sonra  bu  mülahizəsinin  nə 
qədər nisbi olacağını düşündü, hər insan üçün belə olmadığı-
nı və bəzilərinin sadəcə tək bir qadınla, tək bir xoşbəxtliklə 
kifayətlənərkən bəzilərinin təbiətləri səbəbilə nə qədər acgöz 
olduqlarını düşündü.
Bəlkə də gedib o qızla tanışmalı və son günlərini xoşbəxt 
keçirməliydi,  deyə  düşündü. Ancaq  son  günləri  xoşbəxt  ke-
çirmək insanı ancaq daha da çox bağlaya bilərdi həyata. Pis 
keçirməliydi. Ölümə gedirdisə Laranı da unutmalıydı. Bəlkə 
onunla bir ay yaşayıb sonra ölə bilərdi, amma bu sadəcə yaşa-
maqla çəkdiyi işgəncəni uzatmaq demək olardı, başqa heç nə.
Təkrar ürəyi sıxıldı. Sanki içində sönməkdə olan bir ulduz 
var idi və yavaş-yavaş qara dəliyə çevrilərək onu bilinməz qa-
ranlığa doğru çəkirdi. İçdə böyüyən ağrı ya sinənin məngənəy-
lə sıxılması hissi kiçilən ulduz kimidir, bəzilərində qara dəliyə 
çevrilir, bəzilərindəsə partlama verərək əsərlər yaradır, onun 
kiçilən ulduzu ölümlə nəticələnəcəkdi.
Lənətə  gələsi  həyatın,  xoşbəxt  bir  insan  üçün  çox  qısa, 
bədbəxt  bir  insan  üçünsə  çox  uzun  olduğunu  düşündü.  Ona 
görə də bəlkə də həbsxanalarda edam cəzasının olması əslində 
qatillərin sayını artıra bilərdi, deyə fikirləşdi. Çünki əsl cəza 
yaşamaqla cəzalandırılmaq idi, kiçik bir qəfəsdə həm də. Əgər 
qatillər edam edilsəydi, öldürmək istədiyi bir insan olsa onu 
öldürərdi, ancaq düşünəndəki sən kimisə öldürməklə ömrünün 
sonuna qədər bir qəfəsə salınırsan, bu dəhşətli bir cəza idi və 
cinayət təşəbbüskarını əməlindən yayındıra bilərdi. Hessenin 
yalquzağını xatırladı, taleyi belə olmuşdu, o edam cəzası üçün 
can atarkən Mozart onu yaşamaqla ittiham etmişdi. Ən ağır 
ittiham yaşamaqla ittiham olunmaqdır.


72
Yandakı reklam lövhələrinə sataşdı gözü təkrar. “Mən xər-
çəngə necə qalib gəldim!” deyə bir reklam gördü və əsəbləşdi. 
Reklamda bir qadının gülən üzü var idi Sanki həyat ölümdən 
daha gözəlmişcəsinə xərçəngdən qurtulmağı qalibiyyət adlan-
dırırdılar. Digər reklamlar ona son iş yerlərindən birində di-
vara yazılan yazını xatırlatdı: “Birinci məqsədimiz: müştərini 
məmnun etməkdir”. Müştərini xoşbəxt etmək üçün lazım olan 
hər yol qəbuldur. Biznesdə makiavellizm. 
“Daha çox işlə daha çox oyna” sözünü xatırladı, bəlkə də 
“daha az işlə daha az oyna” olmalıydı düzgün forması, ya da “oy-
namasan qazanmarsan” sözü “oynamasan uduzmarsan” olmalıy-
dı. Yaşamasan əzab çəkməzsən. Bütün yollar ölümə aparırdı.
Bu ölkənin iqtisadi yaşam tərzi ona heç uyğun deyildi deyə 
düşündü. O çox işləmək istəyənlərdən deyildi. Ancaq yenə də 
sevirdi bu ölkəni. Qarışıq irqliliyi. Kiçik dünya kimi.  Yoldan 
keçən  insanlara  baxdı.  İmiqrantlar  və  fərqli  irqlər.  Çinlilər, 
hindlilər, ərəblər, meksikalılar, braziliyalılar, avropalılar. Hər 
gün nə qədəri gəlirdi. Sanki dünyanın bir ucu boşalıb o biri ucu 
dolurdu.  İş  səbəbilə  imqirasiyalar.  Bir  gün  ölkələr  yox  olub 
yerlərini şirkətlər alacaqmı görəsən? Onsuz da Amerika ölkə 
yox, şirkət idi. Prezidentləri də biznesmenlər. Gələn yeni imiq-
rantlara iş icazəsi verilir və vergiləri alınırdı. 80’lərdən son-
ra daha da çox şirkətləşmişdi Amerika deyə düşündü, Ronald 
Reagan və neoliberal addımlar. İqtisadi globalizmin və sosial 
ədalətsizliyin artışı.
Bayaq yanından keçən o gözəl qızın qarşıda oturduğunu 
gördü.  Görəsən  xoşbəxtdirmi  deyə  düşündü.  Əlbətdəki  xoş-
bəxt olacaqdı. Amerikada sanki xoşbəxtsənmi sualına yox ca-
vabı verənləri gilyotinlə öldürürdülər. Hamı hə deyirdi. İnsan-
ların  həzz  mexanimzasıyla  idarə  edildiyi Amerika  qitəsində 
Huxleyin ruhu dolaşırdı və Orwel ölmüşdü.
Ürəyinin belə dərindən sıxıldığı anlarda tək şeyi arzulayır-
dı, bir düymə olsaydı da və basan kimi ağrısız ölsəydi. Çün-
ki insanı ölümdən uzaq tutan əsas şey ölümün fiziyoloji yox 
psixoloji ağrısıdır. Ancaq ani bir düymə hər şeyi dəyişə bilərdi 


73
və elə olsaydı yəqin onsuz da insanların yarıdan çoxu ölərdi. 
Dünya qəbirstanlığa çevrilərdi.
Qarşı yoldan keçən bir qadının üzünə ilişdi baxışları bir-
dən.  Sanki  ailəsindəki  bütün  yoxsulluqlarına,  kasıblıqlarına 
və ümidsizliklərinə baxmayaraq dik durmağa çalışan və qar-
şıdan gələn bayramı üstlərinə çökmüş bədbəxtliyi uşaqlarına 
hiss etdirmədən yola verməyə çalışan bir ana üzü gördü qadı-
nın üzündə. Bu bayram uşaqlara hədiyyə alınmayacaqdı, son 
bayramda və ondan əvvəlkində də olduğu kimi. Amma gələn 
bayramda alınacaqdı. Mütləq. Çünki tanrı bu qədər mərhəmət-
siz ola bilməzdi. Gələn bayram çox yaxşı olacaqdı. Ancaq bu 
bayramın bədbinliyini uşaqlara hiss etdirməmək lazımdı. On-
lar hələ çox kiçikdirlər.
Qadına baxdıqca ürəyi parçalandı. Uşaqlığını və  yoxsul-
luqlarını xatırladı. Bədəni istiləndi. Mərhəməti gözlərinə vurdu 
və gözləri islandı. Kişilərə məxsus ustalıqla göz yaşını əliylə 
silmədən qurutmağa çalışdı, bacarmadı. Xilas olmuş bir damla 
sol yanaqdan aşağı doğru süzüldü. Durub qadını qucaqlamaq 
istədi. Ancaq həyat o qədər də gözəl deyildi ki, yoldan keçən 
istədiyin hər insanı qucaqlayıb ağlaya ya öpə biləsən. Qadının 
məğrur baxışları altında bir çarəsizlik gizlənirdi. Düşüncəliy-
di. Bəlkə doğuştan xəstə bir uşağını bəlkə bu gün yeməyə üç 
kartofdan başqa heç nə qalamayan evdə nə hazırlayacağını dü-
şünürdü.
Üzünü  çevirdi.  Laranı  xatırladı.  Neyləyirdi  görəsən.  Ev-
dəydimi. Yenidən  kefi  pozuldu.  Heç  tanış  olmamış  olsaydı, 
görməsəydi,  o  gün  orada  olmasaydı  deyə  düşündü.  Bir  gün 
içində ona sanki vurulmuşdu. Birdən-birə evdən qaçıb çıxaraq 
bəlkə də ona qarşı düzgün hərəkət etməmiş olduğunu düşündü. 
Ancaq sanki onun yanında olduğu hər müddətcə ona daha da 
bağlanırdı. Düşünmək üçün qaçıb çölə çıxmışdı. 
Yenidən yerə uzandı və gözlərini yumdu. Səhər isti olan 
hava indi bir anda dəyişmişdi və günəş buludların arxasında 
gizlənirdi. Soyumuş hava kefini pozdu. Bir qədər mürgülədi 
və sonra otların üstündəcə yuxuya getdi.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə