Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   19   20   21   22   23   24   25   26   ...   123

78
“Nə var nə yox, necəsən?”
“Belə də, sən necəsən”
“Nədir o, nə oxuyursan?”
Kitabın üzünü qaldırıb adını göstərdi. Oğlan gözünü qıya-
raq baxıb kitabın adını oxudu “qav-raaa-yış, qavrayış qapıları, 
aldous huxley”. 
“Necədi, necə kitabdı?” – ciblərində nəyisə axtara-axtara 
soruşdu. 
“Yaxşıdı, yaxşı kitabdı”.
“Riçard,  mənim  adım  Riçarddır,  səninki  nədir?”  -  əlini 
uzatdı ona Riçard. O da öz adını dedi, əl sıxışdılar. Sonra Ri-
çard cibindən çıxardıqlarını qucağına qoyub nəsə hazırlamağa 
başladı.
“Ot çəkmək istəyirsən?” deyə soruşdu Riçard
Bir qədər düşündü. Beyin kimyasını dəyişdiyi üçün içki-
dən başqa bütün hər şeyi buraxmışdı amma ölümə gedirsə nə 
fərqi deyə düşünüb razılaşdı.
“Çox çəkənsən?” - Riçard soruşdu
“Bir  ara  təmiz  buraxmışdım,  beyin  balansını  pozduğuna 
inandığım üçün, ancaq sonra həyatımdan əlimi üzdükdən son-
ra çox daha çəkməyə başladım”
Riçard sarmaqla məşğul ikən ətrafa baxındı biraz. Riçard 
haqqında düşündü. Qısa müddətdə ondan xoşu gəlmişdi. Qəri-
bə birinə oxşayırdı. Xoşniyyətli biri təəssüratını bağışlamışdı. 
Səsi olduqca mülayim idi. Ağladıqdan sonra göz yaşları quru-
muş ancaq gözətrafı qızarıqlığı qalmış kədərli bir uşağı xatırla-
dırdı. Üzü sanki mərhəmət üçün yalvarır, ancaq bir o qədər də 
bunu gizlədir, hələ yıxılmadığını, başının dik olduğunu göstə-
rirdi. Onun hələ də bir evsiz olub olmadığını başa düşməmişdi. 
Qolundakı yaranın izləri sarğının biraz ətrafına daşırdı, yara 
olduqca pis görünürdü, görəsən nə yarasıydı, deyə fikirləşdi. 
Nədənsə söhbət açmaq istədi, bilmədi nə desin. Kitabdan son 
bir cümlə oxuyub səhifəni qatlayıb örtü. “Meskalin haqqında-
dır bu kitab, bilirsən meskalini?” deyə soruşdu.
“Meskalin? Hə, bilirəm meskalini”


79
“Yoxlamısan heç nə vaxtsa? Mənə maraqlıdı, yoxlamamı-
şam amma”
“Yox, mən də yoxlamamışam” - dili ilə sarmanı isladıb kə-
narlarını yapışdırdı.
Riçard işini bitirdi, çantasını götürdü və “dur gedək, ha-
zırdı, ancaq burda uşaqlar var, uşaqların yanında olmaz” dedi. 
“Bu mənim qaydamdı, uşaqlar varkən olmaz” 
Qalxıb yamacları çəmənlərlə örtülü təpənin biraz kənarına 
doğru gedib oturdular. Riçard sarmanı ona uzadıb yandırması-
nı istədi, o yandırdı, dərin bir tüstü aldı və geri ötürdü. Təkrar 
Riçardı müşahidə etdi, olduqca nəzakətliydi.
“Bacım  məni  evdən  atdı,”  -  dedi  birdən  Riçard.  “Vodka 
içirəm  deyə  atdı  məni  evdən,”  bir  tüstü  daha  aldı  və  üzgün 
səslə davam etdi: “Gəldi gördü içirəm, qovdu evdən, indicə, 
bugün, ordan gəlirəm”
“Neyləmək istəyirsən bəs?” 
“Bilmirəm, heç bir fikrim yoxdu, gedəcək heç bir yerim 
yoxdu” 
Riçard dodaqaltı nələrsə mızıldanır, heyfislənir, amma an-
laşılmırdı. Hələ də bacısının onu evdən qovmasının təsirindəy-
di. “Mən onlar üçün əlimdən gələni etdim, onlarsa belə etdi. 
İşləyirdim, əlimdən gəldiyi qədər kömək edirdim, al bu da nə-
ticə, sadəcə çox içdiyim üçün qovdu məni”
Riçard bayaqdan bəri arxada oturan gənclərə baxırdı. Bir-
dən onları çağırdı və nəsə problemləri olub olmadığını soruş-
du. Onlar heç nə başa düşmədilər. “O bayaq yanınızda oturan 
uşaqlar sizi narahat etdilər sandım, onu soruşurdum” dedi on-
lara. Onlar da problem olmadığını dedilər. Üç nəfər idilər. İki 
gənc yerli qız və bir asiyalı oğlan, yeniyetməydilər. Çəmənlə-
rin üstündə oturub söhbət edirdilər. 
- O gedən üç nəfər qaradərili uşaq nəsə şübhəli görünür-
dülər, onları narahat etdiklərini sandım, gəlib yanlarına otur-
dular və nəsə dedilər onlara, bilmək istədim nə məsələdi. – Ri-
çard ona məsələni izah etdi.
“Başa düşdüm” - deyərək cavab verdi. Sonra Riçard çan-


80
tasını  açdı,  bir  şeylər  götürdü  və  “Yaxşı  çantadı  bu”  -  deyə 
dilləndi. 
- Hə, yaxşı görünür,
- Baxmaq istəyirsən içinə? Al bax, bu arxa cibi görürsən? 
Bura öz kompyuterini qoya bilərsən. Sonra, bu ipi görürsən 
burda? Onu çəkirsən kompyuterin qalxır yuxarı, əladı hə? Al, 
bax çək ipi.
Kompyuter üçün ayrılmış cib boş idi. O ipi Riçard istədi 
deyə çəkdi və bunun çox yaxşı düşünülmüş bir fikir olduğunu 
dedi. “Bahalı çantaya oşxayır,” - deyə davam etdi.
- Elədi, 240 dollar.
- 240?? O qədər pulu çantaya verməzdim yəqin
- Mən vermişəm demədim, - deyib gülümsədi Riçard.
Çantanın içində təkrar birşeylər axtarmaq üçün çabaladı, 
sonra davam etdi,
-Oğurlamışam.
-Necə?
-Sadəcə oğurladım, götürdüm və çıxdım. Aşağısında bağlı 
bir metal var idi, qırdım onu və çıxdım ordan.
-Başa  düşdüm.  Məni  tutmuşdular  bir  dəfə  oğurlayanda, 
oğurlaya bilməmişdim - gülərək Riçarda cavab verdi, – Tam 
qapıdan çıxanda iki nəzarətçi qabağımı kəsdi və mənə yaxın-
laşıb yan otağa keçməyimi istədilər. Ağappaq olmuşdum, nə 
edəcəyimi bilmirdim. Onlarla otağa girdim. Bütün divarlarda 
təhlükəsizlik  kamerasının  çəkmiş  olduğu  oğurluq  anları  var 
idi, oğurlayanlar hansısa əşyaları tam ciblərinə qoyarkən çək-
mişdilər. Ağ qara şəkillər idi, bir video kadrdan lentlər kimi. 
İndi yəqin o otaqda mənim də şəklimi vurublar divara – deyib 
yüksək səslə güldü.
Bir tüstü daha alıb sarmanı Riçarda ötürdü və davam etdi,
- Bilirsən nə oğurlamışdım? Paltar sabunu. Onlar sadəcə 
böyük qutunun içində iyirmi otuz ədəd kiçik sabunları satırdı-
lar. Mənə isə sadəcə iki ədəd lazım idi. Qabı açdım və içindən 
iki ədəd kiçik sabun götürüb sonra qabı səliqəli formada geri 
qoydum. Bir də ondan əlavə, almış olduğum başqa ərzaqlar var 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə