Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   16   17   18   19   20   21   22   23   ...   123

68
peşman idi. Yeni nəslin xəyalları əlində qalmış başqa bir nü-
munəsiydi. Həmişə elə sanmışdı ki nə vaxtsa işlər düzələcək, 
ancaq məsələ o idi ki “nə vaxtsa” deyə bir şey yox idi. Onu sən 
qurursan.
Düşdüyün  girdabdan  beş  il  sonra  çıxacağını  sanırsan, 
amma xəbərin yoxdur ki beş il sonra da eyni dərəcədə zibilə 
batmış olacaqsan. Amma yenə də təkamülün sənə verdiyi op-
timizm səni məcbur edir düşünəsən ki yox, beş il sonra hər 
şey  əla  olacaq.  Lap  qəbul  belə  etsən  ki  beş  il  sonra  heç  nə 
düzəlməyəcək, yenə də fikirləşirsən ki, ən azından başqa for-
mada bədbəxt olacam. Məsələ də odur ki, başqa formada bəd-
bəxt olsan belə bunu hiss etməyəcəksən çünki ora birdən birə 
yox, zamanla gedəcəyin üçün elə o bədbəxtçiliyin də həmişə 
orda, səninlə olduğunu sanacaqsan. Necə ki, indiki çuxurun-
da illərdir yaşadığını sanırsan. Ya da başqa sözlə, insan beş il 
sonra da bədbəxt olacağını düşünəndə o dərəcədə də qorxmur, 
amma ona desən ki, təsəvvür et, indi yaşadığın bədbəxtlik beş 
il çəkəcək və sən beş il sonra da yenə həmin evində oturub 
əzab çəkəcəksən, o dəhşətə düşəcək. Necə yəni, beş ildə heç 
nə dəyişməyəcək? Yox dəyişməyəcək. Əhəmiyyətsiz faktorlar 
dəyişə  bilər  amma  əhəmiyyətli  olan  tək  faktor  var,  o  da  ki, 
yenə də sənin bədbəxt qalmandır.
Ölüm,  bütün  bu  pessimist  düşüncələrinin  içində  əslində 
onun  üçün  ən  yaxşısı  kimi  görünürdü.  Çünki  o  nəinki  indi 
bədbəxt idi, həm də gələcəkdə də bədbəxt olacağına artıq özü-
nü inadırmışdı. Bir optimist üçün bu düşündüklərinin nə qə-
dər  gülünc  səslənəbiləcəyini  düşündü  və  kaş  ki  bir  optimist 
olsaydı  deyə  arzuladı.  İnsanların  biokimyalarının  nə  qədər 
fərqli olduğu düşündü və içində olduğu bədənə lənətlər yağ-
dırdı. İstəmədiyin həyata həm də istəmədiyin bir bədən içində 
gətirilirdin. İstəmədiyin bir kimya, zəif, pessimist, nevrotik ya 
qorxaq. Bu lənət bədəndən qurtula bilsəydi kaş, deyə düşündü 
və ölümü xatırladı. Üzüldü. Üzüldü çünki ölmək istəmirdi.
Sahildən gələn sərin bir meh fikrini dağıtdı və son yalnız 
keçirdiyi doğum gününü xatırladı. Əvvəllər ətrafında dostları 


69
var ikən doğum günlərinə qarşı vecsiz olduğunu düşünürdü, 
doğum günləri onun üçün əhəmiyyətsiz idi və təbrikləri eti-
nasızlıqla qarşılayırdı. Ancaq son doğum günündə anlamışdı, 
bir  təbrikə  nə  qədər  möhtac  olduğunu. Yanında  onu  tanıyan 
bir insanın olmasını və təbrik etməsini diləmişdi. Son doğum 
günündəki kədərini və hirsini xatırladı. Bu həm də ona görəy-
di ki yaşlanırdı və yaşlanmaq istəmirdi. Doğum günləri uşaq 
ikən böyüdüyün üçün çox sevindiriciydisə, sonralar yaşlandı-
ğın  üçün  kədər  günlərinə  çevrilirdilər.  Həmişə  gənc  qalmaq 
istəyirdi. Ya da bəlkə də yaşlanmaqdan ona görə qorxurdu ki, 
xoşbəxt  deyildi,  çünki  xoşbxət  günləri  gəncliyində  olmuşdu 
və artıq geridəydilər. Xoşbəxt insan üçün yaşın heç bir fərqi 
olmaya da bilər, ancaq bədbəxt insanlar həyatlarındakı hər şeyi 
bədbəxtliklərinə  görə  günahlandırır  və  özlərində  bitməz  və 
əsassız obsessiyalar yaradırlar. Mən bədbəxtəm çünki çiyələk-
lər qırmızıdır, onlar mavi olsa bəlkə xoşbəxt ola bilərdim, yenə 
də əmin deyiləm.
Küləyin  uğultusu  ona  təkrar  tənhalığın  dözülməs  ağrısı-
nı xatırlatdı. İnsanların tənhalıqdan necə qaçdıqlarını düşün-
dü.  İnsanlar  o  qədər  yalnız  və  bir-birlərinə  o  qədər  möhtac 
idilər  ki,  onlara  ən  primitiv  bir  səbəb  belə  versəydiniz  on-
larda qrub təfəkkürünün toxumunu atmağa bəs edərdi. Tən-
halıqdan qorxur və qaçırdılar. Gülünəsi acizliklə ən primitiv 
səbəbdə  belə  bir-birlərinə  arxa  çıxmağa  başlaya  bilərdilər. 
Çünki təkamüli olaraq belə formalaşmışdılar. Çünki meşə in-
sanı üçün tənhalıq ölüm demək idi. Məsələn, insanlar sadəcə 
qapı nömrələri cüt sayılı olduğu üçün belə qruplaşa və bir-bi-
rini dəstəkləyə bilərdilər. Onlara bəhanə lazım idi, nə qədər 
məntiqli olub-olmadığı yox. Məsələ tənhalıqdan qaçmaqdır-
sa, insan ən səfeh hərəkətlər toplusuna belə bürünə bilər. Bir 
futbol komandasına dəlicəsinə bağlı olmaq məsələn, bəlkə də 
insanın tənhalıqdan qaçma və diqqətini dağıtma metoduydu. 
Ya da daha bəsit misal və nümunələr. Dünya üzərində indiyə 
qədər qurulmuş bütün qruplaşmaların bəlkə də sadəcə bir tək 
və doğru cavabı var: yalnızlıq.


70
Biriləri ilə ortaq bir dəyəri paylaşma hissi insana yalnız ol-
duğunu  unutdurur.  Bütün  o  inqilablar,  hətta savaşlar,  hər  nə 
qədər kompleks səbəblərdən qaynaqlanır olsalar da bütün sə-
bəblərin aralarına səpələnmiş tənhalıqlar varıydı. Öz keçmi-
şindən nümumələr düşündü tezisini dəstəkləmək üçün. Dövlət 
əleyhinə keçirdikləri ya qatılmış olduğu böyük mitinq və pro-
testləri düşündü. Üzvü olduğu və tez-tez ziyarət etdiyi kom-
munist təşkilatları və bunun səbəbini düşündü. O vaxtlar niyə 
o protestlərə qatıldığı sualına tam doğru cavab tapa bilmirdi, 
vicdanımıydı onu oralara aparan yoxsa nə? Polisin qaz bomba-
ları altında qaçışmalarının səbəbi tam olaraq nə idi? Adrenalin 
hərisliyi ya nə?
İndi cavabı bilirdi, o sadəcə bir qrupla birlikdə gücü yet-
diyi  qədər  bağırmaq  istəyirdi.  Evdə  qalmış  olduğu  yalnız 
günləri  xatırlayırdı  və  daha  da  çox  qışqırırdı.  Üstlərinə  qaz 
bombaları  yağan  minlərlə  insanın  arasında  var  gücüylə  ba-
ğırmaq, çox da böyük problem deyildi və asan idi. Hamılıqla 
bağırırdılar. Onlar sanki ömrünün yarısını şüursuz bir heyvan, 
məsələn bir pələng kimi keçirərkən birdən birə durduq yerdə 
şüur sahibi olmuş və varlıqlarının dayanılmaz ağırlığı qarşı-
sında qışqıraraq ağlayan canlını xatırladırdılar. Üsyançıların 
yaş aralıqlarının əsasən gənclər olması təsadüf deyildi. Onlar 
birdən-birə həyatla üzləşir və bunu rədd edirdilər. Sonra isə 
onlar  o  həyata  öyrəşirdilər. Təkamülün  ən  asi  yetirmələriy-
dilər, zira birbaşa ona baş qaldırırdılar. Uçuşan qaz bombaları 
altında qaçışan ümidlər.
Bir nöqtədən sonra o təşkilatlarla fikir ayrılıqları yaşamış 
və çoxundan ayrılmışdı. Yenə də yaşadığı bütün ölkələrdəki 
protestlərə qatılırdı, çünki ona yalnız olmadığını xatırladırdı-
lar. Protestlərin mahiyyəti vacib deyildi, öz şəxsi fikrini giz-
lədib protestçilərin ideologiyalarına bürünürdü, əsas o idi ki 
tənhalığını unutdururdular. 
Həzin bir parfüm qoxusu diqqətini çəkdi və gözünü açdı. 
Yanından keçən qıza fikir verdi. Yeriyişindəki özünə inam və 
rahatlıq  həmən  gözə  batırdı.  Qızın  böyüdüyü  mühit  ya  indi 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə