Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   21   22   23   24   25   26   27   28   ...   123

84
Parkın o biri başında qurulmuş səhnədə oxuyan qızdan da-
nışırdı. Səhnəni burdan görə bilirdilər. Riçard təkrar qızı din-
lədi. “Hə, hə, bu qız çox yaxşıdı. O biri sanki ağzında penis 
varmış kimi oxuyurdu. Sən, başını hara qoyassan bugün?”
“Başa düşmədim?”
“Başını, başını deyirəm, qoyacaq bir yerin var? Harda ya-
tacaqsan bugün?”
Nə cavab verəcəyindən əmin deyildi. Dayandı birdən. Dü-
şündü. Ona qalmağa bir yerinin olduğunu deməliydimi yox-
sa yox. Görəsən onun evində qalmaq istədiyini dilə gətirərdi? 
Əgər soruşsa necə yox deyəcəkdi? Yoxsa hə deməliydi? Artıq 
problem lazım idimi ona? Yoxsa yaxşılıqmı etmək istəyərdi? 
“Sevgilimin evində qalıram” - deyə dilləndi birdən.
“Aydındı” - dedi Riçard. - “İşləyirsən?”
“Yox.  Ayrılmışam  işdən  bu  yaxınlarda.  Əslində  mən  də 
küçələrdə yaşamağı düşünürdüm bir müddət..”
“Nəə? Yox! Qətiyyən elə bir şey etmə. Ciddisən? Asan de-
yil küçədə yatmaq. İşlə mütləq. Bir işin olsun. Məni işimdən 
də qovdular. Həm işsizəm, həm evsiz.” Riçard onun sözünü 
kəsdi. 
“Yox, bir müddətlik deyirdim. Ancaq hə, sonra əmin ol-
dum ki yox, küçələrdə yaşamaq da alınmır. Asan deyil. An-
caq məncə, hər insan ayda bir dəfə çıxıb küçədə bir evsiz kimi 
yatmalıdır. Yatmalıdır ki görsün necə çətin olduğunu və bəlkə 
onda öz həyatından zərrə qədər belə olsa razı qalar heç olmasa. 
İnsanlar bəzən başını soxacaq bir daxmanın olmasının necə bir 
xoşbəxtlik olduğunu unudurlar həqiqətən.”
“Birini də saraq bəlkə? Çəkmək istəyirsən?”
“Yox. Mən yaxşıyam.”
“Yox? Yaxşı. Nədən danışırdın sən ən son?
O  nə  qədər  etdisə  ən  son  nədən  danışdıqlarını  xatırlaya 
bilmədi, “dilimin ucundadı bir dəqiqə..” bir qədər fikirləşdi, 
“yox, alınmır xatırlamıram, siktir et”.
“Qısa müddətli yaddaş”
“Hə, nə qədər idi o? Üç dəqiqə?”


85
“Səndə  otuz  saniyədi  deyəsən”  deyib  qəhqəhə  ilə  güldü 
Riçard, o da ona qatılaraq gülməyə başladı, sonra bunun otun 
təsirindən olduğunu dedi.
“Mən vodka almalıyam parkın başındakı mağazadan, həm 
də yeriyim biraz, oturmaqdan götüm düzləşib.” deyib durmağa 
hazırlaşdı Riçard. O da onunla birlikdə yığışdı və ayağa durdu. 
“Sən də gəlirsən? Sənin də gedəcək yerin yoxdu deyəsən, 
mənim kimi” 
“Aha” 
“Yaxşı. Onda bəlkə belə edək. Bu parkın başındakı mağa-
zada eyni vodka 7 dollardır, biraz aşağıda Çin məhəlləsində isə 
5 dollar. Gələrsən ora qədər mənlə? Orda mənə satmırlar içki, 
sənə pulu verərəm alarsan mənə, olar?”
“Olar olar, gedək, problem yoxdu”
Getməyə  hazırlaşırdılar  ki  birdən  “Hey”  deyə  araxadan 
biri Riçardı çağırdı. Dönüb baxdılar. Asiyalı oğlan və yanında 
qızlardan biri var idi. Digəri yox idi. Olduqca kədərli görünür-
dülər. 
“O sənin  dediyin oğlanlar dostumuzun portmanatını oğurla-
yıblar” - deyə mızıldandı oğlan dodağının altında kefsiz halda.
“Nəə??  Doğrudan??  Mən  bilirdim!  Mən  bilirdim!”  deyə 
Riçard təəccüblə cavabladı. “Onlar gəlib sizin yanınıza oturub 
eyni ağaca söykəndilər, mən düşündümki sizə nəsə deyib na-
rahat edirlər, ancaq deməli əli ilə yavaşca portmanatı götürüb 
gediblər!”
“İnana bilmirəm, sən demişdin Riçard!” Onlar həm təəc-
cübləndilər, həm də sevindilər. Portmanatı oğrulanan qız on-
lardan biraz aralıda yerə baxınaraq gəzinirdi. 
“Yaxşı,  sağolun”  -  dedi  gənc  asiyalı  oğlan  və  yanındakı 
qızla dönüb getməyə başladılar yavaş-yavaş, kefsizcəsinə.
“Hey” - Riçard çağırdı onları, “onlar bu istiqamətdə get-
dilər,  bax,  görürsən,  burdan  düz  o  qapıya  tərəf”  barmağıyla 
parkın qərb çıxışını göstərdi. 
“Onlar onsuz da tapa bilməyəcəklər o oğruları” - dedi Ri-
çarda o.


86
“Bilirəm,”
“Bəs niyə elə dedin?”
“Onlara ümid vemrək istədim,”
“Bu daha da pisdir” 
Çin məhəlləsinə doğru yola düşdülər söhbətləşərək. Təəc-
cüblərini və haqlı çıxma sevinclərini hələ də basdıra bilmirdilər.
Parkın çıxışında dayanan bir qrup qaradəriliyə yaxınlaşdı 
Riçard. Satıcıydılar. Bir tərəfdə velosipedin üstündə oturmuş-
du biri təkcə, digər tərəfədə isə üç dörd nəfər ayrı idi. Tək olan 
oğlana yaxınlaşdı Riçard.
“Hey, necəsən, 20lik varındı?”
“Aha”
Bir  neçə  metr  aralıdakı  dəstədən  bir  gənc  yaxınlaşaraq 
yüksək səslə dilləndi “Hey, hey, dayan neynirsən? Gözlə bur-
dakına da bax, seç sonra al da. Pulunu ziyan etmək istəmərsən, 
elə deyil?” 
“Göstərin  ikisini  də,  iyləməliyəmki  bilim  yaxşıdılar  ya 
yox” - dedi Riçard.
“Ala, al, bax, necədi? Xoşuna gəldi, hə? Bu zibil deyil sə-
ninçün, ən yaxşısı budu, necədi, bəyəndin?” 
Sol tərəfdəki velosipedli gənc cibindən öz satdığını çıxar-
dı, solğun rəngi qaçmış malı görən kimi Riçard “onun söhbəti 
belə  gedə  bilməz”  deyib  söhbəti  bağladı.  Satıcı  gənc  səhər-
dən bütün müştərilərini bu formada itirmiş olacaqdı ki  kədərli 
formada başını aşağı saldı. Kefsiz idi. Riçard pulu digərlərinə 
verib, malı aldı, sonra biraz daha artıq verməsini xahiş etdi, 
satıcı da verdi və onlar ayrıldılar.
“Bax görürsən, birinin kefinin pozulmasına səbəb oldum, 
ancaq nə edə bilərəm? Mən yaxşı mal almaq istəyirəm, yaxşı 
olanı alıram, pisi satanın kefinin pozulmasına səbəb oluram. 
Hər şeyi idarə edə bilməzsən, bir nöqtədən sonra axışına bu-
raxmaq lazımdı” deyə gileyləndi Riçard, “hə, bir də ki, malı 
alanda, həmişə daha artığını istə, mütləq verəcəklər”
Çin məhəlləsinə doğru yola düşdülər. Yolda Riçard “mən 
işəməliyəm” dedi, ətrafda işəniləcək yer yox idi. 


87
-Bu kafelərdən birinə girəsən bəlkə? 
-Yox, onlar biz işəməyək deyə tualet qapılarına şifrə qoyur-
lar. Gözlə məni burda, bir dəqiqə -  deyib bir neçə metr arxada 
az adam keçən küçənin divarına işəməyə başladı Riçard. 
Olduqca uzun çəkdi və bu onu darıxdırdı. Şırıltı səsi ətrafı 
götürmüşdü. Bir müddət sonra kəsildi. Riçard gəldi.
-Qapılara biz işəməyək deyə şifrə qoyublar dedin, bilirsən 
nə yadıma düşdü? Bir müddət Avropada yaşamışam. Bel çan-
tamı götürüb hər həftə bir ölkəyə gedirdim. Bəzən qalacaq heç 
kimi  tapmayanda  küçələrdə  yatırdım.  Çox  az  pulum  var  idi 
deyə sadəcə yola pul xərcləyirdim, bir də ucuz sandviçlərə. Bir 
gün  Parisdə  Notr-Dam  kilsəsi  tərəfdə  boş-bekar  fırlanarkən 
bərk qarın ağrısına tutuldum. Normalda küçələrdə evsizlər və 
turistlər üçün tualetlər olurdu, amma orda yox idi. Zənginlər 
üçün  bahalı  restoranlar  idi  hər  tərəf.  Restoranın  birinə  girib 
çantamı masaya qoydum. Üst başım bərbad haldaydı, içəridəki 
elitləri narahat etmişdim girən kimi. Tualetə getdim. Dayana 
bilmirdim. Qapını açıb tualetə girəndə çox sevindim, şifrə yox 
idi qapıda, ancaq sonra tualetin içindəki qapını açanda gördüm 
ki açılmır ağzında şifrə var. Təmiz kefim pozuldu. Pulum da 
yox idi onsuz da, sadəcə geri dönüş biletim var idi. Birdən kost-
yumlu bir elit parisli kişi gəlib qəpik atıb içəri girdi. O çıxanda 
qapını tez tutdum ardından mən girib oturdum tualetdə. Dəhşət 
sevinirdim. Bir az keçmişdi ki, bir də gördüm kimsə qapını 
açdı, baxdı, fransızca nələrsə dedi və örtdü. Zibilə qalmış qa-
pıya qəpik atmasan həm də içəridən bağlanmırmış sən demə. 
Sonra bir-bir fərqli kostyumlu elit fransızlar qapını açıb nələr-
sə deyib örtürdülər. Lənətə gələsilər, atamı belə söyürdülərsə 
çox poetik səslənirdi. Həyatımda ilk dəfəydi ki, kimsə məni 
tualetdə o formada görürdü, ağlıma gəlməzdi ki, parisli burjua 
nümayəndələri olacaq onlar da. İşimi bitirib məyus formada 
ayrıldım restorandan. Bir daha da Parisə qayıtmadım.
Hər ikisi güldü və yola davam etdilər. O irəlidə hər ikisi 
üçün kofe aldı, Riçard kofe üçün dəfələrlə təşəkkür etdi, sanki 
bir uşaq kimi sevinmişdi. Uzun yürüşdən sonra məhəlləyə çat-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə