Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   25   26   27   28   29   30   31   32   ...   123

97
“Belə  də,  pis  qaçmıram”  -  deyə  Ra  Riçardın  tərifinə  se-
vinərək ürəklə dilləndi.
Həyatda sağ qala bilmək üçün insana lazım olan təməl güc 
Ra’da var idi. Ancaq hansı həyatda? Meşə insanının həyatında 
hə. Ancaq iyirmi birinci əsrdə bunlar çox şey ifadə etmirdi. 
Bütün müasir yaşam tərzini rədd edib küçədə yaşamaq istəyən 
insan  üçün  bunlar  heç  bir  şey  ifadə  etmirdi.  Özünə  sadəcə 
başqa bir heyvan növü kimi baxmaq istəyən və elə yaşamaq 
istəyən  insan  üçün  artıq  yer  yox  idi  dünyada.  Bütün  meyvə 
bağları və meşələr dövlətlərin əllərindəydi. O meşələrə milli 
qoruq adları verilmiş və ətraflarına çəpərlər çəkilmişdi. Küçə-
də yaşamaq istəyən insana sadəcə başqalarının gündəlik zibil-
ləri ilə keçinmə şansı qalırdı.
“Mənim gözlərim yaxşı görmür, sanki gözümün ətrafı bu-
lanıqdı, ancaq ortanı normal görürəm. Uzağı da görmürəm,” 
- dedi Riçard.
“Bəlkə də az şey görməyin daha yaxşıdı” - dedi Mavi. Ra 
onun cavabını xoşladı və güldü.
“Tapmaca kimi oldu lap. Sizə bir tapmaca deyim?”
“De”
“O nədir ki, düzəldən adam onu istəmədi, alan adamın ona 
ehtiyacı yox idi, işlədən adamın işlətdiyindən xəbəri yox idi.”
İkisi də düşüncəyə daldı, dodaqlarının arasında təkrar edir-
dilər: “düzəldən adam istəmədi”, “işlədənin xəbəri yox idi”. 
Bir neçə dəqiqə fikirləşdilər və bir qərara gələ bilməyib cavabı 
istədilər. 
“Mən də tapa bilməmişdim, tabut” - deyə Ra uşaq həyəca-
nı ilə cavabladı, sonra da tapmacanı izah etdi. Sonra bir neçə 
tapmaca və lətifə daha danışdı.
Bir qız peyda oldu küçənin sol tərəfində və onlara yaxınlaş-
dı. Siqaret istədi. Verdilər. Yandırdılar. Qız onları süzdü, onlar 
da qızı. Gəldiyi istiqamətin tərsinə davam edən qız onlardan 
bir neçə metr aralıda uşaq arabası gördü və onlara səsləndi:
“Hey, bilirsiniz bu kimindi?”
Bir-birlərinə baxıb başlarını yelləyərək yox işarəsi verdilər. 


98
Yəqin ki sahibi arabanı orda saxlayıb uşağı gəzintiyə çıxar-
mışdı və birazdan qayıdacaqdı. Qız peşəkarcasına tezcənə ət-
rafa baxındı, arabanın içindəki jaketi götürdü və öz köynəyinin 
altından qarnına salaraq gəlmiş olduğu istiqamətə tərəf qaçma-
ğa başladı. Ağzında siqaretlə qaçan hamilə qadın təəssüratını 
yaradırdı. 
“Bu  nəydi  ki  ala  indi?”  deyə  onlardan  biri  təəccübləndi, 
digər ikisi də mimikləri ilə ona qoşuldular.
Bir  müddət  daha  söhbətləşdilər.  Sonra  Mavi  Laranı  və 
onun evdə olduğunu xatırladı. Bu qədər vaxt necə unutmuşdu 
onu? Otun təsirindən olacaqdı deyə düşündü, başı çox qarış-
mışdı. Birdən birə getmək istəyi tutdu onu. Getməliydi. Laraya 
getməliydi. Onunçün darıxdı.
“Mən artıq getməliyəm” - deyə dilləndi birdən durduq yerə.
“Doğrudan?  Gedirsən?  Nə  oldu  ki?”  -  Ra  təəccübləndi. 
Qərar çox ani idi.
“Aha, getməliyəm,”
Ayağa durdu dönüb Riçarda baxdı, burnunu eşməklə məş-
ğul idi. “Riçard, səni harda tapa bilərəm sonra?” - deyə soruş-
du ondan, o da etinasızca “Bilmirəm” deyə cavabladı. 
“Telefon nömrən filan nəyinsə var?”
“Yox. İstəyirsənsə mənə öz nömrəni yaz ver”
Mavi bircə saniyəlik dayandı. Qələmi var idi. Amma bir 
anda fikrini dəyişdi və ona əlaqə nömrəsi vermək istəmədi-
yini düşündü, qərarsız idi, birdən istəmədən onlara nömrə-
ni  yazacaq  qələminin  olmadığını  dedi.    Ra  inadla  nömrəni 
deməsini istədi, yaddaşının belə şeylər üçün yaxşı olduğunu 
və nömrəni əzbərləyəcəyini bildirdi. Mavi ona nömrəni dedi, 
Ra bir neçə dəfə təkrar etdi və nömrəni əzbərlədi. Üç dəqiqə 
sonra unudacaqdı deyə düşündü Mavi, qısa müddətli yaddaş. 
Riçardı qucaqladı, Riçard ona soyuq davranırdı. Sonra Ra ilə 
sağollaşdı və ordan uzaqlaşdı. Evə doğru tələsirdi, çox tələ-
sirdi. Metroya minməliydi deyə düşündü. Yaxındakı stansi-
yaya doğru tələsdi.


99
7
YORĞUN ÜMIDLƏR
Metrodaydı.  Fikirlər  bir-birinə  qarışmışdı.  Laranı  evdə 
eləcə qoyub çıxdığı üçün özünü günahlandırır və bunun necə 
axmaq bir hərəkət olduğunu düşünürdü. Metro onu arada bir 
silkələyirdi.  Baxışları  gerisi  görülməyən  qapqara  pəncərəyə 
zillənmişdi. Lənətə gələsi həyatı nə qədər sevdiyini və ölümü 
nə qədər arzulasa da bir o qədər də yaşamağı istədiyini düşün-
dü. Ölmək istəmirdi. Bəlkə də Lara onunçün yeni bir ümid ola 
bilərdi. Ola bilərdimi? Yoxsa artıq onu qurtaracaq heç bir ümid 
qalmamışdı? Tək istədiyi şey geri gedib onu bağrına basmaq 
idi. İki gündür tanıdığı bu yad insan, indi dünyada ən çox istə-
diyi varlıq idi. İki insanın bir-birini dəlicəsinə istəməsi üçün bir 
neçə saniyənin bəs etdiyini düşünürdü bəzən. Bunun üçün illər 
lazım deyildi. Hətta bəlkə də əksinə, illər bu təsiri azaldırdı. İki 
insan bir-birini nə qədər az tanıyırsa o qədər çox arzulayardı. 
Sevgi kimyəvi idi və son istifadə tarixi var idi. Bir insana olan 
istək  və  birlikdə  keçirilmiş  müddət  tərs  mütənasib  idi  Mavi 
üçün. O əslində bütün həyatını bu düşüncə üzərinə qurmuşdu. 
Bir müddətdən sonra, onun kimi insanlar üçün, ən müqəddəs 
məna belə dəyərini itiriridi. Lara haqlıydı, ehtiras tanrısından 
belə bezərdi. Kimilərinin təbiəti bir qadına, bir şəhərə və ya 
hansısa bir mübarizəyə ölümünə və ömürlük bağlı olmaq idisə, 


100
kimilərininki də yenilik, yeni şəhərlər, qadınlar və yeni müba-
rizə uğrunda bitməz bilməyən axtarış idi.
Sonra birdən Riçardı eləcə qoyub çıxıb gəldiyi üçün ina-
nılmaz ağırlıqda bir sancı hiss etdi. Sanki etdiyi hərəkətin nə 
qədər mənasız olduğunu ancaq indi anlaya bilmişdi. Onu bir 
də  görə  bilməyəcəkdimi?  Niyə  vermədi  nömrəsini?  Gözünü 
pəncərədən  çəkib  ətrafa  baxdı  anlamsızca.  Sanki  durub  geri 
Riçarda doğru qaçmaq istəyirdi. Etdiyi hərəkətin adı əclaflıq-
dan  başqa  bir  şey  deyildi  deyə  düşündü.  Qaşları  çatılmışdı. 
Boş baxışları yerə zillənmişdi. Əli ilə oturduğu oturacağı tu-
tub sıxırdı. Üzünü yumruqlamaq istəyirdi. Alçaq və vicdansız 
hərəkət etmişdi. Riçardın sonra ona zəng edib ondan bir şey-
lər istəyəcəyini düşündüyü üçün verməmişdi nömrəni. O an, 
problem istəmədiyini düşünmüş və belə etmişdi. Ya bir gün 
zəng edib də bir şey istəsəydi demişdi? Qalacaq bir yer, bir 
miqdar  pul.  Əgər  nömrəni  verməsə  bir  gün  ona  yox  cavabı 
vermək məcburiyyətində də olmayacaqdı deyə düşünmüşdü. 
İndiysə bunun peşmançılığında boğulurdu. Riçard, son vaxt-
larda tanıdığı tək insan idi ki onun yanında saatlarca oturmaq 
istəmişdi. O zəki idi və özünəməxsus satirik üslubu var idi. 
Sadəcə həyat, onun da üzünə gülməmişdi.
Qərara gəldi ki indi evə getsin. Sonra səhər qayıdıb Riçardı 
parkda axtaracaqdı. Oralarda bir yerdə olacağını ümid edirdi. 
Amma əvvəlcə Laraya qovuşmalı onu bağrına basmalı və ona 
səhər dediyinin əksinə, gec də olsa tapdığı üçün nə qədər min-
nətdar olduğunu deməliydi. Onunla bir müddət yaşamaq istə-
diyini deməliydi. Birdən-birə elə həyəcanlanmışdı ki evtana-
ziya kamplarına getməyi, intiharı belə unuda bilərdi. Həyatın 
gözəl olduğunu düşünürdü. Ya da, gözəl olmasa belə, Larayla 
birlikdə bəlkə öhdəsindən gələ bilərdilər. 
Eşq kimyəvi hissdir. Ya da daha dəqiq sözlə, bio-kimyəvi 
hissdir. Və aşiq olduğumuz anda bədənimizdə gedən bir sıra 
bio-kimyəvi prosesslər var. Loru dildə desək, hormonların se-
vişməsi kimi. Bilinən ən möhtəşəm xoşbəxtlik hormonlarının 
şaha qalxması və bir-birini qucaqlamasıdır eşq. Və sözsüz ki, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə