Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   26   27   28   29   30   31   32   33   ...   123

101
müqəddəs bir hissidir. Ya da, düzəldirik; hiss yox, prosessdir. 
Çünki hiss  dediyimiz şey  də, kimyəvi prosesslər  bütünüdür. 
Eşq, ən müqəddəs prosessdir eləysə. 
Aşiq  olduğunu  düşünürdü.  Laranı  xatırlayarkən  ürəyi 
ayaqlarından da çox əsirdi. Məsələ o idi ki, bu romantik sevgi 
idi deyə düşünürdü indi. Çünki onlar sevişmişdilər, bu sadə-
cə primitiv bir cinsi eşq deyildi. Eşqə düşərkən hiss etdiyimiz 
prosesslər əgər sevişmə sonrası hələ də davam edirlərsə əgər, 
bu artıq romantik eşq olmuş olurdu və o bunu çoxdandı yaşa-
mamışdı. Hər dəfə bir yadla sevişmə səhəri yatağındakı qadını 
unudub yeni bir qadın arxasınca qaçırdısa, indi onun ayaqları 
və ürəyi hələ də əsirdi Laranı düşünərkən. Larayla birlikdə hər 
şeyin çox gözəl olacağına bütün qəlbiylə inanırdı indi.
Eşqə  düşərkən  partnyorların  beyinlərinin  ön  lobu  olan 
frontal lobun fəaliyyətində azalma hiss olunur və frontal lob 
beyindəki analitik düşünmə, fikir yürütmə kimi məntiqi funk-
siyaların yerinə yetirildiyi yerdir. Eşqin gözü kordur deyimi 
burdan gəlir. Frontal lobun fəaliyyəti azaldığı üçün partnerlər 
sevdikləri insanın qüsurlarını görmür, analitik dəyərləndirmə 
edə bilmirlər. Əksinə onun hərəkətlərini, gözəlliyini şişirdirlər. 
Həmçinin zaman-zaman hərəkət pozğunluğu da hiss edilə bi-
linir, əl əsə bilər, nələrsə səhvən sındırıla bilər. İnsanın qorxu 
keçmişinin  saxlanıldığı  amiqdalada  da  fəaliyyət  pozunutusu 
yarandığı  üçün  aşiq  daha  cəsarətli  olur  və  qorxmur.  Bu  də-
yişikliklərin təkamüli açıqlaması, sevənin sevdiyi üçün özü-
nü risklərə atması, onu qoruya bilməsi, genlərini paylaşacağı 
partnyorunu qorumasıdır.
İndi o eşqə düşdüyünü və düşündüklərinin böyük ehtimal 
doğru olmadığını, Lara ilə birlikdə olsa hər şeyin heç də çox 
da yaxşı olmayacağını düşünür, ancaq yenə də buna - hər şeyin 
yaxşı olacağına - bütün qəlbi ilə inanırdı. İnsana bəxş edilmiş 
ən böyük psixoloji paradokslardan biri idi bu. İdraki ziddiyət. 
Bir-birini səhv çıxaran tezislərin hər ikisinə eyni anda yüksək 
dərəcədə inanma hissi. Həyatına son verməyi düşünən Mavi, 
bir anda Larayla tanışırdı və onunla birlikdə olsa əgər, bütün 


102
ağrılarını unudacağını sanırdı. Bir tərəfdən də onu bu yanılqı-
ya salan şeyin mədəsində uçuşan kəpənəklər – kapilyar damar-
larında hərəkət edən sürətli qan dənəcikləri- olduğunu bilirdi.
Ancaq o qərarını vermişdi. Bunun bir illuziya olub olma-
ması vacib deyildi. Onsuz da həyat bir xoşbəxtlik oyunundan 
ibarət idi və xoşbəxtlik çox vaxt sadəcə bir illuziyaydı. Nə olur 
olsun Laranı istəyirdi. Çəkdiyi bütün ağrılar, keçmiş həsrəti, 
həyatda qala bilmək üçün işləmə əziyyəti, hər an seçim etmə 
əziyyəti  və  qalan  digər  bütün  əziyyətlərə  göz  yuma  bilərdi. 
Lara ilə bir neçə ay daha xoşbəxt ola bilərdi. Gerisi önəmli 
deyildi. Onsuz da həyatında bir neçə aydan daha uzun planlar 
qurmamışdı, qurmaq da istəməmişdi heç vaxt. 
İndi ona maraqsız və dadsız gələn, bu şəhərdə bildiyi bütün 
yerlərə, küçələrə, meşələrə, parklara, göllərə Lara ilə birlikdə 
yenidən  gedə  biləcəklərini,  onu  gəzdirə  biləcəyini  düşündü. 
Bir yeniyetmə kimi həyəcanlı və xoşbəxt idi. Görəsən onun 
ən sevdiyi o gölü bilirdi Lara? Bilməsə nə yaxşı olardı deyə 
düşündü, onu ilk o aparardı. Bilirdisə də eybi yox, yenə ge-
dərdilər. Sahilində sərxoş olardılar. Tək gəzdiyi bütün o yerlər, 
artıq onun çarəsiz yalnızlığını paylaşan və yalnızlığını onun 
üzünə vuran, bar-bar bağıran birər cəhənnəm halını almışdılar. 
Düşündüyü o göl məsələn, sıxıntılı günlərində gedib yalnızca 
dolaşıb, sahibsiz bir it kimi sülənib sonra boynu bükük o yal-
nız  otağına  qayıtdığı  və  artıq  ona  heç  bi  həyəcan  verməyən 
quru bir təkliyin hökm sürdüyü su yığıntısından başqa bir şey 
deyildi. Halbuki Lara, o quru gölə bahar gətirə biləcək bir tə-
ravətə sahib idi. 
- deyə düşünürdü Mavi.
Ya da, 
- deyə yanılırdı Mavi.
Onu Riçarddan uzaqlaşdıran qatarlar, Laraya yaxınlaşdırır-
dılar. Bugün tanıdığı və sevdiyi bu iki insanın ikisini də bilərək 
özündən uzaqlaşdırmışdı. Necə də axmaq idi. İlk öncə evə ge-
dib Laranın könlünü alacaq, sonra da Riçardı tapacaqdı. Hətta 
Larayla birlikdə gedərdilər onu axtarmağa? Hə, əla fikir idi, 


103
Laranı  da  onla  tanış  edərdi.  Həm  Riçarda  dediyi  sevgilimin 
evində qalıram yalanının o qədər də yalan olmadığını göstər-
miş olardı. Bir də Rubl vodkasını alardı Riçard üçün, onu tap-
dıqdan sonra içərdilər birlikdə üçü. Əla plan idi deyə düşündü. 
Riçardı yəqin ki tapacaqdı, uzaq başı həmin o çin mağazasına 
gedəcək  və  orda  gözləyəcəkdi,  onlardan  soruşacaqdı.  Tapa-
caqdı, hər şey yaxşı olacaqdı.
Səhər Laraya demiş olduğu o lənət cümləni – kaş səni heç 
tanımamış olaydım – cümləsini, Laranınkı ilə dəyişəcək və ona 
kaş səni daha əvvəl tanımış olaydım deyəcəkdi. Bu qədər gec 
tanımışkən  heç  hara  buraxmaq  fikrinin  olmadığını  deyəcək-
di. Laranın ona dediklərini xatırlayırdı, ona hələ onlar dünən 
axşam  barda  ikən  bir  neçə  günlük  qalacaq  bir  yerə  ehtiyacı 
olduğunu, gedəcək bir yerinin olmadığını dediyini xatırlayırdı. 
Ona məndə qala bilərsən bir müddətlik demişdi, indi isə ona 
istədiyin qədər məndə qala bilərsən deyəcəkdi. Yığıb saxlamış 
olduğu pul onlara bir müddətlik bəs edərdi. Bəlkə işlər yolun-
da getsə, köhnə işlərindən arası yaxşı olduğu müdürlərdən bi-
rinə gedər və bir iş istəyərdi təkrardan. İşlər bəlkə qaydasına 
düşərdi yavaş-yavaş. O bir daha işləməmə qərarı almışdısa da, 
hətta  onu  evtanaziya  kamplarına  itən  səbəbin  bu  lənət  dün-
yada  hara  getsə  işləmək  məcburiyyətində  olması  olmuşdusa 
da belə, indi Laranın eşqi, qadın istiliyi onu geri qaytarırdı və 
rasional düşüncə emosiyaların arasında itirdi. Məsələ xoşbəxt 
olmaq idi və olacaqdı da.
Metroya ilk mindiyində ən başdakı vaqona minmişdi. Evə 
gedərkən isə son vaqonun yaxın olduğu çıxışdan çıxıb getməliy-
di. Ona görə metrokı müddət ərzində Lara üçün getdikcə daha 
çox darıxdıqca, qatar hər növbəti stansiyada dayananda olduğu 
vaqondan çıxıb tez qaçıb ondan əvvəlki vaqona minir, enəcəyi 
stansiyada çıxışa ən yaxın sonuncu vaqona doğru yaxınlaşdı-
rırdı özünü. Sona yaxınlaşdıqca iki vaqon birdən qaçıb minirdi 
ən arxadakına. Qatardan endikdən sonra evə ən qısa müddətə 
çatması üçün edirdi bunu, Laraya aparan ən qısa yol idi ən gözəl 
yol. Ya da bəlkə də, nə olur olsun, bütün yollar Laraya aparırdı.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə