Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə38/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   34   35   36   37   38   39   40   41   ...   123

125
- Bəsdir!! Otağı tərk etməyinizi xahiş edirəm. – deyib qapı-
nı göstərmişdi əsəbdən qıp-qırmızı olmuş terapist.
Mavi ayağa durdu və qapıya tərəf getməyə başladı.
-Halaldı.  Gözümü  yaşartdın.  Səndən  bunu  gözləməzdim 
düzü. Sanırdım ki dediklərimin hamısına sonuna qədər qulaq 
asacaqsan. Axı prosedura belədir. Sən ki tam bir prosedura və 
intizam adamısan. Bravo, ciddi deyirəm. Bu hərəkətindən xo-
şum gəldi. – deyib Mavi qapının ağzında əl çalmağa başladı. 
Sonra  cibindən  siqaret  çıxarıb  dodaqları  arasına  qoydu.  Te-
rapistdən yandıranı olub olmadığını soruşdu və davam etdi – 
Siqaret üçün soruşmuram, sabah bu lənət otağını yandırmağın 
üçün deyirdim. Bunu da etsən, gözümdə bir pillə də yüksələ-
cəksən.- deyib siqaretini yandırıb yandıranı terapistin masası-
na tullayıb qapını açıb örtmədən çıxıb getmişdi Mavi.
Terapist heç bir şey  demədən yerində oturmuş və bir an 
əvvəl Mavinin rədd olub getməsini arzulamışdı. Mavi, binanın 
dəhlizi ilə çölə doğru gedərkən iti və əsəbi addımlarla özünü 
bir an əvvəl o lənət binadan çölə atmağa tələsmişdi. Əlində 
son terapiya səbəbilə aldığı ölüm kağızı var idi – evtanaziya 
kamplarına giriş bileti. Çöldə poçt qutuları və zibil qablarını 
təpikləyərək özünü sakitləşdirməyə çalışmışdı. 
Bu, Mavi ilə o terapistin son görüşü olmuşdu. Terapist, ota-
ğını yandırmamışdı. Ancaq Mavi, divardakı bütün şəkilləri əsə-
binin doğurduğu göz yaşları içində yırtıb atmışdı o günün axşa-
mı. Bir uşaq kimi ağlamışdı. Üz gözü əsəb və kədərin bəhrəsi 
olan göz yaşlarıyla yuyulurdu. Əlində yenə içki ilə evə gəlmiş. 
İçməyə başlamış və bir nöqtədən sonra divardakı hansı şəkilə 
baxsa  Terapistin  o  murdar  üzünü  görməyə  başlamışdı.  Sonra 
terapistin  üzünü  gördüyü  sandığı  divarları  yumruqlamağa  və 
qışqırmağa başlamışdı. Bütün şəkillərə bir-bir baxaraq, terapis-
tin dediklərini düşünmüşdü. “Yox” deyirdi, doğru ola bilməzdi. 
Sahib olduğu tək şey idi bu xatirələr onun. Şəkillərdə ona baxan 
gözlərə baxırdı. Gözlər, sanki onunla danışırdılar. Hallüsinasiya 
görürmüş kimi, şəkillərin hərəkət etdiyini görürdü. Bəzi şəkillər-
dən adları unudulmuş qadın əlləri uzanır və onu qucaqlayırdılar. 


126
Terapist  haqlıydı.  Yox,  ağlını  itirmirdi.  Hallüsinasiyalar 
onun əvvəlki adəti idi. Lizergin turşusu və sehirli göbələklər 
kimi psixoaktiv maddələr istifadə etməyə başladığı vaxtlardan 
bu yana onun əyləncəsinə çevrilmişdi hallüsinasiyalar. Ancaq, 
bu şəkillərin onda nostalgiya hisslərini artırması danılmaz idi. 
Mavi, düşünməmək üçün əlindəki içkidən hər dəfə biraz da 
artıq içir, içdikcə də daha da dərindən ağrıyırdı yarası. Üzü-
nü hara çevirsə keçmişdən üzlər və izlər görürdü. Bir boşlu-
ğa baxmaq istəyirdi ancaq divarlarda boş yer yox idi. Otağın 
ortasında durdu və fırlandı. Dörd divar arasında gəzdi gözlər. 
Var gücü ilə fırlatdı əlindəki butulkanı, butulka havaya qalxdı, 
şəkillərin tam ortasına çarparaq parçalara ayrıldı və içindəki 
alkoqol damcıları aşağıya doğru süzülməyə başladı. 
Mavi,  divara  doğru  yaxınlaşdı.  Tam  ortada,  illər  əvvəl  - 
bəlkə də artıq on il olurdu, xatırlamırdı – sevmiş olduğu bir 
gənc qız gülümsəyirdi ona şəkildən. Mavinin sol qolu qucaq-
layırdı  qızı  bu  dondurulmuş  xatirədə.  Ona  baxan  bu  iki  cüt 
göz, onu keçmişə, o vaxtlara, o şəkilin çəkilmiş olduğu günə 
aparırdı. Başqa bir ölkədə, başqa bir şəhərdə, başqa bir dildə 
və başqa bir Mavi olaraq sevdiyi bu qızın, indi harda oldu-
ğunu belə bilmirdi. Sanki ayrılmayacaqmışcasına sevmişdilər 
bir-birlərini. Ancaq indi, sanki iki yad insan kimiydilər. Qızın 
ona demiş olduğu son sözləri xatırlayırdı: sənin kimi birinin 
otuz yaşında necə biri olacağı mənə çox maraqlıdı və səni o 
yaşında təkrar görmək istəyərdim.
Hardaydı o indi? Ubi sunt? Hansı ölkə? Hansı Şəhər? Han-
sı dildə? Hansı arzuların insanıydı indi? Digər ona baxan göz-
lərə baxdı, hardaydı bu insanlar? Olduqca yad və uzaq görü-
nürdülər sanki. Bəzilərinin adlarını belə unutmuşdu. Çevrilib 
təkrar həmin qıza baxdı. Çox gözəl gülürdü. Gözləri xoşbəxt 
və kədər görməmişcəsinə parıldayırdılar və yəqin ki elə də qal-
mışdılar. 
Siqaretini yandırdı Mavi, sonra kibriti istəmədən, bəlkə də 
istəyərək alkoqol iyi verən dondurulmuş xatirəyə doğru yaxın-
laşdırdı. Şəkilləri alov bürüdü. Bir neçə saniyə alov içində giz-


127
lənən gülümsəməsinə baxdı qızın. Sonra öz keçmişinə baxdı. 
İndikindən daha xoşbəxt və qəmsiz gülüşlərinə baxdı. Ümidli 
və arzu dolu baxışlarına acıdı. Hər şey başqa cür ola bilərdi 
deyə düşündü. Öz seçimləri idi onu bugünə salan.
Yüksələn alovlar diqqətini dağıtdı və həcmi artmış alov onu 
vahiməyə saldı. Bir anlıq yerində qərarsız hərəkətlər bütününü 
təkrarladıqdan sonra əlini təşviş içində divanın üstündəki balaca 
yastığa atdı. Yastığı alışan şəkillərin üstünə basıb alıovu sön-
dürməyə çalışdı. Yastığın kifayət etmədiyini görüb bəlkə də bir 
qaba su doldurması gərəkdiyini düşündü. Mətbəx dolablarına 
doğru tərəddüdlü bir addım atdı, bunun üçün çox vaxt olma-
dığını düşünüb köynəyini çıxarıb alovlara basdı. Ağlına daha 
yaxşı bir fikir gəldi və cəld su kranına doğru gedib köynəyi is-
latdı. Geri gəlib alovlu divara basdı. Köynəyi ilə divardakı bü-
tün alovları söndürdü. Təngənəfəs arxasındakı divana söykənib 
sakitləşməyə çalışdı. Yanan xatirələrini söndürməyi bacarmışdı.
Dərin  nəfəsləri,  otağın  sakitliyini  pozurdu.  Başını  diva-
ra doğru qaldırdı və yanmış şəkillərə baxdı. Onları bir daha 
görmək istəmədiyinə daha da əmin idi artıq. Bütün şəkilləri, 
əşyaları, xatirələri sökməyə başladı. Divardakı bütün izləri yı-
ğışdırdıqdan sonra yerdə zibilə çevrilmiş xatirələrinin üstündə 
gəzə-gəzə bir yerə yığdı. Tapdalanmış, əzilmiş və yanmış xa-
tirələrini bir zibil torbasına yığıb aşağı düşdü. 
Gecənin qaranlığını pozan küçə işıqlarının yaratdığı köl-
gəsini  izləyərək  dəmir  zibil  qablarının  olduğu  yerə  gəldi. 
Xatirələrini  zibil  qabına  boşaltdı.  Və  bu  dəfə  tamamilə  ira-
di formada kibriti onların üstlərinə tulladı. Məhvə üz tutmuş 
xatirələrdən  çıxan  alovlar  gecənin  zülmətini  aydınlandırırdı. 
Qabın kənarında qaçınılmaz sonluğundan imtina etməyə ça-
lışaraq  həyatda  qalmağa  çalışan  fotoşəkilə  zillədi  gözlərini. 
Bir hissəsi yandıqca fotoşəkilin digər yanmamış hissəsi ağır-
laşmağa başlayaraq qabın kənarından yerə düşməyə çalışırdı. 
Xatirə, dəhşətli alovdan qurtulmaq üçün bədəninin bir hissəsi-
ni qurban verməyə məhkum idi. Mavi, onu bu əzabdan xilas 
etmək üçün yanmamış hissəsindən tutaraq qaldırdı özünə doğ-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə