113
* * *
Pəncərədən içəri sızan günəş şüaları otağı aydınladırdı.
Gözləri heç açılmayacaqmış kimiydilər. Yumulu gözlərinin
ardındakı aydınlığı hiss edə bilirdi. Açdı gözlərini. Yuxuda
keçirdiyi şiddətli hissləri xatırlayırdı, ancaq yuxunu xatırlaya
bilmədi. Sanki çox vacib bir sualın cavabı gizliymişcəsinə xa-
tırlamağa çalışdı yuxunu, alınmadı. Bir müddət eyni nöqtəyə
zillənmiş formada qaldı göz bəbəkləri. Sanki oyanmaq istə-
mirdilər. Sanki bir başqa cəhənnəmdən canlarını qurtarıb, daha
da betərinə düşmüşdülər. Yuxu və reallıq.
Bəzi insanlar üçün, yuxu, çıxış yoludur. Real həyatın dəh-
şətli əziyyətindən qaçmaq üçün bir çıxış yolu. Yatmaq və heç
oyanmamaq istəyən insanlar vardır. Həyatındakı ağrı və acıları
unutmaq və bir an belə olsa düşünməmək üçün hər gün içən
insanlar kimi, real həyatda daha az oyaq qalmaq üçün davamlı
yatmaq istəyən insanlar var. Axşamın gəlməsi üçün can atan
insanlar, darıxan insanlar.
Yatmaq hamı üçün asan da deyildi. Əvvəllər çox rahat
yuxuya gedə bilirdi. Son illər niyə rahatca yata bilmədiyi-
ni bir gün durduq yerdə başa düşmüşdü. Çünki artıq yatağa
girərkən xəyal qurmurdu. Xəyal qura bilmədiyi üçün də yuxu-
nu gözləmək uzun və darıxdırıcı çəkirdi. Xəyal qurmağı özünə
qadağa etmiş sonra da peşman olmuşdu. İndi istəsə də xəyal
qura bilmirdi. Bütün xəyallar mümkünlüyü çox uzaq bir yalan
kimi gəlirdi. Xəyal qura bilməmək deyə bir xəstəlik adı var-
mıydı görəsən. Xəyalpərəst vaxtlarında çox xoşbəxt idi çünki
ümidi var idi. Çünki bilirdi, xəyalpərəstlər yalnız uyumaz və
xəyalpərəstlər yalnız oyanmazdı. İnsanın həyata olan bütün
inamını öldürən ən güclü şeylərdən biri də artıq xəyal qura
bilməməsidir. Çünki gələcəkdən heç bir gözləntin olmur, heç
bir motivasiyan olmur. Belə adamın tək dərdi olur, yatmaq və
oyanmamaq.
Birdə yatmaq üçün can atan insanın əksi var: yatmamaq
üçün hər şeyi edən insanlar. Yuxuları kabus dolu olan insanlar.
114
Hər gecə qışqıraraq oyanan insanlar. Və ya, daha da betəri,
qışqırıb amma oyana bilməyən insanlar. Oyanmaq üçün can
atan insanlar. Şüuraltılarında cəhənnəm əzabı kimi kabuslar
yatan insanlar var.
Bu ikisinin birləşmiş forması var birdə: həm yuxusu həm
həyatı kabus olan insanlar. Ən betəri. Ağrıların ən böyüyü. Nə
oyaqkən nə yuxudaykən rahat tapa bilən o ürəyi yaşlı pərişan
insanlar. O insanlar, bu dünyanın cəhənnəmindən qurtulmaq
üçün başlarını hər gecə böyük ümidlərlə daş yastığa qoyub
bir neçə saatlıq belə olsa var olmamaq üçün yuxuya gedirlər.
Və başqa bir cəhənnəmə oyanırlar, başqa bir dünyaya, başqa
kabus dolu bir kainata. Sonra o qaranlıq və qorxu dolu cəhən-
nəmdən qurtulmaq üçün hər gecə erkən saatlarda qışqıraraq
ayılıb səhərlərə qədər oyaq qalan insanlar. Gözlərində kədər
yaşları və əllərində qan ağlayan parçalı bir ürək. Beyinləri-
ni iki dəqiqəlik belə olsa susdurmaq üçün nələr verməzdilər.
Düşünməmək. Artıq o lənət ağrılı fikirləri düşünməmək üçün
həyatını verəcək insanlar var. Biz buna intihar deyirik. Düşün-
məmək üçün, bir an belə olsa varlığından uzaqlaşmaq üçün
intihar edən insanlar.
Kabus dolu yuxudan əzab dolu reallığa oyanırsan, sonra
yenə o kabus dolu yuxulara yatıb sonra yenə oyanırsan. Son-
suz dövr. Çıxılmaz vəziyyət. Hansı dünyanın daha ağır oldu-
ğuna qərar verə bilmirsən, reallığın ya yuxuların.
O səhər gözlərini açarkən, tam da bu lənətli paradoskun
içindəydi Mavi. Şiddətli yuxular və ardından oyanılmaq istə-
nilməyən bədbəxt bir həyat. Nə bir dostun var nə işin nə gedəsi
yerin. O sabah nə edəcəyi ilə bağlı heç bir fikri yox idi. Heç bir
planı yox idi. Sanki bir qaranlığa oyanmışdı və işıq axtarırdı.
Yorğun və tənbəl göz qapaqları onun eyni lənət nöqtəyə
zillənmiş ümidsiz baxışlarını yavaş-yavaş örtdü. Yerdəcə
yatıb qalmışdı. İçilmiş alkoqolun təsirindən olacaqdı ki bu
qədər narahat formada soyuq döşəmənin üstündə yatmış ol-
masına baxmayaraq gecə oyanmamış, yerini belə dəyişmə-
mişdi. O an bədəninin buz kəsdiyini hiss etdi. Soyuq və sərt
115
döşəmə bədənini ağırlaştırmışdı. Azacıq tərpənməklə belin-
dəki dözülməz ağrını hiss etdi. Yanağının bir hissəsi döşəmə-
dəydi. Təkrar açdı gözünü, yerdəki qırıq əşyalar və dağınıq
otağı gördü, lənətə gələsi gecəni xatırladı. Otaqdakı hər detal
onu daha da əsəbləşdirməyə və kefsizləşdirməyə başladı. İlk
başda yerə düşüb solmuş gül dəstəsindən səpələnmiş solğun
mavi gül ləçəklərini gördü. Ürəyini kədər bürüdü. Sanki sa-
yısı yüzminlərdən ibarət qanlı ordunun hər bir cəlladı ürəyinə
hər tərəfdən xəncərini basırdı. Amma ölmürdü. Ən betəri də
bu idi. Yumruq boyda bir ürək, nə qədər ağrıya dözəbiləcək
formada proqramlanmışdı?
Heçnə düşünməməyə çalışdı. Bəziləri üçün ən çətin olan
şeyi etmək istəyirdi, düşünməmək. Dünəni xatırlamaq istə-
mirdi, ancaq hər cəhdi, ona bir detalı daha xatırladırdı. Bara
gedişini xatırladı. Laranın orda olma ehtimal və ümidinin puç
çıxdığı anı. Düşünməmək üçün cəhd etdi və Laranın buraxdığı
notu xatırladı. Hər cəhd bir detalı xatırlatdı.
Bu tip anlarda düşünməmək üçün kəşf etdiyi o işəyaramaz
meditasiya üsuluna əl atdı yenə. Dənizdə üzmək. Gözünü yu-
murdu və bir dənizdə, böyük bir okeanda üzdüyünü düşünür-
dü. Qurbağavari üzmə tərzində əlləri ortada birləşib iləri gedib
və iki kənara açılırdılar. Beləcə o gözünü yumub ağlına gələn
fikirləri əlləri ilə sağa ya sola ataraq düşünməməyə çalışırdı.
Üzməyə davam edirdi. Ağlına gələn və xatırladıqca onu məhv
edən keçmiş qırıntılarından xilas edirdi özünü. Zaman-zaman
işə yarayan bu üsul, zaman-zaman xatirə ya da fikrin qorxunc
ağırlığı altında əzilir və heç bir işə yaramırdı. Dəniz suları ara-
sında yox, fikirlər içində boğulurdu. Fikirləşməmək üçün hər
şeyi verərdi. Canını belə. Verəcəkdi də. Az qalmışdı. Lənət
keçmiş. Lara. Barselona. Həsrət. Üzməyə davam. Fikirləşmə.
Qaranlıq bir boşluq. Düşünmə. Açma gözünü. Lara. Boşluq.
Və yenə Lara. Lənət olsun.
Bütün ümidini üzərək açdı gözlərini. Üzündə kədər, əsəb,
qəm və həsrətin o möhtəşəm qarışımı var idi. Qaşları çatılmış-
dı. Heç bir insanın səhəri belə açılmamalıydı. Hər səhəri bir
Dostları ilə paylaş: |