120
səslənsə də əslində dəhşətli bir hadisədir. Ən azından Mavi
ona yalnızlığını xatırlatdığı hər şey kimi bu hissinə də nifrət
etmişdi. Mavi bu dəhşətli xəstiliyi ilk dəfə otağında elə-belə
cücərmək üçün isladıb saxladığı marixuana toxumunda hiss
etmişdi. Bir gecə, bütün gecələrində olduğu kimi yuxusu qaç-
mış və saat dörddə oyanıb boş otaqda fırlanarkən toxumun üs-
tünü örtüyü yaş parçanı qaldırmış və cücərdiyini görmüşdü.
Ürəyində nə olduğu bilinməz bir hiss baş qaldırmış və sürət-
lə döyünmüşdü. Yanında sevincini paylaşacaq heç kimi yox
idi. Bəlkə də ona görə daha da çox sevmişdi cücərən bitkini,
yalnızlığından. Əlləri əsmişdi, birdən
əli dəyər cücərən toxum
qırılar deyə. Bütün bədənini basan o qəribə hissin təkidiylə ge-
cənin qaranlığını bölərək həyətə enmiş və ağacların dibindən
torpaq yığaraq evə qayıtmış və onu bir su butulkasını kəsərək
basdırmışdı. Bitkinin başında uşağının ilk qızdırmasını yaşa-
yan ana kimi əsmiş və sanki evinə yeni bir otaq yoldaşı gəlib-
mişcəsinə sevinmişdi.
Bildiyi ya hiss etdiyi tək şey var idi, o da ki o bitkiyə nəsə
olma ehtimalını düşünmək belə onun şiddətli dərəcdə kefini
pozmuşdu. Bəs o bitkinin yerinə bir evində heyvan, bir it ya
bir insan olsaydı necə? Dəhşətli düşüncəydi, bağlandığın biri-
ni itirmək. Bağlanmağın pis fikir olduğunu təkrar inandırmışdı
özünə. Sonra təkrar düşünmüşdü, insan səbəbi hər nə olursa
olsun güclü emosiyalarla bağlanır başqa canlılara. İnsan sosial
varlıqdır və sosial olacağı başqa insanlar olmayanda heyvan-
lara hətta bitkilərə sarılır.
Yoxsa küçədə çəmənləri tapdalayaraq gəzən insanı evin-
də cücərmiş bitkiyə bu qədər bağlayan şey nə idi? Bədbəxtlik
məntiq tanımır, emosiyalar rasional deyillər və insan həm bəd-
bəxt həm emosional varlıqdır.
Bəşəriyyətin bütün mənasızlğını dərk edən Mavi, bitkisi-
nin quruyacağı təqdirdə keçirəcəyi üzüntü hissinə olan qorxu-
sundan qaça bilməmişdi və tədirgin yaşamışdı ilk günlərini.
Ona görə yox ki Mavi sadəcə emosional idi, ona görə ki o həm
də bədbəxt və yalnız idi. Sonra absurd həyatın təsadüfi bir bəd-