144
olduğu hər tərəfindən eqo axan o hərəkətlər və kəlimələrin üst
başından necə də axdığını görmüş və özündən tiksinmişdi.
Qeyd-şərtsiz, qarşılıq gözləmədən özünü unudaraq sadəcə və
sacəcə qarşı tərəfi düşünən bir altruistə, fədəkara çevirirdi eqo
ölümü insanı.
Birdən daha əvvəl heç baxmadığı bir çərçivədən baxdı in-
tiharına: Qəribə bir formada Eqoistlik, həm insanın intiharına
əngəl ola bilərdi, həm də intiharın səbəbi məhz elə eqoistliyin
özü ola bilərdi. İnsan intihar edir çünki eqosu istədiyi həyatı
yaşamır, amma həm də insan intihar edir çünki eqosu həm də
yaşamaq istəyir. Əslində intihar edənlər həm ən eqoistlər həm
də ən az eqoistlərdir kimi bir paradoks yaranır. O zaman eqo
ölümü yaşanan anlar insanın intihara həm ən yaxın həm də ən
uzaq olduğu andır.
Parçalanmaqda olan bir buludun son çırpınışlarında itdi
baxışları. Və ölümü bu qədər düşünmüş olmasından olacaqdı
ki, içində qışqırmaqda olan və boğazına dirənmiş o kiçik gen-
lərin gurultularını eşitdi. Onu qorxutmağa çalışırdılar. Necə də
aciz idilər deyə düşündü. Ölməmək üçün yalvarırdılar. Onlara
acıdı. Və əllərindəki son təhdidləri diqqətini çəkdi: ölümdən
sonrakı həyat fikri ilə qorxudurdular onu.
Birinci dəfə idi ki ölümü düşündüyü anda, tərəddüd etmişdi
bir anlıq, daha əvvəl, başına silah dayanmış olsaydı əgər həmişə
tətiyin çəkilməsinə can atardısa, bu dəfə birdən tərəddüd etdi, ya
burda bitməzsə deyə düşündü. Bir anlıq həm qorxmuş həm də
çaşmışdı. Daha əvvəl heç bu barədə tərəddüd etməmişdi, təəc-
cübləndi. Və içində həqiqətəndə o qorxunun özünə yer etdiyini
gördü, içində sanki bir şeylər ya burda bitməzsə ya gerisi varsa
deyə onu qorxudurdu. “Əlbətdəki” deyə təbəssüm etdi uzaqlar-
dakı mənzərəni izləyərək. Genlər əllərindəki son kartlarını oy-
nayırdılar, əlbətdəki. Onu özünü öldürdükdən sonra belə başqa
bir dünyanın olması fikri ilə qorxutmağa çalışırdılar.
Ölümdən sonrakı həyat düşüncəsi genlərin psixoloji müda-
fiə mexanizması olmalıydı. Və möhtəşəm bir mexanizm oldu-
ğu bariz idi. İnkar edilməzdi. Milyardlarca insanı inandırmağa
145
nail olmuşdular nəticədə. Bir anlıq Mavi də tələyə düşürdü az
qala deyə düşündü. Genlər və beyin fərdi həyatda saxlayacaq
hər üsula əl atacaq qədər hiyləgər idilər. Genlərin beyinə təz-
yiqi ilə beyin şah əsəri olan sonrakı dünya mifini uydurmuşdu.
Bu beynin şahəsəri olmalıydı. Yaratdığı ən böyük şahəsərlər-
dən biri olan tanrı belə bunun yanında sönük qalırdı.
Təkamülün iziylə addım-addım geriyə gedək: Əgər məqsə-
di ölməmək və nə olursa olsun cütləşib çoxalaraq özünün daha
yaxşı formasını yaradıb gələcəyə göndərəcək şüurlu bir orqa-
nizm yaransaydı, bu orqanizmin sıxıntıya ya bezginliyə düşüb
özünü öldürməsinin qarşısı necə alına bilinərdi? Onu, özünü
öldürməklə ruhunu öldürə bilməyəcəyini, ya da daha başqa bir
dillə desək, başqa bir həyata keçəcəyi yalanına inandıraraq.
Beləcə bu o şüurlu canlının əl qolunu bağlayacaqdı. Mükəm-
məl bir psoxoloji müdafiə mexanizmasıydı deyə düşündü
Mavi. Bu fərziyyə, sözsüz ki, Mavinin inandığı, ya da bəlkə də
şübhəylə yanaşsa belə, ən azından ən yüksək ehtimal verdiyi
doğru idi, mütləq doğru deyil. Bəlkə də Mavini sonrakı dün-
yanın olduğuna inandırmağa çalışan genləri yox idi, əksinə,
ona bunun genlərin psixoloji müdafiə mexanizması olduğunu
inandırmağa çalışan içindəki ölüm tərəfdarı kimsələr var idi.
Bəlkə də Mavi ölümə can atdığı üçün, bu nəzəriyyəni özünü
sonrakı həyatın olmadığına inandırmaq üçün uydurmuşdu.
Kimə və nəyə inanacağından artıq əmin ola bilmirdi.
Ölümü haqqında verdiyi qərardan tam əmin olmadığı üçün
içindəkilərlə təkrar höcət etməyə başladı. Bəlkə də püşk atma-
lıydı deyə düşündü. Sonra da tanıdığı hansı filosofun intihar
barədə onla eyni qərarda və əks qərarda olacağını düşündü və
özü üçün saymağa başladı. Sokrat, Konfutsi, Şopenhaur, Se-
neca və Stoaçılar onun tərəfindəydilər və əgər fərd istəmədiyi,
sevmədiyi ya çətin bir həyat yaşayırsa öz canını ala bilər deyir-
dilər. Nietzsche, Kamyu, Kant, Hobbes, Locke və digərləri isə
daha çox intihar etməməsi gərəkdiyini müdafiə edənlər idilər.
Aralarında ən çox Kant, Hobbes və Locke kimi intiharın əx-
laqi olmadığını müdafiə edənlərə nifrət edirdi. Kantın əxlaqi
146
kateqorik imperativinə görə fərd dünyada hamının etməsinə
razı olmadığı şeyləri etməməliydi hətta intiharı belə. Ölməkdə
olan biri üçün axmaqca səslənirdi. Kamyu’nun arqumentlə-
ri də onun üçün çox da güclü səslənmirdi, ümumiyyətlə son
vaxtlar Kamyu’nu nə vaxt düşünsə bir qıcıqlanma hiss edirdi
ona qarşı, gizli bir kin ya da bəlkə bir qısqanma. Ya da onda
özünü və riyakarlığını görürdü və buna görə nifrət etməyə baş-
layırdı. Nietzsche, intihar etdiyi üçün ona qəzəblənərdi deyə
düşündü. Ağrılara dözmədiyi və savaşmadığı üçün.
“Həyat uzun bir xəstəlikdir, ölüm isə insana bəxş edilmiş
ən böyük nemətdir” deyirdi Sokrat və Nietzsche buna görə ona
əsəbləşirdi. Onlardan hansı həyatda daha çox əzab çəkmişdi?
Hansının mental sağlığı daha güclüydü? İnsanın həyatda qala-
raq savaşıb öz xislətini və beyin kimyasını, düşüncə formasını
dəyişməsi nə dərəcə mümkündür?
Bütün cavabsız sualları bir kənara qoyub insan psixologi-
yasının dərinliyinə enərək bir sual verdi Mavi: əgər bütün in-
sanları onları “özləri” edən genləri, böyüdükləri mühit, təc-
rübələri və içində olduqları situasiyalarıdırsa və bütün bunlar
unikaldırsa və hamınının beynindəki hormonlarının balansı
az da olsa fərqlidirsə, onda necə yaşamaq, intihar etmək ya
etməməklə bağlı hər hansısa məsləhət universal ola bilərmi?
Hər şey kişidən kişiyə nisbi deyilmi? Kierkegaardın deyimiy-
lə, həqiqət subyektiv deyilmi?
Əgər hərhansısa məsələ barədəki məsləhət və fəlsəfə uni-
versal deyilsə, Albert Kamyu məsələn, bir insanın intihar edib
etməməli olduğuna necə qərar verə bilər? Dünyaya sadəcə öz
pəncərəsindən baxaraq? Əgər fərdlər unikal və həqiqət sub-
yektivdirsə, Buddanın ya Nietzsche’nin fəlsəfəsi bütün fərdlər
üzərində müvəffəqiyyətli ola bilərmi?
Ya da bəlkə də həqiqət sadəcə praqmatistdir.
Ayaqları olmayan əlil biri məsələn ya qalıcı xəstəliyə, qü-
sura sahib biri intihar etməyi düşünürsə qalıb savaşmalı və
ağrılarınamı dözməlidir? Yoxsa Kamyu sadəcə fikirləri ilə
kimlərinsə ölümünə səbəb olmaq istəməyərək nikbinliyinimi
Dostları ilə paylaş: |