153
maqlıqdan iləri gəlir. Bütün ölümlərin səbəbini birləşdirəcək
bir səbəb tapa bilməzsən.
Təbəssüm etdi Mavi, cibindəki paketi çıxarıb qəzəb və ki-
nin köməyiylə bir siqaret daha yandırdı. Və gəncin gözlərinin
içinə baxdı;
- Heç dəyişməmisən. Daha doğrusu, Heç dəyişməyəcək-
sən.
- Sənin siqaretin var idi?
- Maşın qəzası keçirərək ölən beş yaşındakı məsum uşaq
ilə qocalaraq ölən yaşlı bir poçtalyonu, özünü öldürən sənin
deyiminlə desək
zəif ya axmaq ilə düşmən gülləsinə qurban
gedən bir gənci, ya da təcavüz edilərək öldürüləcək olan bir
qızın ölümlərini birləşdirən tək və vacib sadəcə bir səbəb var.
- Aha, nədir o?
- Doğulmuş olmaları. Birinin onları doğmuş olmaları.
Doğulan hər canlı öləcəkdir. Başqa çərçivədən baxsaq əgər,
ölümlərinin ilkin günahkarlarının onları doğan valideyinləri-
ninn olduğunu görərik.
- Nə?! Bu çox səfehcə səslənir.
- Heç dəyişməyəcəksən. Sənin üçün elə səsləndiyini bi-
lirəm.
Elə ona görə də, mənim ölümümə də səbəb olacaqsan.
- Sənin ölümünəmi səbəb olacam?
- Bəli.
- Sən ağlını qaçırtmısan.
- Bəlkə də. Bəlkə də buna görə özümü öldürəcəm. Ancaq
hər iki ehtimalda, həm ağlımı itirməyimin həm özümü öldür-
məyimin ilkin səbəbkarı sən olaraq qalacaqsan.
- Mən? Niyə mən axı?!
- Başa düşmürsən ya başa düşmək istəmirsən? Sənə verə-
cəyin cavabını bildiyim bir sual verim, təkrar dünyaya gəlmə
şansın olsaydı və bu seçimi sənə buraxsaydılar təkrar doğul-
maq istəyərdin?
- Əlbətdə ki hə.
- Dediyim kimi heç dəyişməyəcəksən. Mən ancaq, doğul-
maq istəməzdim başa düşürsən? İndi olmazın əzabını çəkirəm.
154
Həm yaşamaq istəyir amma həm də yaşaya bilmirəm. Özümü
ən ağrısız hansı yolla öldürə biləcəyimin yollarını axtarıram.
Təxmin et səncə niyə? Çünki iki gənc sevgili birləşib və son-
rasını və olacaqları heç düşünmədən məni yoxdan peydahla-
yıblar. Üstəlik sanki çox da müqəddəs bir iş görüblərmiş kimi
mənimlə fəxr ediblər. Bir oyuncaq və kölədən başqa heçnə ol-
mamışam halbuki. Sənə deyəcəyim heç bir söz, heçnəyi dəyiş-
məyəcək. Özümü boşuna yoruram, heç vaxt dəyişməyəcəksən.
- Niyə özünü öldürmək istəyirsən? Dərdin nədir? De, bəlkə
bir məsləhətim toxundu? Nə ola bilər ki bir insanın dərdi bu
qədər böyük? Yaşamaq
bu qədər çətin deyil, özünə gəl biraz.
- Sən? Sən bu həyatda dərdləşmək istədiyim ən son in-
sansan. Və məsləhətlərinə gəlincə, onları vaxtı gələndə ki-
fayət qədər dinlətdirəcəksən sevimli kölənə, səndən məsləhət
almaq fikrim yoxdur artıq. İndiki situasiyada, məndən daha
kiçik olan sənsən, biraz da sən mənə qulaq as. Qardaşının
ad günündə heç kim ölməyəcək, sadəcə ora getməyinin qar-
şısını almaq üçün elə deyirdim. Ancaq bir ölümün toxumu
atılacaq, orda məni peydahlayacağın qadınla tanışacaqsan, o
lənət gecədə. Vecimə də deyil, istəyirsən get, istəyirsən doğ.
Nə istəyirsən et. Ümid edirəm fertilizasiyanın nəticəsində
trilyonda bir ehtimalla yenidən eyni dna’nı peydahlamazsız.
Ya da əgər determinizm yenə öz sözünü deyəcəksə də, bəx-
timə küsməliyəm. Nəysə, qulaq as, sənə pis bir xəbərim var,
genlərin mənimlə birlikdə məzara gedəcək və artmayacaq.
Sənin etdiyin səhvi heç vaxt etməyəcəm və uşaq sahibi ol-
mayacam, yaşasam belə. O müqəddəs günahla batırmayacam
əlimi. Ataların günahlarını uşaqları çəkər deyirdi ya incil
ya Şekspir, mən günahlarımı kiminsə çəkməsinə icazə ver-
məyəcəm. Sənə və sevgilinə gələcək sevişmələrinizdə uğur-
lar, ümid edirəm özünüzə oxşayan birilərini peydahlamağa
nail olarsınız heç olmasa birlikdə xoşbəxt olacağınız. Xəstə
və yazıq bacımın ölümü belə sizə onun çəkdiyi əziyyətlərin
səbəbkarının siz olduğunu başa sala bilməyəcək. Onsuz da
bəlkə də xəstə olduğunu bilsəydiniz belə doğumdan əvvəl,
155
onu yenə də tanrının bir neməti adlandırıb doğardınız yaşa-
yacağı əzabları düşünmədən belə.
Dedi və ordan uzaqlaşmağa başladı Mavi. İti addımlarla.
Gənc arxadan onu səsləyirdi, “Hey, getmə, dayan bir dəqiqə,
bura gəl!” deyə səslədi onu bir neçə dəfə. Mavi arxaya belə
baxmadan addımlarını itiləşdirdi və uzaqlaşdı ordan. Yanın-
dan yavaş addımlarla keçən bir kor kişinin baxışları diqqətini
dağıtdı.
* * *
Özündən başqa hamını günahlandıra bilmə kimi dərin in-
sani bir xarakterə sahib idi Mavi. İnsan, səhvlərinin bütün mə-
suliyyətini öz boynuna götürə bilmir. Əgər o dərk etsə ki əs-
lində həyatının müqəddəratı düşündüyündən də artıq dərəcədə
öz əlindədir, onun ağırlığı altında yaşaya bilməz. Ona görə də
insan
şərtləri, ailəni və başqalarını günahlandırmağa başlayır.