Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə47/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   43   44   45   46   47   48   49   50   ...   123

153
maqlıqdan iləri gəlir. Bütün ölümlərin səbəbini birləşdirəcək 
bir səbəb tapa bilməzsən.
Təbəssüm etdi Mavi, cibindəki paketi çıxarıb qəzəb və ki-
nin köməyiylə bir siqaret daha yandırdı. Və gəncin gözlərinin 
içinə baxdı;
- Heç dəyişməmisən. Daha doğrusu, Heç dəyişməyəcək-
sən.
- Sənin siqaretin var idi?
- Maşın qəzası keçirərək ölən beş yaşındakı məsum uşaq 
ilə qocalaraq ölən yaşlı bir poçtalyonu, özünü öldürən sənin 
deyiminlə desək zəif ya axmaq ilə düşmən gülləsinə qurban 
gedən bir gənci, ya da təcavüz edilərək öldürüləcək olan bir 
qızın ölümlərini birləşdirən tək və vacib sadəcə bir səbəb var.
- Aha, nədir o?
-  Doğulmuş  olmaları.  Birinin  onları  doğmuş  olmaları. 
Doğulan  hər  canlı  öləcəkdir.  Başqa  çərçivədən  baxsaq  əgər, 
ölümlərinin ilkin günahkarlarının onları doğan valideyinləri-
ninn olduğunu görərik.
- Nə?! Bu çox səfehcə səslənir.
-  Heç  dəyişməyəcəksən.  Sənin  üçün  elə  səsləndiyini  bi-
lirəm. Elə ona görə də, mənim ölümümə də səbəb olacaqsan.
- Sənin ölümünəmi səbəb olacam?
- Bəli.
- Sən ağlını qaçırtmısan.
- Bəlkə də. Bəlkə də buna görə özümü öldürəcəm. Ancaq 
hər iki ehtimalda, həm ağlımı itirməyimin həm özümü öldür-
məyimin ilkin səbəbkarı sən olaraq qalacaqsan.
- Mən? Niyə mən axı?!
- Başa düşmürsən ya başa düşmək istəmirsən? Sənə verə-
cəyin cavabını bildiyim bir sual verim, təkrar dünyaya gəlmə 
şansın olsaydı və bu seçimi sənə buraxsaydılar təkrar doğul-
maq istəyərdin?
- Əlbətdə ki hə. 
- Dediyim kimi heç dəyişməyəcəksən. Mən ancaq, doğul-
maq istəməzdim başa düşürsən? İndi olmazın əzabını çəkirəm. 


154
Həm yaşamaq istəyir amma həm də yaşaya bilmirəm. Özümü 
ən ağrısız hansı yolla öldürə biləcəyimin yollarını axtarıram. 
Təxmin et səncə niyə? Çünki iki gənc sevgili birləşib və son-
rasını və olacaqları heç düşünmədən məni yoxdan peydahla-
yıblar. Üstəlik sanki çox da müqəddəs bir iş görüblərmiş kimi 
mənimlə fəxr ediblər. Bir oyuncaq və kölədən başqa heçnə ol-
mamışam halbuki. Sənə deyəcəyim heç bir söz, heçnəyi dəyiş-
məyəcək. Özümü boşuna yoruram, heç vaxt dəyişməyəcəksən. 
- Niyə özünü öldürmək istəyirsən? Dərdin nədir? De, bəlkə 
bir məsləhətim toxundu? Nə ola bilər ki bir insanın dərdi bu 
qədər böyük? Yaşamaq bu qədər çətin deyil, özünə gəl biraz.
- Sən? Sən bu həyatda dərdləşmək istədiyim ən son in-
sansan. Və  məsləhətlərinə  gəlincə,  onları  vaxtı  gələndə  ki-
fayət qədər dinlətdirəcəksən sevimli kölənə, səndən məsləhət 
almaq fikrim yoxdur artıq. İndiki situasiyada, məndən daha 
kiçik  olan  sənsən,  biraz  da  sən  mənə  qulaq  as.  Qardaşının 
ad günündə heç kim ölməyəcək, sadəcə ora getməyinin qar-
şısını almaq üçün elə deyirdim. Ancaq bir ölümün toxumu 
atılacaq, orda məni peydahlayacağın qadınla tanışacaqsan, o 
lənət gecədə. Vecimə də deyil, istəyirsən get, istəyirsən doğ. 
Nə  istəyirsən  et.  Ümid  edirəm  fertilizasiyanın  nəticəsində 
trilyonda bir ehtimalla yenidən eyni dna’nı peydahlamazsız. 
Ya da əgər determinizm yenə öz sözünü deyəcəksə də, bəx-
timə küsməliyəm. Nəysə, qulaq as, sənə pis bir xəbərim var, 
genlərin  mənimlə  birlikdə  məzara  gedəcək  və  artmayacaq. 
Sənin etdiyin səhvi heç vaxt etməyəcəm və uşaq sahibi ol-
mayacam, yaşasam belə. O müqəddəs günahla batırmayacam 
əlimi.  Ataların  günahlarını  uşaqları  çəkər  deyirdi  ya  incil 
ya Şekspir, mən günahlarımı kiminsə çəkməsinə icazə ver-
məyəcəm. Sənə və sevgilinə gələcək sevişmələrinizdə uğur-
lar,  ümid  edirəm  özünüzə  oxşayan  birilərini  peydahlamağa 
nail olarsınız heç olmasa birlikdə xoşbəxt olacağınız. Xəstə 
və yazıq bacımın ölümü belə sizə onun çəkdiyi əziyyətlərin 
səbəbkarının siz olduğunu başa sala bilməyəcək. Onsuz da 
bəlkə də xəstə olduğunu bilsəydiniz belə doğumdan əvvəl, 


155
onu yenə də tanrının bir neməti adlandırıb doğardınız yaşa-
yacağı əzabları düşünmədən belə.
Dedi və ordan uzaqlaşmağa başladı Mavi. İti addımlarla. 
Gənc arxadan onu səsləyirdi, “Hey, getmə, dayan bir dəqiqə, 
bura gəl!” deyə səslədi onu bir neçə dəfə. Mavi arxaya belə 
baxmadan  addımlarını  itiləşdirdi  və  uzaqlaşdı  ordan. Yanın-
dan yavaş addımlarla keçən bir kor kişinin baxışları diqqətini 
dağıtdı.
* * *
Özündən başqa hamını günahlandıra bilmə kimi dərin in-
sani bir xarakterə sahib idi Mavi. İnsan, səhvlərinin bütün mə-
suliyyətini öz boynuna götürə bilmir. Əgər o dərk etsə ki əs-
lində həyatının müqəddəratı düşündüyündən də artıq dərəcədə 
öz əlindədir, onun ağırlığı altında yaşaya bilməz. Ona görə də 
insan şərtləri, ailəni və başqalarını günahlandırmağa başlayır.


156
9
MÜQƏDDƏS GÜNAH
“Ataların  günahlarını  uşaqları  çəkər”  deyə  təkrarladı 
öz-özünə.  İncildən’miydi  ya  Şekspir’dən,  xatırlamırdı.  Çox 
gözəl  deyilmişdi.  Ancaq  ilkin  başa  düşülən  mənasıyla  yox, 
uşaqlara ötürülən karmavari bir günahlar sistemi olaraq yox. 
Atanın hansıssa pis hərəkətinin nəticəsini uşaq çəkmirdi. Bur-
dakı günah onun üçün doğum idi. Ata və ananın bu müqəddəs 
günahının ağrısını yaşamaqla çəkən uşaqlar olurdu. Ya da bəlkə 
də valideyn olmaq, günah yumaq demək idi, etmiş olduğun gü-
nahı yuyurdun ömür boyu uşağı böyüdüb qayğısına qalaraq.
İsa, deyə düşündü Mavi, Tanrının günahlarını çəkmiş ol-
malıydı demək ki. Poetik səsləndi bu fikir ona, ki eləydi də. 
İsa, insanların günahlarını çəkməmişdi əslində incildə deyil-
diyi kimi, o öz atasının günahlarını çəkmişdi. Əzab çəkmişdi 
çünki yoxdan var edilmişdi. Varoluşu idi əzablarının əsas sə-
bəbkarı və varoluşunun səbəbkarı da atasıydı. Tanrı.
Əgər varoluşun əzablar və zövqlərlə dolu olduğunu nəzərə 
alsaq, çəkilən bütün əzab və zövqlərin səbəbkarı fərdi yoxdan 
var etmiş valideyinləri olmalıydı Maviyə görə. Bu ən böyük 
əxlaqsızlıq idi ona görə. Baxmayaraq ki o əxlaq beşikçisi de-
yildi, əxlaqlı olduğunu da iddia etməmişdi heç vaxt. Onun öz 
fərdi əxlaq anlayışı var idi. Ancaq onu məhv edən şey, insan-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə