Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə48/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   44   45   46   47   48   49   50   51   ...   123

157
ların uşaq doğmaq kimi ən böyük əxlaqsızlığı və günahı etmiş 
olmaqlarına  baxmayaraq,  bununla  həm  fəxr  etməkləri,  həm 
etmiş olduqları şeyin dünyanın ən tərbiyyəsiz hərəkəti olmuş 
olmasını qəbul etməməmələri, həm də bütün bunlar yetmirmiş 
kimi, doğduqları uşağın köləsi olacaqlarına, onu özlərinə kölə 
etmələriydi.
Bu, dəlilikdən başqa bir şey deyildi. Bunu necə inkar edə 
bilərdilər?  O,  uşaq  doğmayın  deyə  bar-bar  bağırmırdı,  ağ-
rıları o qədər böyük idi ki, bu əzab dolu dünyaya gətirilmiş 
başqa uşaqların ağrılarına əhəmiyyət verəcək gücdə deyildi. 
Ancaq istədiyi tək şey, insanların instiktlərinə məğlub düşüb 
etmiş olduqları günahın fərqinə varıb ona görə hərəkət et-
mələriydi.
İnsanları sahib olduqları instiktlərinə görə bir az da olsa ba-
ğışlayırdı, yaxşı deyirdi, genləri onları məcbur edir çoxalma-
ğa. Ancaq şüurlu istənilən bir varlıq, etdiyi hərəkətin fərqinə 
varmalıydı.  Özünü  saxlaya  bilməyib  bu  əzab  dolu  dünyaya 
əzab çəkməsi üçün və heç doğulmaq istəyib istəmədiyini bil-
mədən birini peydahlayırdısa, ən azından, sonrakı həyatı boyu 
o  uşağın  köləsi  olmalıydı.  Əksi,  əxlaqsızlıq,  vicdansızlıq  və 
tərbiyyəsizlik idi.
On yaşında təcavüzə uğramış bir qızın anası ya atası böyük 
ehtimalla belə deyərdilər “kaş edəcək bir şeylərim olsaydı bu-
nun qarşısını almaq üçün”, ancaq onlar heç vaxt təmələ enərək 
ən böyük günahkarın özləri olduqlarını etiraf etməyəcəkdilər. 
Həyatda, zövqdən çox əzab var idi və doğulmuş hər uşaq əza-
bı dadacaqdı. Daddığı hər əzabın günahkarı da onu doğanlar 
olacaqdı.
Sonra hər şey bəs etmirmiş kimi, böyüdülmüş uşağa min-
nət qoyulurdu. Onu böyütmək üçün çəkilmiş əzablar, başına 
qaxılırdı. Bu dəlilik idi. Bunun adı tərbiyyəsizlik idi. İnsan-
lar uşaqlarını böyütdükləri, yedirdikləri, ona qalacaq bir yer 
verdikləri üçün daha sonra bu hərəkətlərini onların başlarına 
qaxırdılar. “Səni yedirmişəm” –“Bəli, çünki məni doğmuşdun, 
mən istəmədən”.


158
Yenə hər şey yetmirmiş kimi, insanlar doğduqları uşağın 
hərəkətlərini  qınayır,  onu  dartıb  istədikləri  formaya  soxur, 
kölə kimi budayırdılar. Elə yox, belə olmalısan. 
Sonra  da  yazıq  doğulmuş  uşağın  əzabını  görməməzdən 
gələrək, hələ bir çəkdikləri əzab və işkəncə üçün təsəlli dilə-
nirdilər  başqalarının  yanında.  Uşaqların  haqqında  danışır  və 
onlar üçün nə qədər şey etdiklərini, yorulduqlarını deyirdilər. 
Sanki doğmaq müqəddəs bir vəzifədir və məcbur, istəmədən 
ediblər. Ancaq onlar heç vaxt etiraf etmirdilər, ən böyük tər-
biyyəsiz olduqlarını.
Doğmamalıydılar deyə düşündü Mavi kinli formada, do-
ğublarsa da, günahlarını yumaq üçün uşağın köləsi olmalıydı-
lar və üzr dilənməliydilər ondan. Onu bu əzab dolu dünyaya 
gətirdikləri üçün.
İnsanların uşaq doğmaq üçün bəhanələri çox gülməliydi. 
Evliliyi birlikdə tutmaq üçünmü? Yəni bir oyuncaq kimi, bir 
alət kimi istifadə etmək üçün? Həyata məqsəd vermək üçün? 
Birinin rızası olmadan onu həyatına məqsəd vermək üçün ist-
fidadə etmək? Ya da, birinin səni sevməsi üçün uşaq doğmaq? 
Yenə xoşbəxtlik üçün bir alət kimi? Bütün səbəblər ifrat dərə-
cədə eqoistcə səslənirdi.
Doğulacaq  uşağı  mənəvi  və  maddi  olaraq  tamamilə  tə-
min edə biləcəyindən belə əmin olmadan uşaq doğub onu öz 
bərbad həyatının parçası edən insanlar var idilər. Nəyə görə? 
Sırf öz çəkdiyi işgəncəni azaltmaq üçün? Öz əzabını azaltmaq 
üçün başqasını doğursan və əzabının yarısı ona yüklənir? 
Doğulacaq uşağı mənəvi və maddi olaraq tamamilə təmin 
edəcək gücdə olsa belə insan, doğulacaq uşağın rızası olmadan 
və hansı genetik xüsusiyyətlərlə doğulacağını bilmədən nə olur-
san olsun onu dünyaya gətirmək yenə də tərbiyyəsizlik idi. Ya 
beyin hormonal balansı elə deyildə belə doğsa? Optimist deyil 
də pessimits olsa? Bipolyar pozuntu ya depressiya xəstəliyiylə 
doğulsa? Həyatla heç vaxt yola gedə bilməsə? Xoşbəxt ola bil-
məsə? Kimin vecinəydi sanki bunlar? Əsas olan yalnız qocalma-
maq üçün yanında kiçik kölələrinin olmasıydı elə deyilmi? Bəli.


159
Eynilə  yaşama  instikti  kimi,  uşaq  sahibi  olma  instiktinə 
görə  də  başa  düşürdü  o  insanları.  Bütün  bədəndəki  genlər 
həyatda  qalma  və  çoxalma  üzərinə  qurulmuş  ikən  instiktiv 
hisslərə görə qınanıla bilməzdi insanlar bir mənada. Təməldə 
yatan əsas səbəblərdən biri bu idi, doğum. Bir qadını sevmə, 
onu arzulama, ehtirasında ərimə və seksin şüuraltı ana səbə-
biydi doğum. Əsas səbəblər arasında artım və yalnızlığı ara-
dan qaldırma məqsədi var idi, instiktiv olaraq. Hal belə ikən, 
içində çoxalmaq üçün səni zorlayan genlər var ikən, qınanıla 
bilməzdi insan bəlkə də. Özü belə zaman-zaman atalıq ins-
tiktinə yenik düşmüş və ondan olanı qucaqlama arzusu hiss 
etmişdi.  Ancaq  nə  olursa  olsun,  qəbul  etmədiyi  şey,  sahib 
olunmuş uşaq qarşısında öz borcunu başa düşməyən insanlar 
idi. Onun bütün bəd anlarının səbəbkarı olduqlarını qəbul et-
məyən insanlar idi. Və sanki onlar uşağa deyil də uşaq onlara 
borcluymuş  kimi  davrananlarda.  Bir  valideyin,  ölənə  qədər 
uşağına borclu olaraq qalacaqdır halbuki. Yenə də başa düşür-
dü Mavi, insan psixologiyasının öz səhvlərini və günahlarını 
şüuraltına itələdiyini və gizlətdiyini. O valideyinlər, uşaqla-
rının  çəkdikləri  bütün  əzabların  səbəbkarının  özləri  olduğu 
reallığının ağırlığı altında yaşaya bilməzdilər və buna görə də 
bunu inkar edirdilər.
Bəlkə də xəstə bacısının olması idi Mavini doğuma bu qə-
dər düşmən edən, bəlkə də öz çəkdiyi əzablar. Bacısının ölü-
münü arzuladığı hər gecə özünə nifrət etmişdi Mavi. Onu o 
qədər  sevirdi  ki  doğuşdan  xəstə  doğularaq  çəkdiyi  əzabları-
nın bitməsi üçün ölümünü arzulayırdı, ancaq arzusu səbəbilə 
özünə də nifrət edirdi. Bütün ömrü boyu bacısının çəkdiyi ağ-
rılarda  özlərini  günahlandıran  ailəsinin  də  ölümünü  istəmiş-
di çəkdikləri ağrının bitməsi üçün. İnsanın uşaq sahibi olaraq 
özünü sonrasını təxmin edə bilməyəcəyi necə bir bəlaya bu-
ladığını görürdü beləcə Mavi. Saki cibində bir əl bombasıyla 
yaşayacaqsan bütün ömürün boyu.
Doğuma  olan  nifrətinin  əksinə,  uşaqlara  olan  bitməz  bir 
sevgisi var idi. Onlar məsum və günahsız idilər. Gördüyü kasıb 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə