Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə51/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   47   48   49   50   51   52   53   54   ...   123

166
tirmə Hərəkatı” deyə bir şey var məsələn. İnsanların dünyaya 
zərər verdiyini iddia etdikləri üçün insanların nəslinin kəsil-
məzi üçün təbliğatlar aparan bir təşkilatdır. Onlar da vecimə 
deyil. Bəlkə də sadəcə yalnız olduqları üçün təşkilat qurub-
lar. Sülh də vecimə deyil savaş da. Realist siyasətçilərdən biri 
şey demişdi məsələn, savaş xalqların ruhudur, bəlkdə haqlıy-
dı, nəbilim. Bəlkə də insanlara, xalqlara, bir-birinə tutunmaq 
üçün  savaşlar  lazımdır.  Sadəcə  heç  bir  mənası  olmayan  hə-
yatda özlərinə kiçik mənalar yaradırlar, emosiyalarını əmmək 
üçün  özlərinə  problemlər  yaradırlar.  Ancaq  bunları  da  aşıb 
artıq dünya, yavaş-yavaş. Milliyətçilik kimi bəsit məhvumlar 
keçmişdə qalır, yəqin indi də yadplanetlilərlə savaşıb bu dəfə 
də öz irqləri ilə fəxr edərlər. Düşüklər. Təsəvvür edə bilirsən? 
Yadplanetlilərə savaşlar olur və dünya müharibələri vaxtların-
dakı kimi sloqanlar və musiqilər yazılır, sadəcə “vətənə can 
qurban” yerinə “dünyaya can qurban” kimi düşük səviyyəsiz 
sloqanlar və sair. Bilirsən bəzən nə düşünürəm? Robotların bir 
gün insanları öldürəcəyini düşünmürəm ancaq təsəvvür edək 
ki  elə  bir  şey  oldu  və  insanların  kökü  kəsildi,  robotlar  etdi 
və ya hər necəsə oldu. Amma robotlar sağ qalır və üstündən 
minlərlə il keçir. Arada informasiya itkisi yaşanılır və robotlar 
onları insanların yaratdığını unudurlar ya bilmirlər. Necə ya-
randıqlarını axtarmağa başlayırlar. Məsələn Marsda insanların 
yerləşdirdiyi  robotlar.  Sonra  içlərindən  bir  robot  çıxıb  deyir 
ki, bizi nəsli minlərlə il əvvəl kəsilmiş yer kürəsində yaşayan 
insan adlı heyvan növləri yaradıb. Bir fərziyyə kimi deyir və 
hamı onu inkar edir. “Necə yəni, axmaq bir canlı bizim kimi 
kompleks varlığı necə yarada bilər axı!?”. İnsanların ilk başda 
meymunlarla qohumluqlarını dandıqları kimi onlarda bizim-
lə qohumluqlarını danırlar.  Bu arada Mars demişkən, Marsda 
günün 25 saat olduğunu bilirdin? Həyatın işgəncə müddəti 1 
saatda artıqdı orda.
- Və Venerada 2800 saat, yəni 116 gün.
- Yupiterdə 9 saat.
- Hə.


167
- Bəlkə də orda doğulmalıydım. Yerdəki həyat bədbəxtlər 
üçün, mənim üçün həddindən artıq uzun gəlir. Həyat heç də 
qısa deyil. O qədər uzundurki, əcəli gözləyərək ölmək bəzən 
işgəncə kimi gəlir.
- Sən sadəcə xoşbəxt olmağın yolunu tapmalısan məncə.
- Artıq xoşbəxtlik də vecimə deyil.
- “Vecimə deyil, vecimə deyil, vecimə deyil!” Nifrət edirəm 
bu sözü işlədən bütün oğlanlardan! 
- Mənə nifrət etməyin də vecimə deyil düzü
- Nə olub axı sizə? Bir qism oğlan var ki hamısının tək dər-
di seks narkotik və vecsizlikdir, tənbəllik. Sadəcə biraz müba-
rizə aparmaq lazımdır. Savaşmalısan.  Nə bilim, maraqlı şeylər 
var dünyada, gələcək, gələcəyi düşün, süni intelekt və transm-
humanizmi düşün, maraqlı deyil heçnə sənə? Doğulmasaydım 
deyə oturub ağlamaqla nə dəyişir? Yeniyetmə üsyankar kimi. 
Hələ də böyüyə bilməmisən! Heçnə etmədən oturub sənə lo-
tareya çıxmasını gözləyə bilməzsən! Sanki biz çoxmu sevirik 
həyatı? Sadəcə ölmək o qədər də asan deyil və xoşbəxt olma-
ğa çalışırıq. Mənim çoxmu xoşuma gəlir sanki hər gün gedib 
lənətə gələsi sikik şirkətlərin məhsullarını üzümə yaxıb kloun 
kimi o sikik müştərilərin üzünə gülümsəyərək biraz da onların 
üzünə maska yaxmağım? Yox! Sadəcə yaşamaq istədiyim şey-
lər var və onları yaşamadan ölmək istəmirəm! Ölmədən əvvəl 
yaşamalıyam!  Sənin  kimi  biraz  Şopenhaur  oxuyub  küçələrə 
düşüb qabağıma gələnə kaş ki doğmaz olaydım demirəm!
- Şopenhauru heç vaxt oxumamışam. Tək lənətə gələsi an-
tinatalist o deyil bu milyardlarla nəfərlik dünyada. Fəlsəfəsi 
mənə maraqlı da deyil heç, əminəm yaraşıqlı ya xoşbəxt olsa 
o da öz fəlsəfəsinə nifrət edə bilərdi. Hər gördüyün doğulmaq 
istəməyən  insanı  Şopenhaurdan  təsirlənib  sanma,  bir  toyuq 
belə, şüuru olsaydı həyatına nifrət edə bilərdi, ona da deyə-
cəkin  ki  hansısa  pessimistdən  təsirlənib?  Və,  mübarizəmi? 
Niyə axı? Sırf biri məni doğub və mən həyatımı sevmirəmsə 
mübarizəmi etməliyəm? Cəsarətimi toplayıb özümü öldürmək 
varkən? Bəzən özümə nifrət edirəm, ölmək istəyirəmsə niyə 


168
sadəcə ölmürəm, üstünə bu qədər düşünüləcək şey deyil axı 
ölüm. Sadəcə qorxaqam. Ya da bəlkə ölüm üstünə minlərcə sə-
hifə düşünüləcək qədər çətindi. Doğulmamaq isə sadəcə möh-
təşəmdir. Yəni təsəvvür et yoxsan. İnsanların burda başa düş-
mədikləri şey məncə, doğulmamaq istəyərdinmi sualına cavab 
verəndə, qorxurlar ki bəs mənim yaxşı günlərim? Onlar da ol-
mayacaqdı axı deyə. Axı sən doğulmasan o yaxşı günlərdəndə 
xəbərsiz olacaqdın. Yəni hara çevirsən sən udursan doğulma-
maqla. Hərnəysə. Cəhənnəm olsun. Mənə yaxınlaşıb söhbəti 
başladan da sən idin bu arada, bəyənmirsənsə gedə bilərsən. 
Həm də ki mən, mənə lotareya çıxacaq günü də gözləmirəm 
artıq, ya da kimin ya nəyinsə gəlib həyatımı xilas edəcəyini, 
o ümidlərimi çoxdan öldürmüşəm. Şükür ki öldürmüşəm ar-
tıq, rahatam. Görünür səndə hələ diridirlər, öləcəkləri günlərə 
qədər  çəkəcəyin  əzablarda  sənə  uğurlar  arzulayıram.  Dərin 
ağrılar yaşayacaqsan, yaşın hələki azdır, hiss olunur ki ümid-
lərin var, onları öldürmək çətin olacaq. Dediyin kimi, ölmə-
dən əvvəl yaşamaq istədiyin şeylər var, mən o şeylərin çoxunu 
yaşamışam özümçün, indi ölə bilərəm. Bundan sonrası işgən-
cə kimi gəlir. Gələcək mənə də maraqlıydı əvvəllər bəli, süni 
intelekt, transhumanizm ya nəsə. Ancaq bəlkə də sonradan bu 
maraq qısqanclığa çevrildi, heç vaxt görməyəcəyim o gələcəyi 
düşünmək qısqandırır bəlkə də məni. Heç birimiz görməyəcik 
transhumanizmi. Həm, dediyim kimi, mən də istəyərdim çək-
diyim ağrılar olmasın və rahat yaşayım, onda maraqlarıma da 
vaxt ayıra bilərdim. Ancaq indi heç bir marağım vecimə deyil 
və onları doğduqları yerdəcə öldürürəm. Yeniyetmə anarxist 
üsyankar və sairə məsələsinə gəldikdəysə, həyat bərbaddırsa 
və  mən  bundan  şikayətlənirəmsə  bu  məni  yeniyetmə  etmir. 
Mənim  keçdiyim  yaş  dövrü  məncə,  körpü  kimidir,  bu  yaşı 
keçsən  şikayəti  buraxıb  olanla  qəbullanırsan,  ya  da  burdaca 
ölürsən.  Sən  isə  məndən  aşağıda,  ümidləri  diri  olansan  hələ 
ki. Qaldı ki bütün oğlanların tənbəl və qız və narkotikə can 
atmasına. Sənin istədiyin kimi olmadıqları üçün onların adına 
səndən üzr istəyirəm. Həm, tənbəllik ən təbii insan haqqıdır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə