Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə54/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   50   51   52   53   54   55   56   57   ...   123

175
10
AĞRILAR VƏ HƏZZLƏR
Sola dönüb metroya girdi, Fredin yanına getməmişdən əv-
vəl son dəfə hər həftə yalnızlığını bölüşdüyü o yalnızların yı-
ğışdığı bara gedəcəkdi. 
Vaqonun gəlməsini gözlədi və mindi. Vaqondakı sərnişin-
lərə  baxırdı  növbəylə,  yorğun  insanlar.  Onların  həyatlarını, 
hekayələrini təsəvvür etməyə çalışırdı. Hər tərəf həyatın bü-
tün təsadüfi zərbələrinə və yumruqlarına qarşı dayanan, yenə 
də ayaqda durmağa çalışan insanlarla doluydu. Yorğun gözlər 
və  dik  yerimə  cəhdləri.  Sağdakı  vaxtından  tez  qocalmış  ki-
şiyə baxdı, üz qırışıqları onu ələ verirdi. Sanki kəsilmiş ağacın 
gövdəsindəki halqaların sayı necəki onun yaşından xəbər ve-
rirdisə, bu kişinin üzündəki hər qırışıq da onun keçmişindən 
izlər saxlayırdı özündə. Anasının ölümündən sonra ondan geri 
qalan tək xatirə olan o üç yaşlı kiçik qızını fəhlə işləyərək necə 
böyütdüyünü göstərirdi məsələn izlər. Məğrur baxışları bütün 
zərbələrə baxmayaraq hələ də qürurunu ələ vermədən necə də 
ayaqda durmağa çalışdığını göstərirdi. Yıxıla bilməzdi. O ki-
çik qız böyüyənə qədər. Ölmək belə qadağan idi bəzi insanlara.
Yandakı yaşlı qadına baxdı. Hələ də onu atıb getmiş oğlu-
nu gözləyirdi. Bir gün gələcəkdi deyə inanmaq istəyirdi. Gəl-
məyəcəkdi. Özü də bilirdi. Gözlərindən oxunurdu. Ondan sağ-


176
dakı kök oğlana baxdı. Ümidsizcə başqalarını süzürdü və yenə 
belə düşünürdü “Bircə daha az kilom olsaydı, bu bədbəxtlərin 
hamısından daha xoşbəxt olardım. Onlar sadəcə necə xoşbəxt 
olmaq  lazım  olduğunu  bilmirlər.  Mənim  yerimdə  olsalar  nə 
edərdilər. Bircə arıqlasaydım. Hər şey çox yaxşı olardı. Hər 
şey  başqa  cür  olardı.  Hələ  bu  axmağa  bax,  dünyanın  sirrini 
bildiyini  sanır.”-deyə  qarşısındakı  bir  başqa  gəncə  baxırdı. 
Onun yanındakı başqa bir qız əlindəki telefondan dostlarının 
şəkillərinə baxır və kefi pozulurdu: “Mənim yarım qədər belə 
gözəl olmayanlar məndən daha yaxşı yerlərdə işləyirlər mənsə 
həyatımın ən gözəl çağında ofisiant işləyirəm, üstəlik bu qə-
dər gözəl ikən! lənət olsun!” Sonra səhər bir cavan müştəri-
nin ona dediyi sözü xatırladı qız: “Sizin kimi gözəl qızlar belə 
yerlərdə  işləməməlidirlər”  deyib  gülümsəmişdi  oğlan.  Qıza 
iltifat etdiyini sanmışdı ancaq düşüncəsizcə qızın sinəsinə hər 
gün xərçəng kimi daha da böyüyəcək bir yara yerləşdirmişdi. 
Qız cinsinin ən yaxşı bacardığı şey olan o saxta gülüşü ataraq 
təşəkkür etmiş və mətbəxə qayıdan kimi siqaret arasına çıxa-
raq taleyinə lənət oxumuşdu.
Etdiyi müşahidə ona Tolstoyun “bütün xoşbəxtlər eyni for-
mada xoşbəxt bədbəxtlər isə hərəsi ayrı formada bədbəxt olur” 
cümləsini xatırlatdı. Yanında dayanan ehtiraslı və xoşbəxt gö-
rünümlü qıza baxdı, sonra digər tərəfdəki həyatında hər şeyin 
qaydasında getdiyi bütün halından məlum olan oğlana baxdı, 
olduqca rahat görünürdü. Dərin bir qısqanclıq hissiylə gözləri-
ni yayındırdı və onlar haqqında düşünmək istəmədiyinə qərar 
verdi.
Yanda oturan qara dərili orta yaşlı bir qadın az yaşlı uşa-
ğın  qolundan  tutub  onun  üstünə  qışqırır  və  çiyninə  vururdu 
uşağın. Uşaq bir şeylər istəyirdi mısmırığını sallayaraq. Qadın 
onu vuraraq “Sənin hər istədiyini edə bilmərəm! Bu qədər şey 
edirəm sənin üçün hələ, minnətdar olmaq əvəzinə yenə istəyir-
sən! Mənə bilirsən nə qədər şey borclusan? Sənə görə həyatım 
məhv oldu mənim! Lənətə gələsi şey! Doğmaz olaydım səni!” 
Mavi ayağa durdu, gedib uşağı qucağına aldı. “Sənə heçkim 


177
onu doğasan deyə yalvarmamışdı. Öz lənətə gələsi günahına 
görə uşağı günahlandıra bilməzsən indi. Sənin axmaqlığının 
cəzasını o çəkir. Sənə heçnə borclu deyil o. Kaş ki doğmaz 
olaydın bəli, kaş ki!”
Sonra bu xəyalından oyandı Mavi, kaş ki durub ayağa o 
qadının  üzünə  bağıra-bağıra  deyə  bilsəydi  deyə  düşündü  bu 
sözləri. Dişlərini bir-birinə sıxaraq dərin nifrət hiss etdi. Son 
bir dəfə zavallı uşağa baxdı. Onun üçün acıdı və üzünü çevi-
rib diqqətini yayındırmağa çalışdı. Mərhəmət hissinin lənət bir 
şey olduğunu düşündü. Xoşbəxt günündə belə yolda gedərkən 
başqalarının  yazıqlıqlarını  görüb  için  yana  bilərdi.  Durduq 
yerdə kefin pozulurdu. Kaş ki olmasaydı deyə düşündü. Sonra 
onun da əslində melanxoliya hissi kimi pisdən daha çox, xoş 
bir hiss olduğunu düşündü.
Bu düşüncələr ona bir kişinin ağlamasını xatırlatdı. Atasını 
ilk dəfə ağlayarkən gördüyü günü xatırladı. Gizlicə izləmişdi 
onun ağlamasını. Sanki elə o gündəcə böyümüşdü bir anda. 
Kişilərin də ağladığını öyrənmişdi. Həm təəccüblənmiş həm 
içini kədər bürümüşdü. Mavi bir kədər. Və mavi gözyaşları. 
Niyə ağladığını düşünmüşdü atasının. Onlara daha da xoşbəxt 
bir həyat verə bilmədiyi üçünmü? Onun yanına gedib “bu qə-
dəri bəsdir bizə” demək istəmişdi. Ancaq çəkinmişdi. Uşaqlar 
atalarının ağlamalarını görməməliydi deyə düşündü. Güvən-
dikləri tək adamın göz yaşlarını görmək onlara həyatları boyu 
dünyanın  etibarlı  bir  yer  olmadığını  xatırladacaqdı.  Ataları 
belə ağlamışdı, demək ki dünya bərbad bir yer idi. Atalarının 
belə sinə gərə bilmədiyi problemlərə qarşı onlar nə edə bilər-
dilər ki? 
Kişinin ağlamasından daha müqəddəs nə var idi dünyada? 
Qadının ağlamasıyla qətiyyən eyni deyildi bu. Empatiya hə-
diyyəsi  ilə  doğulmuş  qadınlardan  fərqli  olaraq  kişilər  erkək 
pələnglər kimi savaşmaq və liderlik üçün doğulmuşdular və 
ağlamaq onlara tanrılar tərəfindən qadağan edilmişdi.
Ancaq sanki tökülən hər gözyaşı təkamülün alovunu sön-
dürən damla kimi idi və dama-dama göl olurdu. Sanki kişilər 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə