Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə62/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   58   59   60   61   62   63   64   65   ...   123

200
- Elədi. Bəzən adama çox pis təsir edir. Bir gün sənin yü-
zilliyinin ən böyük problemləri gələcək yüzilliklər üçün bəsit 
bir tarix faktından o tərəfə keçməyəcək. Ən böyük əzabların. 
Necəki keçmişdəki insanların ən böyük problemləri bugün sə-
nin üçün heçnədir. Yoxdur. Bəsit bir aşı ya başqa dərman ol-
madığı üçün bütün ailəsini vəbadan virusdan itirən keçmiş in-
sanının dərdi indi həll olub. Bizim yüzillik insanının ən böyük 
xəstəliyi depresiyanın ana səbəbi işləmək ya işsizlik gələcəkdə 
olmasa  necə  olardı  görəsən? Təsəvvür  et  dünyəvi  minimum 
gəlir sisteminə keçilir və insanlar işləmədən pul alır məsələn. 
Yox bu mümkün deyil. Robotlaşmaya keçildikdən sonra belə 
yenə də işləməlidi insanalar. Ya da belə deyək həftədə sadəcə 
bir neçə saat işləyəcəklər. Və ona uyğun həyat tərzinə keçəcək 
insanlar. Darıxmamağın üçün birdən çox səbəb olacaq. Əhali 
sayı azalar bəlkə. 2100-dən sonra azalma gözlənilir. Onlar indi 
bizim problemlərimizə baxıb təbəssüm edəcəklər. İşləməkmi? 
Sırf işsizlik ya işləmə səbəbiylə yaranmış depresiyadan özünü 
öldürən nə qədər insan var.  Ya işləmənin yadlaşdırdığı insan. 
Bəlkə də həmişə belə qalacaq bəlkə insanlar daha da yadlaşa-
caq. Və təbii seçmənin öldürdüyü üsyankarlardan geri sadəcə 
yadlaşmağı bacarmış insanlar qalacaq. Ya da bəlkə də insanlar 
işləməklə xoşbəxt ola biləcək. Xoşbəxtlik dərmanları və sair. 
Ya da bəlkə başda dediyim kimi işləmək yox olacaq. Bəlkə də 
robbotlaşmanın gətirdiyi işsizlər ordusunun səbəb olacağı bir 
dünya  böhranından sonra  keçiləcək dünyəvi  minimun gəlirə 
bəlkə də tədricən, yavaş-yavaş.
- Amma lənətə gəlsin ki nə olur olsun biz faydalana bil-
məyəcik.
- Təəssüfki. İşləyərək ömürlərini məhv edən son nəsil də 
ola bilərik tarixdəki. 
- Gələcəyə belə optimist baxırsan?
-  Dünya  həmişə  yaxşıya  doğru  gedib.  Tarixi  təcrübəyə 
əsasən  deyirəm.  Nə  olursa  yaxşılığa  doğru  dəyişir  insan 
həyatı. Səncə elə deyil? Keçmişlə bugünü müqayisə etsən? 
Krallar  kölələr  dövrü?  Ordunun  qarşısında  kralının  adını 


201
qışqıraraq əlində nizyələ 200 metr qaçıb qarnını deşib keçən 
bir başqa nizəyə girdiyin dövrlər? Yəni belə deyək, bəlkə də 
pis  olacaq  ancaq  insanlar  xoşbəxt  hiss  edəcək. Yəni  vacib 
olan xoşbəxtlik deyilmi zatən? Mən razıyam. Xoşbəxt kölə 
olmağa.  Yeniyetməliyimdə  bir  asi  kimi  cahil  ya  aldadılan 
xoşbəxt olmaqdansa həqiqəti bilib bədbəxt olmağı seçirdim 
hə. Amma yox. Artıq istəmirəm. İnsan həyatının ilk dövrlə-
rini cahil xoşbəxtlikdən aydın bədbəxtliyə keçmək üçün ça-
balayır.  Sonra  da  aydın  bədbəxt  olmaqdansa  xoşbəxt  cahil 
olmağı üstün tutur. Mən tuturam ən azından. Ağrını daddıq-
dan  sonra.  Düşünmək  də  istəmirəm.  Cəsur  yeni  dünya’da 
Huxleyin bəhs etdiyi kimi sistemin köləsi olub ancaq xoşbəxt 
olmağı seçirəm.  Ola bilsəydim kaş ki. 
- İşləyirsən?
- Yox. Çıxmışam bir müddət əvvəl. Gedirəm buralardan.
- Gedirsənmi? Hara? Hələ yeni tanışmışdıq axı biz? Gö-
rüşə biləcik yenə? Nə qədər tez müddətə gedirsən?
-Yaxında.
- Nə qədər yaxın?
- Şəfəq ağarmadan. Sadəcə mənfi yan təsiri olmayan xoş-
bəxtlik  maddələrinə  ehtiyacımız  var  vəsaalam.  Başqa  hansı 
maddələrdən istifadə edirsən bu arada?
- MDMA bəzən. Çox yox. Marixuana və içkiylə fırlanıram 
başqa vaxtlar. Sən?
- Bir müddətdi ara vermişəm əslində hər şeyə, yarısını da 
buraxmışam. Səhəri günü intihar dərəcəsinə çatdırır depresi-
yanı bəziləri. Psixodeliklərlə necədi bəs aran?
-  Çoxdan  etmişəm  bəzilərini.  Dmt  yoxlamaq  istəyirəm 
amma. Etməmişəm. Maraqlıdı.
-  Bir  dostum  dmt  haqqında  bir  fərziyyəni  danışırdı  hə-
mişə. İnsan ölərkən və doğularkən həddindən artıq miqdar-
da dmt sintez edir beyin, bilirsən yəqin. Deyirdi bəlkə də o 
biri dünya, biz ölərəkən beynimizdə sintezlənən o inanılmaz 
miqdardakı  dmt’nin  yaratdığı  tripin,  səyahətin  məhsulu-
du. Dmt’də zaman qavrayışı dəhşət yavaşlayır, məsələn 10 


202
dəqiqə bir saat, bir gün, bir həftə, bir il kimi hiss etdirə bilər-
sə, beynin sintezlədiyi dmt səni minlərlə illik bir kainata ya 
səyahətə soxur. Digər dünya dedikləri cənnət ya cəhənnəmi 
orda yaşayırsan. Cəhənnəm pis-trip dedikləri şeydir, Cənnət 
isə eyforiya. Ya da sadəcə qaranlıq bir boşluqda, koskosda 
minlərlə  il  qalan  bir  qara  maddəyə  çevrilirsən  və  qışqırır-
san. Bədənin yoxdur ancaq varsan. Ya da məsələn, bəlkə də 
doğularkən beyində sintezlənən dmt ilə birlikdə bir xəyala, 
tripə, hallüsinasiyaya girmisən və real sanırsan. Bəlkə də sən 
öləndə gördüyün hallüsinasiya sona çatacaq və başına yığış-
mış yadplanetlilər dmt səyahətinin necə keçdiyini soruşacaq. 
Bəlkə də indi yaşadığın həyat bir dmt səyatəhidir. Bəlkə də 
mən sənin xəyalının məhsulu, hallüsinasiyayam.  Bəlkə də o 
barda bir oğlan sənə dmt satıb və onu istifadə edib evə gəl-
misən. Hə? Bu arada maraqlı bir söhbət də var ki bəzi fərziy-
yələrə görə atalarımızın gördükləri tarix və yaddaşları genlə-
rimizdə yarımçıq formada saxlanılır, bəzən hallusinasiyalarla 
min il əvvəldən hansısa kadrları görə bilərsən, ya bilmədiyin 
bir dili danışa bilərsən. Bu tamamilə səhv fərziyyə də olsa 
maraqlı səslənir.
- Bəsdi, məncə sən biraz da çəkməlisən.
- Zarafat bir yana, istəyir bu dünya real olsun ya olmasın, 
istəyir bir maddənin təsiriylə gördüyün hallüsinasiya olsun ya 
biz bir kompyuterin içindəki süni intelekt simulasiyaları olaq, 
dəqiq, qəti və dəyişməyən tək şey var: əzab və iztirab, realdır. 
Vəssalam. Gerisi mənə maraqlı deyil. Niyə burda olduğumuz 
necə burda olduğumuz maraqlı suallardır. Ancaq cavab nə olur 
olsun əzabı və ağrıları azaltmayacaq. Niyəmi burdayıq? İstər 
təkamülün  yetirməsi  olaq  istər  həyatından  bezmiş  tanrının 
oyuncaqları, fərqi yoxdur, əsas burda olmaq istəyib istəməyin-
di, necə yarandığın yox. Əgər zövq alırsansa vəssalam. Hansı-
sa böyük bir missiya üçün burda olub olmadığımız mənim iz-
tirabımı azaltmayacaq. Bizim qalaktikanın uzağındaki inkişaf 
etmiş canlıların ilkin variantları da ola bilərik, biq-banq’dən 
əvvəl yaşamış canlıların qohumları ya biq-banq ilə yaranmış 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə