Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə60/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   56   57   58   59   60   61   62   63   ...   123

194
depresiyalar  keçiriridim  və  bunların  maddələr  səbəbilə  olub 
olmadığını anlamaq üçün ara verdim, uzun bir ara və anladım 
ki maddələr deyil situasiyadadır problem. Təbii olaraq maddə 
istifadə etmədiyim üçün daha da çox dəliləşir, əsəbləşir evi da-
ğıdırdım və sair. Bugün gördüyün kimi birinci dəfə deyil özü-
mü döydürməyim. Babat rahatladır döyülmək. Olduqca içkili 
olmalıyam amma. Bu axırıncı az qala dişlərimi qırmışdı. Qı-
rılsaydı da çox da vecimə deyildi deyə düşünürdüm çünki qısa 
müddətdə  ölməyi  düşünürdüm. Amma  kokain  mənə  həyatın 
nə qədər gözəl olacağını xatırladır. Ölmək axmaqlıq kimi gö-
rünür, bu qədər dolu-dolu zövq eyforiyaları varkən. Zibilə qal-
sın dəniz üçün necə darıxıram bir bilsən. Günəşin sümüklərimi 
qızdırmasına ehtiyacım var – Cümlələri iti-iti deyir. Həyəcanla 
yüksək səslə danışır. Başını və ayaqlarını musiqinin ritmlərinə 
görə yelləyirdi.
-  Çatdıq.  Dəniz  demə  hə. Və  hə,  düz  deyirsən,  əgər  hə-
yatında hər şey bərbatdırsa maddələrdə deyil günah. Sadəcə 
qədərində istifadə etməlisən. –pilləkənləri çıxıb lifti çağırdı-
lar - O heyvan səni vəhşi kimi vururdu. Onun kimi adamları 
anlaya bilmirəm. Necə əli gəlirdi elə vurmağa. İçkiliydi təbii 
amma yenə də. Amma sənin hər dəfə yıxılıb durub onun üs-
tünə qorxmadan və cəsarətlə yeriyib vurmadan yumruq yeyib 
yenə  üstünə  yeriməyin  məni  qəribə  formada  ehtiraslandırdı. 
Necə dözürdün? O an qanlı bədənini üstümdə və səni içimdə 
istədim. Bəlkə də qana qarşı nəsə qeyri-adi bir istək var məndə 
nəbilim. Hələ də qanlı üzünə baxanda dəli oluram.
Lift açıldı. Mindilər və Babette düyməni basdı. Sonra Ma-
vinin üzünə baxdı. Butulkanı başına çəkirdi. “Mənə də saxla” 
deyib aldı Babette, “Bu zəhirmarın dadını çox sevirəm, sırf bu 
brendin, aromasını hiss edirsən? Möhtəşəmdi hə?” deyib ba-
şına çəkdi içkini. Bitirdi. Və sanki normalından iki qat böyük 
gözlərlə  Maviyə  və  onun  partlaq  dodağına  zillədi  gözlərini. 
Dili ilə dodaqlarını islatdı və özünü Mavinin üstünə atdı. Do-
daqları məngənə kimi bir-birinə yapışdı ikisinin. Əli ilə boy-
nunu və üzünü qavradı Mavinin. Butulka yerə düşdü. Çanaq-


195
ları bir-birinə yapışdı. Lift dayandı və qapılar açıldı. Dodaqları 
bir-birindən ayrılmadan çıxdılar və Babette onları darta-darta 
qapısına gətirdi. Açarı baxmadan yerinə salmağa çalışdı, bir az 
əlləşdikdən sonra aça bilməyib göz ucu baxaraq açarı yerinə 
salmağa müvəffəq ola bildi. 
Sanki  ağızları  oksigen  maskasına  bağlanıbmış  kimi  do-
daqlarını  bir-birindən  ayırmağa  heç  niyətli  deyildilər.  Sanki 
kosmosdaydılar  və  dodaqlarını  bir-birindən  çəkdikləri  anda 
boğulmağa başlayacaqdılar. Sanki kosmosdaymış kimi gravi-
tasiyadan uzaq və yüngül hiss edirdilər.
İçəri  keçdilər.  Babette  ayağıyla  qapını  itələyib  örtdü  və 
Mavini divara söykədi. Əlini köynəyinin altından içəri salıb 
bədəninə toxundu. Hərarəti hiss etdi. Əlini onun sinə əzələlə-
rində gəzdirdi. Mavinin barmaqları onun kürəyində gəzişirdi. 
Babette onu dartıb yan otağa keçirdi və itələyib yatağın üstünə 
atdı. Üstündəkiləri cəld hərəkətlərlə çıxarıb ətrafa atdı. Sonra 
özünü Mavinin üstünə atdı. 
Dodaqlarını yavaşca onun dodaqlarına yaxınlaşdırdı və di-
liylə Mavinin dodağındakı qurumuş partlağı yaladı. Sonra diş-
ləriylə yaranı sıxıb təkrar qanatdı. Diliylə yana axmaqda olan 
qanı yalayıb dodaqları ilə yaranı əmdi. Qana bulanmış dodaq-
ları ilə boynunu öpdü. Köynəyini çıxardı və sinəsini öpərək 
aşağı enib kəmərini açdı. 
Ehtirasın oyatdığı beyindən göndərilmiş sinir siqnallarının 
genişlətdiyi arteriya damarlarına dayanmadan daxil olan, qan-
la doldurularaq şişmiş olan orqanı öpdü Babettenin qanlı do-
daqları. Qana bulanmış yerləri diliylə yalamağa başladı. Dili, 
şişərək barizləşmiş arteriya və vena damarları ilə sevişməyə 
başladı.  Sanki  dili  əvvəlcə  arteriyalarla  gələn  qanı  aşağıdan 
yuxarıya doğru oxşayır, sonra yuxarıdan aşağıya doğru vena-
larla tərk etməkdə olan qan dənəciklərinin keçdiyi damarı ox-
şayırdı. Göz qapaqaları qalxdı Babettenin və Mavinin gözlə-
rinə baxdı. Onun saçlarını əliylə qavradı Mavi və barmaqlarını 
saçlarının arasında itirdi.
Babette, sanki qana doymayıbmışcasına və bu qanla nasos-


196
lanaraq dolmuş damarları udmaq istəyərcəsinə bütün hamısını 
birlikdə  dodaqları  arasına  aldı  və  zəli  kimi  sormağa  başladı. 
İçindəki qanı soraraq içinə çəkmək istərcəsinə dodaqları arasın-
dakı qanla dolu damarlar bütününü yavaş-yavaş yuxarı və aşağı 
doğru sormağa başladı. Mavinin iniltisi yayıldı otağa və əlləri 
daha da çox sıxdı qavramış olduğu saç topasını. Babettenin dır-
naqları onun bədənində gəzməyə və çızıqlar açmağa başladı.
Gözləri təkrar kəsişdi. Böyümüş və gülən gözlər. İriləşmiş 
göz bəbəkləri və yavaşlayan zaman hissi. Otağı bürümüş inilti 
və çılpaq bədəndə gəzişən barmaq ucları. Sinəni cıracaqmışca-
sına yerində dura bilməyən ürək və onun döyüntü səsi.
Saçından tutub Babeti özünə doğru çəkdi və qanlı dodağı-
nı öpdü. Dikəlib üstünə çıxdı və bir pələng kimi onu pəncələ-
ri arasına aldı. Bir anlıq dayandı. Yenə bir pələng ədasıyla 
Babetteni  süzdü,  boynuna  yaxınlaşıb  onun  qoxusunu  içinə 
çəkdi və onun içinə girdi. Sonra təkrar girdi, təkrar girdi və 
təkrar girdi. Daha sürətli və daha da sürətli.  İki ehtirasla dolu 
bədəndən çıxan səs dalğaları boşluqda qışqıraraq bir-biriylə 
sevişdi. Qopmaq istəmircəsinə birləşmiş iki bədən. Eyforiya 
və sevinc iniltiləri. Babetin dırnaqlarının sinədə açdığı cızıq-
lar və qan. İsti nəfəs səsləri. Daha sürətli və daha da sürətli. 
Qanı sürətləndirən adrenalin və hipofizdən damarlara göndə-
rilən endorfin. Yox olmuş ağrılar və son həddinə çatmış həzz 
alma duyğusu.
Mavi sanki xoşbəxtlik adlı bir quşa minmişdi və quş onu 
ən dərin hisslərin yaşandığı həmin o dörd mövsüm yay olan 
yam yaşıl adaya aparırdı. Sanki dağların başında buz tutmuş 
bir qar topasıykən birdən birə yaz gəlirdi və qayalarla otların 
arasında süzülərək yeddi min fut hündürlükdəki yüksəklikdən 
aşağı doğru axan bir şəlaləyə çevrilirdi sinəsindəki düyümlər.
Tərli iki bədənin ətrafa yaydığı feromonlar və beyinə na-
soslanan xoşbəxtlik dənəcikləri. Dopaminlər, serotoninlər və 
paralel orqazm. Boşalaraq yox olan ağrılar və rahatlamış bə-
dən. Aktivliyi  söndürülmüş  beyin,  yox  olmuş  mühakimə  və 
idarə sistemi. İtmiş qorxu və təlaş hissi. Buludların üstündəy-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə