Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə56/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   52   53   54   55   56   57   58   59   ...   123

181
ona heyran-heyran baxması kifayət idi. Yanındakı qız isə içirdi 
və çox içmişdi, ikisi də eyforiyayla gülürdü, ancaq birini süni 
içki digərini isə saf xoşbəxlik güldürürdü. 
Aralıqlarla  bir  neçə  qız  ona  baxıb  gülümsəyərək  rəqsə 
dəvət etdilər ancaq heç birinə yaxınlaşmadı. Təbəssüm edib 
yola verdi. Həvəssiz idi. Səs küyün içində arasıra xəyala dalıb 
təkrar oyanırdı. Belə yerləri ona görə sevirdilər əsas da, real-
lıqdan uzaqlaşa bilmək üçün. O qədər gutultulu səs və izdi-
ham olur ki bəzən öz iç səsini belə eşitmirsən. Diqqətin yayılır 
və  öz  real  problemlərini  unudursan.  İnsanlar  həyatlarındakı 
narahat edici səssizliklərindən qaçmaq üçün barlara gedirlər. 
Üstəlik burda qaranlıq və izdihamın içində dəliliklərini orta-
ya çıxara bilir, istədikləri qədər qışqırır və oynaya bilirdilər. 
Məsələn çöldə heç kim tək siqaret çəkmək istəmirdi, siqaret 
üçün çıxmaq istəyənlər qapının ağzında heç kimin olmadığı-
nı görəndə yarısı geri dönürdü. Çünki bəzən siqaret çəkmək 
məqsəd yox, qapının ağzındakı hansısa yadla keçici söhbətlər 
etmək üçün vasitə idi. 
Böyük  spikerlərə  yaxınlaşıb  qulaq  dəliyini  barmağıyla 
tıxayıb  başını  gurultulu  musiqinin  qaynağına  dayadı  və  bas 
dalğalarını bütün bədənində hiss etməyə başladı. Sağ ayağı rit-
mə uyğun templə yellənməyə başladı. David Bowie’nin I am 
afraid of Americans musiqisi bitdi və yerinə Wolfsheim’dən 
Touch başladı. Gözünü yumdu və musiqini hiss etdi.
İçkinin təsiri siqaret istəyini tətikləmişdi amma hələ ki çıx-
mamağı qərara aldı. Ortada tək oynayan olduqca uzun boylu 
təxminən 40 yaşlı kişiyə fikir verdi. Hansı qıza yaxınlaşırdısa 
qız üzünü çevirirdi. Ancaq o içkinin təsiriylə yenə də özünü 
sındırmır və başqa qıza yaxınlaşırdı o da üzünü çevirirdi və o 
sərxoş əl qol hərəkətləriylə sanki “rədd olun” deyirdi, “hamı-
nız rədd olun”. Niyəsə onu Riçarda oxşatdı, bəlkə də yazıqlı-
ğı səbəbilə. Mavinin ona baxdığını gördü və oynaya-oynaya, 
səndələyərək ona yaxınlaşdı. Yanındakı divara söykəndi. 
- Çəkirsən? –deyə yüksək səslə Mavidən soruşdu.
- Nə? Eşitmirəm. – Mavi yüksək səslə soruşdu


182
- Kokain deyirəm, çəkənsən?
- Bəzən.
- Əgər istəyirsənsə gəl mənlə, maşında varımdı.
- Bilmirəm, yox yəqin. Yaxşı maldı? 
- Hə, əlimə keçmişlərin ən yaxşısıdı. Gəl. – deyə sərxoşca 
səndələyərək çağırdı Mavini.
- Biraz fikirləşim – deyib Mavi on on-beş saniyə oynayan-
lara baxaraq düşündü.
- Sadə bir sual üçün həddindən artıq fikirləşirsən. Mən ge-
dirəm, əgər gəlmək istəsən beş dəqiqə vaxtın var, çöldə maşın-
da olacam- deyib səndələyərək uzaqlaşdı.
Getmədi. Heçnə istəmirdi canı. Bir müddət sonra kişini 
gördü  oynayanların  arasında.  Eyforiyadaydı.  Artıq  heç  bir 
qıza  yaxınlaşmadan  özü  üçün  oynayır  və  dərin  xoşbəxtlik 
hiss  edirdi.  Onun  üçün  həm  sevinib  həm  üzüldü  Mavi.  O 
sadəcə başqa bir yalnız idi. Qarışıq və təkrarsız hərəkətlər-
lə oynayır ancaq yəqin ki möhtəşəm oynadığını düşünür və 
özünü  tanrı  kimi  hiss  edirdi  bu  dəqiqələrdə.  Sabah  isə  hər 
şey onun üçün yenə eyni hətta daha da pis olacaq. Beynində-
ki xoşbəxtlik hormonlarını açıb buraxmış olan kokain sabah 
onu daha da süründürəcəkdi. Ortaya qədər yeriyib kişini qu-
caqladı Mavi, sonra əlini bir neçə dəfə çiyninə vuraraq ona 
əla oynadığını və davam etməsini dedi. Ordan keçib bir içki 
daha alıb tualetə getdi. İçəridə narkotik alıcı və satıcıları var 
idi. Təkliflərə yox deyib işini görüb çölə çıxdı. Siqaret çək-
mək üçün ordan da çıxdı. Soyuq idi. Siqaretini yandırıb bir 
küncdə dayandı. Qısa paltarlı qızların ayaqlarına baxdı. Üşü-
mürlərmi  deyə  düşündü.  İçkinin  təsiriylə  daha  da  ehtiraslı 
formada təkrar süzdü ayaqları. 
- Oi! Səncə də o oğlanın bığları Nietzschenin bığlarına ox-
şamırmı?- deyə yanında yüksəs səslə müzakirə etməkdə olan 
iki irlandiyalı sərxoşdan biri ondan soruşdu.
- Deyəsən- deyə etinasızca cavabladı.
- Maraqlıdı görəsən onun kimi dahidirmi - deyə digər oğ-
lan diləndi və onlar yüksək səslə güldülər.


183
- Nietzsche özü belə dahi deyildi – deyə mızıldandı Mavi 
öz-özünə.
- Nə? Zarafat edirsən? Sən özünü nə sanırsan – deyib təkrar 
güldülər
- Hansı kitablarını bitirmisən- dedi o biri.
- Heç birini, bir neçəsinə başlayıb yarım buraxmışam, öz 
məsləhətindən sonra.
- Öz məsləhətindən sonra?
- Hə. Haqqındakı bioqrafik romanda deyirdi. Yazarı İrvin 
Yalom idi ya kim? Nitşe gözünün korlanmağa başladığı andan 
sonra daha az oxumağa başladığını demişdi, bu da ona öz ori-
jinal  fikirlərinin  yaranmasında  kömək  edibmiş.  Mən  də  onu 
oxumağı saxladım, öz məsləhətinə qulaq asaraq.
- Bu çox axmaqca səslənir – deyib təkrar güldülər siqaret 
çəkərək. 
- Hər nə poxdu. Vacib deyil. Nietzsche də vacib deyil. Dahi 
də deyil. 
Yanda bir qızın siqareti Mavinin ayağının yanına düşdü və 
qız  yüksək  səslə  bir  şeylər  söydü,  irlandiyalılar  ona  da  gül-
dülər. Onların digər bütün irlandlar kimi sərxoşluqları və xoş-
bəxtlikləri Mavinin əsəblərinə toxundu. 
- Sənə görə kim dahidir? Bir ad çəkə bilərsən? – deyib gül-
dülər.
Bir az düşündükdən sonra dilləndi Mavi:
-  Bilmirəm.  Deyəsən  heç  kim.  Yəni  dahi  nəyə  deyirsən 
axı? Bir insanın yüksək zəka ilə doğulması onu dahi edir sən-
cə? Yəni bir riyaziyyatçı yaxşı analitik beyin ilə doğulub və 
böyüyüb deyə dahimi olmuş olur? Yoxsa sadəcə xoş-bəxti ol-
duğu üçünmü dahi olmuş olur? Dahi dediyin adam sadəcə bir 
şəxs olsaydı bəlkə hə. Ancaq sənin dediyin kimi minlərlə dahi 
var, nadir deyilsə nəyi dəyərlidi? Müəyyən cəhdlərdən sonra ya 
da yüksək zəkayla doğularaq olunursa bir şey, nə bilim. Dahi 
deyillər. Musiqiçi və ədəbiyyatçılarmı dedin? Zarafat edirsən? 
Onların sadəcə gözəl tərzləri var, bu o demək deyil dahidirlər. 
Müəyyən şərtlər və cəhdlərdən sonra müəyyən vaxt ərzində, ki 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə