Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə59/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   55   56   57   58   59   60   61   62   ...   123

190
gözləyir.  Həm  nə  halda  olduğumu  görürsən,  sənə  heç  bir 
köməyim dəyə bilməz bu halda sənə getsək belə. Gecənin da-
vamını necə təsəvvür edirsən bilmirəm, amma yəqin ki gedən 
kimi yıxılıb yatacam.
- Mən də səni özünə gətirəcək bir şey var.
Mavi qızın üzünə baxıb fikirə daldı. Qızın israrına qarşılıq 
çıxıb  getmək  istəmirdi  üstəlik  onu  bəyənmişdi  də.  Onun  da 
başqa bir yalnız olduğu ortadaydı. Tənha gecəsini bir yad ilə 
qısa müddətli də olsa unutmaq istəyirdi. Ya da bəlkə də sadəcə 
içkiliydi və sevişmək istəyirdi. Bəlkə də sadəcə darıxırdı. 
- Yaxşı mən səni dostunun yanına aparmasam nə edəcək-
sən? Deyək ki aparmadım? Sən evli filan deyilsən? Əminsən 
səni gözləyənin dostun olduğuna? Yoxsa sevgilindi? – deyib 
əlini kurtkasının cibinə atıb kiçik şəffaf paketi çıxardı – al bax, 
bu da səni özünə gətirəcək olan xoşbəxtlik dənəciklərimiz. Ge-
dirik ya yox?
- Telefonun var?
- Var. Niyə?
- Fredin nömrəsini bilirəm.
-  Lənət  olsun.  Bilirsən  və  bayaqdan  məni  danışdırırsan. 
Ala, yığ. 
Telefonu alıb Fredi yığdı. Bu gecə gələ bilməyəcəyini və 
bunun üçün üzr istədiyini dedi. Fred problem olmadığını, sa-
bah nə vaxt istəsə gələ biləcəyini və evdə olacağını bildirdi.
- Gedək, harda qalırsan sən?
-  On  on  beş  dəqiqəlik  məsafədədi  burdan.  Dostun  harda 
qalır?
- Maşınla iyirmi iyirmi-beş dəqiqə. Malı barda kimdənsə 
aldın?
- Aha. sənin o savaşdığın, daha doğrusu özünü döydürdü-
yün xiyar ki var idi ha, onun səndən əvvəl dalaşdığı uzun boy 
var idi. O gəldi mənə təklif elədi. Ondan aldım. Ümid edirəm 
pis mal deyil. – deyib maşını sürməyə başladı qız.
- Ver baxım görüm. O uzun boy mənə də gəlmişdi. – qız-
dan paketi alıb ağzını açdı və iylədi – pis mala oxşamır.


191
- Deməli sən dahiləri xoşlamırsan hə? O iki irlandıyalıyla 
sən söhbət edəndə yanında durmuşdum mən. Diqqətini çək-
mək üçün özümü dağıdırdım orda. Siqaretimi yerə atıb güya 
əsəblməşmişəm kimi yüksək səslə söydüm filan bəlkə dönüb 
baxarsan  deyə  amma  sən  o  xiyarlarla  söhbət  edib  sənə  gül-
mələrindən zövq almağa davam etdin. Səni bir neçə dəfə gör-
müşəm buralarda.
- Doğrudan? Maraqlıdı. Mən, nəmm, düşüncəliydim, həm 
də kefsiz. Nə bilim. Yəni hələ də kefsiz, yorğun, ac, yuxusuz, 
döyülmüş və üşümüşəm.
- Bəlkə sən vurasan bir az indidən?
-  Olar,  saxla  istəyirsən,  birlikdə  vuraq?  Bu  arada,  sənin 
adın nədir? Mən Mavi.
- Babette. Mavi? Nə gözəl adın var.
- Babettemi? Haralısan sən? Həyatımda gözəl olan tək şey 
adımdır deyəsən onsuz.
- Danimarkalı. Daha doğrusu atam Fransız anam Argen-
tinalıdı, Danimarkada doğulub böyümüşəm mən amma. İndi 
burdayam, haralı olduğumdan mən də əmin deyiləm düzü – 
deyib güldü Babette.
- Nə? Danimarkamı? Mən orda yaşamışam bir müddət. Tə-
sadüfə bax. Hansı şəhərdənsən?
- Tanıyırsanmı bilmirəm, Klitmoller, balaca bir yer idi.
- İnana bilmirəm Klitmoller dedin?! Lənət olsun təsadüfə 
bax mən də orda yaşamışam! Axı sən niyə orda yaşayırdın? 
Balaca şəhər. Hansı illərdə yaşamısan orda? 
- Beş il əvvələ qədər ordaydım, sonra bura gəldim. Atam 
orda işləyirdi. Sənin nə işin var idi ki orda? Daha çox Thisted-
də olurduq, orda oxuyurdum filan. Amma ev o lənətə gələsi 
Klitmollerdə idi. Zəhləm gedirdi ordan, yaxşı canımı qurtar-
dım.
- Eyni vaxtda orda olmuşuq! Mən də orda işləyirdim, tu-
ristlər  üçün. Ancaq  orda  tapa  bilmişdim  işi  internetdən.  Bir 
müddət avropanın fərqli ölkələrində yaşamışam. Lənət olsun 
yəni deyirsən ki eyni vaxtda 1000 nəfər əhalisi olan kənddə 


192
yaşamışıq və bir birimizi görməmişik tanımamışıq? Sonra üs-
tündən illər sonra burda qarşılaşırıq? 
- Bəlkə də görmüşük bir-birimizi, kim bilir. Bəlkə də orda 
da sən mənimlə tanış olmaq üçün siqaretini yerə atmısan amma 
mən dönüb baxmamışam – deyib güldü Babette.
Maşını bir kənarda saxladılar. “Dəftər ya kitab ya bir şey 
varmı” deyə soruşdu Mavi. Babette ona bir şeylər verdi. Malı 
düzüb iki sıraya böldülər. “Bu biraz çox oldu” deyib bərabər-
ləşdirdilər və sonra sırayla çəkdilər.
- Zibilə qalsın, bu olduqca təmizdir
- Deyəsən.
- Məni vurur indidən, hiss edirəm.
- Sinəm genişlənir.
- Siqaret
- Mütləq
- Tanrı olduğumu unutmuşdum!
- Biraz daha çox musiqi, lütfən
- İstəyir bütün yunan tanrıları gəlsin vecimə deyil!
- Həyatın nə qədər gözəl olduğunu unutmuşdum az qala.
Musiqinin səsini artırdılar. Babette maşını təkrar işə salıb 
hərəkətə keçirdi ki arxadan qırmızı və mavi işıqlar maşının içi-
ni aydınlatdı və polis maşını sirenası eşidildi. Polis onlardan 
dayanmalarını istədi.
- Zibilə qalsın!
- Qorxma, sakit ol, qələt eliyir – deyə dilləndi Mavi.
- İçkini və malı gizlət, likyoru götür, tez ol!
- Hanı? Görmürəm mən heçnə.
Babette içki butulkasını oturacaqların ortasından götürüb 
altına atdı. Mavi paketi cibinə qoydu. Polis maşından enmədən 
maşını ilə onların pəncərəsi səviyyəsində saxladı öz pəncərəsi-
ni yavaş-yavaş aşağı saldı
- Gecə vaxtı burda maşın saxlaya bilmərsiniz.
- Y-yaxşı, oldu. Biz də indicə saxlamışdıq onsuz, gedirdik. 
Bağışlayın.
- Gecəniz xeyrə qalsın.


193
- Sizin də.
Polis maşını uzaqlaşdı.
- Zibilə qalsın, bu nəydi belə.
-  Üzünü  görməliydin,  necə  qorxmuşdun  –  deyib  güldü 
Mavi – dedm axı sənə, narahat olma deyə.
- Bax gör nəfəsimdən içki iyi gəlirdi? – deyib Babette nəfə-
sini onun üzünə üfürdü və eyni zamanda maşını sürməyə baş-
ladı.
- Promil ölçən deyiləm amma deyəsən gəlmir
- Necə qorxdum
- Qorxu sonrası adrenalin partlaması yaşayır  insan bilirsən 
də? Sən bir tərəfdən kokain bir tərəfdən adrenalinin təsiriylə 
yatmarsan bu gecə.
-  Mən  yata  bilməyəcəmsə,  sən  də  yata  bilməyəcəksən 
deməkdi də bu bilirsən?
- Yatmaq istəyən var? Biraz da içmək istəyirəm, hanı bu 
sənin butulkan hara soxdun zibili - əyilib yan yörəsinə baxdı.
-  Burdadır,  amma  bunun  yaxşı  fikir  olduğuna  əminsən? 
Çox içmisən bu gecə.
-  Zarafat  edirsən?  Yaxşı  yox  möhtəşəm  fikirdir,  kokain 
hamısını sıfırladı o yorğunluq və sərxoşluğun, bundan sonra 
içəcəklərimi də. Sən sadəcə de görüm evdə başqa içki də var? 
Yoxsa bu gecə vaxtı açıq likyor mağazası tapa bilməyəcik.
- Var, narahat olma. Olmasa belə məni içə bilərsən.
- Əla. Möhtəşəmsən. Bu butulka onsuz da yarımçıqdır. Evə 
qədər bitirərəm bunu hətta. Sinəm dağılır. İçimdə xoşbəxtlik-
dən öləcək kimsələr var elə bil. Xoşbəxtlikdən ölmək. Möh-
təşəm bir şey olmalıdı hə? Uzun müddətdir bu qədər dərindən 
və hiss edərək nəfəs almamışdım. Sənə minnətdar olmalıyam.
- Sən uzun müddətdi istifadə etmirdin deyəsən? Mən mütə-
madi isitafadə edirəm deyə səninki kimi çox böyük partlama 
yoxdu məndə amma pis deyil. İkincini çəkməliyəm artıq. Polis 
bəlkə də qorxutdu məni nəbilim. Bu arada evə çatırıq az qalıb.
- Hə, mən bir müddət ara vermişdim bütün hər şeyə. Bey-
nimin təmiz olmasına ehtiyacım var idi. Yəni, bilmirəm, ağır 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə