Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə67/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   63   64   65   66   67   68   69   70   ...   123

216
masa və ətrafında iki divan və oturacaqlar var idi. Fred demək 
olarki tək olurdu evdə.
İçəridə tutuquşu Lulu onları salamladı. Fredin tək qalma-
ması üçün Lulunun yanına aldığı Felisite adlı sadəlövh quş öl-
müşdü. Deyirdilər ki belə olan hallarda digər quşun da ürəyi 
partlayıb ölürmüş. Ancaq Lulu hələ də öz kədəriylə birlikdə 
yaşayırdı. Yanına başqa yeni quş aldıqda isə onlar yeni gələn 
quşu döyüb öldürürlər deyilirdi. Beləcə Lulu tək qalmışdı. 
Həyatlarındakı son yenilikləri bir-birinə xəbər verərək sa-
lona keçib söhbətləşməyə başladılar. Fred ikisi üçün kofe ha-
zırladı. Mavidən üzünə nə olduğunu danışmasını istədi, Mavi 
ona detalları çatdırdı. Vacib bir şey deyildi deyə yenilədi. Bu-
ralardan getmək üzrə olduğunu və onu görməyə gəldiyini bil-
dirdi. Bu xəbərə sevinməyəcəyini bilirdi. Bir müddət sükunə-
ti dinlədilər. Kofeləriylə oynadılar. Mavi bu barədə - getmək 
barədə - fikrinin qəti olduğunu və bu haqqda danışmaq istəmə-
diyini başa saldı yarımçıq cümlələr, jestlər və mimiklərlə.
Fred  hər  ikisi  üçün  səhər  yeyiləcək  bir  şeylər  hazırladı. 
Masaya oturdular. Bir müddət ordan-burdan hal əhval etdilər. 
Şəhərdəki tək və ən yaxın dostunu itirirdi Fred. Sadəcə tək qa-
lacağı üçün özünə görə kədərlənməyi bir tərəfə, Mavinin inti-
hara meyilli yanını da bildiyi üçün daha da çox boğurdu onu 
kədər. Ancaq  Mavi  qərarını  vermişdi  və  təsəlliləri sevmirdi. 
Hər hara gedirdisə getsin, bu barədə danışmaq istəmirdisə, bu 
barədə danışılmayacaqdı.
Girişdəki şkaflara doğru yeriyib divardan şahmat qutusunu 
götürdü və başqa şkafa doğru gedib kiçik bir qutu gətirdi Fred. 
Oynayırsanmı  deyə  soruşmadı,  həmişə  hə  cavabı  alacağını 
bilirdi.  Çəkmək  istəyirsənmi  deyə  soruşmadı,  cavabı  bilirdi. 
“Sən al daşları düz, mən də otu sarım. Çox da çəkmirəm ar-
tıq. Ayda bir dəfə çəkirəm. Səni gözləyirdim çoxdandı söhbət 
üçün,”  deyib  şahmatı  Maviyə  uzatdı.  Əlindəki  otu  sarmağa 
başladı və paralel olaraq Maviyə səsləndi:
-Dediyin  kimi,  məni  də  içdən  içə  məhv  edir  keçmişim. 
Aramızdakı fərq, sən istəyərək tərk etmisən öz ölkəni, başqa 


217
yerlərə  getmisən,  yaşamısan,  hamısını  istəyərək  etmisən  və 
yəqin ki nəticəsi nə olur olsun, əvvəldən bilirdin və bunu qəbul 
edərək çıxmışdın odisseyana. Mənsə, istəmədən və məcburən. 
Sanki öz ölkəndən qovulurmuşsan kimi bir şeydi bu. Bəzən 
götür-qoy edirəm, görəsən tərk etməklə doğru olanımı etdim 
deyə. Ancaq sonra yadıma düşür ordakı pis günlər və burda 
nə qədər yalnızlıq çəksəm də çəkim, ordakı çəkdiyim iyrənc 
işgəncələrdən daha yaxşıdı deyə təsəlli edirəm özümü. Sözsüz 
ki, beynim ordakı yaxşı xatirələri xatılradır mənə, pisləri silir 
və mən darıxıram. Ancaq elə xatirələr də var ki, beynim nə 
edir etsin, silə bilməz onları, kaş ki siləydi. Onun intiharını hər 
düşündüyümdə məhv oluram, - deyə o ən çox sevdiyi homo-
seksual dostunun intiharından bəhs edirdi – geri dönsəm, hər 
yerdə onun xatirələrini görəcəm. Onu öldürən o cəmiyyət, bir 
gün məni də öldürəcəkdi, ya da daha betəri, mən onun qədər 
cəsarətli olmadığım üçün özümü asa bilməyəcəkdim, hər gün 
ölə-ölə  yaşayacaqdım.  Əzilə-əzilə.  Burada  yaxşıyam.  Dəyib 
dolaşanım yoxdu. Ancaq dediyin kimi, içimdə əksik olan bir 
şeylər var. Nostalgiya var. Geridə darıxdığım bəzi insanlar var. 
Mən sənin kimi deyildim, sevirdim ölkəmdə bəzi şeyləri, istər-
istəməz instiktiv bir doğmalıq var yəni. Ona görə də darıxdığım 
şeylər var. O da sevirdi, mən ona nə qədər təklif etdim çıxıb 
getməyi, ancaq o qətiliklə rədd edirdi bunu. Orda yaşayacaq-
dı, elə də oldu. Orda da öldü. Sevirdi oraları, insanlarını belə. 
Ona iyrənc bir varlıqmış kimi baxan insanlarına qarşı belə bir 
sevgisi var idi. Sevdiyi biri belə var idi. İş yerində. Oğlan təbii 
ki ona homoseksual olduğu üçün nifrət edirdi, digərləriylə bir-
ləşərək onu lağa doyurdular. Ancaq, o lənətə gələsini sevirdi. 
Ona baxışlarını görmüşdüm. Ona olan istəyi məni qıcıqlandı-
rır və qısqandırırdı. Sənin cinsindən, varlığından iyrənən bir 
adamı sevmək nə deməkdir başa düşürsən? Homoseksual ola-
raq homofobik birinə vurulmaq. Niyə? Çünki genlərində var 
idi. Belə izah edirdi. Sevgisi instiktiv imiş, edəcəyi bir şey yox 
imiş. İnsan hara qaçıb gedir getsin öz geninə yaxın olan insan-
ları genetik olaraq daha çox sevməyə meyilliymiş. Doğmay-


218
mış ordakı oğlanlar onun üçün və nə qədər iyrəncliklər etsələr 
də, onlara qarşı bir doğmalıq hissi var imiş. Doğmaları, onu 
öldürdülər. – deyib sarıb bitirdi əlindəki otu.
Bəhs etdiyi oğlanın ölümündən sonra tərk etmişdi ölkəsini 
Fred və çox sevmişdi onu. İki oğlanın sevgisi, bir qadın və bir 
kişinin sevgisindən belə daha qüdrətli və müqəddəs olmalıydı. 
Hələ də içində yaşadırdı sevgisini. Fred çox gülsə də, təklikdə 
öz hüznünə bürünən o insanlardan idi. Pozitivliyini və üzün-
dəki daimi təbəssümü görən heç kim əslində içində nə qədər 
ağrılar daşıdığını bilə bilməzdi. Ancaq yenə də, insan üzünü 
yaxşı oxumağı bacaranlar, üzündəki kiçik çizgilərin və fərq-
liliklərin hiss etdirdiyi o hüznü görəcəkdilər. Sanki hüzün və 
sevinc sevişmiş və Fredin üzünü yaratmışdılar.
Mavi şahmat daşlarını düzüb bitirdi. Fred sarmanı yandır-
dı, çəkdi və Maviyə ötürdü. Piyadanı e4 damasına aparıb oyu-
nu başlatdı Fred. Yəqin hind müdafiəsiylə davam edəcək deyə 
düşündü Mavi, Fredin onun strategiyanı sevdiyini  bilirdi.
-  Burdakı  lənət  məmurların  dediyinə  görə  sənədləşmə 
prossesim bitənə qədər bu ölkədən çıxa da bilmərəm – deyə 
davam etdi Fred – bir növ həbsdəymişəm kimi gəlir. Keçmi-
şimdən uzaq və olduğum yerdən çıxa bilmirəm. Ölkədən çıxa 
bilsəm, arada gedib keçmişimin içində fırlansam, əla olardı. 
Ancaq belə, içim-içimi yeyir. Yəqin ki internet olmasa keçmi-
şimin olmadığına inana bilərəm bir nöqtədən sonra. Yada sa-
dəcə bir illuziya olduğuna. Yəqin səndə də elədi. Yəni düşün, 
bizim əvvəl tanıdığımız insanların heç biri ətrafımızda yoxdu. 
Heç kimlə danışmırıq. Şəkillər və internet olmasa görməsək, 
bizi istənilən şeyə inandıra bilərlər bəlkə də. Xatirələrimizin 
əslində olmadığını, onları bizim yaratdığımızı filan.
- Məndəki xatirələr dediyin kimi uydurma gəlir artıq, inter-
net istifadə etmirəm bir müddətdir. Şəkilləri də məhv etmişəm. 
İnternet dediyim, sosial media saytları yəni.
- Mən də, istifadə etmirəm artıq. Pis təsir edir. Xüsusilə bi-
zim vəziyyətmizidə. Niyə məndən kilometrlərcə uzaqda olan 
birinin həyatını görüm və izləyim axı? Darıxdırır bu insanı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə