Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə66/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   62   63   64   65   66   67   68   69   ...   123

212
11
FRED
Zəngi basdı. Bir qədər sonra qapı açıldı. Üzündəki o ecaz-
kar hüzün, təbəssüm və nəzakətlə birlikdə Fred salamladı onu. 
Gözünün içi gülürdü. Saqqalı həmişəki kimi sıx və qarışıq idi. 
Uzun boyu, diqqətə çarpan dərəcədə qara və uzun kirpikləri 
onu hər zaman olduğu kimi, olduqca yaraşıqlı göstərirdi. Uzun 
və qara saçları çiyinlərinə dağılmışdı. Yuxudan yenicə oyan-
mışa oxşayırdı. “Bu qədər tez gözləmirdim” deyib güldü və 
bir-birini qucaqlayaraq salamlaşdılar. Görüşülməmiş günlərin 
müddəti ilə düz mütənasib formada uzun idi qucaqlaşmaları-
nın çəkdiyi zaman miqdarı. 
-Yuxum qaçdı, durdum gəldim. Oyandırmadım ki?
-Əcəb elədin. Üzünə nə olub belə?  Yox. Oyandırmadın. 
Yataqdaydım, amma yata bilmirdim mən də. 
Evin içindən Pluto qaçaraq gəlib Mavinin üstünə tullandı. 
Qoluyla tutub qaldırdı onu Mavi. Pluto onu yalayaraq salamladı.
- Yata bilməyən təkcə biz deyilik deyəsən – dedi Mavi – 
Dünən bar davasına qarışmışdım, vacib problem yoxdu nara-
hat olma, danışaram. Necəsən Pluto? 
Fredin  ən  yaxın  dostları  heyvanlarıydı,  qara  pişik  Pluto, 
tutuquşusu Lulu və ölmüş iti. Çox sevdiyi itini itirməsi onun 
üçün olduqca ağır olmuşdu. 


213
Bu torpaqlarda ən çox vaxt keçirmiş olduğu canlı Plutoydu. 
Fred bir gün onu qaranlıq və yalnız gecələrin birində öz evi-
nin içində tapmış, qorxmuş, təəccübməlnmiş və yiyələnmişdi. 
Pluto, hər necəsə evə girə bilmiş və qaranlıq gecələrin birində 
evin salonunda Fredlə qarşılaşmışdılar. Bir müddət hər ikisi 
hərəkətsiz dayanmış, hər ikisi də qorxmuş sonra yalnızlıqlarını 
bölüşməyi qərara almışdılar. Fred onu divarda Poe ilə yanaşı 
şəkli asılı olan həmin məşhur qara pişiyin adı ilə çağırmağa 
başlamışdı.
Böyüdüyü konservativ vətənindəki homoseksual diskrimi-
nasiyasından sonra istəməsə də tərk etmək zorunda qalmışdı 
ölkəsini Fred. Yeni dünyaya gəlmişdi, yeni torpaqlara. İçinə 
qapalı,  öz  aləmində  yaşayan  biri  olduğu  üçün  çox  dostu  da 
olmamışdı  yeni  torpaqlarda. Ta  ki  bir  gün  Maviylə  tanışana 
qədər. 
* * *
İkisinin də bir vaxtlar mütəmadi olaraq getdiyi həmin kita-
bxanada həmişə gözləri kəsişirdi. Mavi Fredin gizli baxışlarını 
sezmişdi bir müddət sonra. Hər dəfə üzləri bir-birinə baxacaq 
formada  qarşı  masalarda  oturur  və  bir  şeylər  oxuyurdular. 
Aralarında bir neçə masa olurdu. Ancaq hər dəfə necəsə üz-
ləri bir-birinə sarı və bir-birini görəcək formada otururdular. 
Bir müddət sonra Mavi bunun təsadüf olmadığı qərarına gəldi. 
Hər dəfə kitabxanaya gəlib oturduqdan sonra kitabdan başını 
qaldıranda qarşı masaların birində onu görürdü. Fred ya yeni 
gəlmiş olurdu ya da Mavinin gəldiyini gördükdən sonra yerini 
dəyişərək onun qarşısına keçirdi. Sonralar, Mavi hər gəlişində 
Fredi axtarır və bu dəfə o gedib onun qarşısına otururdu. Bir 
neçə dəfə bu dövr təkrarlandıqdan sonra bir gün siqaret arasına 
çıxarkən Fredin də qapı qarşısında dayanmaqda olub siqaret 
çəkdiyini görmüşdü Mavi. Əlində tutduğu kitabın adını oxu-
mağa müvəffəq ola bilmiş və siqaretini yandırıb Fredə dönərək 
dillənmişdi:


214
- Bu günlərdə Proust oxuyan çox adam tapmazsan.
Çaşmış formada təəccüblənərək çəkingən formada cavab-
lamışdı Fred:
- Hə? Proust? Hə, elədi. Ədəbiyat oxuyan yoxdu çox da bu 
günlərdə. Sən nə oxuyursan? Proustu oxumusan?
- Yox oxumamışam. Hər nə qədər bugünlərdə itmiş zama-
nımın axtarışında gəzinirəmsə də, Proustu oxumamışam heç 
vaxt. Oxumaq istəyirəm, ancaq yəqin ki heç vaxt oxumaya-
cam. İndi oxuduğum kitabı soruşursansa nevrologiya haqqın-
da bir kitabdı. Biraz sakit qalmaq istəyirəm deyə oxuyuram 
kitabı, həm də maraqlı sahədi mənimçün. 
- Anladım. Elə mən də itmiş zamanın axtarışındayam bir 
növ.
- Hə? Buralı birinə oxşamırsan, gəlməsən deyəsən. Bütün 
gedənlərdə  ya  gəlmələrdə  olduğu  kimi,  bizi  birləşdirən  bir 
dəyərimiz var anlaşılan, itmiş zamanımızın axtarışında olma-
ğımız. Adım Mavidir – deyib əlini uzatmışdı.
- Fred deyə bilərəsən mənə. Burda elə deyirlər. Burda dedi-
yim, adımı çox çağıranım da yoxdu əslində.
- Tək yaşayırsan?
- Özümü tanıyandan – deyib bir qədər dayanmışdı Fred, 
ikisi də kitabxananın qarşısında gəlib keçənləri izləyirdi – bir 
növ taleyimdə var təklik. Bəs sən?
-  Mən  də  tək  yaşayıram.  Heç  olmadığım  qədər.  Və  heç 
istəmədiyim qədər. Amma tək yaşayan insanları sevirəm.
- Niyə?
- Yalnızlığı daddıqları üçün. Səni başa düşdükləri üçün. Sə-
nin onlara olduğun kimi onların da sənə möhtac olduğu üçün. 
Səninlə  dialoq  halında  ikən  səninlə  dialoq  halında  olduqları 
üçün. Başa düşürsən? Yəni səninlə dialoq halındaykən bütün 
diqqətləri o dialoqda, anın içində olur, çünki yalnız olduqları 
üçün uzun müddətdi gözlədikləri an olmuş olur o an. Üstəlik, 
söhbət üçün ən yaxşı say ikidir deyirdi bir filosof. Elədir mənə 
görə də. Başqa birinin araya girmədiyi söhbət. Qadınların da 
yalnız olanlarını sevirəm. İç dünyalarına girməyi sevirəm. Bir-


215
dəki, özün düşün, hər gün çoxlu insanla görüşən çoxlu dostu 
olan insan, hər gün istədiyi meyvədən yeyə bilən zəngin birinə 
oxşayır. Səncə sadəcə bayramdan-bayrama meyvə yeyən ka-
sıb daha iştahla yeyər meyvəsini yoxsa hər gün yeyən zəngin? 
Yalnız insan da möhtaclığı səbəbilə daha iştahla söhbət edəcək 
sənlə, əgər partnyorundursa daha iştahla sevişəcək sənlə, daha 
iştahla öpəcək, daha çox sevəcək səni. Çox praqmatist, faydaçı 
səslənə bilərəm, eləyəm də. Əsas da insan əlaqələrində, çox 
praqmatistəm. Mənə faydası olmalıdır görüşdüyüm insanın. 
Bir neçə siqaret daha söndürmüşdülər o qapı ağzında birlik-
də söhbət edərək. Ordan da kitablarını alaraq bir bara getmiş, 
pivə içmiş, söhbətlərini daha da uzatmış, sonralar mümkün ol-
duğunca daha çox görüşmüş və bir-birinin ən çox görüşdüyü 
insanlar olmuşdular.
Fred onu ilk gördüyü andan təsirlənmişdi. Mavi də bunun 
fərqindəydi. Ancaq onlar bu barədə heç vaxt danışmamışdılar. 
Fredin içində ona qarşı bitmək bilməyən bir sevgi var idi.
* * *
Plutonu yerə endirdi və içəri keçdilər. Səliqəli formada da-
ğınıq olan evin divarlarındakı şəkillər salamladı Mavini yenə. 
Yerdə  hər  tərəfdə  bir  əşya,  kitablar  və  daha  da  çox  kitablar 
var idi. Özünə qapanıqlığı Fredin kitablara olan bağlılığını hər 
dəfə daha da artırmışdı. Divarlarda müxtəlif yazar, musiqiçi və 
şairlərin  portretləri, məşhur rəsm əsərləri, Fredin öz çəkdiyi 
rəsmlər, bir vərəqə çap edilmiş sözlər, əl yazıları və frazalar 
asılmışdı. Demək olar ki divarda boş yer yox idi. Bir küncdə 
də Fredin öz əkdiyi ya aldığı bitkiləri var idi. Uzun müddət-
dir ki bu evdə qalırdı Fred. İki mərtəbəli həyət evinin birinci 
mərtəbəsini kiralamışdı. Pəncərələr həmişə tünd qırmızı rəng-
li pərdələrlə bağlı olurdu, içəri mümkün qədər az günəş işığı 
buraxılırdı. İçəridə evin işıqları səhər belə olsa yanılıydı. Fred 
sanki  vampir  kimi  gizlənirdi  bu  yuvasında.  Mətbəxlə  salon 
birləşik idi və əlavə bir otaq var idi. Salonun ortasında alçaq 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə