Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə64/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   60   61   62   63   64   65   66   67   ...   123

206
Əlindəki siqaretin barmaqları arasında qalan tərəfini qar-
şısındakı  çılpaq  bədəndə  gəzdirməyə  başladı.  Sonra  hər  şey 
deyə düşündü, möhtəşəm olacaqdı. Daha yaxşı bir iş tapacaq 
və yalnız olmamaq şərti ilə bir ev tutacaqdı. Bəlkə bir oğlanla, 
bir  qadınla,  yalnız  olmayacaqdı  sadəcə. Tək  etməsi  gərəkən 
düzgün bir iş tapmaq olmalıydı. Onu da ki, tapmağa nə var idi? 
Ortalamanın altında olmayacaq qədər bacarıqlı və zəkiydi, tək 
lazım olan şey ambisiya, hirs, ehtiras, həvəs idi, ki o şey də 
indi sinəsində atmaqdaydı. Heç ölməyəcəkmiş kimi yaşamaq 
istədi bir an. 120 yaşına qədər yaşayacaqdı deyə düşündü. Bir 
tanrı misalı, özünə ölməyi qadağan edirdi sanki.
Babett onu geri doğru itələdi, masanın üstündə tərs çevirldi 
və üzü üstə ona doğru baxdı, sürətli nəfəslərlə qolundan tutub 
onu təkrar içinə çəkdi. Mavinin əllərini dartıb öz döşləri üs-
tünə qoydu. Ayaqlarını qaldırıb Mavinin kürəyində birləşdirdi. 
İşləmə prinsipi pozulmuş ya söndürülmüş frontal lobla heçnə 
düşünmür ya da kəsintilərlə bir fikirdən başqa fikrə ondan da 
üstlərinə zövq yağışı yağan bir qaranlığa keçirdilər. Saniyələ-
rin yerini saatlar alırmış kimi hiss edirdilər. Nə qədər vaxtdı 
başlamışdılar?  Sanki  saatlardı  burdaydılar.  Babettin  ayaqları 
arasındakı o möhtəşəm istiliyi hiss etdi. Onun vaginası sanki 
bir dar qara dəlikmiş kimiydi və bütün bədənini içəri salmaq 
istəyirdi.  Girib  yox  olmaq  istəyirdi.  Niyə  belə  hiss  etmişdi? 
Aldığı zövq səbəbiləmi? Doyumsuz idi deyəmi içində olduğu 
yerə təkrar girmək istəyirdi yoxsa şüuraltısı vaginadan çıxıb 
gəldiyi bu dünyadan rədd olub getməsi üçün təkrar vaginaya 
girərək yox olacağınımı düşündürmüşdü. Qara dəlikdən içəri 
girsə, əbədi yoxluqa qovuşardı deyə düşündü. Boşluq, qaran-
lıq və yoxluq. Var olmama.
Sonra sanki tanımadığı birinin yaddaşındakı bir xatirənin 
içində itmiş kimi hiss etdi bir anda Mavi. Nə olduğunu anlaya 
bilmədi. Ətrafa baxdı, ayıla bilmədi. Otaqda deyildi, başqa bir 
yer idi. Yuxu görürmüş kimi hiss etdi. Bir küçədəydilər. 40lı 
yaşlarında bir qadın maşından düşüb mağazaya girərkən ona 
gülümsəyirdi. Qadın onunla yatmaq istədiyini dedi danışma-


207
dan. Mavi ehtirasla ona doğru getdi və qadın yox oldu. Mavi 
hal-hazırda  onsuz  da  sevişməkdə  olduğunu  xatırladı  ancaq 
xəyala  dalmış  olmalıydı  sadəcə.  Nə  qədər  acgöz  olduğunu 
düşündü, onsuz da sevişərkən başqa bir qadının arxasınca qa-
çırdı. Sonra bir qapıdan keçdi və az yaşlı uşaqlarının oynayıb 
qışqırışdığı  bi  küçəyə  girdi.  Uşaqları  görmürdü  ancaq  onlar 
hər yerdəydilər. Ayaqlarına ilişiridlər. Bir uşaq ona bir məktub 
verdi.  Mavi  o  an  qadın  olduğunu  hiss  etdi.  Özü  deyildi  bu. 
Ağbəniz, qısa və qıvrımsaçlı bir qız idi və vacib bir məsələni 
araştırmaq üçün zamanda geriyə getmişdi. Lənət olsun deyə 
keçirdi içindən, ayılmaq istəyirdi. Nə edirdisə ayıla bilmirdi. 
Yenidən o qadını gördü, qadın soyundu və Mavinin çağırdı. 
Getmək istəyirdi ancaq nə qədər yerisə də olduğu yerdə qa-
lırdı. Başqa birinin xatirəsinin içində itmişəm deyə düşündü. 
Necə ola bilər axı? Bir anda qarşısında Babetti gördü. Ayılmış-
dı. Lənət olsun dedi və sevindi. O an arxadan biri əlini onun 
çiyninə vuraraq çağırdı otağın arxasından. Bu nədir!? Axı evdə 
heç kim yox idi bizdən başqa. Kim idi bu. Lənət olsun! Qorx-
muşdu. Geri çevrilməyə çalışdı ancaq bədəni o qədər yavaş 
dönməyə  başladı  ki  Mavi  daha  da  qorxdu. Arxa  da  biri  var 
idi. Ordaydı. Sadəcə lənətə gəlsin dönməliyəm arxaya. Niyə 
bu qədər yavaş hərəkət edir başım?
Yavaş-yavaş hərəkət edən başı gözləri tam arxasını gördü-
yü anda normal sürətinə döndü və yıxılacaqmış kimi səndələdi 
Mavi. Xəyaldan hələ indi ayıldığını anladı. Heç kim yox idi 
arxada. Sadəcə xəyaldan xəyala ayılmışdı. Son dərəcə real və 
canlıydı arxadan çağıran əl. Dərin bir ah çəkdi. Qışqırdı. An-
laşılmaz bir şeylər söydü arxasına baxaraq. O an bütün bədə-
ninin boşaldığını hiss etdi. Hərəkət edən bədənləri dayandı və 
özlərini bir-birilərinə doğru sıxdılalar var gücləriylə. Ritardan-
do və ritardando. Tədricən azalan əsas temp. Babettin onu qu-
caqlayan ayaqları məngənə kimi sıxıldı və bir anda titrəməyə 
başladılar. Danimarka dilində söyüşlər və lənətlər yayıldı qır-
mızı  işıq  dalğalarının  cüzi  formada  aydınlatdığı  otağın  gizli 
künclərinə. Mavi onun üstünə yıxıldı. Tərli və təngənəfəs bə-


208
dənləri birləşdi. Qarınları havayla dolaraq şişib birləşir və ay-
rılırdı. Getdikcə ritmik formada yavaşladı nəfəsləri və normala 
dönməyə başladı.
* * *
Qaranlıq bir salonda tapdı özünü. Böyük salon idi. Teatr ya 
opera salonu kimi. Qapısından içəri girmişdi və çıxa bilmirdi. 
Girməməsi gərəkdiyi yerə girdiyini və sanki başına pis şeylər 
gələcəyini hiss edirdi. Tam girişdəki qorxulu və qəzəbli üzə 
sahib bir oğlan üstünə doğru yeriyirdi, “sənin nə işin var burda 
lənətə gələsi, peşman edərəm səni indi mən” deyib onun başı-
na vurmaq üçün bir şeylər qaldırırdı və bu səhnə dayanmadan 
davam edirdi. Oğlan vurmurdu, ancaq üstünə gəlirdi davamlı. 
Nə qədər yerisə də çatmırdı, iki metr var idi arada və nə qə-
dər qaldırırdısa da əlini vurmurdu, səhnə tam vuracağı yerdən 
davam edirdi. Vursaydı da canı dincəlsəydi amma vurmurdu. 
Həyat kimiydi bir növ, bir dəfəlik ölüb getmirdin ki canın din-
cələ, ancaq hər gün ölürdün. Refleksiv olaraq qorxub gözünü 
bağlayırdı Mavi oğlan hər üstünə gəldiyində ancaq hər dəfə 
səhnə təkrarlanırdı. Lənətə gələsi bir yuxuda olduğunu anladı 
o an. Ancaq çıxa bilmirdi içindən. Niyə girdim axı bu xaraba-
ya dedi. Çıxa bilmirdi yuxudakı otaqdan da. Çıxsa da çöldə 
bir  yığın  adamın  yığışıb  onu  gözlədiyini  və  çıxan  kimi  onu 
vuracaqlarını hiss edirdi. Qışqırırdılar. Sanki uzun müddətdir 
yemək verilməmiş ac itlər kimiydilər. 
Oğlanın üstünə gedib onu vurmağa ya danışaraq dərdinin nə 
olduğunu soruşmaq istəyirdisə də alınmırdı. Sanki sənin üçün 
bir səhnə onsuzda yazılıb və onu oynayırsan, ona proqramlan-
mısan, yuxudaki kiçik taleyin odur. Yuxuda olduğunu bilirsən, 
ancaq dəyişdirə bilmirsən. Sonsuz dövr edən qorxulu bir yuxu-
da ya həyatda, bir bədənə girmisən, içəridən qışqırırsan ancaq 
heçnə dəyişmir. Sanki tale, determinizim yox idi ancaq əslində 
var idi. Yuxu ona bir şeylər mi başa salmağa çalışırdı?
Ordan başqa bir səhnəyə keçdi. Başqa bir qaranlıq otaq-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə