Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə72/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   68   69   70   71   72   73   74   75   ...   123

231
bir  an  içində  canımı  qurtarmaq  istəyirəm  ona  görə  bu  əsər-
dən. Yazım bitsin. Dincəlim bir az. Bəlkə bir də yazmaram, 
çünki deyəcək sözüm yoxdu artıq. Bəlkə nə vaxtsa yazaram. 
Bilmirəm, - dedi Fred və oturduğu divana uzandı.
Divara asılmış şəkillərin birində Fredlə Lulu və ölmüş tu-
tuquşu Felisitenin şəkili var idi. Lulu qəfəsindən çıxdı, həmin 
Felisitenin şəklinin olduğu divarın qarşısındakı asılqana qon-
du və anlaşılmaz bir şeylər təkrarladı. Kədər, evin qonağıydı.
Mavi  kofesini  təzələmək  üçün  mətbəx  şkafları  tərəfə 
yaxınlaşdı.  Mətbəx  salonun  içindəydi.  “Kofe  istəyirsənmi?” 
deyə soruşdu Freddən. Geri dönüb stəkanını götürdü, hər ikisi 
üçün kofe hazırladı. Sonra otağın divarındakı şəkil və yazılara 
baxaraq yeriməyə başladı. Fred sevdikləri bir nu-caz musiqisi 
qoşdu. Mavi şəkillərin birinin qarşısında dayandı. Şəklin altın-
dakı yazını oxudu səsli formada, “Strazburq rəqs vəbası”. 16-
cı əsr Avropasında Strasburqda bir qadının küçədə birdən-birə 
rəqs etməyə başlaması, dayanmaması və sonra başqalarının da 
ona qoşulması və beləcə bir ay davam edən dayanmadan rəqs 
edən insanlar və hər gün 15-20 nəfər, ay sonunda isə 400-ə 
yaxın insanın yorğunluqdan ölməsi. Daha sonra Avropanın bir 
neçə başqa şəhərində də eyni mistik hadisə baş vemrişdi. Nə 
onda, nə indi ekspertlər hadisənin səbəbini tam olaraq bilmir-
lər. Bəziləri bunu stress qaynaqlı kütləvi isteriya adlandırmış, 
bəziləri mistik adlandırmışdı.
- Əladı da, ölümünə rəqs edirsən, sonra da ölürsən, hə? – 
deyə soruşdu Freddən.
- Təbii ki, əgər bundan xoşun gələrək edirsənsə, istəyəndə 
bədənini saxlaya  bilirsənsə. Yoxsa  işgəncədən  başqa  bir  şey 
deyil. Onların niyə oynaması barədə fərziyyələrdən biri də bi-
lirsən nədi? Hamısı hansısa bilinməyən zəhərli bir bitkini ye-
yiblər deyəsən xəbərləri olmadan, sonradan tapılıb ki içində 
nəsə kimyəvi bir maddə var imiş onları oynadan.
- Maraqlıdı. Əgər xoşbəxt olaraq yorğunluq hiss etmədən 
oynayıb ölüblərsə mən şəxsən istəyərdim – dedi gülərək Mavi.
- Kim istəməzdi ki, xoşbəxt ölüm.


232
-  Dünən  biriylə  söhbət  edirdim,  yadıma  düşdü,  gələcək-
də təsəvvür elə, bizim indiki bu axmaq dərdlərimizin heç biri 
olmayacaq,  çox  gülünc  görünəcək.  İşləmək  filan.  İşləyərək 
ömrünün yarısını itirən insanlar var və sevmədiyi cəhənnəm, 
nifrət etdiyi işdə işləyən insanlar var. İndidən işsizlik sayı artır, 
daha  da  artacaq  və  sonra  dünyəvi  bir  böhrandan  sonra  yeni 
sistemə  keçiləcək  yəqin,  hə?  İnsanlara  aylıq  minimum  gəlir 
veriləcək, daha az işləyəcəklər, daha doğrusu ehtiyac olmaya-
caq işləmələrinə. Ondan sonrakı dünyanı təsəvvür et. Tək ya-
şama səbəbin əyləncə, zövqlər, sənət. Gələcək kasıbının dünya 
səyahətinə çıxma ehtimalı nə qədər olar bilmirəm, ancaq ən 
azından gəzə bilərlər bir az da olsa. Nə istəyirsən bundan artıq?
-  Səncə  insanlar  bekarçılıqdan  depresiyaya  girib  intihara 
başlayarlar yoxsa dediyin kimi əylənərlər?
-  Bekarçılıq,  depresiya,  intihar  kimi  nəticələr  olacağını 
sanmıram, ya da belə deyək, o dövrə alışa bilməyən insanlar 
öləcək, alışacaq olanlar davam edəcək, təbii seçmə. İndidən 
başlayıb o təbi seçmə. Həm, hər dövrün öz məşğuliyyəti var, 
işsizlikdən sonra daha çox vaxt ayıracaqlar özlərinə, sənətə, 
yaradıcılığa, ya da sadəcə əyləncəyə.
- Hər gün eyni əyləncədən nə qədər məmnun ola bilərsən 
axı?  Hər  dəfə  fərqli  əyləncə  olsa  da  bir  nöqtədən  sonra  ey-
niləşəcək.
- İndiki dünyanın gözüylə baxırsan gələcək dünyasına. Hər 
şey o zamanki şərtlərə uyğun dəyişəcək yəqin. Ya da ən bəsi-
tindən Huxley’in Yeni Cəsur Dünya’dakı kəhanəti reallaşacaq. 
Tək edilməsi gərəkilən şey yan təsiri olmayan anti-depressant-
lar, kimyəvi maddələrdi. Səncə də dünya ora getmirmi zatən? 
Bəzi fərqliliklər olsa da olacaq olan odu. Əsas olan xoşbəxt-
lik deyilmi? Vəssalam. Ya da belə deyək, insanlar axır əvvəl 
əsas olanın xoşbəxtlik olduğunu anlayacaq və digər hər şeydən 
imtina  edəcək.  Ciddi  deyirəm.  Əsərdə  onsuz  da  bilirsən  də, 
düşünmək, ədəbiyyat, şeir bunların hamısına gülməli baxırlar 
həmin o gələcəyin süni xoşbəxt insanları. Çox belə qəribə, çir-
kin görünür sanki, ancaq elə deyil məncə.


233
-  Düzdü.  Huxley  özü  də  qərarsız  idi  bu  barədə  bilirsən? 
Hansını  seçərdi  deyə,  indiki  əzablarla  dolu  insan  həyatımı 
yoxsa heç bir əzabın olmadığı düşünməyən, süni, sadəcə xoş-
bəxtlik arzusunda olan həmin o gələcək axmaq insanınımı.
- Əsərdə onsuz da görünür tərəddüddə olduğu. Axı niyə də 
olmasın. Xoşbəxt və axmaq kölə, ağıllı azad, ancaq əzab çəkən 
insandan  daha  yaxşıdı.  Mən  bunu  hələ  indi  başa  düşürəm. 
Həqiqətmi? Kimin vecinə axı? Ancaq təəssüf ki, “bu vecimə 
deyil”  sözünü  deyə  bilmək  üçün  həqiqəti  tapmalısan  əvvəl, 
ondan sonra da artıq gec olur. Bir növ paradoks yəni. Deyir-
sən ha, gələcəyin işləməyən insanlarına əyləncə hər gün darıx-
dırıcı və maraqsız gələ bilər, darıxmaq və maraqsızlıq nədir? 
Kimyəvi reaksiya, vəssalam, nə etməlisən? Bir başqa kimyəvi 
reaksiyalarla təsir edərək darıxmaq və maraqsızlıq hisslərini, 
daha doğrusu reaksiyalarını yox etməlisən. Hiss yoxdu, reak-
siya  var. Və  hər  reaksiyanın  da  bir  katalizatoru,  onu  yavaş-
ladan ya sürətlədən bir əks nəyisə var. Onu tapmalıdı sadəcə 
elm adamaları vəssalam. Ya da ki uzaq başı ölüb gedəcəyik də, 
yəni nə var ki burda.
- Cahillik xoşbəxtlikdir deyirsən yəni.
- Əlbəttə. Daha doğrusu, belə deyək, xoşbəxtsənsə, cahil 
ya ağıllı olub olmamağının fərqi yoxdu. Yəqin ki əhali sayı 
azalacaq, evlənənlər azalacaq ya yox olacaq, ya da evlilik köh-
nəlmiş bir ənənəyə çevriləcək. İnsanlar indi ya darıxır ya keç-
mişdə belə olduğu üçün evlənirlər, gələcəyin şərtləri dəyişdiyi 
zaman, nə ehtiyac qalacaq ki evlənməyə? Qadınlar öz azadlıq-
larını elan etdikdən sonra kim niyə evlənsin? Ya da belə deyək, 
bir-iki illik evliliklər ola bilər, elə məntiqlidi, hə. Niyə də yox. 
6 aylıq evlilik kontraktına yox deməyəcəyim qızlar tanıyıram, 
evlilik  dediyim,  birlikdə  yaşamaq  yəni.  Uzaqdadılar  amma. 
Hər nəysə yəni. Tutdun da sən məsələni.
- Nə bilim, gələcəyi düşünəndə adam ölmək istəyir bəzən.
-  Səndə  də  elədi?  –  gülərək  təəccübləndi  Mavi  – Yəqin 
bilirsən niyə elədi? Məndə də elədi. Gələcəyi düşünəndə bir 
o qədər tez ölmək istəyirəm. Əsas da məsələn 60 il sonraya 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə