Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə65/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   61   62   63   64   65   66   67   68   ...   123

209
daydı. Deyəsən yaralıydı. Bayaqki salonun davamındakı gizli 
otaqlardan  biri  idi.  Geri  döndü  və  arxada  tək  gözü  deşilmiş 
qoca bir kişi gördü. Əlində nəsə bir şey var idi, silah, bıçaq, 
sopa, bilmirdi ancaq kişini görən kimi əlindəkini ona doğru 
tutdu və kişi qorxub geri çəkildi. Kişi ona danışmadan düşman 
olmadığını başa saldı ona heçnə etməyəcəyini dedi və Mavi 
əlindəkini  yerə  atıb  burdan  necə  çıxa  biləcəklərini  soruşdu. 
Kişi əlinə bir stul götürüb göyə qaldırıb qışqıraraq onun üstünə 
yeriməyə başladı. Deşik gözü və qəzəbli üzü Mavini dəhşətə 
salırdı. Hər tərəf qaranlıq idi. O geri çəkildikcə Kişi onun üs-
tünə gəlirdi. Qışqırıb yuxudan oyanmağa çalışırdı amma səsi 
çıxmırdı. Qorxudan öləcəkmiş kimi hiss etdi. Kişini vurmaq 
istəyirdi ancaq yuxuda onun üçün hazırlanmış rolun xaricinə 
çıxa bilmirdi. Ayağını qaldırıb vurmaq istəyirdi onu ancaq aya-
ğı qalxmırdı. Sənin üçün bir həyat hazırlanmışdı və nə qədər 
etsən də onun xaricinə çıxa bilmirdin. Sanki sən nə etsən də 
həyatın onsuz da yazılmışdı. Kişi stulu qaldırdı və var gücüylə 
Mavinin üstünə qaçaraq başına çırptı.
O anda gözünü açdı Mavi. Dərin bir nəfəs. Bir anlıq harda 
olduğunu anlamağa çalışdı. Başını qaldırdı. Qızın yatağınday-
dılar. Adını unutmuşdu. Gecə evinə gəldiyi qız. Oyandığı üçün 
sevindi. Lənət olası yuxu çox canlıydı deyə düşündü. Başını geri 
uzadıb  nəfəsini  sakitləşdirməyə  çalışdı.  Otaqların  hansındasa 
nəsə yerə düşdü, ya nəsə səs gəldi. Qorxdu. O yuxudakı adam 
burdaydı deyə düşündü. Yuxudan yuxuyamı oyanmışdı yenə? 
Qızı oyandırmaq istədi. Ona baxarkən telefonunu gördü yanın-
da. Götürüb saata baxdı. Telefonu geri qoyub yerinə uzandı.
Geri yatsam əgər lənət olası yuxunu yenə görəcəm deyə 
düşündü. Ancaq başı çartlayırdı, yuxusuz idi, içkinin baş ağ-
rısı, üzündəki şişliklərin baş ağrısı, hər şey ağrıyırdı və yat-
malıydı. Normalda oyanan kimi xatırlamaq istədiyin yuxu ya-
dından çıxırdısa bu lənət yuxu hələ də ən xırda detalına qədər 
yadındaydı. Yaxşı,  başqa  şey  düşün.  Fikrimi  ən  tez  nə  poza 
bilər? Düşündü, dünən olanları, bugün edəcəklərini, hər şeyi 
düşündü. Ancaq qayıdıb yuxunu hələ də xatırlayırmı deyə hər 


210
dəfə yaddaşını yoxlayanda bütün detalları orda görürdü. Lənət 
olsun deyə düşündü, mən unutmuşammı deyə yoxlamaq üçün 
xatırladıqca eyni şeyi, o xatirəni yaddaşda saxlayan neyronlar 
daha da aktivləşir və yuxu yaddaşıma daha da yaxşı həkk olur. 
Artıq  o  qədər  yoxladım  ki  yaddaşı,  bütün  detalları  ilə  həkk 
oldu və yatsam mütləq eyni şeyi görəcəm deyə düşündü.
Durdu. Geyindi. Üzünü yudu. Aynada üzündəki şişliklərə 
və partlaqlara baxdı. Evdə gəzişdi. Bəlkə də Babetlə görüşmə-
dən getsəm – artıq xatırlayırdı adını – daha yaxşı olacaq deyə 
düşündü. Ona bir daha görüşməyəcəklərini demək istəmirdi. 
Yaxşısı getmək idi. Oyadıb ayıq başla təkrar özünü xatırlada-
raq onun yaddaşını yeniləməkdənsə, sadəcə içkili bir gecənin 
üzü bulanıq xatırlanan bir partnyoru olması daha yaxşı olardı. 
Çıxmağa qərar verdi. Babettin yatan məsum üzünə bədə-
ninə  və  yorğanın  yarısını  örtdüyü  tatuirovkasına  baxdı.  Öp-
mək istədi onu yanağından, oyanar deyə qorxdu.
Hazırlaşdı və çıxdı evdən.
* * *
Qapıdan çıxdı və lifti çağırdı. Fredin evinə necə gedəcəyi 
barədə düşündü. Qapılar açıldı liftə mindi. Yerdə boş içki bu-
tulkası gördü, qaldırdı. Dünən Babettin içdiyi konyak markası. 
Gələrkən liftdə düşmüş olmalıydı. Təbəssüm etdi. Özüylə çölə 
çıxarıb binanın girişindəki zibil qabına atdı.
Yaxınlıqdakı  avtobus  dayanacağını  axtarıb  tapdı  və  ora 
getdi. Gözləyib Fredin evinə yaxın keçən birinə mindi.
Lənət olsun deyə fikirləşdi. Laranın mənə etdiyini mən 
də Babetə edirəm. Belə getməməliydim. Peşmanlıq hiss etdi. 
Bəlkə  də  Laranı  axtardığım  kimi  o  da  məni  axtaracaqdı. 
Bəlkə  də  Lara  getdikdən  sonra  hiss  etdiyim  ağrını  indi  də 
Babett hiss edəcəkdi. Bəlkə də vecinə olmayacaqdı. Amma 
ya vecinəydisə?
Axı neyləyə bilərdi deyə düşündü, onu oyandırıb, sonra da 
ölümə getdiyinimi deyəcəkdi. Onun adına üzüldü, ancaq edə 


211
biləcəyi heçnə yox idi deyə fikirləşdi. Əgər ölümə getməsə, 
belə bir hərəkəti heç kimə etməzdi deyə düşündü. Baxmayaraq 
ki daha əvvəl etmişdi, ancaq sonra fikrini dəyişmişdi. 
Bəlkə də Babett onun üzünü belə xatırlamayacaq deyə dü-
şündü, dünən çox içkiliydi. Ancaq sonra bunun əslində daha 
da pis fikir olduğunu düşündü, üzünü xatırlamaması dərdini 
azaltmayacaqdı.  Universitet  tələbəsiykən  qaldığı  yataqxana-
lardan birində içkiliykən tanışıb sevişdiyi və səhər oyanarkən 
getmiş olduğunu gördüyü o qızı xatırladı. Tamamilə eyni şeyi 
etmişdi Babetə. O qızı çox axtarmışdı. Üzünü xatırlaya bilmə-
mişdi heç vaxt. Yataqxanada hər həftəsonu keçirilən içki ge-
cələrinin birində qızla hamının içib oynadığı salonda tanışmış, 
öpüşmüş, sonra onun otağına gəlmiş və sevişmişdilər. Səhər 
oyandığında qız getmişdi. Sonra nə qədər etmişdisə qızın üzü-
nü xatırlaya bilməmişdi. Qız onunla heç vaxt əlaqəyə keçmə-
mişdi. Yaşananları olmamış kimi qəbul etmək istəmişdi yəqin. 
Qızın sevişərkən ona yaşatdığı hissləri bütün möhtəşəmlikləri 
ilə birlikdə xatırlamış, ancaq nə üzünü, nə adını nə kimliyini 
xatırlaya bilmişdi. O gündən sonra yataqxanadakı bütün qız-
ları hər gün incələmişdi onu tapmaq üçün, şübhələnmişdi ha-
mısından bir-bir. Ancaq heç bir nəticə əldə edə bilməmişdi və 
yavaş-yavaş qızı unutmuşdu.
Keçmiş  üçün  təkrar  həsrət  duydu  və  özünə  evtanaziya 
kamplarına çox yaxın olduğunu xatırlatdı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə