Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə61/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   57   58   59   60   61   62   63   64   ...   123

197
mişcəsinə yüngül hiss etdirən morfin dənəcikləri. Saniyələrə 
sığdırılmış saatlar hissi və titrəyən iki bədən.
Babettenin bədəni Mavinin ayaqları arasında titrəyərək bo-
şaldı və dırnaqları daha da dərinə girdi kürəyində, dişi pələng 
pəncəsi kimi cırmaqladı bədənini. Mavi onun üstünə yıxıldı və 
idarə sistemi söndürülmüş beyin bir neçə saniyəlik belə olsa 
oyaq ikən yox olmuş olmanın həzzini daddı. Yox oldu. Nəfəs-
lər yavaşladı. Gözlər yumuldu və qaranlıq bir qalaktikada itdi 
ruhları. 
Babettenin bədənində sintezi artmış sevgi hormonu oksi-
dosin onu erkək pələngini qucaqlamağa sövq etdi. Qucaqladı 
və sinəsinə doğru sıxdı Mavini. Başını Babettenin döşləri üs-
tünə qoydu və onların arasında itdi Mavi.
Babette əlini yandakı masanın üstünə atıb siqaret götürdü. 
-  Siqaret  istəyirsən?  Sərxoş  olmadığım  anlarda  siqaret 
çəkə  bilmirəm  mən,  sevmədən  sevişmək  kimi.  Güya  özümə 
söz vermişdim ki siqareti buraxıram və sadəcə sərxoş olanda 
çəkəcəm. Sonra bir də gördüm ki alkoqolik olmuşam
Siqareti Mavinin dodaqları arasına qoydu və yandırdı.
- Vibratorumdan daha sürətlisən. Sanki evcilləşdirilməmiş 
bir buğa kimiydin. Yaxşı ki təsadüf bu gecə bizi birləşdirdi. – 
dedi Babette
- Səndə evcilləşdirilməmiş vampir kimisən
- Cırmaqlamalar üçün üzr istəyirəm, ağrımır? Mənə zövq 
verir, özümü itiririəm.
- Ağrımaqmı? Varlığımın belə ağrısını unutdurdun mənə, 
ona qalmış bir-iki cırmaq yarası. Bayaq evdə içki var demişdin, 
nəyin var? Bu arada sənə Babette yerinə Babet deyə bilərəm?
- Babet daha yaxşıdı məncə də. Bayaqkini bəyəndinsə onun 
eynisindən var konyak, bir-iki ucuz vodka və fərqli pivə növü 
var. Salona keç, soyuducunu görəcəksən, ordan istədiyini gö-
tür mənə də eynisindən gətir. Ya da get ora mən də gəlirəm.
Mavi ayağa durdu, şalvarını götürdü və geyinərək salona 
getdi. Soyuducunu açıb bir neçə içki götürdü. Salonun ətra-
fında yerə düzülmüş rəsm əsərlərinə baxdı. Rəssam olmalı idi. 


198
Saolun kənarında rəsm alətləri və çəkilməkdə olan bir şəkil var 
idi çılpaq bədənlər və penislərdən ibarət. Babet siqaret pake-
tini də götürüb onun arxasınca getdi. Maddənin qısamüddətli 
təsiri hər ikisində azalmışdı.
- Şalvara nə ehtiyac var idi ki cənab utancaq? – deyə Babett 
ehtiraslı və məzəli formada soruşdu.
- Sən həm vampir həm də nudistsən?
- Həm də sadist – deyib güldü Babett - Bədənində açdığım 
yaraları görmək məni ehtiraslandırır. Çıxar şalvarını, öz evin-
də kimi rahat ola bilərsən.
- Təşəkkür edirəm, amma mən öz evimdə də şalvarla gə-
zirəm – deyə güldü Mavi və konyak butulkasını açıb başına 
çəkərək bir-iki qurtum içdi.
Babett butulkanı aldı və Mavinin sinəsindəki cırmaq izlə-
rinin üstünə tökdü. Sonra cırmaq yaralarından birini aşağıdan 
yuxarı doğru diliylə yaladı. Bir pivə butulkası açıb başına çəkdi. 
- Rəssamsan sən?
- Çəkməyi sevirəm hə, reallıqdan uzaqlaşdırır və sakitləşdirir.
- Burda tək yaşayırsan?
- Aha. Bizim kimilər yalnızlığa məhkumdur. Yəni ən azın-
dan fərqli növ yalnızlığa. 
- Bizim kimilər?
- Sən, mən, bizimkimilər, doğulduqları yerdən başqa yerdə 
öləcəklər olanlar.
- Elədi. Başqa növ yalnızlıqdı
- Sanki ətrafında nə qədər yeni insan olsa da bir şeylər ək-
sikmiş kimi
- Saudade.
- Saudade.
- Bir tədqiqatda deyirdi ki musiqi zövqümüz yeniyetməy-
kən  dinlədiklərimizə  əsasən  formalaşır.  Ondan  sonrakı  illər-
də də daha çox o musiqi tərzinin ətrafında fırlanırıq və onu 
sevirik. Bəlkə də sevdiyin həyat tərzi ya yaşadığın yerlər də 
yeniyetməykən formalaşır. O vaxt içində olduğun mühit üçün 
həmiş darıxırsan ya onun əksikliyini hiss edirsən. Yenə də bu 


199
qədər bəsit deyil amma. Yəni hə. Yeniyetmə vaxtı yaşanılan 
şeylər sonralar nostaglianın başında gəlir, sözsüz. O şeyləri se-
vir və özləyirsən. Dünyanı yeni tanımağa başladığın və heçnə 
bilmədiyin üçün oxuduğun ilk kitablar sənin inqilabi gözəllik-
də kitabların olur, filmlər də elə. Həddindən artıq məna yük-
ləyirsən.  Fikirlərin  də  o  yaşlarda  formalaşır  və  sonra  ondan 
budaqlanır. Amma bütün insanlarda belə olmur. Bəziləri də-
yişir. Sərhəddin kənarına keçir. Musiqi zövqü on dəfə dəyişir 
ya genişləyir başqa şey dinləyir. Yəqin ki ekstravertlər, ətrafa 
və yeniliklərə daha açıq olanlar, daha çox qeyri-konservativ 
insanlarda belə olur. Başqa yerlərə köçürlər. Sənin kimi. Mə-
nim kimi. Başqa dadlara açıq olurlar. Ona görə də dayana bil-
məyib uzaqlaşırsan istənilən halda böyüdüyün mühitdən, sənə 
bezdirici gəlir. Bu qədər böyük dünyada onsuz da iyirmi ilini 
keçirmiş olduğun yerdə yaşamaq istəmirsən. Sonra uzaqlara 
gedirsən. Bir də görürsən ki özünü belə unutmusan. Harda ol-
duğunu da. Ətrafında heç kim yox. Geri getmək də heçnəyi 
düzəltmir. Olduğun yerdə qalmaq da. Tanışdığın bütün insan-
larda bəzən sanki nəyinsə əksikliyinimi hiss edirsən nə? Otuz-
lu yaşlardan sonra yeni insanlarla tanış olmaq çətinləşir deyir 
psixologiya. Daha da qapalı olursan. Sevgi münasibətləri də 
daha çox seks üstünə. Normal olaraq. Əvvəl gördüyün hər yeni 
insanla tanış olmaq istəyərdinsə sonralar sakitləşirsən, susur-
san, daha az insanla danışırsan. O fazanı sevmirəm. Bəlkə də 
ona keçid mərhələsindəyəm dey narahatam. Bəlkə də keçmək 
istəmirəm. Ancaq içində də əvvəlki ehtiras qalmayıb. İndi hər 
gördüyün insanla danışacaq qədər həvəsli deyilsən. Yeniliklər 
azalıb. Hər gördüyün şey yeni deyil artıq. Yaşamısan çoxunu. 
Bəlkə də lazımından artıq sürətli yaşamısan. – Keçib salonun 
ortasındakı  divanda  oturdular.  İçkilərini  yanlarına  qoydular. 
Şəffaf paketi çıxardı cibindən və stolun üstündəki şüşənin üs-
tünə qoydu. 
- 27 yaşım var – dedi Babett – heçnə gölzədiyin kimi olma-
yacaq hər şey bərbad olacaq ancaq alışacaqsan yaşamağa. Kör-
pünü  keçdikdən sonra. İşləməsən, başqacür ola bilər hər şey. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə