Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə57/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   53   54   55   56   57   58   59   60   ...   123

184
əgər o qədər boş vaxtın olsaydı, səndə eyni şeyi edə bilərdin. 
Nə? Mozart ola bilməzdin? Özünü niyə bu qədər alçaldırsan, 
əgər Mozartın tərzini sevirsənsə demək ki səndə o zövq və o 
dad var, vəssalam. Sadəcə aləti necə işlətmək lazım olduğunu 
bilmirsən. Bilirəm, düz deyirsən, məsələ onsuz da o aləti iş-
lətməyi öyrənmək ola bilər. Ancaq bu sadəcə vaxt məsələsidir. 
Doğru yerdə və doğru şərtlərdə doğulsaydın əgər səndə Mozart 
ya Nietzsche olardın. Sən çoğrafi determinizmin qurbanısan, 
onlar da coğrafi determinizmin yetirməsi. Taleyin tamamilə sə-
nin əlində deyil və onların da əlində deyildi. Bu onları dahimi 
edir? Bilmirəm. Hər nəysə, boş ver, dahi deyə birinin olub ol-
maması nə məni nə də sizi daha xoşbəxt etmir. Ancaq yenə də, 
başqalarını gözünüzdə bu qədər böyüdüb özünüzü kiçiltməyin.
-  Xətrinə  dəyməsin,  ancaq  məncə  sən  sadəcə  həddindən 
artıq kibirli birindən başqa heçnə deyilsən. Ya da dindarsan, 
hamının bir tale ilə doğulduğuna inanırsan – dedi biri və isteh-
zayla güldülər.
- Ola bilər – deyib siqareti söndürüb içəri tərəf yeriməyə 
başladı. 
Yolunun yarısında bir şeylər xatırlamış kimi olub lənət İr-
landiyalılara döndü və səsləndi:
- Hey, madam ki lənət Nietzsche bu qədər dahi sanırsız və 
sevirsiniz, onda niyə onun məsləhətinə qulaq asaraq gedib süd 
içmirsiniz amma gəlib burda içki içərək dərdlərinizi unudub 
xoşbəxtlik axtarışına çıxırsınız? Heç olmasa onu bilirsinizmi 
bilmirəm,  amma  insanın  içki  içərək  əzablı  anlarını  keçiştir-
məyindənsə onlarla üz-üzə qalıb başa çıxmağın tərəfdarıydı. 
Siz İrlandiyalılara çox uzaq bir fikirdi amma bu, yəqin sizə də 
nifrət edərdi. – dedi və içəri getdi.
İçəri girərkən qapının ağzında bir neçə ay əvvəl albaniyalı 
dostu dəlisov Sezarla birlikdə aptekdən aspirin oğurlayıb ko-
kain adıyla 200 dollara satdıqları həmin oğlanı gördü. Sonra 
o pulu götürüb eyni küçədəki başqa bara gedib xərcləmiş, ya-
rısıyla içki yarısıyla da əsl kokain almışdılar. Oğlan onlardan 
kokain əvəzinə 200 dollarlıq aspirini alarkən çarəsizcə “kar-


185
maya inanırsız də hə?” deyə soruşmuşdu və onlar da “hə hə əl-
bəttə inanırıq, o nə sözdü” demişdilər. Üzünü çevirdi ki oğlan 
onu tanımasın. Yanından keçib içəri girdi.
Kiçik bardaqda vodka və alkoqolu çox olduğu üçün IPA 
pivəsi  istədi.  Vodkanı  birbaşa  içib  pivəni  əlinə  götürdü.  Bu 
sifarişi bir neçə dəfə təkrarladı. Bəzən vodkanı pivənin içinə 
tökdü. Hər dəfə belə edirdi. Beləcə həm ucuz həm də daha tez 
və artıq sərxoş olurdu. Bir vodka bardağı və bir pivə, ən ağır 
kokteyldən  belə  daha  yaxşıydı.  Ən  azından  içini  su,  buz  ya 
kolayla doldurmurdular.
Barın  içində  sərxoş  formada  ora  bura  gəzirdi.  Səhnənin 
yanından keçəndə bayaq ona baxıb gülən həmin qızla qarşı-
laşdılar.  Qotik  üslubunda  geyinmişdi  qız.  Qotik  aksesuarlar 
və başdan ayağa qara yarı-çılpaq geyim onu olduqca ehtiras-
lı göstərirdi. Boyasız qıp-qırmızı dodaqları və zil qara dalğalı 
saçları var idi. O qədər gözəl və təbəssümü o qədər şirin idi ki 
Mavi bir anlıq bütün hər şeyi unutdu. Qız gülümsədi və Mavi 
təbəssümlə qarşılıq verdi. Danışmadılar. Qız onun əlindən tu-
tub  səhnəyə  çəkdi.  Səhnədəki  digər  rəqs  edənlərin  arasında 
sarılıb oynamağa başladılar. Mavi qızın üzünə dağılan saçını 
yığışdırıb onu öpməyə çalışdı. Qız bir anlıq tərəddüdlə dodaq-
larını çəkdisə də sonra onu öpdü. İçkinin təsiriylə dodaqlarını 
sərt formada dişlədilər.  Mavi belini qucaqladı qızın və digər 
əliylə belindən aşağı enib budunu qavradı ovcuyla, sıxdı və 
daha da ehtiraslandı. Qız dodaqlarını çəkib arxasını Maviyə 
çevirdi və budlarını onda ayırmadan rəqs etməyə başladı. Qı-
zın köynəyinə “mayhem” yazılmışdı, yubkasına isə “burzum”. 
Bu nüans Maviyə daha da ləzzət etdi. Qadınlara olan mübtə-
lasını, məftunluğunu düşündü. Fikirləşdi ki qadınlar onu həm 
həyatda tutan həm də bəlkə ölümü bu qədər arzulamasının sə-
bəbkarları idilər. Onu təkrar öpməyə çalışdı amma qız üzünü 
çevirmədən arxası ona dönük oynamağa davam etdi, dayan-
madan gülürdü. Bir kənara çəkilib divara söykəndi Mavi və 
qız bədənini ondan ayırmadan ehtiraslı rəqsini davam etdirdi. 
Mavi ayaqlarının arasındakı şəhvət partlamasının təkidi ilə əli-


186
ni qızın paltarının altından salıb onun döşünü qavradı. Digər 
əlini qızın yubkasının altından salıb budunu oxşamağa başladı. 
Qız ona döndü və təkrar öpüşdülər. Mavi qızın qulağına yax-
şınlaşıb pıçıldadı: “Səni gözləyirdim”
Barın iki mühafizəçisi onlara yaxınlaşıb hərəsi birini ça-
ğırdı. Qara dərili qadın “təhlükəsizlik” yazılı bir köynək ge-
yinmişdi  və  yüksəs  səslə  Maviyə  nələrsə  deyirdi,  eşitməyib 
təkrar soruşdu və qadın təkrar dedi “Sən kifayət qədər sərxoş 
göründüyün üçün qoluna bu lenti vurmalıyam ki bir daha içki 
ala bilməyəsən bi gecə”. Mavi gülümsədi və razılıq bildirərək 
qolunu qaldırdı. Digər təhlükəsizlik nəzarətçisi də iki metr ara-
lıda qıza eyni şeyi deyirdi yəqin. Onun da qoluna bağlayırdılar. 
Üzünü çevirib qoluna bağlanan lentə baxdı “21 yaş altı” yazıl-
mışdı. Başını təkrar qaldırdığında qız yox idi. Ətrafı gəzib onu 
axtarmağa başladı ancaq heç harda tapa bilməyib bir müddət-
dən sonra axatarmağı dayandırdı.
İçəridə sadəcə bədənini tərpədərək aşağı templə biraz rəqs 
etdikdən sonra çölə siqaret arasına çıxdı səndələyərək. Çöldə 
iri bədənli birinin ona bayaq kokain təklif edən Riçarda bən-
zəyən o uzunboy yalnızla dalaşdığını gördü. Onlar bir-birini 
itələyir, dartışır və söyüşürdülər. Məsələnin nə olduğunu bil-
mirdi Mavi. Uzun boy yalnızın qorxduğunu hiss etdi. Tərəd-
düd  etmədən  yanlarına  getdi.  Yanlarındakı  insanlar  heçnə 
etmədən gözləyir ya polisin ya da bar mühafizəçilərinin gəl-
məsini gözləyirdilər. Mavi olanları tam olaraq başa düşmür, 
başı gicəllənir və öz-özünə mənasız ifadələr işlədir, söyürdü. 
–aəle sizinha-mı dayan gö çəki rəd ol qabağımna-
Yaxınlaşan kimi uzun boyu geri çəkib aralarına girdi və 
iri həcmli olanı sinəsindən möhkəmcə geri itələdi və ardın-
dan üzünə sərt bir yumruq vurdu.  Oğlan yerə yıxıldı. Mavi-
nin səndələməsi yaralı aslanı xatırladırdı. Bağıraraq ütsünə 
getdi oğlanın. Sol yanağına bir yumruq yedi və yerə sərildi. 
Bir neçə saniyə sonra özünə gəldi və daha da artıq baş gi-
cəllənməsi ilə ayağa durub müvazinətini qorumağa çalışdı. 
Oğlanın təkrar üstünə getdi vurmadan. Yenə yumruq yedi və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə