Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə53/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   49   50   51   52   53   54   55   56   ...   123

172
sız  və  mənasız  bərbad  iki  həyatı  olan  evli  ailə  darıxdıqları 
üçün uşaq doğurlar. Evliliyi xilas etmək üçün uşaq doğursan. 
Ümumiyyətlə mən doğumu sevmədiyimdən daha artıq forma-
da evlilyə nifrət edirəm. Məncə evlilik orta əsr ənənəsidir və 
önümüzdəki əsrdə yox olacaq ya azalacaq. İndiki evlilərə ya-
zığım gəlir. Hamısına yox əlbətdəki, onlara ki öz azadlıqlarını 
məhdudlaşdırırlar evlilikləri ilə. İndi biz təkpartnyorluluq döv-
ründən çoxpartnyorluluq dövrünə keçirik. Mənim bəyəndiyim 
də budur. İki bir-biri ilə yaşamaq istəyən cütlük yaşaya bilərlər 
birlikdə ancaq hərəsinin öz azad seks həyatı ola bilər. Ya da 
ümumiyyətlə ayrı yaşayarlar. İnsanlar indi bu düşüncəyə pis 
baxırlar ancaq əlli il sonra qəbul edəcəklər. Həm də ona görə 
pis baxırlar ki çünki qısqanırlar. Yoxsa sənə nə dəxli var kim 
necə yaşayır. Gələcək insanı məncə evlilik məhvumuna çox 
ürəkdən güləcək. Təsəvvür elə özünü birinin qoluna qandalla 
bağlayırsan və deyirsən ki mən səninəm. Bərbad bir düşün-
cədir. İstəyərək və sevərək evlənənlər cəhənnəm, ancaq bunu 
birdə niyə etdiyini bilməyənlər var. Elə insanlar var ki onla-
rın  genetikası  monoqamiyaya  yatğındır  və  evliliyi  sevirlər, 
onlara bir şey demirəm, mən də elə deyil ən azından. Ancaq 
eləsidə var ki monoqamiyə yatqınlığı da yoxdur ancaq qoyun 
sürüsü kimi qaydadır deyə evlənir. Evlilik azadlığı azaltdığı 
kimi məncə yaradıcılığı da azaldır, maraqlı həyat ehtimalını 
da azaldır. Evlənən insan öz dostları və başqalarıyla daha az 
görüşməyə başlayır. Dar görüşlü olmağa başlayırlar. Altı aylıq, 
bir ya iki illik evliliklər ola bilər. Son istifadə tarixi olan evli-
lik kimi, evlilik müqaviləsində son istifadə tarixi olur. Yoxsa 
bir ömürlük? Zindan. Dünya da bu qədər partnyor seçimi var 
ikən sadəcə biri ilə kifayətlənmək mənə çatmır, mənlik deyil. 
İstəyən evlənsin. Yaşlandıqda yalnız qalma kimi qorxular ha-
mısı maraqsız insanların qorxularıdır, mənim heç yaşlanmaq 
fikrim  də  yoxdur  onsuz.  Ağlıma  bir  şey  gəldi  onu  deyim, 
bəzi insanlar qocalanda yalnız qalmamaq üçün uşaq doğurlar, 
bəzən mən də düşünürdüm, məsələn 60 yaşımda 30 yaşlı bir 
oğlumun ya qızımın olmasını çox istəyərdim. Onu böyütmə 


173
təlaşı olmadan amma, birbaşa 30 yaşlı bir uşağın olsa. Sonra 
düşündüm ki, görəsən hansı daha ağır hissdir? 60 yaşında yal-
nızlıqdan əziyyət çəkən bir antinatalistin olmayan uşağ üçün 
darıxması  və  axıtdığı  göz  yaşları  yoxsa  bir  natalistin  ölmüş 
uşağı üçün ağlaması?
- 60 yaşında o yalnızlığı yaşamadan deyə bilmərəm amma 
ikisi də ağır səslənir. Evlilik haqqında dediklərinlə razıyam, bu 
arada. Evlilik və uşaq insanın mənasız həyatına məna yarat-
ma cəhdləridir. Dünyada bu qədər fərqli zövqlərə, maraqlara 
və xarakterə sahib oğlan varkən sadəcə biri ilə yaşamaq mənə 
də mənasız gəlir. Dediyin kimi iki il yaşadıqdan sonra onsuz 
da bir-birinizdən bezirsiniz. Bir ömür boyu dost qalmaq olar 
əlbətdə, ancaq digər bütün oğlanlara yox deyib sadəcə biriy-
lə  birlikdə  olmaq  mənlik  də  deyil  heç.  Nəbilim,  mən  bəzən 
sadəcə heçnə düşünmək istəmirəm. Sadəcə zövq almaq üçün 
yaşamaq istəyirəm. Vəssalam. Başqa heçnə.
-  Siz  qadınlar  üçün  indi  daha  asandı  yaşamaq  və  zövq 
almaq.  Matriarxiya  qismi  də  olsa  formalaşıb.  Ya  da  qadın-
lar azadlıqlarını elan ediblər deyək, dünyanın çox az yerində 
amma. İqtisadi və cinsi mənada azad. Artıq sırf yaşamaq üçün 
evlənməyə ehityacınız da yoxdur. Vibratorunuz da var. Doğum 
idarə həblərinin kəşfi qadınların azadlıqlarına qovuşmasında 
əsas amillərdəndi bu arada. Təsəvvür edə bilirsən prezervati-
vsiz və həblərsiz qadın olmaq nə qədər çətin olub? Qadınlar 
insan yox kölə olub bir növ, tək işi doğmaq olan heyvan kimi. 
Nəysə, canınız sıxılanda istədiyiniz bara ya kafeyə ya harasa 
gedib kefinizi narkotiksiz, içkisiz yüksəldə də bilirsiniz. Bizdə 
və məndə elə deyil. Zövq almaq üçün savaşma vaxtım keçib 
deyəsən. Mən də əvvəl sənin kimiydim, hedonosit, ancaq artıq 
gücüm qalmayıb. Evliliklərin sayı həm də ona görə azalır ki 
artıq qadınlar sikik bir kişinin cibinə möhtac deyillər. Lənət 
media hələ də axşama qədər bağıraraq qadınlara nə olduqlarını 
xatırlatmağa çalışır. Onların sadəcə ailə üçün, uşaq üçün, tək 
bir partyor üçün yaradıldıqlarını deyir. Elm də sənə deyəcək 
ki qadınlar tək bir partnyoru sevmək üçün yaradılıb bla bla. 


174
Ancaq mən düşünürəm ki kişilər qədər dünyadakı hər ləzzətin 
dadına baxmaq qadınların da haqqıdı və onlar istədikləri vaxt 
istədikləri insanla birlikdə ola bilməlidirlər. Kimsə ki deyirsə 
“bəs cəmiyyətin onurğası dağılar”, soxdum cəmiyyətə də onur-
ğasına da. Cəmiyyətlər, onurğaları dağıla-dağıla yenilərini və 
daha yaxşılarını qururlar onsuz da. Gələcək cəmiyyətləri belə 
olmayacaq. Düşünməyə gəldikdə isə, bəlkə də - dedi Mavi – 
bu qədər şüur ya zəkaya ehtiyacımız yox idi. Dostoyevskinin 
tamamını unutduğum sözləri var idi bir kitabında oxuduğum, 
belə deyirdi “insanın sahib olduğu şüur həddindən artıq çox-
dur, bu qədər düşünməyimizə ehtiyac yox idi, indiki zəkanın 
dörddə biri ilə belə yaşaya bilərdik, dörd divar bəs idi xoşbəxt 
olmaq üçün elə bir axmaq insana,” - düz deyirdi.
- Ölmək ölmək deyirsən, ancaq məncə səninkimilər yaşa-
malıdır. Təkrar düşün məncə.
-  Mən  yaşamaq  istəyirəm,  başa  düşürsən? Ancaq  nəinki 
istəmədiyin və bilmədiyin bir həyata icazəsiz gətirilib oyuna 
məcbur soxulursan, bunu həm də bilmədiyin ya istəmədiyin 
təsadüfi bir insan xisləti ilə etmək məcburiyyətindəsən. Bəlkə 
başqa bir insanın xislətiylə yaşaya bilərdim ancaq Mavinin bə-
dənində və onun xarakterindəyəm. Hansı ki, nifrət edirəm, ac 
gözlülüyünə,  qısqanclılığına,  doyumsuzluğuna,  obsesiyaları-
na. Özümü dartıb onun cəhənnəmindən xilas edib daha sakit 
bir insanın bədənində yaşaya bilsəm kaş ki. Ancaq onun xis-
lətinin yaratdığı determinizminin çarəsiz qurbanıyam. O mə-
nim istədiyim heçnəyi etmir. Mənim arzularım üçün savaşmır. 
Ümimiyyətlə arzular belə onun üçün mənasız ya əlçatmazdır 
və o tənbəldir. 
Havadakı  melanxoliyanı  yarıb  yeridikiləri  uzun  küçənin 
sonuna gəldilər, bir müddət sakit qalaraq təbiətin səsini dinlə-
dilər və siqaret dumanı ilə yarpaqları zəhərlədilər.
- Mən, qarşıdan sağa dönməliyəm, sən?
- Mən sola.
- Hələlik onda.
- Hələlik.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə