Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə50/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   46   47   48   49   50   51   52   53   ...   123

163
- Bəs sonra? Sonra nə? Yəni 5 milyard il sonra dünyanın 
sonunun gəlməsi indi yaşayan kimə maraqlıdır axı. Mən o in-
sanların səmimiyyətini anlaya bilmirəm.
- İnsanları tanımır kimi danışırsan. Genetik instiktləri unu-
daraq. Səmimiyyət məsələsi deyil bu, onlar elə hiss edirlər. Tə-
biətin bir parçasıdırlar və onu qoruyurlar özləri belə fərqində 
deyil bunu niyə edirlər.
- Qəribədi hə? Bütün insanlar sadəcə ayrı fərdlərdir və ha-
mının öz dərdi var, ancaq uzaqdan Yeri uzaqlaşdırıb baxsan 
tək  hüceyrəli  bir  orqanizm  kimi  yaşadığı  yerdən  başqa  pla-
netə keçməyə çalışan kompleks canlını xatırladacaqlar. Yəni 
demək istədiyim ümumilikdə hamısı birlikdə hərəkət edir an-
caq planlı deyil. Qrup formasında. Amma ayrılıqda hərənin öz 
həyatı var. Hər birimiz yer üzündəki həyatın bir hüceyrəsiyik 
və birləşərək bir orqanizmi yaradırıq. Deyəsən mən xərçəng-
li hüceyrələrindənəm o orqanizmin. Görəsən, bizi nə zaman 
məhv edəcəklər?
- Qaia fərziyyəsi. Yunan mifologiyasındakı həyat ya bənzər 
nəsə ilahəsi Qaia. Yerdəki həyatın bir orqanizm kimi hərəkət 
etdiyini və özü-öz nəslini davam etdirdiyini deyir. Marsa gedən 
ya da getməyə çalışan insanlar deyil, yerdəki həyatdır. İnsanlar 
bunu şüurlu olaraq etməsə də, yenə də edirlər. Bunu deyirdin?
- İki insanın bir-birini tam başa düşməsi mümkünsüzdür, 
ancaq səninlə bir-birimizi yaxşı başa düşürük deyəsən. Dikt-
yosteliumdu nədi, o amyöbləri eşitmisən heç? altruizm təcrü-
bəsini? Tək hüceyrəli orqanizmlərdir. Təcrübə göstərir ki qida-
ya çata bilmək üçün qrup formasında hərəkət edirlər və bunun 
üçün içlərindən iyirmi faizi ölməlidir. Bəziləri könüllü olaraq 
altda qalaraq çubuq kimi körpü düzəldir digərlərinin keçməsi 
üçün və ölürlər. Bəziləriysə aradan qaçaraq vəzifəsindən imti-
na edir və ölməməyə çalışır, ən maraqlısı isə, sonda aradan qa-
çanları qrupdakılar bir formada öldürür, ya da çoxalmalarının 
qarşısı alırlar. Yəni bir növ kiçik cəmiyyət kimi işləyirlər. Öz 
nəsillərini davam etdirmək üçün bəziləri könüllü ölür, aradan 
qaçanlar cəzalandırılır və sair. Təsəvvür edə bilirsən? Lənətə 


164
gələsi  tək  hüceyrəli  orqnizm  deyirsən,  tək  hüceyrəli. Ancaq 
genetik instiktə sahibdir. Dəhşətdir.
- Sonra da təbiətin ən inkişaf etmiş, möhtəşəm mərkəzi si-
nir sisteminə sahib canlısını qınayırsanki niyə 5 milyar il sonra 
belə yaşamağı düşünürlər ya niyə doğurlar.
-  Qınamıram  əslində. Yəni  düzdü  hə  deyinirəm,  boş-boş 
danışıram yeniyetmə üsyankar kimi, ancaq başa düşürəm yəni. 
Həyatda qalma instikti və sair.  Amma yenə də nə bilim, bu qə-
dər problemin içində mənə veridyin suala bax, bəs bütün heç 
kim  doğmasa  dünyanın  gələcəyi  nə  olarmış.  Sanki  dünyada 
heç kim doğmasa insanlığın nəslini davam etdirmək üçün doğ-
maq istəyəcək tək insanmış kimi verdin sualı. Başa düşürəm, 
sadəcə hər insan başqa cürdür.
- Bilirsən, belə danışmağıma baxma, mən də həyata çox da 
bağlı biri deyiləm. Hətta bəzən özümü tısbağa bədəninə girmiş 
yüksək zəkalı varlıq kimi hiss edirəm. Heçnəyi dəyişdirə bil-
mərəm o bədəndə yaşamalıyam. Özümü öldürməyimə əngəl 
olan bir instiktim var arxa cibimdə, əlim çatmır çıxarıb atım. 
Sadəcə yaşayırsan. Qəfəsdəki bir tısbağa məsələn, necə intihar 
edə bilər yemək yeməyi dayandırmaq xaricində? Hansı ki ən 
çətin ölüm olardı. Həyat da elədir sanki. Ölümü seçmirsənsə, 
xoşbəxt yaşama sənətini öyrənməyə başlayırsan ya da əlində-
kiləri qəbullanırsan. Qəbullanmaq. Həyat bundan ibarətdir.
Payızın sarıdan qırmızıya doğru dəyişən rəngli yarpaqla-
rı ilə bəzədiyi yolun sol kənarı ilə yeriməyə davam edirdilər. 
Arada bir yalançı yağış özünü xatırladırdı ya da şərq küləyi 
kilometrlərcə  uzaqdan  birilərinin  sinəsindən  çıxmış  havanı 
onların burnuna doldururdu. Və hələ gəldikləri qədər gedəcək 
yolları qalmışdı.
Yavaş adımlarla yeriyib, sanki yolun bitməməsini istəyirdi 
hər ikisi, rəngi solmuş ağaclara baxır, siqaret tüstüsü ilə havanı 
kirlədir, bəzən gülür bəzən ciddiləşirdilər.
Mavi, yenə veczisliyindən danışırdı. İnsanin öz ağrıları ki-
fayət qədər artıq olduğu zaman başqaları və dünyanı vecinə 
belə ala bilmir və bilməz deyirdi. Qlobal istiləşmə? İnsanlığın 


165
gələcəyi? Uşaqların gələcəyi? Savaşlar? Depressiyadan əziy-
yət çəkən birinin nə qədər vecinə ola bilər?
Düşünmürdü, nə gələcəyi, nə əriyəcək buzları. Nə gələcə-
yin maraqsız insanlarını və həyatlarını. Kimin vecinə axı? Ki-
min? Mən ölürəm burda. Qışqırıram və səsimi eşdidən yoxdur. 
Sanki eşitsələr nə olacaq.
Ölümdən sonrakı dünyanın qeydinə qalmaq böyük bir alt-
ruizm tələb edir olmalıydı. Ya da problemsiz insanın həyatı-
na  yeni  problemlər  əlavə  etməsiydi  bu.Siyasət?  Siyasilər? 
Aldadılan xalqlar və başqaları? Hə, əvvəllər vecinəydi, yeni-
yetməliyində, ağzı isti yerdəykən, o qədər problemsiz idi ki 
bunları düşünür, savaşır, qaz bombaları altında polis əleyhinə 
sloqanlar səsləndirərək qaçırdı. Həyəcanlıydı. Ya da bəlkə də 
sadəcə yalnızlıqdan bir qaçış yoluydu? Bəlkə sadəcə adrenalin 
aludəçiliyiydi? Hər nə idisədə, artıq yoxuydu. Ölməyi istəmək 
kimi müqəddəs bir dərdi olan insanın növbəti prezidentin kim 
olması çox da vecinə olmur. Sonra da başqaları onları apolitik 
ya qeyri aktiv adlandırırdılar. Həyatın bir başqa ironiyası. 
-Və sən bütün bu qədər saydığın varoluşun gətirdiyi prob-
lemlərə baxamayaraq yenə də mənə insanların doğmamasının 
səhv olduğunu deyirdin. – deyə davam etdi Mavi.
Səhv deməmişdim, sadəcə sənin təklifin nədir demişdim 
nəsil kəsilməməsi üçün.
- Bax, burdakı anlaşılmazlıq bilirsən hardadır? Kritik te-
oriyasını  bilirsən?  Tənqidi  nəzəriyyə.  Siyasi  nəzəriyyədir, 
təxminən 80ci illərdə yeni bir siyasi fikir axımı kimi ortaya 
çıxıb sosializm və kapitalizmi tənqid edirdilər. Mövcud hər iki 
qütbün səhvlərini deyirdilər. Sonra hər iki qütb onlara sənin 
dediyni dedi: “yaxşı bəs bu qədər ağıllısınızsa, sizin təklifiniz 
nədir?” Onların isə bir cavabı yox idi, ola da bilməzdi. Çünki 
axımın  əsas  mahiyyəti  tənqid  idi.  Onlar  heç  bir  təkliflərinin 
olmadığını dedilər. Tənqidi nəzəriyyənin təklifi olmur. Mənim 
heç bir təklifim yoxdur. Vecimə də deyil axı heç. İstədiklərini 
etsinlər. Virus kimi bütün planetlərə yayılsınlar istəyirlər. Ya 
yoxa çıxsınlar, o da vecimə deyil. “Könüllü İnsan Nəslini Bi-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə