Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə46/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   42   43   44   45   46   47   48   49   ...   123

150
Sonra  xatırlamaması  gərəkdiyini  xatırladı.  Xatırlamağın 
ona qadağan olduğunu xatırladı. Xatirələrin üzünə qondurmuş 
olduğu təbəssümün yerini lənət bir kədər aldı.
Bütün bu düşüncələri bir dəqiqəlik arxa cibinə qoyub dü-
şünməmək  və  xatırlamamaq  üçün  başını  silkələdi.  Geriyə, 
soyuq daşın üstünə uzandı. Təkrar qalxdı. Düşünməmək və 
xatırlamamaq,  ona çox uzaq kəlimələr idi. Bunun üçün ya 
içməli ya çəkməli ya sevişməliydi. Kaşki “ya da yatmalıydı” 
deyə bilsəydi düşə düşündü ancaq yox, yatarkən də şüurüstü-
nün yerinə şüuraltı düşünür və bu onu daha da yorurdu bəzi 
gecələr. Bəlkə də bara gedib biraz içməliydi deyə düşündü. 
Uzun  müddətdi  özündəydi,  yəni  ən  azından  bugün  səhər-
dən etibarən. Və özündə olduğu anlar, ən çətinləriydi, ya da 
ölümə ən yaxın anları.
* * *
Getmək üçün ayağa durdu. Bayaq yanından keçmiş yeni-
yetmələri gördü ondan bir qədər aralıda oturan. Hansısa film 
barədə qızğın müzakirə edirdilər.
Gəncliklərini qısqandı. Artıq ona maraqsız gəlirdi. Ədəbiy-
yat, filmlər ya başqa nəsə. Təkrar və təkrar eyni şeylər. İndiki 
nəsil əvvəlki insanların təsəvvür belə edəcəyindən daha çox 
film və kitabda fərqli hekayələr görmüşdü ancaq artıq hamısı 
təkrar və təkrar edirdi. Fərqli filmlər və kitablar ancaq bənzər 
sujetin fərqli formaları idi. Əlbətdəki bunlar sadəcə yeniyet-
mələr üçün hələ də həyəcanlı idi, çünki onlar dünya ilə yeni 
tanışırdılar və hər şey onlar üçün yeni idi. Onları qısqanırdı 
Mavi ancaq bəzən elələriylə söhbət edə bilmirdi, onların en-
tuziazmına cavab verə bilmirdi. Həyəcanla yeni oxuduğu ya 
izlədiyi filmdən bəhs edən gənc. Yeni heçnə qalmamışdı. Hə-
yatının elə bir nöqtəsindəydi ki artıq qəbul edirdi ki insan bir 
yerdən  sonra  hər  şeyi  təkrar  etməyə  başlayır.  Heç  vaxt  çox 
sevsə belə eyni filmi təkrar izləyə bilmirdi o. Təkrarı sevmir-
di və yenilik aşiqiydi. Ancaq bir nöqtədən sonra ayılırsan ki 
dünyada mahiyyət etibarı ilə sənə maraqlı heçnə qalmayıb və 


151
keçmiş sevdiklərinə bürünürsən. Təkrar oxuyursan eyni kitab-
ları bəzən. Eyni insanlarla daha tez-tez görüşməyə başlayırsan. 
Qadınlara olan ehtirası belə təkrarın qurbanı olurdu. Bir nöqtə-
dən  sonra  fərqli  qadınlar  belə  eyniləşir  və  maraqsızlaşırdı. 
Əsas da media dövründə insanlar, eləcə də qadınlar bir-birinin 
təkrarı, surəti kimiydilər. Media insanlara o qədər təsir etmişdi 
ki fikirləri, hətta əl hərəkətləri belə hansısa məşhuru ya məşhur 
ideyanı təqlid edirdi. Orijinal ruhlu insanlar gizlənmişdilər və 
ruhlarının pozulmasından qorxurdular sanki.
Geri dönüb getməyə hazırlaşarkən solda, ondan on beş ya 
iyirmi  metr  məsafədə  oturan  iyirmili  yaşlardakı  gəncə  ilişdi 
gözləri.  Biraz  da  diqqətli  baxdı  və  onu  tanıdı. Aradakı  iyir-
mi otuz illik fərqə baxmayaraq onu şəkillərdən xatırladığı qə-
dərilə tanımağa müvəffəq ola bilmişdi. Yanına doğru yeridi. 
Gənc  oturub  şəhəri  izləyirdi.  Yaxınlaşdı  Mavi.  Əlini  cibinə 
salıb siqaret paketini tutdu və gəncin yanındaca dayanıb səs-
ləndi,
- Siqaretin olmaz?
- Aha, var, bir dəqiqə - deyib gənc əlini cibinə atdı – bu-
yur – deyib Maviya doğru uzatdı siqareti və davam etdi – son 
həftələrimdi  düzü,  buraxacam  bir  dəfəlik,  əgər  istəsən  yenə 
verə bilərəm, siqaretimin azalmağı mənə də sərf edir, daha az 
çəkirəm. Əslində bu il Universiteti bitirdikdən sonra buraxa-
caqdım ancaq qərar verdim ki elə indidən buraxım.
Gənc, Mavini tanımamışdı.
- 55 yaşında səhhət problemlərin ortaya çıxana qədər siqa-
reti heç vaxt buraxmayacaqsan və hüquq fakultəsini heç vaxt 
bitirə  bilməyəcəksən  –  dedi  Mavi  şəhər  işıqlarını  izləyərək 
siqareti dodaqları arasına qoyub yandırarkən.
- Hü..hüquq oxuduğumu hardan bilirsən?- deyə kəkələdi 
gənc Maviyə təəccüblə baxaraq.
- Haqqında sənin bildiyindən daha çox şey bilirəm deyək. 
Həm oxuyub həm də axşama qədər işləyib kiçik bacılarını tək 
böyütdüyün kimi məsələn.
- Başa düşmürəm.


152
- Başa düşməyinə ehtiyac yoxdur, istəsən belə başa düşə 
bilməzsən. Ancaq  istəsən  əgər,  sənə  bir  məsələdə  köməyim 
dəyə bilər.
- Nə məsələsi?
- Bir gün birinin ölümünə səbəb olacaqsan və bu həyatı-
nı alt-üst edəcək. Bunun qarşısını əgər dediklərimi etsən, ala 
bilərsən.
- Mən? Mən birinin ölümünə necə səbəb ola bilərəm? Niyə 
səbəb olum?
- Böyük qardaşının 40cı ad günündə artıqlamasıyla sərxoş 
olacaqsan və içki bitdiyi üçün təkrar almağa mağazaya getmə 
qərarı verdiyində evdəki hamı getməməyini məsləhət görə-
cək. Sən inkar edəcəksən və özün sürmək istəyəcəksən ma-
şını. Böyük qardaşın məcbur qalıb səninlə gələcək. Qırmızı 
işıqda dayanmayıb keçərkən sağ tərəfdən bir maşın sürətlə 
sizə çarpacaq və qardaşın ordaca keçinəcək. Özünü heç vaxt 
bağışlamayacaq və içkiyə daha da çox bağlanacaqsan. Bəd-
bəxt bir həyatın olacaq və hamı sənə qardaşının ölümünə sə-
bəb olduğun üçün nifrət edəcək. Nə olur olsun, o ad gününə 
getmə.  Gedib  də  içməyəcəyini  ya  sürməyəcəyini  düşünür-
sənsə, yanılırsan.
- Nə danışırsan sən? Hansısa narkotik maddənin təsiri al-
tındasan hə?
- Sənin səbəb olacağın ölümləri danışıram.
- “Ölümləri?” Başqa da var yəni?
- Aha.
- Kim?
Bir anlıq dayandı Mavi. Söhbəti davam etdirib etdirməmə 
mövzusunda əmin deyildi. Əslində illərcə bu anı gözləmişdi 
deyə düşündü, tərəddüdünü bir kənara qoyub cavab verdi.
- Səncə bütün insanların ölmələrindəki əsas səbəb nədir?
- Necə bəyəm? Qocaldıqları üçün?
- Bu cavab özünü öldürəcək olan insanların fəaliyyətinin 
səbəbini izah etmir.
- Özünü öldürmək? Axı o başqa məsələdir, o zəiflik və ax-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə