Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə42/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   38   39   40   41   42   43   44   45   ...   123

138
xoşbəxtlik sizi tapmalıdır. Xoşbəxtlik bəlkə də dünən əqrəb-
lər saat tam üçü göstərdiyində Washington küçəsindən keçirdi, 
bəlkə də bugün saat beş radələrindən yaxınlıqdakı otelin lobi-
sində olacaq ya da bəlkə də xoşbəxtlik sabah səhər saatlarında 
sahildə gəzəcək. Şans yaradaraq xoşbəxt olma ehtimalını artır-
maq olar, ancaq siz yenə də onun sizi tapmasını gözləməlisi-
niz. Xoş bir bəxtiniz olmalıdı ki xoşbəxt olasınız. Xoşbəxtlik 
bəlkə bir insandı, bəlkə bir kölgə, bəlkə gerçək bir xəyal ya 
sadəcə xəyaldan ibarət bir reallıq. Ya da bəlkə xoşbəxtlik sadə-
cə bir düşüncə idi.
Maviyə  görə  xoş-bəxtlik  həyatdakı  təsadüflərin  kəsişmə 
nöqtəsiydi. Həyat bir müstəvidirsə, o müstəvidəki sonzus düz 
xətlər  həyatdakı  fərqli  seçimlərin  sayıdır  və  insan  o  müstə-
vidəki  sadəcə  bir  nöqtədir.  Hərəkət  edərək  digər  düz  xətlər-
lə kəsişən bir xətt yaradır insan. Seçimlərinin limitli olduğu 
dünyada nə qədər çox hərəkət etsə o qədər çox ehtimal yara-
da bilər özünə. Ona görə bir şəhərdən başqasına, bir ölkədən 
başqa ölkəyə, bir qadından başqa qadına, bir işdən başqa işə 
qaçmışdı həmişə və hamısını yarım qoymuşdu. Acgözlüyünü 
doyurmağa çalışmışdı. Hər nə qədər seçimlərin arxasınca qaç-
maq  bütün  seçimləri  seçə  bilmədiyi  üçün  onu  tam  məmnun 
etmirdisə də, ən azından bu reallıqdan uzaqlaşdıraraq diqqətini 
dağıdmağa kömək edirdilər.
Beləcə hamı öz şansını yaradırdı. Hərəkət edərək şansını 
artıra bilərsən. Təsir əks təsirə bərabərdir. Nyutonun üçüncü 
qanunu.  İstədiyini  əldə  etmək  üçün  öz  şansını  yaratmalı  və 
təsadüflərin kəsişmə nöqtələrindən keçməyə çalışmalısan. Bu 
əziyyət tələb edir, ancaq kifayət qədər cəhd etsən, bəlkə istədi-
yini əldə edərsən.
Ölmək, - deyə düşündü yenidən - peşmanlığınını yaşama-
yacağın tək seçim ölümdür. Möhtəşəm bir hiss idi bunu dü-
şünmək. Bir qərar verirsən və heç vaxt peşman olmursan, eh-
timalı belə yoxdu. Bundan daha gözəl nə ola bilərdi? Ölümü 
düşünmək onu həmişə rahatlatmışdı. Bu düşüncə insana sanki 
istədiyi hər şeyi etmə azadlığı verirdi. Ölməyi gözə alaraq ya-


139
şamaq möhtəşəm bir şey idi. Necəki itirəcək heç nəyi olma-
yanlar itirməkdən heç vaxt qorxmazdılar, bu da elə. Başına bir 
silah dayanılsaydı, vur deyə biləcək qədər cəsarətli hiss edirdi 
o anlarda. Möhtəşəm bir hissi idi bu.
Başını qaldırıb buludlara baxdı. Xoşbəxt görünürdülər. Bu-
ludların axışında şüuraltısının hakimiyyəti altına keçdi Mavi. 
Baxdığı buludlar qıvrılıb qorxulu ilana çevrildilər. Hər tərəfi 
qaranlıq basır və qorxunc ilanın dəhşətli sarı gözləri ona baxa-
raq dilini oynadırdı. Sonra uşaq vaxtı təkrarlayan aralıqlarla 
gördüyü o yuxudakı ilana çevrilir, qapı deşiyinin içində qıvrı-
laraq onu izləyən ilan olurdu. Sanki bir şeylər demək istəyirdi 
və illərdi arxasındaydı. Bəlkə də onun əzrailiydi. Ondan qorx-
madığını  göstərmək  üçün  düz  gözünün  içinə  baxırdı  Mavi. 
İlan  yox  olur  və  ətrafı  duman  bürüyürdü.  Duman  səhradakı 
toz buluduna çevrilir və toz buludunun içindən şimal küləyini 
arxasına almış  bir atlı gəlirdi yəhər üstündə, başı dik və məğ-
rur.  Atlı onun yanından keçərkən səhnə yavaşlayır, hər şey bir 
anlıq donur və cəngavər başını yavaşca çevirərək ona baxaraq 
keçirdi yanından, dəbilqəsinin içindən sadəcə gözləri görülür-
dü. Sanki xəyal ona bir şeylər deyir ancaq o heçnə anlamırdı.
Quru yarpaqlar arasında eşələnən kiçik bir dələnin çıxardı-
ğı səs fikrini dağıtdı. Təpəliyə çatmışdı. Qalxıb sakit və kim-
səsiz bir qayanın üstünə oturdu. Ətrafda çox da kimsələr yox 
idi.  Yanda qayaları dələrək  qərbə doğru uzanıb gedən çay var 
idi. Çayın şəffaf suyunun sanki sinəsinə axtığını hiss etdi. Ət-
rafdakı üstü divar yazıları ilə dolu iri qayalar kiçilmiş nəhəng 
dağları xatırladırdılar. Hər tərəfləri rənglənmiş, üstlərinə şəkil-
lər çəkilmiş və sloqanlar yazılmışdı. Hər təpənin ya qayanın 
üstündə  aralıqlarla  bir  yalnız  oturub  şəhərin  yüksəkdən  gö-
rüntüsünü  ya  günbatımını  izləyərdi  adətən. Yada  psixodelik 
maddələrin təsirində gənclər ağacların arasında özlərini itirib 
reallıqdan qaçmağa cəhd edirdilər.
Bu ağacların arasında lsd təsiri altında eqosunun öldüyü və 
günəşlə danışdığı günləri xatırladı. Bütün ağacları və insanları 
qucaqlamaq istədiyi anları. Bütün mənliyinin silinib özünü bir 


140
bitki, təbiətin bir parçası kimi bir bütün olaraq hiss etdiyi vaxt-
ları xatırladı. Özünü kökü olmayan bir bitki kimi hiss edirdi 
zaman-zaman. Yetəri qədər şüur açılsaydı əgər insan özünü bir 
enerjinin, bir bütünün parçası kimi hiss edə bilərdi. Sanki ha-
mının bir ulduz tozu olduğunu hiss edə bilirdi o anlarda. 
Eqo ölümü inanılmaz bir hiss idi. Beyin və insan normal 
gündəlik gedişat ərzində daima “mənlik” üçün vuruşur, başqa-
ları tərəfindən fərqində olunmaq istəyir və olunmayanda fərd 
üzülürdü. Buna görə də yalnızlığı sevmirdik. Təkamüli olaraq 
olduqca sadə açıqlaması var, tək insan həyatda qala bilməzdi, 
başqalarına ehtiyac var idi. Yalnız qalmamaq və başqalarının 
sənin yanında olması üçünsə sənə ehtiyacları olmalıdır. Bacar-
dığın nəsə bir şey ya yaxşı bir tərəfin olmalıdır. “Mənliyinin” 
qeydinə  qalmalısan.  Buna  görə  də  insanlar  təkamüli  olaraq 
status üçün can atıb, vəzifə sahibi olmağa çalışıblar və eqoları 
onları həyatda tutmuşdu. Eqo, təkamülün insanı qorumaq üçün 
formalaşdırdığı ən böyük qoruyucu idi, o olmadan yəqin ki bir 
çoxları ya həyatda qalmaq üçün lazım olan savaşı verməz, sü-
rünər ya da intihar edərdilər. Əslində elə də olmuşdu. Ölmüşdü 
bütün eqosuz insanlar və biz hamımız, eqoistlərin davam edən 
nəsilləriydik, eqoist genlərin kədərli uşaqları.
Beləcə  təkamül  təbii  seçmə  üsulu  ilə  eqoist  olmayanları 
zəifləri – ya da istəksizləri – aradan çıxarmış və yalnızca ən 
optimal olanların, eqoistlərin nəsli davam etmişdi. Bəli, onlar 
ölmək istəyənlərə zəif ləqəbi taxmışdılar. Sanki istəmədən və 
bilmədən bir oyuna salınmış insanların hamısı o oyunu oyna-
malı və sevməliymişcəsinə, istəmədən və bilmədən doğulmuş 
bütün insanlardan həyatı sevmələrini gözləyirdilər. Ya da oyu-
nu  qaydalarına  görə  oynamayanlara  uduzmuş  adı  taxmışdı-
lar. Uduzmuş – deyə iç səsiylə kinayəli formada tələffüz etdi. 
Uduzmuş. Əgər müvəffəqiyyətli deyilsənsə uduzmuş sayılır-
dın. Bəlkə istəksiz? Hə, istəksiz. Ya da psixoloji dillə apatiya 
və ya fəlsəfi dillə nihil. Və ya yox. Hər nihil insan həyata qarşı 
apatiya hiss etməyə bilərdi. Ya da hər apatiya vəziyyətindəki 
zehin nihilist olmaya bilərdi. Ancaq heç şübhəsiz, bu ikisinin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə