Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   35   36   37   38   39   40   41   42   ...   123

128
ru. Dodaqları arasındakı siqareti alışdırdı. Və son vəzifəsini də 
yerinə yetirmiş olan xatirəni alovun tam ortasına doğru atdı. 
İnsanda olduğu kimi, xatirələrin də tək xilas yolu varlığın ağır-
lığından qurtularaq yoxluğu qucaqlamaq idi.
Ürəyinin ağrısı, ona əlindəki yanığın ağrısını unutdurmuş-
du. Geri dönüş yolunda əlinin sızıldadığını hiss etdi. Evə gəlib 
soyuq suyun altına tutdu əlini. Kaş ki ürəyini də tuta bilsəydi 
deyə düşündü. Başını qaldırıb güzgüyə baxdı. Üzünün hər çiz-
gisini incələdi. Görmək istəmirdi. Baxmaq istəmirdi. İstəmsiz 
olaraq yumruğunu düz üzünün ortasına vurdu. Görmək istəmə-
diyi üzündən indi sınıq güzgüdə on-onbeş dənə görürdü. San-
ki içindəki şəxsiyyətləri idi və düz gözünün içinə baxırdılar. 
Parçalanmış güzgü, Mavinin tam gözünün içinə baxaraq sanki 
ona bir şeylər deməyə çalışırdı. Sağ əlindəki yanığı sakitləş-
dirmək üçün girdiyi hamamdan digər əli kəsik və qanlı olaraq 
çıxmışdı Mavi. 
Ürəyini qucaqlayıb yatmışdı o gecə Mavi, başqa qucaqla-
yacaq kimsəsi yox idi. O gecə, terapist dinc yatmışdı. Xoşbəxt 
və intensiv həyatı Mavinin dediklərini bir neçə saata unutdur-
muşdu. Maviysə, əlləri yaralı, ürəyi əzab içində yatan tərəf idi. 
Otağını yandıran tərəf də o olmuşdu. Taleyin istehzası bu ol-
muş olmalıydı.
* * *
– Je suis malheureux. 
–Sans blague! Depuis quand? 
– J’avais oublié.
Mən xoşbəxt deyiləm
-Yox bir! Nə vaxtdan bəri?
-Xatırlamıram
En attendant Godot  (Qodotu gözlərkən)
Samuel Beckett, 1953


129
8
GERÇƏYIN HALLÜSINASIYALARI
Artıq  evtanaziya  kampları  barədə  bir  qərar  verməliydi. 
Ya da bəlkə də artıq qərarını vermişdi özü də bilmədən. Plan-
ladığından  daha  da  tez  müddətə  gedəcəkdi.  Bitirmək  istədi-
yi bir-iki son kiçik planı qalmışdı. Görüşmək istədiyi bir-iki 
nəfər var idi. Onlarla görüşəcəkdi. Sonra da sağollaşacaqdı bu 
lənət şəhərlə. Zəng etmək üçün yaxınlıqdakı küçə telefonları-
na getməyə qərar verdi. Son işindən ayrıldıqdan sonra telefo-
nundan da yaxasını qurtarmışdı, izolyasiyaya ehtiyacı var idi 
bir  müddətlik.  Texnoloji  inkişafın  yetirməsi  olan  telefon  və 
kompyuterlər ona toxuna bilmədiyi xatirələrinin ya uzaqlarda-
kı sevdiklərinin donmuş surətlərini göstərməkdən başqa bir işə 
yaramırdılar onsuz da.
Evdən çıxmamışdan bir göz atdı otağa, hər şey yerdəydi, 
dağıdılmışdı. Huşunu itirəcək dərəcədə əsəbləşdiyi son axşam, 
xəbəri olmadan qırmış olduğu əşyalara göz atdı. Qırılmış ol-
duqlarına heyfsləndi. Sanki onlara bir daha ehtiyacı olacaqmış 
kimi.
Ayda  bir  ya  həftədə  bir  dağıdırdı  otağını  və  əşyalarını 
Mavi.  Onu  sakitləşdirirdi  bu.  Hər  kəsin  özünə  aid  bir  ota-
ğı olmalıydı deyə düşünürdü Virginia Woolf’un dediyi kimi, 
başqalarından uzaq,  istəyəndə vurub  dağıda biləcəyi. Boşal-


130
maq üçün. Mavi hər dəfə içir, dağıdır və səhər yığışdırırdı əş-
yalarını. Psixodelik maddələrin istifadəsinə başladıqdan sonra, 
oturub saatlarca söhbət etmişdi o vaxtlar olduğu evdəki əşya-
larla, yalnızlıqdan. Onda başa düşmüşdü, canlı və cansız deyə 
bir ayrım olmadığını, küçədəki ağacdan tutmuş elektrik dirəyi 
ya svetofora qədər hamısının bir hekayəsi olduğunu. Oturub 
saatlarca onların arasında və söhbətlərində itmişdi. Divardan 
asılı olan lampa məsələn, ona son günlərdə onu yaxşı gördü-
yünü demişdi. Sonra ona hər şeyi danışmışdılar, daha əvvəlki 
kirayəçilərin  həyatlarından  danışmışlar  ona,  neçə  həyat  gör-
müş olduqlarından danışmışdılar. Heyran və valeh olmuşdu, 
ətrafında nə qədər hekayənin olduğundan və onun xəbərinin 
belə olmamış olmasından. Küçənin başındakı ağac məsələn, 
ona nə qədər yorulduğundan və bahar üçün necə darıxdığın-
dan bəhs etmişdi. Bəlkə də hallüsinogen maddələr deyildi onu 
əşyalarla danışdıran, bəlkə də yalnızlığıydı onun xəyal gücünü 
genişləndirən  şey.  İnsanın  bəyəndiyi  bir  söhbət  dostu  olma-
yanda dialoq quracağı tək insan özü olduğu üçün xəyal gücünü 
genişləndirmək məcburiyyətində qalır. Psixodelik maddələrin 
istifadəsi onun özünü aldatma forması idi bəlkə də, özünü dəli 
olmadığına, sadəcə maddənin təsiri altında olduğu üçün bu-
ludlarla danışdığına inandırırdı.
Boş  divarlarda  tək-tük  əşya  asılı  qalmışdı,  onlardan  biri 
də  çox  sevdiyi  dəlisov  Sokratın  Jacques-Louis  David  tərə-
findən 1787ci ildə yağlı boya ilə canlandırdığı “Sokratın ölü-
mü” adlı rəsm əsəriydi. Yaxınlaşıb əsərin qarşısında dayandı 
və son dəfə baxdı rəsmə. Atina cəmiyyətinin kefini və gənc-
lərin əxlaqını pozması ilə təqsirləndirilən Sokratın yunanlılar 
tərəfindən edamı göstərilirdi əsərdə. Şəhərin tanrılarını inkar 
edirdi və gənclər onu təqlid etməyə başlayırdılar. Fikirlərini 
və hərəkətlrəini təqlid edirdilər, hətta onun kimi ayaqyalın və 
ac gəzirdilər. Dəlisov Sokrata ya şəhəri tərk edib insanlara öz 
fəlsəfəsini aşılamaqdan əl çəkmək ya da ölüm təklifi edilmişdi 
və o ölümü seçmişdi. Rəsmdə tələbələri onun başının üstünü 
kəsdirib kədər və tədirgin baxışlarla gözləyirdilər. Kədərdən 


131
ağlayan müridlərindən biri ona içmək məcburiyyətində olduğu 
baldırğan otu zəhərini uzadır və onu ən çox sevən tələbəsi Pla-
ton dizini sağ əliylə qavrayaraq son dəfə heyran baxışlarıyla 
ona baxırdı. Sokrat isə ölüm anında belə sol əlini göyə qal-
dıraraq hələ də öz mübarizəsini və fikirlərini müdafiə edirdi. 
Sokratın ölümə gedərkən belə özünə olan inamını və cəsarətini 
izlədi. Hər baxışında heyran qalırdı. Rəssam yaxşı iş çıxarmış-
dı. O da Sokrat kimi cəsarətli ola biləcəkmiydi görəsən intihar 
anında?  Sokrata  qarşı  bəslədiyi  bir  sevgisi  var  idi,  bəlkə  də 
onun çürümüş bədənindən ayrılan atomlardan birinə sahib idi. 
Bu əsər indi divarda asılı qalan tək şey idi və son vaxtlar ona 
hər baxışında intiharı üçün özündə cəsarət toplaya bilirdi. Sok-
ratla son bir dəfə sağollaşdı və “Sənin əksinə dostum, mənim 
Asklepiyə olan borcumu ödəyəcək kimsəm belə yoxdur” söz-
ləri töküldü dilindən.
Sonra divarın o biri tayında asılı duran yarısı cırılmış dün-
ya  xəritəsinə  baxdı.  Yaşadığı  bütün  otaqlarda  həmişə  xəritə 
asmışdı. Ancaq bu son otağındakı xəritəni ölkədən çıxma qa-
dağası səbəbilə gedib gəzə bilmədiyi üçün cırmışdı əsəbindən. 
Artıq xəritələr ona səyahət eşqi yerinə təşviş verirdilər sadəcə. 
Onsuz da ölkədən çıxma icazəsi olsaydı belə az maaşlı işlərdə 
işlədiyi üçün gedib gəzə də bilməyəcəkdi heç haranı.
Gözlərini xəritədən ayırdı. Bu son yaşadığı otağa yalnızlığı 
səbəbilə nə qədər nifrət etdiyini düşündü. Yerə səpələnmiş olan 
Laraya bəstələnmiş quru ləçəklərin üstündən keçib bir-iki əş-
yanı yerdən götürüb düzəltməyə cəhd etdi. Ləçəklərin xışıltısı 
səssiz divarlarda əks səda verdi. Həddindən artıq əşya yerdəy-
di. Hər dəfə dağıtdıqdan sonra səhəri günü yığışdırmışdı onları, 
bu dəfə yığışdırmamağı qərara aldı. Qapıya doğru yeridi. Sanki 
əşyaların onun arxasından baxdıqlarını hiss edirdi və sanki əş-
yalar, onun hara getdiyini bilirdilər. Başını çevirib hüznlü göz-
lərlə son dəfə olaraq otağı süzdü. Bir-bir, ən sevdiyi əşyaların 
gözlərinin içinə baxdı. Onun və içəridəkilərin, hamının tükləri 
biz-biz oldu. Getmə vaxtıydı, bunu hiss edirdi. Qapını açıq bu-
raxıb pilləkənlərdən aşağı enib arxasına baxmadan çıxıb getdi.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə