Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   37   38   39   40   41   42   43   44   ...   123

135
* * *
Alçaq dağ və hündür təpələrin olduğu o əraziyə doğru ye-
ridi. Meşəvari, sıx ağac və təpəliklərin olduğu bir yeriydi. Ona 
bəzən elə gəlirdi ki ora gələn insanların heç biri xoşbəxt deyil-
di və şəhərin gurultusundan qaçıb onu uzaqdan izləmək təbiət-
lə birlikdə olmaq üçün gəlirdilər. Adətən hər təpənin üstündə 
ya bir yalnız, ya iki tənha insan olurdu. Yenə burda danışmışdı 
o ağaclarla. Sehirli göbələklərin təsiri ilə bəzən qorxmuş bəzən 
qucaqlamışdı onları.
Havada çox gözəl payız ətri varıydı. Heç vaxt düşünməz-
di ki nə vaxtsa payızı arzulayacaq. Ancaq indi, ilk dəfə ola-
raq birdən birə payızın necə də gözəl fəsil olduğunu düşündü. 
Uşaq vaxtı ən sevmədiyi fəsil idi payız. Ancaq indi, ona həsrət 
duyurdu. Payızı və yarpaqların tökülüşünü düşünərkən içində 
o ağladıqdan sonra gələn boşalma və rahatlamanı hiss edirdi. 
Payız, ən yaxşı fəsil olmalıydı deyə düşündü. Yolun üstündəki 
və kənarlarda yerlərə sərilmiş ağacların göz yaşlarını, sarıdan 
qırmızıya doğru rəng dəyişən yarpaqlara baxdı. Payızı qucaq-
lamaq istəyirdi. Havada payız ətri var idi və o xoşbəxtlikdən 
ağlamaq istəyirdi.
Bir  qərar  vermişdi  və  onun  rahatlığını  yaşayırdı.  Bəzən 
ən  pis  qərar  belə,  qərarsızlıqdan  yaxşıydı.  Beyin  qərar  ver-
mə anlarında fəaliyyətinin pik nöqtəsinə çatırdı. Seçimlər və 
qərarlar beyni  yorurdular. Tənbəllik və  heç bir  işi  görməmə 
istəyi,  ediləcək  istənilən  şeyə  qarşı  yaranan  təxir  etmə  hissi 
burdan gəlirdi. Frontal lob veriləcək istənilən qərarda işə düşür 
və sanki bir elektronik aparat kimi qızır və yorulurdu. Qərar 
verilə bilinmədiyi anlarda və bir neçə ya iki seçim arasında 
qalındığında isə bu prosses insanda təlaş və narahatçılıq ya-
radırdı. Ancaq verilmiş qərar səhv belə olsa ən azından onun 
artıq qərarlaşdırılmış olması bir az da olsa sakitləşdirirdi beyni 
və neyronları. Baxmayaraq ki ağlın bir hissəsi yenə də digər 
seçimlərdə qalırdı, hansı ki buna görə də insan heç vaxt tam 
olaraq  dinc  ola  bilməzdi  faktiki  olaraq.  Çevrilmiş  bir  radio 


136
stansiyasını ya televiziya kanalını dinləyib də digərlərini gö-
zardı edə bilmək sağlam iradə ya da ən azından nisbətən düz-
gün iradə tələb edirdi. Bəlkə də buna görə Kasparov şahmatı 
beyin işgəncəsi adlandırırdı çünki veriləcək qərarların sayı bir 
yığın idi və beyin yorulurdu deyə düşündü.
Bəzi  seçimləri  gözü  yumulu  edirsən  onların  doğruluğuna 
əminsən ya da əmin olduğuna dair özünü inandırırsan. Hər şey 
haqqında düşünüb nəticəyə gələ və hər şeyi bilə bilməzsən ona 
görə bəzi şeylərə məcbur inanırsan. Doğrusuna əmin olmadan 
seçdiyin  cavaba  inanırsan  ideologiyandakı  boşluqları  doldur-
maq üçün. Məsələn deyirsən ki öldükdən sonra insan yox olur 
ancaq əslində isə müşahidə etməmisən. Eynilə oyaq olduğunda 
oyaq olduğunu bildiyin kimi bunu da doğru qəbul edirsən. Əs-
lindəysə oyaq ikən belə bir kompyuter ya süni intellekt simu-
lasiyasının içində olub olmadığından belə əmin ola bilməzsən.
Bir qərar vermişdi və onun rahatlığını yaşayırdı. Yaşamaq 
seçmək demək idi, hər anında. Hər anda bir seçim var idi. İx-
tiyari və qeyri-ixtiyari qərarlar toplusu. Beyin həyatda oldu-
ğu hər an qərar vermək zorundaydı. Sağolsun ki qeyri-ixtiyari 
olanları  beyin özü bizim yerimizə yerinə yetirirdisə də, ix-
tiyari olanlara birlikdə qərar verməliydik - bizi manipulasiya 
etməyə çalışan hisslərimizlə savaşaraq. İntuisiyalar rasionaliz-
mə qarşı. İki yenilməz düşmən ordu. İnsanın düşüncə və qərar 
vermə prossesinə ən çox təsir edənlər intuisiyalar və emosiya-
lardır. Genlər və hisslər. İnsan tam olaraq rasional qərar verə 
bilməz buna görə də. O lotareyanın həmişə ona çıxma ehtima-
lının  normalda olduğundan daha da yüksək olduğuna inana-
caq. Çünki insanların böyük çoxluğu təkamüli olaraq optimist 
düşüncə tərzinə meyillidir. Əks halda meşədə ac qalan ilkin in-
san riskə girməz və ac qalardı. Rasional düşüncə tərzinə sahib 
heç bir canlı bir başqasının sağlığı üçün heç vaxt müharibəyə 
getməzdi məsələn. Buna görə də rasional düşüncə tərzi ancaq 
süni intellektin düşüncə tərzi ola bilər, insanın yox.
Beynimizdə seçimlər və qərarlarla apardığımız böyük bir 
müharibə var. Ehtimalları bir-biri ilə ölç və ən faydalı və doğru 


137
olanların içindən birini seç. İnduktiv və deduktiv müddəalar, 
mühakimələr, maksimal fayda və yorğun beyin.
Seçilən seçimlərin peşmanlığı ya da seçilməmiş olanlarda 
qalan ağıl. Tək şəhər seçib orda yaşamaq və bunun ən yaxşı 
olduğuna özünü inandırmaq. Seçimsiz yaşaya bilərdimi insan? 
Şərq fəlsəfəsini düşündü və Allan Watts’ın sözlərini xatırladı, 
“bir buludu səhv edərkən görmüsünüzmü?” deyirdi. Seçimlər-
dən özünü azad etməkdən bəhs edərkən. Bulud sadəcə gedir, 
seçmədən, səhv etmədən. Su kimi yaşamaq mümkün idimi? 
Sadəcə axmaq və qərar verməmək. Seçiləcək heç bir seçimdən 
peşman olmadan yaşamaq. Fikirləşmədən. Meditasiyanın bey-
ni sakitləşdirmə və xoşbəxt etmə səbəbi bu idi doğrudan da, 
seçməmək və düşünməmək.
Bəzi günlər - bir çox günlər - ya da deyəsən son bir ildir, 
ayağını evədən çölə atası gəlməmişdi ona görə də. Çünki aya-
ğını çölə ataraq  - ya da atmayaraq - yeni bir "mən" yarada-
caqdı. Atacağı hər addım ona yeni bir yol açacaqdı və bunun 
ağırlığını qaldıra bilmirdi. Evdən çıxmaqdan imtina edirdi. Se-
çim etməkdən imtina edirdi. Ancaq evdən çıxmaqdan imtina 
edərək  də  yenə  bir  seçmiş  etmiş  olduğu  üçün  sinəsinə  yenə 
varlığın dayanılmaz ağırlığı çökürdü və son çarəyə baş vurur-
du: uyuşdurucular, içki və digərləri. Həyatının aqibətinin onun 
əllərində  olması  fikri  onu  dəli  edirdi. Azadlıq  fikri  onu  dəli 
ediridi. Şahmat taxtasındakı piyada olmaq istəyirdi. Piyadanı 
idarə edən yox. Eləsi daha rahat idi.
Bəzən onu bu seçimlərdən azad edən şey psixodelik mad-
dələr,  lsd  və  gobekler  idi.  Onu  sakinləşdirir  və  təbiətlə  bir 
edirdilər. Bir panteistə çevrilirdi. Hər şey tanrıdır və tanrı hər 
şeydir. Spinozanı və stoaçıları qucaqlayırdı. Su kimi axıb get-
məsinə  kömək  edirdilər.  Xoşbəxt  və  dinc  hiss  edirdi,  içində 
olduğu situasiya bədbəxtliyini göstərsə də. Xoşbəxtliyin əsas 
çoxluğu içimizdədir və bizə bağlıdır fikri doğru çıxır və sakin-
ləşirdi. Bir dərviş kimi bütün insanları başa düşür və qucaqla-
maq istəyirdi. Onlara rəhmi gəlirdi.
Düşünürdü ki, insanlar xoşbəxtliyi axtarır ancaq doğrusu 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə