Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə43/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   39   40   41   42   43   44   45   46   ...   123

141
kəsişməsi dərin bir dibə vurmaydı. Apatiya – iştahsızlıq və ni-
hil- mənasızlıq və heçlik vəziyyətinin kəsişməsi. Həyata qarşı 
dərin bir laqeyidlik, etinasızlıq və istəksizlik.
Uduzmuş deyə təkrar içdən-içə səsləndi. Sanki qələbə ya ka-
pitalizmin müvəffəqiyyət anlayışı arzusunda olan biri varmışca-
sına. Yoxsa var idi də özündənmi gizlədirdi? Bəlkə də istəyirdi 
Eqoist genlərin yetirməsiydi o nə də olsa. Qələbə, istər kapitalist 
mənada istərsə normal müvəffəqiyyət, status sahibliyi hər insa-
nın içində olan istək idi. Sadəcə bu istək görünüşə görə kifayət 
qədər güclü deyildi. Bir şeyləri əldə etmə istəyi hamıda böyük 
ola bilər, ancaq o istəyi əldə etmək üçün səni hərəkətə gətirən 
mexanizm, həvəs-motivasiya hamıda çox olmur. Bir başqasını 
əldə etdiyi şeylər üçün qısqanan insan o insanla özü arasındakı 
motivasiya fərqini nəzərə almadan kefini pozur. Həvəsinin fay-
dalı iş əmsalının aşağı olduğunu gözdən qaçırır.
Mavi eqoist deyildi. Beyni isə o qədər eqoist idi ki kibirində 
boğulurdu və bu Mavini dəli edirdi. Sıyrılıb qabığını dəyişən 
ilan kimi çıxa bilsəydi kaş istəmədiyi bədənindən ya beynin-
dən. Əslində beyni olmasa çox dinc yaşaya bilərdi bəlkə də, 
amma oradaydı, düz başının içində. Lənətə gələsi boz maddə.
O  və  onun  kimi  insanlar  təkamülün  nöqsanıydı  açıq-aş-
kar deyə düşündü uzaqlardan keçən bir təyyarəni izləyərkən. 
Bəzən özü-özünə təbəssüm edirdi, əgər həyatını intiharla son-
landırsa, təkamülü haqlı çıxaracaqdı. Zəif bənd olaraq aradan 
çıxmış olacaqdı. Bəzən qüruruna toxunurdu bu və inciniyirdi. 
Sinəsində bir şeylərin dağıldığını hiss edirdi sanki. Sanki için-
də beş mərtəbəli bir bina var idi və gurultuyla yerə enirdi bunu 
hər düşündüyündə. Ətrafı toz basırdı sinəsində.
Ancaq ölməsəydi belə, genlərini heç vaxt ötürməyəcəkdi, 
bundan əmin idi, heç vaxt törəməyəcəkdi, uşağı olmayacaq-
dı. İntihar etməsə belə heç vaxt bir övladı olmayacağı üçün 
yalnız və kimsəsiz olaraq ölüb gedərək təkamülü necə haqlı 
çıxaracağını düşündü. Sadəcə bioloji darvinizmi deyil həm də 
sosial darvinizmi də necə də haqlı çıxardığını düşündü indiki 
həyatına baxaraq. Heç vaxt status ya vəzifə davası verməmiş-


142
di və verməyəcəkdi də. Darvinizm sanki onu ayaqları altına 
almış əzirdi, birinci sol – bioloji ayağını basırdı üstünə, sonra 
sağ – sosial ayağını basırdı. Cəhənnəm olsun hər ikisi, sanki 
vecinəydi deyə iç keçirdi. Məsələ çox sadəydi, həyatda qal-
maq üçün əziyyətini çəkmək lazım idi. Ən sadəsi, qida üçün 
belə bir əziyyət çəkilməli ya hansısa işdə işləlməliydi. Və o 
bunu rədd edirdi. Məsələni qəlizləşdirən, bunu başa düşməyən 
insanların  olmasıydı.  O  dar  beyinləri  ilə  ətrafda  dolaşır  və 
sanki onlarınkindən başqa heç cür anlayış ola bilməzmiş kimi 
intihar  edən  insanları  anlamadıqlarını  deyirdilər. Təkamülün 
çiçək uşaqları, ən güclü bəndləri. Genlərin ən yaxşı əhliləşdir-
miş olduğu kölələr.
Bəzən onlara kin duyur, sonra özünü sakitləşdirirdi. Onla-
rın heç bir günahı yox idi zira. Danışan genlər olaraq baxırdı 
onlara. Özündən böyük ağzı olan tək hüceyrəli organizmlər. 
“Axı  insan  nə  olur  olsun,  necə  özünü  öldürmək  istəyə  bilər 
anlamıram?!!” deyən axmaq və eqoist genlər.
Sonra təkrar lsd’nin yaşatdığı eqo ölümü vaxtlarını xatırladı. 
Onu həyatda tutan bir qramlıq istək var idisə, o da eqo ölümü 
ilə yox olurdu, bir bitki kimi dolanırı ətrafda. O an heç tərəddüd 
etmədən özünü öldürə bilərdi doğru zamanda ölümü düşünsəydi 
əgər. Məsələn hündür bir şəlalənin tam başında durmuş olsaydı, 
qollarını quş kimi açar və özünü küləyin qollarına buraxardı, 
bunu ölmək üçün yox, küləyin onu başı boş bir yarpaq kimi hara 
gəldi aparması üçün də edə bilərdi. Onu tərəddüdə salacaq bir 
eqosu olmayacaqdı sağ cibində. Eqo ölümünün bu təsiri bütün 
insanlarda eyni olmaya bilərdi, ancaq o zaman-zaman ölüm dü-
şüncəsinin verdiyi o yüngüllüyü hiss etmişdi.
İnsan, ölümü düşündüyü zaman, deyək ki bu dəqiqə özümü 
öldürəcəm dediyi anda, gələcəkdə qaçıracağı anları düşünür, 
indidə ikən gələcək üçün darıxır. Gələcək. Genlərə yüklənmiş 
tək misiya. “Gedə biliyiniz qədər gələcəyə gedin” deyə fısılda-
mışdı onların qulağına ana təbiət. Bəs sonra? Heç nə.
Gələcək üçün darıxma təşvişi və indi ölsəm gələcəyi qa-
çıracam hissi yox olurdu sanki eqo ölümü yaşadığı anlarda. 


143
Öləcəmsə  öləcəm.  Vəssalam.  Necə  ki  indi  varam,  birazdan 
olmayacam və bu heçnəyi dəyişməyəcək. Təbiətin balansı po-
zulmayacaq. Hər gün ayaq altında əzilərək ölən milyardlarda 
bitki dənələrindən sadəcə bir başqası kimi, yox olub qurumağa 
üz tutacam. Vəssalam. Bu qədər asan və bu qədər çətin.
O an ölmək istəsən, içində səninlə davaya qalxacaq olan 
heç  bir  xudbin  və  mənfəətgüdən  eqon  olmayacaqdı.  İçində 
“Olmaz! Yaşamalısan!” deyə qışqıran bir xudbin olmayacaqdı. 
Bu anlarda fəlsəfənin ilk sualı eqoist genləri çaşdırırdı yenə: 
Niyə? Niyə yaşamalıyam? 
Arxasından keçən üç beş gəncdən yayılan lavanda qoxusu 
fikrini dağıdıb onu indidən keçmişə apardı. Neyronlar keçmiş-
də lavanda iylənilmiş bütün xatirələrin yaddaşda saxlanıldığı 
hissələrə hücum edərək impuls atəşinə tutdular və lənət darıx-
ma hissi işə düşdü. Sinəsi göynədi. Fikrini dağıtmaq üçün hər 
şeyi etdi və bir siqaret yandırdı. 
Ancaq  nə  olur  olsun  deyə  düşündü,  özünü  öldürsə  belə, 
bunu heç bir maddənin təsirində olmadan qərar verərək etmə-
liydi. Əgər ölməyə qərar versəydi, bəlkə ölüm anındakı psixo-
loji ağrıdan qurtulmaq üçün eqo ölümü yaşatmaq istəyə bilərdi 
özünə və sonra intihar edərdi. 
Eqo  ölümünün  qırtlağına  qədər  dayandığı  anlarda  özünə 
nifrət etmişdi bəzən, o anları xatırladı. İçində “mən” kəliməsi 
keçən bütün cümlələr dodaqlarına qədər gəlmiş ancaq ordan 
çıxa bilməmişdilər. Yanında birilərinin olduğu və onlarla ün-
siyyətdə olduğu anlarda deməyə hazırlaşdığı hər cümləni san-
ki qusarkən insanın refleksiv olaraq əlini ağzına apardığı kimi 
dodaqlarındaca saxlamış və deməmişdi. Dayanıb düşünmdüş-
dü. Niyə bu cümləni demə ehtiyacı hiss etmişdi? Məsələn di-
vardakı bir rəsmi göstərərək “Necədir? Mən çəkmişəm” demə 
anında,  eqonun  özünü  ortalığa  ataraq  işlətdiyi  mən  sözünə 
nifrət etmişdi. Sanki bir mələk ya dərviş ədasıyla qarşı tərəfi 
nə incidəcək, nə özünü ona göstərəcək, nə də eqosunu oxşa-
yacaq heç nə deməməyə və etməməyə çalışmışdı. Bədənin və 
dilin eləcə də insan xarakterinin əzələ yaddaşı tək əzbərləmiş 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə