Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə44/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   40   41   42   43   44   45   46   47   ...   123

144
olduğu hər tərəfindən eqo axan o hərəkətlər və kəlimələrin üst 
başından  necə  də  axdığını  görmüş  və  özündən  tiksinmişdi. 
Qeyd-şərtsiz, qarşılıq gözləmədən özünü  unudaraq sadəcə və 
sacəcə qarşı tərəfi düşünən bir altruistə, fədəkara çevirirdi eqo 
ölümü insanı.
Birdən daha əvvəl heç baxmadığı bir çərçivədən baxdı in-
tiharına: Qəribə bir formada Eqoistlik, həm insanın intiharına 
əngəl ola bilərdi, həm də intiharın səbəbi məhz elə eqoistliyin 
özü ola bilərdi. İnsan intihar edir çünki eqosu istədiyi həyatı 
yaşamır, amma həm də insan intihar edir çünki eqosu həm də 
yaşamaq istəyir. Əslində intihar edənlər həm ən eqoistlər həm 
də ən az eqoistlərdir kimi bir paradoks yaranır. O zaman eqo 
ölümü yaşanan anlar insanın intihara həm ən yaxın həm də ən 
uzaq olduğu andır.
Parçalanmaqda  olan  bir  buludun  son  çırpınışlarında  itdi 
baxışları. Və ölümü bu qədər düşünmüş olmasından olacaqdı 
ki, içində qışqırmaqda olan və boğazına dirənmiş o kiçik gen-
lərin gurultularını eşitdi. Onu qorxutmağa çalışırdılar. Necə də 
aciz idilər deyə düşündü. Ölməmək üçün yalvarırdılar. Onlara 
acıdı. Və əllərindəki son təhdidləri diqqətini çəkdi: ölümdən 
sonrakı həyat fikri ilə qorxudurdular onu.
Birinci dəfə idi ki ölümü düşündüyü anda, tərəddüd etmişdi 
bir anlıq, daha əvvəl, başına silah dayanmış olsaydı əgər həmişə 
tətiyin çəkilməsinə can atardısa, bu dəfə birdən tərəddüd etdi, ya 
burda bitməzsə deyə düşündü. Bir anlıq həm qorxmuş həm də 
çaşmışdı. Daha əvvəl heç bu barədə tərəddüd etməmişdi, təəc-
cübləndi. Və içində həqiqətəndə o qorxunun özünə yer etdiyini 
gördü, içində sanki bir şeylər ya burda bitməzsə ya gerisi varsa 
deyə onu qorxudurdu. “Əlbətdəki” deyə təbəssüm etdi uzaqlar-
dakı mənzərəni izləyərək. Genlər əllərindəki son kartlarını oy-
nayırdılar, əlbətdəki. Onu özünü öldürdükdən sonra belə başqa 
bir dünyanın olması fikri ilə qorxutmağa çalışırdılar.
Ölümdən sonrakı həyat düşüncəsi genlərin psixoloji müda-
fiə mexanizması olmalıydı. Və möhtəşəm bir mexanizm oldu-
ğu bariz idi. İnkar edilməzdi. Milyardlarca insanı inandırmağa 


145
nail olmuşdular nəticədə. Bir anlıq Mavi də tələyə düşürdü az 
qala deyə düşündü. Genlər və beyin fərdi həyatda saxlayacaq 
hər üsula əl atacaq qədər hiyləgər idilər. Genlərin beyinə təz-
yiqi ilə beyin şah əsəri olan sonrakı dünya mifini uydurmuşdu. 
Bu beynin şahəsəri olmalıydı. Yaratdığı ən böyük şahəsərlər-
dən biri olan tanrı belə bunun yanında sönük qalırdı. 
Təkamülün iziylə addım-addım geriyə gedək: Əgər məqsə-
di ölməmək və nə olursa olsun cütləşib çoxalaraq özünün daha 
yaxşı formasını yaradıb gələcəyə göndərəcək şüurlu bir orqa-
nizm yaransaydı, bu orqanizmin sıxıntıya ya bezginliyə düşüb 
özünü öldürməsinin qarşısı necə alına bilinərdi? Onu, özünü 
öldürməklə ruhunu öldürə bilməyəcəyini, ya da daha başqa bir 
dillə  desək,  başqa  bir  həyata  keçəcəyi  yalanına  inandıraraq. 
Beləcə bu o şüurlu canlının əl qolunu bağlayacaqdı. Mükəm-
məl  bir  psoxoloji  müdafiə  mexanizmasıydı  deyə  düşündü 
Mavi. Bu fərziyyə, sözsüz ki, Mavinin inandığı, ya da bəlkə də 
şübhəylə yanaşsa belə, ən azından ən yüksək ehtimal verdiyi 
doğru idi, mütləq doğru deyil. Bəlkə də Mavini sonrakı dün-
yanın  olduğuna  inandırmağa  çalışan  genləri  yox  idi,  əksinə, 
ona bunun genlərin psixoloji müdafiə mexanizması olduğunu 
inandırmağa çalışan içindəki ölüm tərəfdarı kimsələr var idi. 
Bəlkə də Mavi ölümə can atdığı üçün, bu nəzəriyyəni özünü 
sonrakı  həyatın  olmadığına  inandırmaq  üçün  uydurmuşdu. 
Kimə və nəyə inanacağından artıq əmin ola bilmirdi.
Ölümü haqqında verdiyi qərardan tam əmin olmadığı üçün 
içindəkilərlə təkrar höcət etməyə başladı. Bəlkə də püşk atma-
lıydı deyə düşündü. Sonra da tanıdığı hansı filosofun intihar 
barədə onla eyni qərarda və əks qərarda olacağını düşündü və 
özü üçün saymağa başladı. Sokrat, Konfutsi, Şopenhaur, Se-
neca və Stoaçılar onun tərəfindəydilər və əgər fərd istəmədiyi, 
sevmədiyi ya çətin bir həyat yaşayırsa öz canını ala bilər deyir-
dilər. Nietzsche, Kamyu, Kant, Hobbes, Locke və digərləri isə 
daha çox intihar etməməsi gərəkdiyini müdafiə edənlər idilər. 
Aralarında ən çox Kant, Hobbes və Locke kimi intiharın əx-
laqi olmadığını müdafiə edənlərə nifrət edirdi. Kantın əxlaqi 


146
kateqorik  imperativinə  görə  fərd  dünyada  hamının  etməsinə 
razı olmadığı şeyləri etməməliydi hətta intiharı belə. Ölməkdə 
olan  biri  üçün  axmaqca  səslənirdi.  Kamyu’nun  arqumentlə-
ri də onun üçün çox da güclü səslənmirdi, ümumiyyətlə son 
vaxtlar Kamyu’nu nə vaxt düşünsə bir qıcıqlanma hiss edirdi 
ona qarşı, gizli bir kin ya da bəlkə bir qısqanma. Ya da onda 
özünü və riyakarlığını görürdü və buna görə nifrət etməyə baş-
layırdı. Nietzsche, intihar etdiyi üçün ona qəzəblənərdi deyə 
düşündü. Ağrılara dözmədiyi və savaşmadığı üçün. 
“Həyat uzun bir xəstəlikdir, ölüm isə insana bəxş edilmiş 
ən böyük nemətdir” deyirdi Sokrat və Nietzsche buna görə ona 
əsəbləşirdi. Onlardan hansı həyatda daha çox əzab çəkmişdi? 
Hansının mental sağlığı daha güclüydü? İnsanın həyatda qala-
raq savaşıb öz xislətini və beyin kimyasını, düşüncə formasını 
dəyişməsi nə dərəcə mümkündür?
Bütün cavabsız sualları bir kənara qoyub insan psixologi-
yasının dərinliyinə enərək bir sual verdi Mavi: əgər bütün in-
sanları  onları  “özləri”  edən  genləri,  böyüdükləri  mühit,  təc-
rübələri və içində olduqları situasiyalarıdırsa və bütün bunlar 
unikaldırsa  və  hamınının  beynindəki  hormonlarının  balansı 
az  da  olsa  fərqlidirsə,  onda  necə  yaşamaq,  intihar  etmək  ya 
etməməklə bağlı hər hansısa məsləhət universal ola bilərmi? 
Hər şey kişidən kişiyə nisbi deyilmi? Kierkegaardın deyimiy-
lə, həqiqət subyektiv deyilmi?
Əgər hərhansısa məsələ barədəki məsləhət və fəlsəfə uni-
versal deyilsə, Albert Kamyu məsələn, bir insanın intihar edib 
etməməli olduğuna necə qərar verə bilər? Dünyaya sadəcə öz 
pəncərəsindən  baxaraq?  Əgər  fərdlər  unikal  və  həqiqət  sub-
yektivdirsə, Buddanın ya Nietzsche’nin fəlsəfəsi bütün fərdlər 
üzərində müvəffəqiyyətli ola bilərmi? 
Ya da bəlkə də həqiqət sadəcə praqmatistdir.
Ayaqları olmayan əlil biri məsələn ya qalıcı xəstəliyə, qü-
sura  sahib  biri  intihar  etməyi  düşünürsə  qalıb  savaşmalı  və 
ağrılarınamı  dözməlidir?  Yoxsa  Kamyu  sadəcə  fikirləri  ilə 
kimlərinsə ölümünə səbəb olmaq istəməyərək nikbinliyinimi 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə