Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə52/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   48   49   50   51   52   53   54   55   ...   123

169
Heçnə  etmək  zorunda  deyilsən.  Heçnə  etmədən  bir  ot  kimi 
də yaşaya bilərsən. Kimisə sənətçi ya biznesmen olmadığı ya 
olmaq istəmədiyi üçün qınaya bilməzsən. Hər şey bir tərəfə, 
yaşadığımız dünya dəyişir, yaşam forması dəyişir və o yaşam 
forması insanları tənbəl ya narkotikə bağımlı edirsə insanları 
yox rejimi sevməyə bilərsən. Hələ bu harasıdır? Qarşıdakı on 
illiklərdə daha da iyrənəcəyin şeylər görəcəksən. Özünü ha-
zırla. Texnologiya insan həyatına hər gün daha da çox girir və 
girəcək. Ya da bəlkə də biz vecsiz və tənbəllər qalib gələcəyik.
- Siz sadəcə yox olacaqsınız.
- Ay sağol. Təkamül bizi öldürəcək. Və indiki həyat forma-
sına  uyğun  olanlar  həyatda  qalacaq,  müvəffəqiyyətpərəstlər, 
ambisiyalılar,  saxta  gülüşçülər,  optimistlər,  göstəriş  sevənlər 
və başqaları. Hələlik isə ətrafında olub səni narahat etdiyim 
üçün üzr istəyirəm, yaxında ölərəm bəlkə.
- Mənim də səndən geri qalan tərəfim yoxdu əslində. Sadə-
cə optimist beynim pessimist beynimi aldatmağa çalışır deyə 
dedim bütün o sözləri. Xətrinə dəydimsə bağışla.
- Xətrimə dəyməkmi? Mənim artıq bir xətrim yoxdu də-
yiləsi.  Öldürmüşəm.  Kaş  ki  bir  xətrim  olsaydı,  biri  xətrimə 
dəysəydi.  Hələ  də  içimdə  yaşamı  ciddiyə  aldığıma  dair  bir 
işarə olmuş olardı. Amma yoxdu. Heçnə vecimə deyil. Elə bil 
ki dəri hissiyatını itirmisən və toxunduğun heçnəyi hiss edə 
bilmirsən. Sanki sadəcə mənim olmayan bir bədənə girmişəm 
içindəki iki deşikdən dünyaya baxıram.
- Məndə də elə olur. Təkrarlayan aralıqlarla gördüyüm bir 
yuxu var. Hər dəfə görürəm ki hansısa başqa bir irq ya nəsə, 
üstün irq ya yadplanetlilər bizi əsir götürüb. Böyük qaranlıq 
bir otaq və qəfəslər var. Hər qəfəsdə lüt qadınlar oturub. Hər 
səhər uşaq doğuram və gəlib götürüb aparırlar. Onları yeyir-
lər. Bəzən əllərindən düşənlər olur, təpikləyib bir kənara atır-
lar ya götürürlər. Ölmək üçün yavarıram hər dəfə. Otaqdakı 
digər insanlar şüurlarını itiriblər məndən başqa. Onlar heyvan 
kimi hərəkət edirlər və nə baş veridyindən xəbərsizdilər. Mən 
isə ağlayıram bütün yuxu boyu. Üstəlik bizə öz uşaqlarımız-


170
dan hazırladıqları yeməyi verirlər. Hamı yeyir çünki bilmir-
lər, mənsə aclıqdan sürünürəm və onlar hər yemək gətirəndə 
dəliyə dönürəm. İnsanların cücələrə toyuq yumurtası verərək 
yemlədiklərini bilirsən də? Bax elə. Yuxudan oyanmaq üçün 
can atıram ancaq oyana bilmirəm. 
-Sanki bir toyuq bədəninə girmisən, şüurlusan və yumurta-
nı hər səhər götürüb aparırlar. 
- Hə.
- O yuxudan sonra, həm də təkrarlayan yuxu, necə yeyirsən 
bəs toyuqları? Çətin olur ya yadına düşmür heç?
- Yemirəm. Ət yeyə bilmirəm. İlk başlarda yeyirdim. Son-
ra qusmağa başladım. Hər gecə yatağa girməmişdən o yuxu-
nu görməmək üçün yalvarıram. Hər şey çox canlı gəlir. Və o 
yuxuda zaman o qədər yavaşlayır ki, işgəncənin müddəti uza-
nır. Bəzən mənə elə gəlir ki etmiş olduğum abortun kabusudur 
bu, hər gecə yuxuma girir.
- Abortmu? Və nə? Bəzənmi? Əgər elə bir şey olubsa əl-
bətdəki ona görə görürsən yəqin. Sənin adına üzüldüm. Ömrün 
boyu yaxanı buraxmayacaq bir kabusun var artıq.
-  Hə.  Universitetdəki  xoşbəxt  vaxtlarım  idi  və  hər  gecə 
başqa cür xoşbəxt keçirdi. Partnyorum da çox olurdu. Sərxoş 
gecələr və səhərlər. Belə etinasızlıq heç vaxt göstərməzdim. 
Ancaq bir gün necəsə oldu və hamilə olduğumu öyrəndim. İlk 
başda dünyam başıma yıxılmışdı. Sonra alışdım kimi. Ancaq 
sonra bu yuxu ki var, yaxamı buraxmır. Sırf yuxu görməmi 
azaldır deyə hər gecə yatmamışdan marixuana çəkirəm. Əs-
lindəysə o qədər çəkmək istəmirəm. Tənbəlləşdirir. Əvvəllər 
ayda bir çəkirdim. İndi bu lənətə gələsi yuxu ki var, nə bilim.
- Başa düşürəm. Sənin adına üzüldüm. Yuxuların nə qədər 
bərbad yer ola biləcəklərini bilirəm. Hiss edirəm ağrını. Həm 
yaxşı ki abort etdirmisən, bu qədər gənc vaxtı sənə işkəngə 
olardı uşaq. – deyib Mavi əlini qızın çiyninə qoydu. 
- Yox, mən də sənin kimi ümimiyyətlə heç vaxt doğmağı 
düşünmürəm. Düşünmürdüm də. Hətta həmişəlik qısırlaşdır-
ma əməliyyatını düşünürdüm.


171
- Sən də doğuma qarşısan? Bəs bayaqdan mənlə nəyin da-
vasını edirdin?
- Mən o mənada qarşı deyiləm. Yəni istəyən doğsun mənə 
nə. Ancaq  uşaq  doğaraq  həm  öz  azadlığımı  azaltmaq  istə-
mirəm. Yəni  bayaq  sənin  dediyin  hər  şeyə  qatılıram.  Uşaq 
doğmaq sanki boynunu ipdən asmaq kimidir, təsəvvür elə hər 
gün üstündə əsməlisən və bir gün o uşağa nəsə olsa, ölsə ya 
nəsə pis bir şey olsa, sənin həyatının ondan sonrakı dövrünü 
düşünə bilirsən? Yəni sanki problem doğursan. Və əlbətdə-
ki sənin dediyin kimi uşağa əgər çox gözəl həyat verə bil-
mirsənsə  niyə  doğum.  Heç  vaxt  bizim  kimi  axmaq  işlərdə 
işləməyəcəyi gözəl bir həyat. Amma məni orası çox maraq-
landırmır. Çünki dediyim kimi, doqquz ay qarnımda kiminsə 
spermlərini  böyüdüb  sonra  özümə  dərd  etmək  istəmirəm. 
Atan öldüyündə depresiyaya girirsən, ona qalmış uşaq? Öl-
məsə belə sən həyatın boyu o uşağın harda necə olduğu üçün 
narahat  ola  bilərsən.  Bilmirəm  bəlkə  məndə  analıq  hissi  o 
qədər güclü olmaz, ancaq, belə dəki, niyə doğum axı? Yalnız 
qalmamaq üçün? Yetimxanadan bir kimsəsiz götürüb onunla 
yaşayaram o qədər yalnız qalsam. Ya bir itim olar. Bilirsən 
biz özümüzə vecsiz deyirik, ancaq bəlkə də ən böyük vecsiz 
bilirsən kimdir? Elə o ailə quran, uşaq doğan ya riskə girən 
insanlar. Deyirsən ki uşaq doğmaq riskdir, bu insanlar özlə-
rinə problem yaradır həm maddi həm mənəvi. Birdən uşaq 
doğsan ölsə nə edəcəksən? Unuduruq ki elə insanlar da var 
ki bütün ehtimalları görür və vecinə almır. Uşaq doğacam və 
öləcək? Ölsün də. Neyləyim? Ona görə istəyirəmsə doğma-
malıyam? Ölər birini də doğaram. Öləcək öləcək də. Hamı 
bizim kimi həssas deyil bəlkə də.
-  Bir-birinə bu  qədər  zidd  düşüncələrimiz varkən  bu  qə-
dər oxşar düşüncələrə sahib olmağımız qəribədir. Dediklərinin 
dəstəkləyirəm.  Haqlısan.  Bir  şey  deyim,  lənətə  gələsi  metro 
reklamlarında ya internet reklamlarında bilirsən nə yazırlar? 
Çox gülməlidir, belə deyirlər: “Evliliyiniz təhlükə altındadır? 
Uşaq sahibi olun!” Necə axmaqca səslənir hə? Yəni maraq-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə