Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə49/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   45   46   47   48   49   50   51   52   ...   123

160
və imkansız uşaqları izləyəndəysə ürəyi parçalanırdı, oyuncaq 
olaraq  doğulmuşdu  və  əzab  çəkəcəkdi.  Yenə  də,  qucağında 
uşaq tutan ata ilə uşağı arasındakı bağa heyran idi. Təkamü-
lün onlara verdiyi instiktə heyran idi. Başqaları ilə işi yox idi 
Mavinin, hərənin öz seçimi idi və seçimlər sonsuz və doğrusuz 
idi. O sadəcə özü üçün qəbul etmirdi, uşaq sahibi olmaq və 
həm özünə həm uşağına iztirab çəkdirmək.
-Bəs sən nə məsləhət görürsən cənab üsyankar? Dünyanın 
axırınımı  gətirməyi  düşünürsən  insanlara  doğmamağı  məs-
ləhət görərkən? – deyə bir qız ona səsləndi yanında üşüyərək 
yeriyərkən. 
-  Dünyanın  sonumu?  Mən  başa  düşmürəm  sənin  doğru-
danda vecinədirmi bu? Yəni ciddi soruşuram bax, insanların 
doğmasının  dayanması  və  hamının  ölüb  getməsi,  səni  nara-
hat edir? Maraqlıdır. Psixologiyanı anlamaq istəyirəm. Mənə 
maraqlıdır başqa insanların hadisələrə baxışı və hiss etdikləri 
şeylər. Çünki mənim həqiqətən də vecimə deyil bəli. Yəni axı 
niyə olsun. Bilmirəm. Məncə bu insanın həyatında nə qədər 
problem olub olmadığı ilə bağlıdır. Dünyanın qeydinə qalacaq 
səviyyədə olmaq üçün ən azından insanın özünün problemləri 
çox da böyük olmamalıdır deyə düşünürəm.
- Əlbətdəki var problemlərim. Ancaq bəli, dünyanın prob-
lemləri məni üzür həqiqətən də, vecimədir. Həm, necə düşünə 
bilərsən axı bütün bu insanlar, var olan hər şey yox olsun get-
sin? Bütün tarix, bütün hər şey, bütün gözəlliklər? Sənin dedi-
yin kimi hamı doğmasaydı insanlığın sonu necə olardı? 
- Hamı doğmasaydı necəmi olardı? Nədi o indi də Kant’çı 
oldun? Gör sənə nə deyirəm. Ola bilər ki sən Kant’çı nəzə-
riyyəni xoşlayırsan ya razılaşırsan, ancaq mənim nə Kant ve-
cimədir,  nə  əxlaq  fəlsəfəsi,  nə  də  onun  kateqorik  imperativ 
konsepsiyası. Mən heç bir hərəkəti edərkən bütün dünya bunu 
etsə necə olardı deyib öz əxlaqımı mühakimə etmirəm. Bütün 
dünyanın dərdini çəkəcək qədər əxlaqlı ya da dərdsiz deyiləm. 
Boş ver. Sən həmişə belə makiyajlısan?
- Yox.  –  qız  titrəyərək  balaca  barmaqları  ilə  dodağından 


161
siqaretini götürüb tüstünü çölə buraxdı və sonra onlar o tüstü-
nün içindən keçib yeriməyə davam etdilər. Üstündə uzun bir 
kurtka var idi, başında papaq. Nisbətən kiçik boylu və arıq idi. 
İlk gözə çarpan xüsusiyyəti incə dodaqlarıydı. 
- Dodaqlarındakı qırmızı siqaretini boyayır
- Mən, düzü nifrət edirəm buna. Sadəcə təəssüf ki işimə 
görə hər gün makiyajlı oluram. İşim də makijyaj mağazasın-
dadır. Bütün gün başqa insanları makiyaj edirik və satırıq. Biz 
də başdan ayağa makiyajlı olmalıyıq. Həyatımda heç vaxt belə 
bir işi görmək istəməzdim. Ən son edəcəyim şey olardı. Ancaq 
elə pis bir vaxtda çıxardı ki məni lənətə gələsi müdürüm son 
işimdən, iki üç ay işsiz qaldıqdan sonra məcbur qalıb bu işi 
tapdıqdan sonra qəbul etdim. Həyatımda heç vaxt makiyaj dəs-
ti filan almamışdım. Heç işə girəndə adlarını belə bilmədiyim 
şeylər var idi. Digər qızlar mənə sən necə qızsan deyirdilər. 
Ora getdiyim hər allahın günü həyatıma nifrət edirəm. Başqa 
bir iş tapan kimi çıxacam. Ancaq pul və görülən iş nisbətini 
müqayisə etdikdə daha normal bir iş tapa bilmirəm hələ ki.
- Və səni pinqivinlərin nəslinin kəsilməsi maraqlandırır.
- Hə.
- Və insanların.
- Bəli.
- İnsanlar qəribədir.
- Eləyik.
- Əlbəttə ki qəribəyik. O qədər qəribəyik ki, aramızda bir 
çoxumuz yoxluq kimi müqayisə belə oluna bilməyəcək dərə-
cədə  böyük  və  müqəddəs  bir  fenomeni  varlıqla  müqayisə 
edirlər.  Onlar  o  yoxluğa  inanırlar  ki  orda  varlığını  hiss  edə 
bilirsən. O  yoxluq  ki  orda  rənglər var,  ağrı  var.    İlluziyalar. 
O  insanlar  mükəmməl  təkamüli  mexanizmə  sahib  korlardır. 
Həqiqəti görən insanlar isə nöqsanlıdır. Çox yaşamazlar. Ya-
şayırlarsa da tərəddüdlərlə, ayaqları titrəyərək. Doğulmamaq 
möhtəşəmdir, doğulub xoşbəxt olan insanlar varsa belə yox-
luqla xoşbəxtlik müqayisə edilə bilinməz. Ümumiyyətlə mən 
doğan insanları da qınamıram, onlar o qədər güclü deyillər ki 


162
instiktlərinə qalib gələrək doğacaqları uşağın varoluş böhran-
ları və yaşayacağı həyat ehtimalını düşünsünlər. Ancaq yenə 
də ironikdir, insanlar həyatda qalmaq üçün birini doğaraq öz-
lərinə  məqsəd  yaradırlar.  Hər  şey  bir  tərəfə,  mən  nəyə  görə 
kimisə doğub gecə gündüz işləyib ona baxmalıyam? Durduq 
yerdə özünü poxa salırsan. Çəkəcəyin iqtisadi əziyyət bir yana, 
özünü bir insana bağlayırsan və onun başına gələcək istənilən 
fəlakət səni məhv edəcək. Durduq yerdə ölsə ya nəsə. Uşağı 
doğduqdan sonra hər saniyən onun üçün narahat olaraq keçə-
cək. “Ya başına bir şey gəlsə” deyə. Bəlkə mən çox emosiona-
lam, bəlkə insanlar daş ürəklidir. Ancaq sahib olduğun iti belə 
itirərkən kədərlənərkən, öz uşağının itkisi ya hər an onu itirmə 
qorxusuyla necə rahat yaşaya bilərsən? Məncə uşaq bütün ağ-
rıları və bu rasional düşüncəni unutduracaq formada təkam-
mülləşib. İnsan o uşağa sahib olduqdan sonra onun üçün hər 
şeyi etməyə razı olur. Özünü ölümə də atar, gecə gündüz kölə 
kimi də işləyər. İnsanlar öz həyatlarını doya-doya yaşamamış 
uşaq  doğurlar  və  sonra  deyinirlər  ki  mən  boğazımdan  kəsib 
uşağı böyütdüm ancaq özüm yaşaya bilmədim. Əlbətdə ki elə 
olacaqdı, nə gözləyirdin? Boğazından kəsməzdin, səni məcbur 
edənmi var idi sanki. Dediyim kimi, insanlar qəribədir. Hələ 
üstəlik sanki Yerdə çəkdiyimiz əzablar bəs deyilmiş kimi bir 
də  Marsda  koloniya  qurmağa  hazırlaşırıq. Toxumumuzu  ora 
da atırıq. 
- Çünki hər an Yerdə vulkanik qiyamət başlaya bilər, ya 
66 milyon il əvvəl dinozavrların nəslini tükədən qışı başladan 
həmin asteroidlərdən biri növbəti 500 milyon içində başımı-
za düşə bilər, hansısa ulduzun partlama sonrası yaydığı qama 
işıqları  yerə  təsadüf  edə  bilər. Ya,  uşaqlarını  öldürən  Midia 
kimi həyat özü öz sonunu gətirə bilər. Bütün bunlar olmasa da, 
5 milyard ilə günəş genişləyərək böyük qırmızı ulduza çev-
rilərək yeri və digər planetləri öz içinə alaraq həyatı bitirəcək.
- Göründüyündən daha çox şey bilirmişsən.
- Dodaq pomadası səni çaşdırıb yəqin, ilkin mühakimənin 
qurbanı olmusan.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə