Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə45/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   41   42   43   44   45   46   47   48   ...   123

147
qoruyurdu? Bəlkə də sadəcə özünü razı salmağa çalışırdı. Əgər 
şikəst,  qalıcı  xəstəliyi  olan  insanların  intiharı  ilə  razılaşsaq 
onda əqli qüsur, major depresiya ya bipolar pozuntu kimi ciddi 
psixoloji xəstəliklərə sahib insanların intiharı ilə də razılaşa-
rıq. Əgər major depresiyə xəstəliyinə sahib insanların intiharı 
ilə razıyıqsa onda ortaya Sorites ya Eubulides paradoksu çıxır: 
major depresiya xəstəliyi yaşayan insanı daha aşağı səviyyəli 
depresiya xəstəsindən nə ayırır? Və daha az depresiya xəstəli-
yi olan insanı arabir depresiyalar keçirən normal insandan nə 
ayırır? Hansı nöqtədə biz qərar veririk ki kişinin ağrısı çoxdur 
ya az? İntihar edə bilər yoxsa yox?
Nikbinliyi cibimizə, papağımızı qabağımıza qoyub cavab 
verməliyik: intihar, hər insanın haqqı və qurtuluş yoludur. İnti-
harı dəstəkləyən filosoflar da bunu deyirdilər, əgər insanın hə-
yatı xoşbəxtlikdən uzaq və kədər içində keçirsə o zaman canını 
almasında bir problem görmürdülər.
Bütün bunlardan bir nəticəyə gəldi Mavi, nə heç bir fi-
losof dünyanı tam başa düşüb şərh edə bilər, nə də heç biri-
nin fəlsəfəsini bütün insanlara aid etmək olar. Çünki bütün 
həyatları  yaşamayıblar,  bütün  seçimləri  dəyərləndirib  təc-
rübə etməyiblər və böyük ehtimal bir çoxu bədbəxt olublar, 
ona görə də xoşbəxt insana ya xoşbəxt həyata onların ana-
lizləri tətbiq edilə bilməz. Təkcə bədbəxt insan həyatındakı 
bədbəxtliyi analiz etməyə və nəyin, niyə, necə olduğunu ir-
dələməyə başlayır. Xoşbəxt insan çox da baş yormur nə, necə 
olsa yaxşı olardı deyə, o sadəcə su kimi öz həyatını yaşayır. 
Bədbəxt isə öz girdabında boğularaq keçmişdə atmış olduğu 
addımları ya indi atmaqda olduqlarını analiz edir və mənasız 
bir bəhanələr yığının içində boğulur. Bunu etsəm yaxşı olardı 
bunu etməsəm pis olardı və sair.
“Ümumiyyətlə xoşbəxt insan varmı?” deyə düşündü Mavi. 
Ya xoşbəxt insan yoxdur ya da “xoşbəxt insan yoxdur və xoş-
bəxtlik  keçicidir”  frazaları  bədbəxt  insanın  sığındığı  yeganə 
təskinlikdir. Xoşbəxt isnanlar hardadırlar? Əgər bədbəxlərdən 
soruşsan  sənə  onların  kimlər  olduğunu  və  harda  olduqlarını 


148
göstərəcəklər  ancaq  gedib  o  xoşbəxt  sayılanlardan  soruşsan 
onlar xoşbəxt olduqlarını inkar edəcəklər. Çünki insan doyum-
suzdur ya da hərənin dərdi özünə böyükdür. Yenə də, ortada 
mütləq olmasa da nisbi bir xoşbəxtlik anlayışının olduğu da-
nılmazdır  və  bəzi  insanlar  nisbi  də  olsa  xoşbəxtdirlər.  Dinc 
insanlar da var, xoşbəxtlik arxasınca qaçmırlar. Sakit təbiətli 
və rahatdırlar.  Kasıbın ya bədbəxtin özünə təsəlli verdiyi “nə 
olursa olsun hamı həmişə əzab çəkəcək” kimi fəlsəfələr tam 
olmasa da yarı-yanılmadan ibarətdirlər deyə düşündü Mavi. 
Paketi çıxarıb bir siqaret daha yandırdı. Yanında içiləcək bir 
şeylər arzuladı. Gün batımı bənövşəyi rəngə bürüyürdü uzaq-
lardakı səmanı. Yorğun şəhərin axşam işıqlarına baxdı. Təpənin 
aşağısından böyük magistral keçirdi. Daimi olaraq keçən ma-
şınların yaratdığı səs frekansları diqqətini dağıdaraq yola cəlb 
etdi. Baxışları bir neçə saniyə hərəkətsiz olaraq magistralı süz-
dü. Yolun ona yaxın olan tərəfindən nəqliyyət sağa doğru axırdı, 
digər tərəfdən isə sola doğru. Yuxarıdan maşınların yaratdıqları 
işıqları aydın görmək olurdu. Sola doğru gedən maşınların arxa-
larındakı qırmızı işıqlara, sonraysa sağa doğru gələn maşınların 
qabaqlarındakı ağ işıqlara baxdı. Başını sağa çevirdikdə isə sağ-
dan gələn eyni maşınların ağ və sağa gedən maşınların arxada-
kı qırmızı işıqlarına baxdı. Qəribə bir şəkildə bu ona şeytan və 
mələk, pis və yaxşını xatırlatdı. Prespektiv dəyişdirildiyi zaman 
eyni maşınaların həm qırmızı həm də ağ işıqlara sahib olduqla-
rını görmək mümkün idi. Bir insanın içində ağ və qaranın, pis 
və yaxşının birləşməsi kimi. Bir insanın həyatında yaxşı və pis 
günlərin iç-içə yoğrulmuş olması kimi. Yin və yang kimi. Göz-
yaşının həm sevinc həm kədəri təmsil etməsi kimi.
Başqa bir təyyarə daha diqqətini dağıtdı. Qarşısındakı ge-
niş mənzərədən şəhərə enib qalxan bütün təyyarələri görmək 
olurdu. Həmin təyyarələri izləməyi heç sevmirdi, xüsusilə də 
şərqə  doğru  gedənlərini.  Ölkədən  çıxma  qadağası  səbəbilə 
başqa bir ölkəyə ya öz ölkəsinə gedən heç bir təyyarənin için-
də ola bilməzdi və bu onu dəli edirdi. O təyyarələrin içindəki 
hamını qısqanırdı. Getməyə bu qədər alışmış biri üçün hansısa 


149
ölkədən çıxma qadağasının olması ölüm əmrinə bərabər idi. 
Ümumiyətlə ölkə içi belə olsa harasa gedən bütün təyyarələrə 
təşvişlə baxırdı həmişə, çünki hamısının içində ola bilərdi və 
sadəcə birini seçmə düşüncəsi onu məhv edirdi. Təyyarə, qatar 
və şəhərlərarası avtobus stansiyalarında özünü pis hiss edir-
di. İçindəki getmə təlaşı baş qaldırırdı. Şərqə doğru uçan bir 
təyyarə daha gördü və sonra özünə xatırlatdı: şərqə baxmaq 
qadağandır. Xroniki nostalgiyaya səbəb ola bilər.
Birdən yenə şərqdə yaşamış olduğu ölkələrdən birini və ilk 
ekstazi atdığı günü xatırladı. O günü və o gün ki xoşbəxtliyini 
xatırladı, sanki heç vaxt üzülməyəcək kimi hiss etmişdi, sanki 
bir daha kefini heçnə pozmayacaqmış kimi hiss etmişdi. Sonra 
yenə durduq yerə keçmişdən kadrlar xatırlamağa başladı,
İlk öpüş
İlk kokain
İlk sevişmə
İlk dodaqlar
İlk qələbəsini
Və ilk məğlubiyyətini xatırladı.
Uşaqkən getdikləri ilk meşəni xatırladı,
Meşədə çimdiyi ilk soyuq çayı xatırladı,
İlikləri üşüdü.
İlk sərxoş olduğu anı,
Və ilk kefli olduğu anı xatırladı.
Göbələklərin ilk hallusinasiyalarını xatırladı.
İlk yediyi yumruğu xatırladı,
Və ilk vurduğu yumruğu.
İlk qəzəbini,
İlk mübarizəsini,
İlk intiqamını,
İlk xəyalını xatırladı.
Buludları ilk fərq etdiyi günü xatırladı.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə