Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə55/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   51   52   53   54   55   56   57   58   ...   123

178
üstlərinə düşən təkamüli məsuliyyəti inkar edir və sadəcə in-
san  olmaq  istəyirdilər.  Sanki  kişi  olmaq  yalnızlığa  məhkum 
olmaq idi, istər ata ol istər uşaq. Və bir kişinin gizli ağlama-
sından daha müqəddəs bir şey varsa deyə düşündü, o da bir 
neçə kişinin birlikdə və bir yerdə ağlaması idi. Bir fəlakət baş 
vermiş olmalıydı. Sözün bitdiyi yerdəsizin demək idi bu.
Metro dayandı. Çıxıb bara doğru yönəldi. Hər həftəsonu 
o bara gedəndə, yalnızlığının ağırlığını hiss etmişdi. Qapıdan 
içəri girərkən yalnız girmək. Və gedib bir küncdə dayanıb iç-
mək. İçəridəkilərin yarısı onun kimi yalnız, yarısı isə dostları 
ilə birlikdə yalnız idi. Həftəsonları barın ortasındakı masalar 
yığışdırılır  və  oynamaq  üçün  yer  düzəldilirdi.  Həm  zirzəmi 
qatı həm də ikinci mərtəbə də açılırdı həftəsonu və hər üçündü 
yüksək  səsli  musiqi  və  qaranlığı  dolduran  izdiham  və  rəng-
li işıqlar olurdu. Ortada qızlar oynayır, ətrafları isə yalnız ya 
da ikili üçlü yalnız oğlanlarla dolurdu. Bu mənzərə kənardan 
baxıldığında dişi və erkək pələngləri xatırladırdı. Dişi pələng-
lər üçün savaşan erkəklər. 
Gecənin əvvəlində hamı ayıq başlı olduğu üçün bir-birinə 
məsafəli davranır, sonuna doğruysa içki və narkotikin təsiriy-
lə hamı getdikcə daha da unudurdu yalnızlığını və başqa in-
sanlarla aradakı sərhəddi. İnsanlar ikicə saatlıq belə olsa yal-
nızlıqlarını unutmaq istəyirdilər, ancaq, sanki burda nə qədər 
yalnız olduqlarının daha da çoxmu fərqinə varırdılar? Başqa 
yalnızlara baxaraq təsəllimi tapırdılar yoxsa başqa cütlükləri 
və onların xoşbəxtliklərini görüb əzilirdilərmi? Sosial fobiyası 
olan yalnızlar üçün hər şey daha da çətin idi. Hamının onları 
izlədiyini sanaraq hər saniyə ayaqlarının duruşunu dəyişir, əl-
lərini bir cibdən çıxarıb o birinə salır, telefonla oynayır, sanki 
nə iləsə məşğulmuş kimi görünməyə çalışaraq içdən-içə hə-
yatlarına və taleylərinə lənət oxuyurdular. Və belə deyirdilər 
“Bircə bu sosial fobiyam olmasaydı, hər şey o qədər fərqli və 
yaxşı olardı ki!”. Yanılırdılarmı? Hər şey yəqin ki fərqli olardı, 
amma bəs yaxşı? Yoxsa onlar sadəcə Qodot’umu gözləyirid-
lər? O gəlsə, hər şey yaxşı olacaqdı.


179
Təqdiqatlara  görə  içki  qana  qarışdıqdan  sonra  insanı  ol-
duğundan xoşbəxt hiss etdirir, özünü olduğundan daha zəki, 
cəsarətli  və  yaraşıqlı  hiss  edirsən.  Etdiyin  zarafatların  oldu-
ğundan daha da yaxşı olduğunu düşünürsən. Bəlkə də sadəcə 
buna görə bara gəlir və içirdilər.
Barın  qapısı  ağzındakı  siqaret  çəkənləri  ötüb  içəri  girdi.  
Yenə həmişəki kimi insan qaynayırdı. Həftənin bugünləri ən 
qızğın vaxtlarıydı barın. Hər tip insan tapmaq olardı, narko-
tik  satıcıları  ya  aludəçiləri,  transseksuallar  ya  homoseksual-
lar,  bdsm  tayfası,  sesk  aludəçiləri,  dəri  geyimlilər,  qotiklər, 
hippilər, metalçılar və s. Ən çox da buna görə sevirdi buranı, 
müxtəliflik yeniliyə olan doyumsuzluğunu azalda bilirdi heç 
olmasa. Səhnə tərəfdə üç-dörd qız yarı çılapaq formada qırmı-
zı və çəhrayı işıqlar altında rəqs edirdi. Beldən yuxarı heçnə 
geyinməmişdilər və döş gilələri xaçabənzər qara lentlə örtül-
müşdü. Bir müddət onları izlədikdən sonra içki almaq üçün 
izdihamı bölərək yaxınlaşıb sifarişini verdi. Biri əlini çiyninə 
atdı yavaşca,
-  Hey,  yaraşıq,  necəsən,  haralardasan  nə  vaxtdır?  Gör-
mürəm səni buralarda.- deyə sarı uzun saçları və mülayim səsi 
olan bir oğlan onu salamladı. Adını unutduğu burda tanışdıqla-
rı biriydi. Homoseksuallığı səbəbilə oğlan Maviyə həddindən 
artıq maraq göstərirdi.
- Necəsən. Aha, yox idim bir müddətdir. – deyib əlini uza-
dıb gülümsədi və salamlaşdılar.
- Bax bu Lillydir. Lilly, Maviylə tanış olmaq istəyirsən? 
– yanındakı qızı göstərdi Maviyə. Qız səbəbsiz heyranlıq və 
heyrətlə baxaraq əlini uzatdı və tanış olduğuna sevindiyini bil-
dirdi gözlərini Mavinin gözlərindən çəkmədən. Ekstazi təsiri 
altındaydı böyük ehtimal deyə düşündü Mavi.
- O buralı deyil, uza - oğlan qıza bardakı musiqinin səsi 
səbəbi ilə yüksək səslə dedi. Qız heyran baxışlarını Mavidən 
ayırmadan başını yellədi.
İçkisini alıb onlarla sağollaşıb ayrıldı, küncə doğru getdi. 
Oturacaq yer yox idi, ayaqda durub divara söykəndi və insan-


180
ları müşahidə etməyə başladı. Barda yüksək səslə danışmağı 
sevmədiyi  və  indi  kefsiz  olduğu  üçün  həmin  oğlan  və  qızla 
görüşüb bir kənara çəkilmişdi. Oğlanın ona olan cinsi mara-
ğını hiss edir və bu onu narahat etmirdi. Normal qarşılayırdı. 
Hətta  çox  vaxt  homoseksual  oğlanlar  tərəfindən    bəyənilmə 
hissi eqosunu oxşayırdı. Nəticədə bir insan səni bəyənir və ar-
zulayırdı.
Laranı xatırladı. Artıq ona olan hirsinin azaldığını hiss edir-
di. Çıxıb getdiyi üçün o qədər də hirslənmirdi sanki. Bəlkə də 
onun gedişinə bu qədər çox reaksiya göstərməsinin səbəbi yal-
nızlığı idi deyə düşündü. Yoxsa onsuz da yəqin ki bir ay sonra 
bir-birlərindən bezməyəcəkdilərmi? Bəlkə də hə, bəlkə də yox. 
İçəri girdiyindən bəri arasıra göz-gözə gəldiyi qızı təkrar 
gördü. Qız ona baxıb güldü, Mavi təbəssümlə qarşılıq verdi 
ancaq yanına gedib danışmağa həvəsi tapmadı.
Təkrar bir içki aldı və sanki Lara olasydı hər şey fərqli-
mi olacaqdı deyə düşündü. Ancaq yenə də təəccübünü gizlədə 
bilməyərək onun niyə getdiyinə məna verə bilmədi. Axı onlar 
tanışdıqları  andan  etibarən  etdikləri  söhbətdə  uzun  müddət-
dir bir-birlərini axtardıqlarını və çox sevindiklərini bildirmiş-
dilər? Hər şey ani olaraq inkişaf etmiş və pik həddə çatmışdı. 
Onun sinəsini boynunu və dodaqlarını xatırladı. Hər şey necə 
mükəmməl idi. Ayaqlarını xatırladı. Çılpaq bədənini xatirələ-
rin  arasından  dartıb  çıxarmağa  çalışdı.  Sanki  tanrı  qadınları 
Laraya baxaraq yaratmağa çalışmış və uğursuz olmuşdu. Ən 
gözəl əsərləri belə, Laranın çirkin bir yamsılamasıydı.
İçkini damarlarnın içində hiss etməyə başlayırdı. Qolunda-
kı damarlarda sanki bir şeylər damarın içini qıdıqlayır ya qa-
şıyırdı.  Qarşıda oynayan qızın ayaqlarını izləyirdi. Sonra ona 
baxan oğlanları. Qızın pik həddə çatmış həyat eşqi və özinamı. 
Onun üçün hər şey daha asan olmalıydı deyə düşündü. Sonra 
bəlkə də bu fikrin səfehcə olduğunu düşündü. Onun yanındakı 
başqa qıza baxdı. Əlində içki yox idi, içməmişə oxşayırdı an-
caq necə də xoşbəxt idi, xoşbəxt olmaq üçün içkiyə ehtiyacı 
yox idi. O qədər gözəl idi ki, xoşbəxt olmaq üçün birilərinin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə