Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə58/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   54   55   56   57   58   59   60   61   ...   123

187
yerə  sərildi. Təkrar  ayağa  durdu  və  üstünə  getdi,  vurmadı. 
Yenə yumruq dəydi geri-geri gedib yıxılmadan dura bildi və 
təkrar yöndəmsiz addımlarla irəli gəldi. Vurmadı. Qarşısın-
dakı da vurmadı və “özünü öldürtməkmi istəyirsən axmaq!” 
deyə qışqırdı onun üstünə. Mavi onu sinəsindən geri itələ-
yib olduğu yerdə dayandı. Oğlan geri gəlib onun köynəyinin 
yaxasından tutdu və üzünə vurdu, sonra təkrar vurdu və tək-
rar  vurdu.  Sonra  təkrar  vurdu.  Nə  dediyi  anlaşılmırdı  artıq 
Mavinin və partlamış dodağı ilə qaşı üzünü qana bulamışdı. 
Hər yumruqda daha da bərk qışqırır və sanki bundan zövq 
alırdı.
Bir qız gəldi və onu tutub vuranı saxlamağa çalışdı. “Xahiş 
edirəm dayan, mən onu tanıyıram, sadəcə çox içib.” deyib Ma-
vini geri çəkməyə çalışdı. “Götür rədd elə bu axmağı burdan!” 
deyə qışqırdı qızın üstünə oğlan.
Qız  Mavini  bir  kənara  dartıb  yerə  oturtdub  köynəyini 
yuxarı qaldıraraq üzündəki qanı sildi. Sonra orda oturub göz-
ləməsini deyib maşınların arasında itib əlində suyla geri gəldi. 
Suyu üzünə töküb üzünü yudu. Yaş əlini Mavinin alnına tutdu. 
Saçlarını isladıb onu ayıltmağa çalışdı. 
- Ağlını itirmisən? Niyə səni bugünə salmasına icazə ver-
din onun? –deyə soruşdu qız.
Mavi  anlaşılmaz  kəlimələr  deyib  əl  qol  hərəkətləri  etdi. 
Sanki hələ də qışqırmaq istəyirdi. Sanki zərbələr xoşuna gəl-
mişdi. Ağır  bir  şeylərin  üzünə  zərbəylə  dəyməsini  istəyirdi. 
Sanki ölmək istəyirdi ancaq qorxurdu. Sanki magistralda hər 
dəfə maşın sürərkən maşını əks tərəfdən sürətlə gələn maşın-
ların  üstünə  sürməmək  üçün  özünü  güclə  saxladığı  o  anlar-
dan birindəydi və maşını onların üstünə sürmüşdü. Sırf ağır 
bir zərbəyə məruz qalmaq üçün. Əgər ayaq barmağınız qapıya 
dəysə və onu əzsəniz, qolunuza ya ayağınıza möhkəm formada 
vuracağınız şillə sinir sisteminizin fikrini dağıdacaq və barma-
ğınızdakı  ağrını  hiss  etməyəcəksiniz.  O  da  sanki  ürəyindəki 
ağrını bir anlıq belə olsun unutmaq üçün bədəninə zərbələrin 
enməsinə sevinmişdi. 


188
Qızın  əlindəki  yarımçıq  su  butulkasını  alıb  başına  tökdü 
sonra ağzını doldurub, yaxalayıb yerə tüpürdü.
- ..iqetn vvar?- deyə soruşdu qızdan
- Nə?
- Siqret – deyib barmaqlarını dodaqlarına apararaq siqareti 
olub olmadığını soruşdu.
- Aha var – deyib qız cibindən siqaret çıxarıb uzatdı ona 
– evə necə gedəcəksən? Maşınlasan? Belə sürə də bilməzsən.
- Y  oxdu içni sikm
- Nə yoxdu?
- Ev, maşımn
- Mən maşınlayam. Harda qalırsan bəs? Küçədə qalana ox-
şamırsan, apara bilərəm səni
- Ffred – dedi Mavi kəkələyərək və oturduğu yerdə yel-
lənərək.  Sonra  yerə  yıxılıb  gözünü  yumdu  və  sayıqlamağa 
başladı. Titrəyirdi. “Nyə belə soyuxdu bu siklmiş şəhrr” deyə 
titrəyən çənəsiylə sayıqladı.
Qız  təkrar  geri  gedib  maşınların  arasında  itdi.  Bir  neçə 
dəqiqə sonra qırmızı bir maşın barın qarşısında dayandı.  Qol-
larının altından dartıb ayağa qaldırmağa çalışdı onu və maşı-
na  oturdu.  Maşını  yoldan  çəkib  kənarda  saxladı.  Qızdırıcını 
isti havanın Mavinin üstünə vuracağı formada nizamladı.  Bir  
siqaret yandırdı. Mavi özünə gələnə qədər bir müddət gözlədi. 
Radiodan musiqi seçib səsini azaltdı. Mavi yerində fırlanır və 
sayıqlayırdı. Qızın qolundakı tatuirovka diqqətini çəkdi ancaq 
baş  gicəllənməsi  və  diqqətsizlik  səbəbilə  nə  olduğunu  başa 
düşə bilmədi. Qızın incə dodaqları diqqətini çəkti. Onunla eyni 
boyda və orta saçlı idi. Gözlərini yumdu və biraz daha su içdi.
Bir müddət belə keçdi və qız radiodakı mahnıları davamlı 
olaraq dəyişməklə məşğul oldu, qərar verə bilmədi. 
-  Bu  qalsın  –bir  müddət  sonra  Mavi  mızıldandı.  Elliott 
Smithin səsini tanımışdı.
- Elliott?
- Aha – deyə cavabladı Mavi başı sinəsinə doğru bükülmüş 
yorğun formada, gözləri nizamsız aralıqlarla yumulub açılırdı.


189
- Bəlkə qusasan? Biraz özünə gələrsən?
- İki gü-iki gündür heçnə yeməmşəm. Ya üç. Dyəsən. Qu-
sacaq heçnə yoxdu. Həm də yuxusuzam. Yetəri qədər ac və 
yuxusuzluğun  hallüsinasiyalara  səbəb  olduğunu  bilirsən  də? 
Bəlkə də sən real deyilsən, əmin deyiləm.
-  Dibinə  qədər  realam  sən  narahat  olma.  Qızındın  biraz 
indi?
- Aha.  Sağol.  Üzümü  hiss  etmirəm  sadəcə.  Soyuq  getdi 
amma yumruqlar. Maşında salfet var?
- Yox təəssüf ki, köynəyinlə sil dodağındakı qanı, onsuz da 
silmişəm mən artıq, qandı hər yerin.
Köynəyiylə üzünü təkrar sildi Mavi. Qıza baxdı. Qız huş-
suz formada onun qanlı və partlaşım dodağına baxır və dili ilə 
dodaqlarını isladırdı.
- Vampir kimi baxırsan – deyib gülümsədi Mavi.
- Fred kimdi? Gedəsi yerin var? Ya evə sürüm? Bu halda 
hara gedəcəksən, mənə gedək, paltarını da yuyarıq.
- Dostumdu. Sən hardan bilirsən? Nə vaxt dedim? Məni 
gözləyir, gecə mütləq gələcəyimi demişdim.
- Zəng et de ki səhər gedərsən?
-  Telefonum  yoxdu.  Getməsəm  oturub  məni  gözləyəcək 
adamdı.
- Telefon yox maşın yox ev yox, nə olub sənə? Ölməyə 
gedirsən elə bil.
Mavi  təbəssüm  etdi.  Qızın  siqaret  paketindən  bir  siqaret 
götürüb  “Olar?”  deyə  soruşub  razılıq  aldıqdan  sonra  yandı-
ran istədi, qız onun siqaretini yandırdı və baş barağıyla doda-
ğındakı  partlamış  hissəyə  yığılmış  qanı  təmizlədi.  Gözlərini 
Mavinin gözlərindən çəkmədən baş barmağını diliylə yavaşca 
yaladı. Sonra ikisidə güldülər.
-  Tək  sərxoşun  mən  olduğumu  sanırdım.  Sən  belə  sürə 
biləcəyinə əminsən? Həm mən vampir məsələsində zarafat et-
mişdim – dedi Mavi.
- Bizə gedirik ya yox? – deyib qız maşını biraz geri verdi.
- Hər şey üçün çox sağol. Amma bilmirəm, dostum məni 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə