Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə63/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   59   60   61   62   63   64   65   66   ...   123

203
yeni kainatin insanları da ola bilərik. Rahatladım? Yox. Real 
olan tək şey var, əlim, qolum və iztirablarım.
-  Sən,  artıqlamasıyla  ayılmısan,  biraz  daha  artıq  çəkmə-
lisən məncə. 
Mavi paketi ondan aldı və bayaqdan bəri söhbət edərkən 
yanında oturan Babetin çılpaq bədənini tamamilə unutduğunu 
gördü. Ordaydı və çılpaq oturmuşdu. Döşlərinə baxdı. Ürək 
döyüntüsü ona ehtirasının səsini xatırlatdı. 
-  Düz  deyirsən  çox  danışdım.  Lənət  olsun.  Bəzən  özüm 
belə bezirəm danışdıqlarımdan, yəqin ki ən çox özüm bezmə-
liyəm çünki eyni şeyləri ən çox mən eşitmişəm. Ömrü boyu bir 
bədəndə yaşamaq da bezdiricidi hə? Eyni fikirlərlə yaşayırsan. 
Bu arada, bu otaqdakı qırmızı işıqlar məni tripə salır – deyib 
ayağa durdu, içkilərə tərəf getdi.
- Aha, mənim xoşuma gəlir bu işıqlardan. Narahat edirsə 
normal işıqları yandıra bilərəm?
- Yox, yox, belə möhtəşəmdi. Sənin çılpaq bədəninə düşən 
qırmızı işıqlar möhtəşəm görünür.
Biraz  əvvəl  çəkdiyi  miqdarın  iki  qatı  çox  kokain  çəkdi. 
Dənəciklərin burnundan beyninə o andaca çatdığını hiss etdi. 
Sanki göz bəbəklərinin böyüməsini belə hiss edirdi. Babettin 
dadını sevdiyi o konyakı götürdü. Ona doğru yaxınlaşdı. Əlin-
dən tutub ayağa qaldırdı  onun çılpaq bədənini. Qolundakı ma-
şında görə bilmədiyi o tatuirovkaya baxdı. Nə olduğunu yenə 
anlaya  bilmədi,  qırmızı  rənglərin  iç-içə  keçdiyi  abstrakt  bir 
düşüncəyə oxşayırdı və ölümü xatırladırdı. 
Əliylə Babettin çənəsini qavradı, öpdü. Konyakı yavaşca 
sol  döşünün  üstündən  sinəsinə  doğru  boşaltdı. Aşağı  doğru 
ağmaqda  olan  damlaları  ölümsüzlük  iksiri  içirmişcəsinə  di-
liylə  yaladı.  Qara  giləyə  qədər  qalxdı  yarısı  partlaq  dodaq-
ları və niyə bu dünyada olduğunu belə bilməyən körpə uşaq 
kimi zövqdən bihuş formada əmməyə başladı o giləni. Ayaq 
üstə  dura  bilən  normal  insan  boyundakı  altı  aylıq  uşağı  xa-
tırladırdı, başı bir qadın döşü üstündə onu içərkən. Özündən 
keçmiş olduğunu xatırlayıb ayılana qədər içdi Babetti. Sanki 


204
yuxu görürmüş kimi qaldırdı başını və nə qədər vaxtdır ayaqda 
durduqlarını düşünməyə çalışdı. Qırmızı işıqlar, ehtiraslı bir 
yuxunu xatırladırdı.
Babetti çevirib arxasını özünə doğru fırladı. Kürəyindəki 
iri başqa bir tatuirovka diqqətini çəkdi. Qırmızıya boyanmış 
qanadları olan əjdərha ya şeytnamı, mavi geyimli bir mələk 
ya məsum qadını qolları qanadları arasına almış, quyruğuyla 
ayaqlarına dolanmış və ona kinli, qəzəbli, ehtiraslı baxışlarla 
baxaraq uzun dilini onun boynunda gəzdirirdi. Dizləri üstünə 
oturtdu Babetti. Kürəyindən itələyərək onu önlərindəki alçaq 
masanın  üstünə  uzatdı  Mavi.  Hamar  dərisinin  eczakarlığını 
hiss etdi. Çılpaq bədəninin yuxarıdan aşağı belinə doğru in-
cəlməsini  və  sonra  çanaqlara  doğru  genişləməsini  incələdi. 
Barmaqlarını  onun  kürəyində  gəzdirdi.  Çanağının  sağ  tərə-
fində kürəyinin aşağısında pələng dərisi formasında işlənmiş 
bir başqa tatuirovka daha var idi, pələng dərisinin üstündə də 
pələng pəncələrinin izi var idi. Bir başqa pələnglə savaşdan 
çıxmış yaralı pələng dərisinin xatırladırdı. Kəmərini açıb şal-
varı çıxardı. İki əliylə qarşısında diz çökmüş çanaqları yanlar-
dan qavradı. İstiliyi hiss etdi və özünü irəli itələyərək dayan-
madan nasoslanan qanın təzyiqi ilə partlamağa hazır orqanıyla 
birlikdə onun içinə girdi. İstiliyi daha da çox hiss etdi və bi-
ranlıq sanki özündən getmiş kimi oldu. Geri gedib təkrar girdi 
və təkrar girdi. Ritmik bir musiqi kimi hər dəfə daha da sürət-
lənməyə başladı. 
Əli ilə Babettin saçlarını qavradı arxadan və ehmalca geri 
çəkdi. Masanın üzərinə çılpaq uzanaraq diz çöküb əyilmiş Ba-
bett və onun arxasında diz çöküb dik durmuş  çılpaq Mavi, bir 
əli qarşısındakı qadının saçlarında digəri çanağındakı pələng 
dərisini sığallayır, üstlərinə düşən qırmızı işıq, otağa yaydıqla-
rı inilti səsləri və digər hər şeylə birlikdə sanki ehtiras tanrıla-
rını xatırladırdılar.
Hər ikisi zaman-zaman özlərinən keçir, harda olduqlarını 
unudur sonra geri gəlirdilər. Bədənləri sponton olaraq onların 
yerinə geri və iləri gedərək sevişmənin balansını qoruyurdu. 


205
Onlar  fikirdən-fikirə,  xəyaldan  xəyala  keçir,  bəzənsə  sadəcə 
eyforiyadan ibarət qaranlıq bir boşluqda uçurdular.
Hər şey deyə düşündü Mavi, möhtəşəm olacaqdı. Şəhəri 
tərk  etməkmi? Yox!  Ölməkmi?  Həyat  bu  qədər  gözəl  ikən? 
Özünü tanrı kimi hiss edirdi. Nə qədər axmaq bir hərəkət idi 
ki sadəcə işləmək istəmədiyi üçün özünü öldürməyə gedirdi. 
Axmaqlıq! Sürətli və daha da sürətli! Danimarka dilində anla-
şılmaz sözlər eşitdi. Babett qışqıraraq təkrar edirdi. Nə qədər 
vaxt keçmişdi deyə düşünməyə çalışdı. Xatırlaya bilmədi. Nə 
qədər vaxtdır sevişirdilər? Hər şey çox sürətliydi. Ürəyi çox 
sürətliydi. Dayanmadan irəli və geri gedib gələn bədəni daha 
da güclüydü. Sanki dayandırmaq istəsə dayandıra bilməyəcək 
kimi hiss edirdi bədənini. Ya da sanki hərəkət etməyi dayan-
dırsa ürəyi partlayıb öləcəkmiş kimi hiss edirdi. Otaqdakı real-
lığa döndü. Qarşısında ritmlə oynayan bədəni gördü, daha da 
ehtiraslandı. Stimulant maddələrinə məxsus o məmnunsuzluq 
ya da doyumsuzluğu hiss etdi bir anda, qarşısındakı bədənin 
içindəykən, yenə də içinə girmək istəyirdi. Bu siqaret çəkdi-
yiniz anda yenə siqaret çəkmək istədiyiniz üçün əlinizin pa-
ketə getməsi və o anda əlinizdə onsuz da siqaret olduğunu fərq 
etməyiniz kimi idi. İnsanoğlunun ən böyük bəlalarından biri, 
doyumsuzluq.  Siqareti  xatırlatdı  bu  düşüncə.  Əyilib  paketə 
uzandı. Yandırdı. Uzanıb Babettin dodaqları arasına yerləşdir-
di onu, sonra birini də özü üçün yandırdı. Əli ilə qarşısında 
ritmik olaraq yellənən çanaqdakı pələng dərisini var gücüylə 
vurdu.  Barmaqlarının  izi  qaldı  dərinin  üstündə,  sonra  təkrar 
vurdu və təkrar vurdu.
Babett başını geri çevirib ona baxdı və özünə doğru çəkdi 
onu, dodaqlarına yapışdı, zəli kimi öpdü və əmərək yaranı tək-
rar partlatdı. Masanın üstündəki əşyalar yerə töküldü. Konyak 
butulkasını götürdü Mavi. Özündən keçmiş kimiydi. Başının 
üstünə qaldırdı, ağzından bir xeyli aralıdan içkini üzünə tök-
məyə və ağzıyla tökülən içkini içməyə çalışdı. Sonra Babettin 
kürəyinə, həmin o şeytanvari əjdərhanın üstünə tökdü. Butul-
kanı Babett aldı və içdi. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə