Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   33   34   35   36   37   38   39   40   ...   123

122
sərxoşkən.  Danışacaq  heç  kəsi  olmadığı  üçün  butulkayla  ta-
nışdırmışdı onların bəzilərini. Bəzən sərxoşluqdan hər gecə bir 
küncündə yuxuya qalmışdı o divarların. Hər gecə keçmişdən bi-
riylə danışmışdı. Bir qadınla məsələn. Yaxşı olub olmadıqlarını 
soruşmuş, onlar üçün necə darıxdığını bildirmiş, sonra da keç-
miş xatirələrdən danışmışdılar. 
Xoşbəxt olmadığı üçünmü keçmişdə ilişib qalmışdı Mavi? 
Bəlkə  də.  Bəlkə  də  yox.  Xoşbəxt  olmayan  insan,  getmək 
istəyər. Xoşbəxt olmayan insan, keçmişini didikləyər, xoşbəxt 
günlərini yada salar və onlarla yaşayar. Ancaq bədbəxt bir in-
san keçmişdən xatirələrlə dolu divarları olan yalnız və soyuq 
bir evin kimsəsiz bir küncündə əlində vodka butulkası oturub 
fotoşəkillə söhbət edə bilərdi. 
Bəzi  günlər  evə  tələsmişdi  Mavi.  Əlindəki  digərlərindən 
nisbətən böyük həcmdə çap edilmiş keçmiş bir xatirənin izlə-
rini daşıyan yeni bir fotoşəkili divara vurmaq üçün. 
Gözlərini  xatirələrin  divarlarda  yaratmış  olduğu  izlərdən 
ayırıb təkrar əlində tutduğu gül dəstəsinə baxdı. Onu divardan 
asmayacağından qətiliklə əmin oldu. Gülləri əsəbiliklə havaya 
tulladı. Evin tavanına çarpan güllərin qurumuş mavi ləçəkləri 
fəzada dörd bir tərəfə yayılaraq yerə dağıldı.
* * *
Bir nöqtədən sonra bu yeni hobbisi, divarlardan xatirələr 
asmaq, onun cəhənnəminə çevrilmişdi özü də fərqində olma-
dan. Ta ki bir gün bir psixoterapistin ona divardakı şəkilləri 
yığışdırmasını  məsləhət  görənə  qədər.  Evtanaziyanın  ölkədə 
leqallaşma reformlarının başladığı həftələrdə o xəstəxanadan 
major depressiya xəstəsi olduğuna aid bir ərizə alma məqsə-
diylə psixoterapistə yönləndirilmişdi. Əgər altı aylıq depresiya 
müalicəsi almış olduğuna aid olan bir sənədi olsaydı, evtana-
ziya kamplarına buraxıla biləcəkdi. Məclisə girəcək qanun ni-
zamnaməsi bunu deyirdi. Elə də oldu və qanun təsdiqləndi. Pi-
soxoterapistə yazıldı. Və müalicə üçün lazım olan dərmanları 
götürürdü hər dəfə. Heç birini də istifadə etmədi.


123
Psixoterapistin  ona  nə  dediyi  də  vecinə  deyildi.  Sadəcə 
məcburi proseduranı tamamlamaq üçün yanına getməli idi bir 
müddət. Onunla çox bir şey də danışmırdı. Cəmi bir neçə dəfə 
görüşmüşdülər. Terapist zorla bir iki kəlmə danışa bilirdi onun-
la ancaq. Bir gün özüylə gətirdiyi şəkili təsadüfən görmüşdü 
psixoterapist və nə olduğunu soruşmuşdu. O da sadəcə divara 
asmaq üçün çap etdirmiş olduğu bir şəkil olduğunu demişdi.
- Başqa da varmı bu şəkillərdən evdə? 
- Aha, var, divarlara şəkil asmağı sevirəm. Hətta heç yer 
qalmayıb deyə bilərəm.
Terapist, ondan divarlar barədə biraz da məlumat almış və 
sonra ona bu şəkillərin onun yaşadığı nostalgiya həsrətini sa-
kitləşdirmək əvəzinə daha da tətikləyə bilmə ehtimallarından 
danışmışdı.  Ona  daha  əvvəl  də  nostalgiyadan  əziyyət  çəkən 
xəstələrinin olmuş olduğunu və əlamətləri çox yaxşı bildiyini 
demişdi. Şəkillərlə danışmağın başda normal, sonraysa  həd-
dindən  artıq  dərəcədə  psixoloji  problemlərə  yol  açdığından 
bəhs etmişdi. Vəfat etmiş insanları hələ də yaşayırmış sanmaq, 
onlarla danışmaq, bir müddətdən sonra fərdin gündəlik ruti-
ninə çevrilir və məsələ fərdin şəkillərlə danışmasından, şəkil-
lərin və əşyaların fərdlə danışmasına çevrilirdi.
Mavi  o  otaqda  olduğu  vaxtlarda  terapistin  danışıqlarını 
eşitməmək üçün əlindən gələni etmişdi hər dəfə. Eşidərkən də 
qəbul  etmədiyi  fikirlərə  cavabları  iç  səsi  ilə  vermişdi,  əsəb-
lə. İçində qışqıraraq. Ancaq heç vaxt terapistə heçnə demirdi. 
Münasibətləri sanki heç vaxt dost olmağı bacara bilməmiş ata 
ilə oğul kimiydi. Ata məsləhətini verir, oğulsa iç səsi ilə onun 
dediklərinin nə qədər mənasız olduğunu qışqırırdı atasına. So-
nuncuda Mavi dözə bilmədi və terapistin özünə dedi:
-  Nə  deməyə  çalışırsan?  Yavaş-yavaş  ağlımı  itirəcəyi-
mimi  deməyə  çalışırsan?  Bilirsən,  dediklərinin  heç  biri  ve-
cimə deyil. Heç vaxt da deyildi, olmayacaq da. Olar mən də 
sənə bir sual verim? Burda oturaraq nə etdiyini sanırsan sən? 
Gələn-gedənə nağıl danışırsan. Başqa heçnə. Əminəm, əsl ya-
ranın, ağrının nə demək olduğunu belə bilmirsən. Heç vaxt hiss 


124
etməmisən. Üzündəki o iyrənc xoşbəxt ifadədən hər şeyi oxu-
maq  olur.  Xoşbəxt  və  sakit  həyat  keçirmiş  birinə  oxşayırsan. 
Çünki əgər o dərin ağrının nə demək olduğunu bilsəydin, bu 
danışıqlarının heç birinin işə yaramayacağını bilərdin. Və gedib 
özünü asardın. Burda oturub yanına bir ümidlə gələn insanla-
ra öyrənmiş olduğun nağılları danışırsan, vəssalam. Dərdimin 
nə olduğunu səndən yaxşı bilirəm. Çarəsini də yaxşı bilirəm. O 
çarə ki, sənin kimi qorxaqlar onu düşünməyə belə cəsarət edə 
bilmir. Mən ya ölməli, ya da bu ağrılarla yaşamalıyam. Sənin 
nağıllarının faydası olmaz. Məsləhətinə ehtiyacım yoxdur. Yanı-
na sadəcə lənət proseduranı tamamlamaq üçün gəlirdim. Bəlkə 
sənin axmaq terapiyan bəzi zəif düşüncəli insanları aldada bilər, 
onları daha da xoşbəxt edə bilər. Ancaq məni yox. Sənin yerində 
olsam, bugündən sonra o lənət diplomunu yandırıb bir daha bu 
otağa girməzdim. Ancaq sən sabah yenə nağıllarını başqalarına 
danışmağa davam edəcəksən. Əminəm ki işinə də nifrət edirsən, 
ancaq sən də o cəsarət yoxdur ki, qapını örtüb bu qədər illik 
əziyyətini arxanda buraxasan. Psixologiyaya düşman deyiləm, 
bəlkə də səndən də çox sevirəm psixologiyanı, ancaq sənin kimi 
insanlara sözün əsl mənasında nifrət edirəm. Orda niyə oturdu-
ğunu belə bilmirsən ay yazıq. Sikdiyimin dörd illik diplomuyla 
orda oturmusan və nə edəcəyin barədə ən kiçik fikrin belə yox-
dur. Sənin kimilərdən çox görmüşdüm psixologiya fakultəsində 
oxuyarkən. Və sənə bir söz deyim? Orda gələcəyini təsəvvür 
etdiyim o nifrət etdiyim səfehlər haqqında yanılmayıbmışam, 
çünki tam da sənin kimi bir tip olacaqlarını gözləyirdim. Mən 
pulum olmadığı üçün bitirə bilmədim və yarım qoydum. Ara-
mızdakı ən yaxşıların çoxu fakultəni ya məcburi ya maddi ya 
da başqa səbəblərdən yarım qoydu, bitirə bilmədi və bitirənlərin 
çoxu sənin kimi axmaqlar oldu. Çünki əsl intizam və prosedura 
adamısan. Sən, məndən də daha çox zavallısan. Nə deyirsən, 
biraz da sənin bədbəxt həyatından danışaq bəlkə? Tək sualım 
var, utanmırsan? Yanına gələn insanların bədbəxtliklərinin pulu 
ilə cibini və öz xoşbəxtliyini doldurarkən, hə? Dediklərinə heç 
özün inanırsan? Həyatında neçə dəf..


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə